Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə27/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 29 ____________________________ 
MRP, MRPII VƏ ERP - SİSTEMLƏRİ  
 
Hər  şeydən  əvvəl,  yadda  saxlamaq  lazımdır  ki,  hər  bir 
növbəti  sistem  əvvəlki  sistemin  təkamülünün  nəticəsi  kimi 
meydana  şıxır. 
MRPII-sistemi o zaman meydana  gəldi  ki, 
istifadəçiləri  yalnız  materiallara  tələbatın  planlaşdırılmasını 
avtomatlaşdırılmış  icra  edən 
MRP-  sistemi  qane  etmədi.  Yəni 
MRPII-sistemi, əslində, MRP-sisteminə maliyyə, mühasibat və 
insan  resurslarının  idarə  edilməsi  modullarının  əlavə  edilməsi 
yolu ilə yaradılmışdır.  
Bu halda 
MRPII ilə ERP-nin fərqi nədir? 
MRPII-sistemi,  ilk  növbədə,  şirkətin  daxili  informasiya 
mənbələrindən  daxil  olan  verilənləri  və  informasiyanı  emal 
edir. 
ERP-sistemi  isə  həm  daxili,  həm  də  xarici  informasiya 
mənbələrinin  informasiyası  ilə  işləyir. 
ERP-sistemi daha çox 
maliyyə məsələlərinin həlli ilə məşğul olur. Bunlar beynəlxalq 
standartlara  uyğun  hesabatlar  tərtib  etməyə  və  mühasibat 
sənəd  dövriyyəsini  avtomatlaşdırmağa  imkan verir. 
ERP-
sisteminin  köməyi  ilə  maliyyə  planı  tərtib  edilir  və  onun 
icrasına  nəzarət  icra  edilir. 
ERP-sistemi  transmilli  şirkətlərin 
idarə  edilməsi  üzrə  bütün  mexanizmlərə  malikdir.  Belə  ki, 
ERP-sistemi bir-neçə  valyuta  və  dillərlə,  müxtəlif mühasibat 
uçotu sistemləri ilə, müxtəlif hesabat tərtibi qaydaları ilə, real 
vaxt  rejimində  və  müxtəlif  saat  qurşaqlarında,  24x365  - 
günboyu və ilboyu fasiləsiz iş rejimində işləyir.  
ERP-sistemi 
müəssisədə 
mövcud 
olan 
bütün 
altsistemlərlə  inteqrasiya  olunmağın  ən  ciddi  tələblərinin 
hamısına  cavab  verir.  Odur  ki, 
ERP-sistemi  iri  müəssisənin 
bütün informasiya strukturunun məntiqi və fiziki əsasını təşkil 
etməklə,  “təməl  şəbəkəsi”  və  ya  bekbon  (
backbone) rolunu 
oynayır. 


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə