Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə16/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 18 ____________________________ 
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏKAMÜLÜ
  
 
Burada   əsas  diqqət 
ERP-sistemlərinə  yönəldilir.  Çünki 
iqtisadiyyat,  biznes  və  idarəetmə  sahəsində  qərarların 
hazırlanması  və  qəbulu  proseslərində  istifadə  edilən 
informasiya  sistemlərinin  bütün  əsas  xüsusiyyətləri  ilə  yalnız 
ERP-sistemlərin  nümunəsində  tanış  olmaq  olar.  ERP-sistemin 
nə olduğunu anlamaq üçün əvvəlcə onun meydana çıxmasının 
tarixinə qısa nəzər salmaq lazımdır. 

ERP-sistem” termini GartnerGroup şirkəti tərəfindən 20-ci 
əsrin 90-cı  illərində  ortaya  atılmışdır. 
“ERP-sistem”  anlayışı 
istehsalın  təşkilinin  kəmiyyət  metodları  təməli  üzərində 
formalaşmışdır.  Bu  metodların  bünövrəsi  20-ci  əsrin  əvvəllə-
rində 
Frederik Teylor və  Henri Qantt  tərəfindən  qoyulmuşdur. 
F.Teylor istehsalın planlaşdırılması tədris fənninin və akademik 
metodların  təcrübədə  tətbiqinin,  yəni  “tərtökdürmə  elmi 
sistemi”nin  banisi  kimi  məşhurdur.  H.Qantt  iqtisadiyyat  və 
menecment  sahələrində  ardıcıl  işlərin  planlaşdırılması  ilə  bağlı 
olaraq  fəal  istifadə  edilən  məşhur 
Qantt  diaqramları  ilə 
tanınmışdır.  Bu  yanaşma  əsasında  1950-ci  illərdə  ABŞ-da 
şəbəkə  planlaşdırması  metodları  formalaşdırıldı  ki,  bunlar  da 
paralel icra edilən işlər zəncirləri çoxluğunda ən qısa və ya ən 
sürətli yolu - “
kritik yolu” təyin etməyə imkan verdi. F.Teylor və 
H.Qanttın  əsərlərindəki  ideyalar 
əməliyyatların  tədqiqi, 
istehsalın  təşkili  və  idarə  edilməsi  kimi  elmi  istiqamətlərin 
meydana  çıxmasına  səbəb  oldu.  Bir  sözlə,  bugün  də  inkişaf 
etməkdə  olan  “
ERP-sistem”lərin  təməli  olduqca  məhsuldar 
olmuşdur.  
 


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə