18
möcüzə gizlətmədiyi həmişə təlqin olmuşdur. Lakin, əslində insan öz sirli daxili aləmi ilə maraq dairəsindədir.
Əgər elə olmasaydı insan əsərləri ilə dünya sivilizasiyasına möhtəşəm sənət nümunələri bəxş etməzdi.
İnformativ funksiya – tarixi varisliyin və sosial təcrübənin ötürülməsinə xidmət edir. Bəşəriyyətin
mədəniyyətdən başqa mənəvi sərvətləri ötürən və geniş yayan digər bir sahəsi yoxdur. Mədəniyyət nə genetik,
nə də bioloji yolla ötürülür. Mədəniyyət öz təbiətinə görə tarixi mahiyyət kəsb edir. Onun bu günü keçmişə
əsaslanaraq gələcəyi formalaşdırır. Məhz mədəniyyətin köməkliyi ilə sosial təcrübə bir nəsildən digərinə
ötürülür. Əgər söhbət ayrıca tarixi dövr və mərhələdən gedirsə onda mədəniyyət vasitəsilə informasiya hər hansı
bir ölkədən digərinə, bir xalqdan başqasına çatdırılır. Məhz bu xüsusiyyətinə görə mədəniyyəti
bəşəriyyətin
«qeyri-genetik yaddaş»ı adlandırmaq olar.
İnformasiyanın məkan və zaman çərçivəsində ötürülməsi kanalı təkcə mənəvi mədəniyyətlə deyil, həm də
maddi mədəniyyətlə izah edilir.
Kommunikativ funksiya – bilavasitə informativ funksiya ilə qarşılıqlı əlaqədədir. İnsanın bütün fəaliyyət
istiqamətlərini (istehsal, ideoloji, siyasi, dini və s.) söz müşayiət edir. Dilin özü mədəniyyətin məhsulu olub,
insanlar arasında hərtərəfli
münasibətlər yaradaraq, həm də bu və ya digər mədəniyyətin vasitəçisi rolunu
oynayır. Ünsiyyət prosesi həm incəsənətin spesifik dili ilə (musiqi, rəqs, kino, teatr və s), həm də elmin dili ilə
(riyazi rəmzlər, kimyəvi formullar və s.) həyata keçirilir. Əgər tarixin müxtəlif çağlarında ünsiyyət vasitəsi kimi
nəsildən-nəslə, insandan-insana şifahi, qrafik formada işarə sistemləri ötürülürdüsə,
müasir dövrdə yeni
nəqliyyat vasitələrinin, texnika, kütləvi informasiya vasitələrinin (mətbuat, radio, televiziya, kino, audio və vid-
eo yazılar, internet) inkişafı nəticəsində informasiyaların ötürülməsində yüksək irəliləyişlər əldə edilmişdir.
Texniki vasitələr bir tərəfdən ünsiyyəti genişləndirirsə, digər tərəfdən onu mərükkəbləşdirir, çətinləşdirir. Bu, ilk
növbədə insanların maddi və ya mənəvi dəyərlərlə canlı ünsiyyətin qurulması şəraiti ilə izah edilir. Məsələn,
muzey əşyası ilə tanış olmaq üçün tamaşaçının ekspozisiya zalına getməsi o qədər də vacib deyil. Ona tamaşaçı
həm televiziya, həm də video çəkilişi ilə tamaşa edə bilər. Musiqiyə qulaq asmaq üçün konsert və ya filarmo-
niyaya getmək
vacib deyil, ona maqnitofon və ya kasetlərdə qulaq asmaq mümkündür.
Beləliklə, kommunikativ imkanların genişlənməsi mədəniyyətlərin milli xüsusiyyətlərinin kölgədə
qalması və vahid ümumbəşəri sivilizasiyanın formalaşmasının təminatçısıdır.
Requlyativ (və ya normativ) funksiya – bu cəmiyyətin bütün insanlara tələb və normalar sistemi ilə
yanaşılmaısnı bildirir. Yəni insanların bütün fəaliyyət sahələrində – əmək, məişət, qruplararası münasibətlərdə
və s. cəmiyyət insanlar üzərində bir sıra tələb və normalar qoyur ki, bu da çox vaxt mədəniyyətlə tənzimlənir.
Mədəniyyətin köməkliyi ilə insan və ya insan qruplarının davranışı cəmiyyətin onların üzərinə qoyduğu norma
və prinsiplərə uyğunlaşdırılır. Bu funksiya əxlaq və hüquq kimi normativ sistemlərlə möhkəmləndirilir.
Beləliklə, mədəniyyət insanın gündəlik fəaliyyətini də tənzimləyir. Mədəniyyətin requlyativ funksiyası
əxlaqın müxtəlif sahələri nəticəsində həyata keçirilir:
bunlardan ən aliləri əxlaqi, mənəvi dəyərlərdir. Bunlar da,
yəni əxlaqi dəyərlər tarixin gedişində dəyişərək xalqdan-xalqa ötürülür. Dünya inkişaf etdikcə əxlaq normaları
qarşılıqlı zənginləşir və daha da ümumbəşəri əhəmiyyət kəsb etməyə başlayır. Yəni insanlar indi daha aydın
surətdə dərk etməyə başlamışlar ki, hamı bir gəminin sərnişinləri olub, baş verən neqativ hadisələrə qarşı
mübarizə apara bilirlər. Əxlaq normalarının əsas tənzimləyicisi kimi, hələ ən qədimlərdən kilsə,
müsəlmançılığın tarixindən başlayaraq isə, islam, Qurani-Kərim, məscidlər olmuşdur. Bunların
hər birindəki
müddəa və göstəricilər ümumbəşəri xarakter kəsb edirdi.
Mədəniyyətin requlyativ funksiyasını ifadə edən əsas səviyyələrdən birini də, yuxarıda qeyd olunduğu
kimi, hüquq normaları təşkil edir. Əgər əxlaq normaları özünü dini mətn və sənədlərdə, ədəbiyyatlarda təzahür
etdirirsə, hüquq normaları konstitusiya və qanunlarda təsbit olunur. Bu cəhətinə görə,
həmin normalar təkcə
əxlaqi, mənəvi mahiyyət deyil, həm də hüquqi əhəmiyyət və məzmun kəsb edir. Ona görə də, müxtəlif xalqların
hüquq normalarındakı fərq əxlaqi normalardakı dərslərdən xeyli müqayisə olunacaq səviyyə kəsb edir ki, bu da
ilk növbədə, hər bir millətin, xalqın konkret tarixi, temperamenti ilə izah olunur.
Mədəniyyətin normativ tərəfini əks etdirən digər səviyyələrdən birini də adət və ənənələr təşkil edir. Adət
həyatın müxtəlif sahələrində və şəraitində nəsildən-nəslə ötürülən normaların möhkəm və davamlı davranış siste-
midir. Müəyyən nümunəvi forma kəsb edərək adətlər daha davamlı və konservativ
xarakterə malik olub, əsrlərdən
əsrlərə ötürülür. Mərasim və ənənələr isə daha çox dini məzmun kəsb edir. Bu, dindarların kilsə, məscid və ya
digər xüsusi ayinlərin kollektiv şəkildə simvolik fəaliyyətləridir.
Bütün bunlarla yanaşı, mədəniyyətin requlyativ funksiyası məişətdə, təbiətdə, digər insanlarla
münasibətlərdə öz normalarını müəyyənləşdirir.
Aksioloji (qiymətləndirici) funksiya – mədəniyyətin bu funksiyası insanların hələ Sokrat tərəfindən
verilmiş «xeyir nədədir?» sualının cavabının tapılmasında təzahür edir. Bəşər tarixində bütün
zəka sahibləri bizi
əhatə edən «faydalı» və «zərərli» olanların təsnifatının verilməsinə çalışmışlar. Praktiki fəaliyyət prosesində
insan intellekti vasitəsilə dəyərlərin təsnifatı verilmiş və qiymətləndirilmişdir. Təcrübə zənginləşdikcə bir çox
dəyərlər nəzərdən keçirilmiş, bəziləri sıradan çıxmış, yeniləri meydana gəlmişdir. Müxtəlif xalqlarda «xeyir»,
«şər» anlayışları özünü müxtəlif dəyərlərdə təzahür etdirdi. Lakin bütün bunlara baxmayaraq insan bütün za-
manlarda nəyin xeyirli və zərərli olduğunu həmişə anlamışdır.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir