AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt Dövlət Universitetinin
55 illik yubileyinə həsr olunur
Muxtar Səmədov
BƏRK CİSİMLƏR
KİMYASI
Dərslik
Sumqayıt Dövlət Universitetinin
Elmi Şurasının 12.07.2017-ci il
tarixli iclasının qərarı ilə (pr.№09)
təsdiq edilmişdir
Sumqayıt -2017
Elmi redaktor:
Ağayev Ə.Ə. – kimya üzrə elmlər doktoru, professor, SDU-nun Neft
kimyası və kimya mühəndisliyi kafedrasının müdiri
Rəyçilər:
İlyaslı T.M. - kimya üzrə elmlər doktoru, professor, BDU-nun Ümumi və
qeyri – üzvi kimya kafedrasının müdiri
Ramazanov Q.Ə. - kimya üzrə elmlər doktoru, professor, SDU-nun Neft
kimyası və kimya mühəndisliyi kafedrasının professoru
Səmədov M.M. Bərk cisimlər kimyası. Dərslik. - Sumqayıt: SDU- nun Redaksiya və nəşr işləri şöbəsi, 2017.-206s.
Dərslik 050111 – Kimya müəllimliyi ixtisasına tədris olunan İPFS – B02 Bərk cisimlər kimyası fənninin proqramı əsasında tərtib olunub. Kitabda bərk cisimlərin xarakterik xassələri, onların çevrilmələri, bərk faza reaksiyaları, kristal qəfəsinin təsviri üsulları və qüsurlarının təbiəti, bərk maddələrin monokristallarının alınması, termiki və retgenstruktur tədqiqat üsulları, bərk fazalarda diffuziya, bərk məhlullar, faza keçidləri, faza diaqramlarının təfsiri və digər məsələlər sistemləşdirilmiş şəkildə verilmişdir. Dərslikdən kimya istiqaməti üzrə təhsil alan tələbələr, magistrantlar, dissertantlar, doktorantlar və bu sahədə çalışan digər mütəxəssislər də istifadə edə bilərlər.
© Sumqayıt Dövlət Universiteti, 2017
© Səmədov M.M.
ÖN SÖZ
Dərslikdə “Bərk cisimlər kimyası” fənninin proqramına uyğun olan materiallar universitet tələbələri üçün aydın olan səviyyədə verilmişdir. Bərk cisimlər kimyası üzrə azərbaycan dilində tədris vəsaitinin məhdud olduğunu nəzərə alaraq, kitabın 2007–ci ildə nəşr olunmuş variantı yenidən işlənmiş, təkmilləşdirilmiş və genişləndirilmişdir.
Bərk cisimlər kimyası nisbətən “cavan”, lakin sürətlə inkişaf edən müasir kimyanın perspektivli bir sahəsidir. Kitabın məqsədi bərk cisimlər kimyası sahəsində mövcud olan əsas anlayışları, qanunauyğunluqları və tədqiqatları şərh etməkdir. Univeristet tələbələrinin başa düşəcəyi səviyyədə, sadə formada və aydın dildə yazılmış vəsaitdə bərk cisimlərdə kimyəvi rabitənin təbiəti, bərk cisimlərin fiziki–kimyəvi xassələrinin quruluşdan asılılığı, bərk cisimlərdə olan qüsurların fiziki və kimyəvi proseslərdə rolu, bərk cisimlərin monokristallarının alınması üsulları və onların təmizlənməsi, bərk faza reaksiyalarının mexanizmi və kinetikası və digər məsələlər müasir məlumatlarla zənginləşdirilmiş şəkildə şərh edilmişdir.
Məlumdur ki, bərk cisimlər haqqında nəzəriyyələrin inkişafında, eləcə də texnikanın müxtəlif sahələrində mövcud olan proseslərin nəzəri və texnoloji əsaslarının öyrənilməsində bərk cisimlər kimyasının rolu daim artır. Kimyanın bu perspektivli sahəsindən daha çox məlumat alınmasının vacibliyi kimyaçı mütəxəssislər üçün aydın olmuşdur. Ona görə də kimya elminin bu sahəsi “Bərk cisimlər kimyası” fənni kimi universitet tələbələrinin tədris proqramına daxil edilmişdir. Bərk cisimlər kimyasının bir sıra bölmələrinə klassik “kimyəvi” yaxınlaşma kimi baxmaq olar ki, bunlar da kimyaçılar üçün elmi və praktik cəhətcə maraq doğurur. Bu problemlərə kristallarda kimyəvi rabitənin təbiətini, kristalların inkişafını və onların təmizliyini aid etmək olar. Bura həmçinin bərk faza reaksiyalarının mexanizminin və kinetikasının tədqiqi məsələləri, kristalların tərkibi, fiziki və kimyəvi xassələri, bərk fazalarda diffuziya prosesinin təbiəti və mexanizmi, dəyişən tərkibli kimyəvi birləşmələrin və bərk məhlulların əmələ gəlməsi və digər məsələlər daxildir. Bərk cisimlər kimyasında müəyyən məsələlər vardır ki, onlar həm kimyaçılar üçün, həm də fiziklər üçün xarakterikdir. Bunlara bərk cisimlərin elektrik və optiki xassələri və bərk cisimlərin kimyəvi və fiziki xassələrinin təyinində kristal qüsurların rolunu göstərmək olar. Ümumiyyətlə qüsurların qarşılıqlı əlaqəsi, onların qatılığına nəzarət, onların arasında tarazlığın yaradılması məsələləri kimya elmi qarşısında duran mühüm problemlərdəndir. Kitab 050111-“Kimya müəllimliyi” və 050504-“Kimya” ixtisasları üzrə bakalavr pilləsində təhsil alan tələbələr və 060504-kimya ixtisasının “Qeyri-üzvi kimya” və “Bərk cisimlər kimyası” ixtisaslaşmaları üzrə təhsil alan magistrantlar üçün nəzərdə tutulmuşdur.
Müəllif kitabın əlyazmasının müzakirəsində göstərdikləri məsləhət və təkliflərə görə prof.T.M.İlyaslıya və prof. Q.Ə.Ramazanova təşəkkürünü, dərslik haqqında irad, rəy və təkliflərini bildirəcək oxuculara isə öncədən minnətdarlığını bildirir.
E-mail: samedov-muxtar@mail.ru M.M.Səmədov
MÜNDƏRİCAT
Dostları ilə paylaş: |