Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə22/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 24 ____________________________ 
 
ERP-sistemləri  müəssisədə  planlaşdırma,  idarəetmə  və 
nəzarət  məsələlərinin  gerçək  inteqrasiya  edilmiş  şəkildə 
həllinə  imkan  verir.  Bu  mənada, 
ERP-sistemləri  inteqrasiya 
edilmiş informasiya sistemləridir (İNEDİNSİ). Bunlar bəzən də 
inteqrasiya  edilmiş  idarəetmə  sistemləri  (İNEDİS)  adlanır. 
Çünki burada informasiya  sistemləri  şirkətin  funksional 
altsistemlərini  təmin  edən  informasiya  proseslərini  dəstəklə-
yən  verilənlər  mübadiləsini  vahid  standartlar  çərçivəsində 
saxlayan 
birləşdirilmiş 
informasiya 
texnologiyaları 
platformalarına əsaslanır. Məsələn, 
SAP R/3 tam funksionallıq 
təmin  edir.  Yəni  şirkətin  istehsal,  maliyyə,  mühasibatlıq, 
marketinq,  zəruri  resursların  satın  alınması,  hazır  məhsulun 
satışı  və  s.  kimi  bütün  funksional  istiqamətlərindəki  biznes-
prosesləri avtomatlaşdırmaq imkanı verir. 
SAP R/3 inteqrasiya edilmiş qərar hazırlayır. Çünki qərar 
qəbulunu  şirkətin  bu  sistemin  xidmətlərindən  istifadə  edən 
bütün  bölmələrində  verilənlər  və  informasiyanın  hazırlanması 
və  təqdim  edilməsinin  vahid  standartlarına  əsasən  hazırlayır. 
Beləliklə, 
ERP-sistemlər  şirkətin  biznes-proseslərini  vahid 
texnoloji  və  informasion  əsasda  avtomatlaşdırmaq  üçün 
vasitələr təqdim edir.  
Digər  tərəfdən, 
ERP-sistemlər  daha  bir  vacib  xassə 
nümayiş  etdirir.  İri  şirkət  və  ya  xoldinq,  bir  qayda  olaraq, 
müxtəlif  bölmələrdə  və  ya  tabe  (qız)  müəssisələrdə 
müvəffəqiyyətlə  işləyən  bir-neçə  müxtəlif  informasiya 
sistemlərinə  malik  olur.  Göstərək  ki, 
ERP-sistemin müvafiq 
modulları pərakəndə paylanmış sistemlərdə ya xüsusi hazırlıq 
işi görülmədən işləmir, ya da məqsədəuyğun olmur. Bu halda 
ERP-sistem birləşdirici və ya inteqrasiyaedici rol oynayır. Yəni 
şirkətdə  bütün  iyerarxiya  səviyyələri  üzrə  fəaliyyət  göstərən 
müxtəlif  təbiətli  və  müxtəlif  funksional  imkanlara  malik  olan 


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə