Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə16/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   142

 
32 
Belə  əlverişli  şəraitdən  istifadə  edən  Hacı  Çələbi  məlik  Nəcəfin  iqamətgahına  hücum  edərək  onu  öldürtdü  və    şahın 
adamlarını Şəkidən qovaraq, 
1743-cü ildə
 Şəki vilayətini müstəqil xanlıq, özünü isə xan elan etdi. 
Nadir şah Osmanlı sərhədlərindəki müvəqqəti sakitlikdən istifadə edərək şəkillərlə hesablaşmaq qərarına gəldi. Hacı Çələbi 
isə uzunmüddətli ərzaq və sursat tədarükü görüb, əhalini Şəki yaxınlığında yerləşən “Gələsən-Görəsən” qalasına köçürtdü.  
 
1744-cü il noyabrın 29-da
 Nadir şahın qoşunu “Gələsən-Görəsən” qalasına hücum etdi və ciddi müqavimətə rast gələrək, 
Bərdəyə çəkildi.  Osmanlı dövləti ilə  münasibətlər  yenidən gərginləşdiyindən  şah 
1745-ci ilin ortalarında 
geri qayıtdı. “Gələsən-
Görəsən” qalası beş ay  mühasirədə qaldığından 
1746-cı  ildə
  qalada  ərzaq  ehtiyyatı  tükəndiyi  üçün  Hacı  Çələbi  vəkil  vəzifəsində 
qalmaqla  Nadir  şaha  güzəşdə  gedib,  onun  hakimiyyətini  tanımağa  məcbur  oldu.  Nadir  şahın  da,  öz  növbəsində,  Şəki  və  Şirvanda 
geniş nüfuza malik olan Hacı Çələbidən istifadə etmək niyyəti var idi. 
Şirvan və Şəki üsyanlarından sonra Azərbaycanda xalqın vəziyyəti daha da pisləşdi. Buna baxmayaraq, Nadir şah yeni vergi 
fərmanları verirdi. Nəticədə, xalq 
1747-ci ilin əvvəllərində
 yenidən şah zülmünə qarşı silaha əl atmalı oldu. Belə bir tarixi şəraitdə 
Hacı Çələbi şah əleyhinə hərəkatin təşkilatçısı kimi özünü yenidən – ikinci dəfə Şəki xanlığının hakimi  elan etdi (1747). 
 
 
Nadir şaha qarşı baş vermiş üsyanların səciyyəvi cəhətləri 
XVIII əsrin 30-40-cı illərində Nadir şaha qarşı baş vermiş üsyanların səciyyəvi cəhətləri bunlar idi: 

 
Üsyanların çoxu eyni vaxtda başlamışdı. 

 
Üsyanlarınn əksəriyyətinin kortəbiiliyi xarakter daşıyırdı. 

 
Üsyançıların aydın məqsədi yox idi. 

 
Daxili ziddiyətlər üsyanların taleyini əvvəlcədən həll edirdi. 

 
Üsyançılar öz məqsədlərinə nail ola bilmədilər. 
Bununla  belə,  həmin  üsyanların  böyük  tarixi  əhəmiyyəti  var  idi.    Belə  ki,  üsyanlar  Azərbaycan  və  əsarətə  alınmış  digər 
ölkələrdə azadlıq hrəkatının genişlənməsi üçün əlverişli şərait yaratdı.  
 
XVIII əsrin 30-40-cı illərində Azərbaycanda Nadir şah əleyhinə üsyanların baş verdiyi ərazilər 
 
 
 
 
Nadir şah imperiyasının süqutu 
1747-ci  il  iyunun  19-da
  sui-qəsd  nəticəsində  Nadir  şahın  öldürüldü.  Nadir  şahın  ölümündən  sonra  onun  yaratdığı 
imperiyanı qoruyub saxlamaq mümkün olmadı. Nadir şahın öldürülməsinin aşağıdakı nəticələri oldu: 

 
Əfşar imperiya süqut etdi və İranı yenidən ara müharibələri bürüdü. 

 
Azərbaycan ərazisi xanlıq, sultanlıq   məlikliklərə parçalandı. 
  
Nadir şah dövlətinin süqutunun səbəbləri bunlar idi: 

 
Aramsız müharibələr və qtisadi vəziyyətin ağırlığı. 

 
Sosial qruplar arasındakı ziddiyyətlər.
 
QEYD: 
Nadir ölən zaman İranda Nadirin ölümünün baiskarı –qardaşı oğlu Əliqulu xan Adil şah adıyla hakimiyyəti ələ aldı. 
Digər  tərəfdən  İranda  özünü  yalandan  səfəvi  xanədanı  adlandıran  Sam  Mirzələr  meydana  gəldi.  1748-ci  ildə  Adil  şahın  qardaşı 
İbrahim xan onu dövlət çevrilişi ilə taxtdan salıb hakimiyyətə gəldi. Nadirin əmisi oğlu Əmiraslan xan III Sam Mirzəni məğlub edib 
ali hakimiyyət uğrunda mübarizəyə başladı. İbrahim xan Əmiraslan xanla hakimiyyət mübarizəsində qalib gəlib 10 ay hakimiyyətdə 
olsada  Nadirin  nəvəsi  Şahrux xan tərəfindən taxrdan  salındı. Lakin Şahruxun  hakimiyyəti 1 ay davam etdi.  Bundan  sonra  xanlar 
məmləkətlərinə çəxilərək öz xanlıqlarını yaratdılar. 
 
Üsyanlar 
Car üsyanı 
(1737

 
Şirvan üsyanı 
(1743-1744) 
 
Şəki üsyanı 
(1743-1744

 
Astara və Biləcik 
üsyanı 
(1734)
 
 
Xoy və Salmas 
üsyanı (
1743-1744)
 
 
Təbriz və Ərdəbil 
üsyanı 
(1743)
 
 


 
33 
Nadir şah dövlətinin süqutunun səbəbləri 
 
 
 
XVII əsrin ikinci yarısı – XVIII əsrin birinci yarısında Azərbaycan mədəniyyəti 
 
Məktəb və mədrəsə 
XVII əsrin ikinci yarısı - XVIII əsrin birinci yarısında Azərbaycanda maarifin özünəməxsus səciyyəvi xüsusiyyətləri var idi: 

 
Maarifi əsasən din xadimləri idarə edirdilər. 

 
Uşaqlar məscidlərin nəzdində və şəxsi evlərdə təşkil edilmiş məktəblərdə 10 yaşından başlayaraq oxuyurdular. 

 
Təhsilin davam etdirliməsi ailənin maddi imkanından asılı idi. 

 
Uşaqlar ibtidai təhsili məktəbdə, orta təhsili isə mədrəsədə alırdı. 

 
Məktəb və mədrəsələrdə tələbəyə ali təhsili-mədrəsəni qurtarmaq barədə şəhadətnamə verilirdi. 

 
Əhalinin aşağı və orta təbəqəsinin uşaqları ümumi məktəbə gedir, feodalların uşaqları isə aşağı  təbəqənin uşaqları ilə 
təmasda olmamaq üçün “sare-xane”-də təhsil alırdılar. 

 
Mollaxanada nizam-intizamı qorumaq, təhsilin və təlimin gedişinə nəzarət etmək üçün axund, molla tərəfindən şagirdlər 
içərisindən özlərinə köməkçi  xəlfə təyin edirdi. 

 
Mədərəsələrdə dövrün tanınmış alimləri dərs deyirdi (məsələn, görkəmli alim Mir Əliənnəqi Ərdəbildə dərs deyirdi). 

 
Təlim və təhsildə islam dininin mükəmməl öyrənilməsinə xüsusi yer verilirdi. 

 
Quranın üzünə oxunması və öyrənilməsi hamı üçün məcburi idi. 

 
Məktəblərdə şagirdləri tənbeh etmək üçün bədən cəzası vermək geniş tətbiq olunurdu. 

 
Tələbələr hücrələrdə yaşayırdılar (Şamaxıda Şah Səfi tərəfindən belə hücrələr tikilmişdir). 

 
Təhsil əsasən şəhər əhalisi içərisində yayılırdı, kənd əhalisinin çoxu isə savadzsız idi. 

 
Dövlət aparatı və divan üçün kadrlar, adətən şəhərdə varlı ailələrin uşaqlarından hazırlanırdı. 
Bir və ya bir neçə kəndin mollası yaxud axundu olurdu. Feodalların himayəsində olan kənd mollasının səlahiyyətlərinə dini 
və hüquq qaydalarını əhali arasında yaymaq, dini mərasimlərin keçirilməsinə nəzarət etmək, nigah və boşanmaların hesabatını 
aparmaq, dəfn mərasimləri vaxtı dualar oxumaq daxil idi. 
 
Elm 
XVII  əsrin  ikinci  yarısı-  XVIII  əsrin  birinci  yarısında  Azərbaycanda  elmin  inkişafında  müəyyən  calanma  yaranmışdı. 
Azərbaycanda dövrün fəlsəfi fikrin görkəmli nümayəndələri aşağıdakı alimlər idi: 

 
Mirzə Məhəmməd  Şirvani  – 
fəlsəfə  sahəsində  məşhurlaşmış,  fəlsəfə,  astronomiya  və  riyaziyyata  dair  əsərlər  yazmış, 
ömrünün çoxunu Nəcəfdə (İraqda) və İsfahanda keçirmişdi. 

 
Yusif  Qarabaği
  -    əsərləri  məntiq,  hüquq  və  astronomiya  problerinə  həsr  edilmişdi.  Onun    “Bölünməz  hissəciyin 
izahına dair” “Gizli olan haqqında traktat” və.b əsərlərində idrak nəzəriyyəsi mühüm yer tutur.  
XVII  əsrin  ikinci  yarısının  tarixçisi   
Məhəmməd  Tahir    Vahid 
idi.
  1645-ci  ildə
  o,  II  Şah  Abbasın  baş  tarixçisi  təyin 
edilmiş, sonralar isə saray vəziri olmuşdur. Onun ən məhşur əsəri “Tarixi-vahid” (“Abbasnamə”) idi. 
 
 
 
 
Kitabxanaçılıq və xəttatlıq 
Bu  dövrdə  Azərbaycanda  kitabxanaya  xüsusi  maraq  vardı.  Hər  bir  imkanlı  və  mədəni  adam  şəxsi  kitabxanasında  olan 
kitabların  sayı  və  mövzusunun  genişliyi  ilə  fəxr  edirdi.  I  Şah  İsmayıldan  başlayaraq,  Səfəvi  şahları  və  qızılbaş  əyanları  elm  və 
İqtisadi vəziyyətin ağırlığı 
 
Aramsız müharibələr 
 
Sosial qruplar arasında ziddiyyətlər 
 
Məhəmməd Tahir 
Vahid 
 
İsgəndər bəy Münşi 
 
 
Oruc Bəy Bayat 
 
Səfəvi dövrünün tarixçiləri 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə