24
I Pyotr
Cənubi Qafqaz və digər Şərq ölkələri ilə iqtisadi əlaqələri genişləndirmək məqsədilə Kürün mənsəbinə yaxın bir
yerdə Peterburq kimi böyük şəhər salmaq fikrinə düşmüşdü. Rusiya tərəfindən işğal edilmiş Xəzəryanı bölgələrdə ticarət
dövriyyəsi xeyli artmışdı. Rusiyadan Xəzəryanı
bölgələrə mahud, kətan gətrilir, yerli
tacirlərdən isə xam ipək alınırdı.
Rusiyanın Azərbaycanda həyata keçirdiyi hərbi-diplomatik tədbirləri
Rusiya
işğal edilmiş Xəzəryanı vilayətlərdə öz mövqeyiqi möhkəmləndirmək üçün hərbi-diplomatik tədbirləri
gücləndirirdi. Rusiya işğal etdiyi bölgələrdə hərbi-diplomatik tədbirləri gücləndirməsinin əsas səbəbi bunlar idi:
•
Osmanlı türklərinin Azərbaycanda möhkəmlənməsi.
•
Osmanlıların Xəzər sahillərinə yaxınlaşması.
Rusiya Xəzəryanı bölgələrdə öz mövqeyiqi möhkəmləndirmək üçün aşağıdakı
hərbi-diplomatik tədbirlər həyata keçirdi:
Xəzəryanı vilayətlərə yeni qüvvələr gətirildi.
Dərbənd və Bakıya hərbi ləvazimat daşıdıldı.
I Pyotrun vəfatından sonra taxta çıxan Rus imperatoru I Yekaterina Səfəvi şahı II Təhmasiblə münasibətləri qaydaya salmaq
üçün 1726-cı ildə knyaz V.Dolqorukov Gilana göndərildi
Rusiyanın Xəzəryanı bölgələrdə özünə sosial dayaq yaratmaq üçün yeritdiyi siyasət
Çar hökuməti
Xəzəryanı bölgələrdə özünə sosial dayaq yaratmaq məqsədi ilə - bu ərazilərə xristian əhalisini, xüsusilə
erməniləri köçürməyə çalışırdı. I Pyotr,
1724-cü ilin noyabrında
verdiyi xüsusi sərəncamda bildirirdi ki -
əgər erməni xalqı
bəyəndiyi yerdə yaşamaq istəsə ona kömək edib torpaq vermək lazımdır, şəhər və kəndlərdə sahibsiz qalan evlər də onların
ixtiyarına verilməlidir. Yəni I Pyotrun sərəncamına görə - yerli əhalini qovub, bu ərazidə erməniləri məskunlaşdırmaq tələb
olunurdu.
Şirvan bölgəsində ermənilərin məskunlaşması da elə I Pyotrun dövrünə təsadüf edir. Sonrakı dövrlərdə də
torpaqlarımızın zəbt edilməsinin əsasını məhz I Pyotr qoymuşdur.
I Pyotr
Rumyanstevə tapşırmışdı ki -
erməniləri Xəzəryanı əyalətlərdə istədikləri şəhərlərdə yerləşdirmək üçün lazım
gələrsə, yerli əhalini qovmaq lazımdır.
QEYD:
1723-1725-ci illərdə regiondakı ermənilərin Rusiya ilə əlaqə saxlayırdılar. Bu illərdə ermənilərin Rusiya ilə əlaqə
saxlamaqda məqsədi Cənubi Qafqaz və Azərbaycanın işğal edilməsində ruslara yardım etmək idi.
Azərbaycan torpaqlarının azad edilməsi uğrunda mübarizə
XVIII əsrin 30-cu illərin əvvəllərində Azərbaycanda siyasi vəziyyət
XVIII əsrin 30-cu illərin əvvəllərində Azərbaycanda siyasi vəziyyət aşağıdakı kimi idi:
Ərazisinin bir hissəsini əfqan, qərb hissəsini isə Osmanlılar zəbt etmişdir.
Xəzəryanı ərazilər Rusiyanın işğalı altında qalırdı.
Ölkə ərazisi Osmanlı ilə Səfəvi imperiyaları arasında gedən qanlı döyüşlər meydanına çevrilmişdir.
Səfəvilər hakimiyyəti bir dövlət kimi varlığı üçün təhlükə yaranmışdı.
Səfəvilər dövlətinin əvvəlki qüdrətinin bərpası üçün addımlar atılırdı.
XVIII əsrin 20-ci illərin sonunda Azərbaycanda Osmanlılara qarşı üsyanlar
Osmanlıların işğal etdikləri ərazilərdə onlara qarşı böyük narazılıq vardı.
1726-cı ildə
Zəngəzurda Osmanlılar əleyhinə güclü
üsyan baş verdi. Zəngəzur üsyançıları
Qafanda sultanın vergi toplayanlarının idarəsini tutaraq, orda Səfəvilər dövründə qalmış
vergi siyahıların ələ keçirib yandırdılar. Lakin
Osmanlılar üsyançıları ciddi cəzalandırdılar.
1727-1728-ci illərdə
Osmanlılar Azərbaycanın işğal etdiyi bölgələrdə əhalini siyahıya aldılar. Osmanlılar əhalini siyahıya
aldıqdan sonra vergi toplanması işi
Osmanlı vergi miqdarı ilə aparılırdı. Bu da
Cənubi Qafqazda, xüsusilə
Şirvanda vergilərin
xeyli artmasına, nəticədə hakim dairələrin nümayəndəliyi ilə xalqın toqquşmalarına gətirib çıxarırdı.
1729-cu ildə
Qarabağda, Şamaxı, Təbriz və
digər şəhərlərdə Osmanlılar əleyhinə hərəkat geniş vüsət aldı.
Eyni vaxtda
yerli əhalinin mübarizəyə qalxması Osmanlıları pis vəziyyətə salmışdı. Azərbaycanın
Xaçqala, Marağa, Həmrud, Ərdəbil və
Xalxal bölgələrində də Osmanlı hakimiyyəti əleyhinə üsyanlar baş vrmişdi. Bu üsyanlar yalnız
Kiçik Asiyadan çoxlu hərbi qüvvə
gətirdikdən sonra 1731-ci ildə yatırıldı.
XVIII əsrin 20-ci illərinin sonunda Azərbaycanda Osmanlıya qarşı üsyanların artması Osmanlı ordusunun vəziyyətini
xeyli çətinləşdirdi. Ümumiyyətlə, bu dövrdə Azərbaycanda Osmanlı ordusunun vəziyyətini çətinləşdirən amillər bunlar idi:
•
Səfəvilər dövlətinin əvvəlki qüdrətinin bərpası üçün atılan addımları.
•
Cənubi Qafqazda əhalinin mübarizə ruhunun artması.