Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə13/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   78

48
izah edilə bilər ki, 1989-cu ildə Çində Temanem meyda-
nında tələbələrin nümayişinin qarşısının qəddarlıqla alın-
masına  cavab  olaraq  Qərb  dövlətləri  Çinə  silah  satışına 
embarqo qoymuşdur. Bunun əksinə olaraq Rusiya Çinə 
silah satışını genişləndirmişdir. 
Çin  ilə  Hindistan  arasında  da  ərazi  mübahisələri  və 
ziddiyyətlərin mövcud olması kəskin gərginlik həddinə 
çatmır. Ukraynalı politoloq İ.A.Vasilenkonun qeyd etdiyi 
kimi, Çinin hətta Pakistan və Birma ilə hərbi əməkdaşlığı 
inkişaf etdirməsinə baxmayaraq, bu, Hindistanla toqquş-
maya  yol  verməyəcəkdir.
1
  Çünki  hərbi  toqquşmalar  bu 
dövlətin maraqlarına qətiyyən uyğun deyil və inkişafı yo-
lunda maneə ola bilər. Ona görə də Çin sakit beynəlxalq 
fəaliyyətin gerçəkləşdirilməsi xəttinə üstünlük verir. 
Beləliklə, Çin Xalq Respublikasının xarici siyasət strate-
giyasında aşağıdakı bir neçə istiqamət prioritet təşkil edir: 
1. Siyasi səhnədə qlobal və regional qarşıdurmalardan 
uzaq durmaqla iqtisadi mövqelərinin gücləndirilməsi. 
2. Bir tərəfdən ölkənin milli təhlükəsizliyi üçün təhdid 
törədən ekstremizm, terrorizm kimi problemlərin, digər 
tərəfdən  isə  ərzaq  təhlükəsizliyi  və  ətraf  mühitin  mü-
hafizəsi  problemlərinin  həlli  üçün  səmərəli  beynəlxalq 
əməkdaşlıq. 
3.  Çinin  təşəbbüskar  olduğu  layihələrin  beynəlxalq 
aləmdə daha çox tərəfdaşlıq qazanması. 
Artıq qeyd olunduğu kimi, Çinin xarici siyasət strate-
giyasında mühüm prioritetlərdən biri ölkənin ərzaq təh-
lükəsizliyinin  etibarlı  təminatı  üçün  beynəlxalq  əmək-
daşlıqdır.  Dünyanın  ən  çoxsaylı  əhalisinə  malik  Çin  sə-
1
 Василенко И.А. Геополитика современного мира. М.:Гардарики, , 2006, 
317с., с.277


49
nayeləşmə dövrünə daxil olduqdan sonra ətraf mühitin 
qorunması  və  ekoloji  problemlərlə  üzləşmişdir.  Bu  gün 
Çin dünyada atmosferin, eləcə də daxili su ehtiyatlarının 
çirklənməsi baxımından ən öndə gedən ölkələrdən biri-
dir. Bu isə təbii olaraq ölkənin ərzaq təhlükəsizliyi üçün 
ən böyük təhdiddir. Dünya liderliyinə iddia edən Çin hö-
kuməti bu istiqamətdə alternativ yollar axtarır. Belə yol-
lardan biri də xarici ölkələrdə kənd təsərrüfatına yararlı 
torpaq sahələrinin uzunmüddətli icarəyə götürülməsidir. 
Bu da səbəbsiz deyildir. Çünki Çin dünyanın əkinə yarar-
lı  torpaqlarının  9%-nə  sahibdir  və  taxıl  istehlakına  görə 
dünya taxılının 1/5 hissəsini verir. Çin 2007-ci ildən başla-
yaraq Cənubi Amerika, Şərqi və Qərbi Asiya və Afrikada 
əkinə yararlı torpaq sahələri almağa başlamışdır. Həmin 
siyasətin nəticəsində Argentina və Braziliyada daha çox 
qarğıdalı,  soya  lobyası  və  pambıq  əkilmişdir.  Ümumiy-
yətlə, 2009-cu ildə Çinin xarici ölkələrdə müqavilələr əsa-
sında icarəyə götürdüyü (və ya aldığı) torpaq sahələrinin 
həcmi  2  milyon  hektara  çatmışdır.  Bu  onu  göstərir  ki, 
Çin ətraf təhlükəsizliyinin daha etibarlı təmin olunması-
nın daha uyğun yolu kimi ölkənin xaricində torpaqların 
icarəyə götürülməsini görür. 
Müşahidə  edilir  ki,  ÇXR-in  hazırkı  xarici  siyasətinin 
strateji hədəflərindən biri də qonşu ölkələrlə yanaşı, bö-
yük həcmli kreditlər verməklə digər xarici dövlətləri də 
müəyyən şərtlər çərçivəsində özündən asılı vəziyyətə sal-
maqdır. Artıq Çin Cənubi, Cənub-Şərqi Asiya ölkələri ilə 
yanaşı Mərkəzi Asiya ölkələrində də böyük kredit port-
felinə malikdir. Bu ərazilərdə Çin digər rəqiblərini xeyli 
geridə qoyur. 


50
“Yeni İpək Yolu” iqtisadi zonasının yaradılması Çinin 
Mərkəzi Asiya istiqamətində ən mühüm təşəbbüslərindən 
biridir. Çin Xalq Respublikasının Sədri Si Cinpin 2013-cü 
ilin sentyabr ayında Qazaxıstana səfəri zamanı Nazarba-
yev Universitetində olarkən ölkəsinin qədim İpək Yolunu 
yenidən bərpa etməklə, “Yeni İpək Yolu” iqtisadi zonasını 
yaratmaq təşəbbüsünü irəli sürmüşdür. “Yeni İpək Yolu” 
Avrasiya qitəsi boyunca 18 ölkəni və 3 milyard əhali daxil 
olmaqla, demək olar ki, dünyanın yarısını əhatə edir. Bu, 
böyük bir strateji hədəfə çatmaq məqsədi daşıyır. “Yeni 
İpək Yolu” iqtisadi zonasının Çin tərəfindən yaradılması 
Mərkəzi Asiya ilə Avropa arasında aşağıda qeyd olunan 
planların reallaşdırılması məqsədini daşıyır:
1.  İlk  növbədə  iqtisadi  bağlılığı  möhkəmləndirmək 
üçün siyasi əlaqələri gücləndirmək;
2. Sakit okeandan Qara dənizə, Mərkəzi Asiyadan Hind 
okeanına  qədər,  Şərqi,  Qərbi  və  Cənubi Asiya  arasında 
böyük nəqliyyat dəhlizini tədricən qurmaq üçün infrast-
rukturu təkmilləşdirmək;
3. İqtisadi maneələri aradan qaldırmaq, ticarət və sər-
mayə xərclərini azaltmaq üçün tədbirlər görmək - bir söz-
lə, ticarət əlaqələrinin asanlaşdırılmasını təşkil etmək;
4.  Əməliyyat  xərclərinin  azaldılması  və  iqtisadi  rəqa-
bət qabiliyyətinin artırılması ilə maliyyə riskini azaltmaq 
üçün pul mübadiləsi əməkdaşlığını gücləndirmək;
5.  Xalqlar  arasında  iqtisadi,  siyasi  əlaqələrlə  yanaşı, 
elmi, mədəni əlaqələri də gücləndirmək.
Mövcud  iqtisadi  zona  ÇXR-in  birbaşa  Mərkəzi  Asiya 
və ətraf ölkələrlə sərhədyanı ərazilərinin təhlükəsizliyini 
təmin etməklə yanaşı, regionun təbii ehtiyatlarının tədri-


51
cən mənimsənilməsini də sürətləndirəcəkdir. Artıq xeyli 
müddətdir ki, ÇXR “iqtisadi zona” planını tədricən həyata 
keçirir. Məsələn, uzunluğu 2800 km olan Çin-Qazaxıstan 
neft boru kəməri 2006-cı ildən etibarən fəaliyyətdədir və 
hazırda regionun iqtisadi inkişafında xüsusi rol oynayır.
“Yeni İpək Yolu” iqtisadi zonasında Çin maliyyə baxı-
mından geniş bir strategiyasını reallaşdırmağa çalışır. ÇXR 
öz valyutasının işləklik coğrafiyasını və dövriyyəsini ge-
nişləndirməyi, yüksək məbləğdə verilən kreditlərin gələ-
cəkdə yuanla qaytarılmasını və yuanla biznes fəaliyyət-
lərinin həyata keçirilməsini nəzərdə tutur. Beləliklə, ÇXR 
bu siyasətlə kredit verdiyi ölkələri həm iqtisadi baxımdan 
inkişaf etdirmək, həm də hərtərəfli şəkildə özündən asılı 
vəziyyətə salmaq istəyindədir. Belə fəaliyyət Çinin başlı-
ca rəqibləri tərəfindən qısqanclıqla qarşılanır. 
Beləliklə,  Çinin  sürətli  iqtisadi  inkişafı  və  dünyanın 
müxtəlif  regionlarına  yayılması  ölkənin  beynəlxalq  hə-
yatdakı siyasi mövqeyinə güclü təsir göstərir. Və bu gün 
beynəlxalq aləmdə Çin Xalq Respublikasının yeni dünya 
siyasətində  aparıcı  dövlətə  çevrilməsi  prosesi  dərinləşir 
və  genişlənir.  Çin  sakit  diplomatiya  yeritməklə  müasir 
dünya siyasətində qarşısına qoyduğu məqsədləri reallaş-
dırmağa çalışır. 
1.2.  Çin  Xalq  Respublikasının  Asiya  ölkələri  ilə 
əlaqələri
Çin Xalq Respublikasında İkinci Dünya müharibəsin-
dən sonra yaranan yeni siyasət sistemi nəhəng ölkəni böh-
randan çıxarmış və böyük inkişafın möhkəm əsaslarının 
yaradılması ilə nəticələnmişdir. Bununla belə, Çinin dün-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə