Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 43,05 Kb.
Pdf görüntüsü
səhifə67/70
tarix30.12.2017
ölçüsü43,05 Kb.
#18821
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   70

3
3
133
132
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
Qan-damar sistemi. Məməlilərin ürəyi dördkameralı olub, 2 qulaqcıq və 2 mə-
dəcikdən ibarətdir. Ürəyin sağ və sol hissələri bir-birindən tamamilə ayrıldığın-
dan arterial və venoz qanlar qarışmır. İstiqanlı heyvanlardır, bədən temperatu-
ru sabitdir. 
Məməlilərə xas olan əlamətləri seçin:
 
1. Tük örtüyü inkişaf etmişdir 
2. Dəridə vəzi yoxdur  
3. Diafraqma var 
4. Balalarını südlə bəsləyir  
5. Qəlsəmələr və ağciyərlərlə tənəffüs edir  
6. İstiqanlı heyvanlardır 
7. Beyin yarımkürələrinin qabığı qırışlıdır  
1. Hər sırada sinfə uyğun gəlməyən heyvan adını seçin. Seçimi
zi əsaslandırın: 
a) Göyərçin, qartal, yarasa, qaranquş 
b) Timsah, ilan, siçan, kərtənkələ  
c) Kütüm, balina, akula, xəşəm 
d) Ağ ayı, suiti, balina, nərə  
2. Məntiqə əsasən sual işarəsinin yerinə uyğun olan anlayışı müəyyən edin. 
ni
Balıqlar – qəlsəmələr 
Məməlilər – ?
Məməlilər – böyrəklər 
Həşəratlar – ?
Sürünənlər – pulcuqlar  
Məməlilər – ? 
Məməlilər – dördkameralı ürək 
Suda-quruda yaşayanlar – ?
Quşlar – yumurta qoyur 
Məməlilər – ?
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Hiss 
orqanları
Eşitmə
Görmə 
Qoxubilmə 
Lamisə 
Dadbilmə 
Ev itinin sinir sistemi
Ön beyin
Ev itinin qan-damar sistemi
Sol aorta qövsü
İfrazat  sistemi.  İfrazat  sistemi  paxlaşəkilli  bir  cüt  böyrəkdən,  bir  cüt  sidik 
axarı, sidik kisəsi və sidik kanalından ibarətdir. 
Sinir  sistemi.  Məməlilərdə  baş-beyin,  digər  onurğalılarda  olduğu  kimi, 
beşşöbəlidir. Beyin yarımkürələrinin üzəri boz maddədən ibarət qırışlı qabıqla 
örtülmüşdür.  Boz  maddəni  sinir  hüceyrələri  əmələ  gətirir.  Məməlilərdə  sinir 
sisteminin  yaxşı  inkişaf  etməsi  ilə  əlaqədar  mürəkkəb  davranış  hərəkətləri 
müşahidə edilir.
Hiss  orqanları.  Məməlilərdə  eşitmə,  görmə,  qoxubilmə,  lamisə,  dadbilmə 
hissiyyatı  olur.  Əksəriyyətində  eşitmə  orqanı  yaxşı  inkişaf  etmişdir.  Görmə 
orqanı 2 göz qapağına malik gözlərdən ibarətdir. Əksər məməlilərdə üçüncü göz 
qapağı  qalıq  halındadır.  Həyat  tərzindən  və  yaşadığı  mühit  şəraitindən  asılı 
olaraq hiss orqanlarının inkişaf səviyyəsi müxtəlif məməlilərdə fərqlidir.
Qoxubilmə  hissiyyatı  su  heyvanlarında  zəif,  quru  həyat  tərzi  keçirən  hey-
vanlarda  isə  daha  güclüdür.  Məməlilər  üçün  lamisə  funksiyasını  burunun  və 
gözlərin kənarında olan uzun və sərt tüklər yerinə yetirir.  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
İtin ürəyinin quruluşu


Şəkildə təsvir olunmuş canlıların ilkin inkişafındakı ümumi və fərqli cəhətləri 
müəyyən edin.
Fäaliyyät
Fäaliyyät
3
3
135
134
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Quşlar və məməlilər
52. 
Məməlilərin çoxalması, davranışı  
      və onların həyatında mövsümi dəyişkənliklər
Filin  boğazlıq  dövrü  2  ilə  qədər  çəkir.  Yeni  doğulan  balanın  ilk  dövrlərdə 
qayğıya ehtiyacı olduğu üçün ana fil onu bir an da tərk etmir.
· Nə üçün məməlilərin yeni doğulan balaları ana qayğısına möhtac olur?
· Məməlilərin nəsil qayğısına qalması özünü nə ilə büruzə verir?  
Məməlilərin 
  və  ço-
xalması.  Məməlilər  ayrıcinsli  heyvan-
lardır.  Plasentalı  məməlilərdə  erkəklərin 
cinsiyyət sistemi bir cüt toxumluqdan, bir 
cüt  toxum  borusundan  və  cütləşmə 
orqanından  ibarətdir.  Dişi  cinsiyyət  sis-
teminə  isə  bir  cüt  yumurtalıq,  bir  cüt 
yumurta  borusu,  balalıq  aiddir.  Məməli-
lərdə mayalanma daxilidir. 
Rüşeymin  sonrakı  inkişafı  balalıqda 
cinsiyyət  sistemi
gedir.  Balalıqda  plasenta  adlanan  və  qan  damarları  ilə  zəngin  xüsusi 
orqan yaranır. Bunun köməyi ilə ana orqanizmindən qida maddələri göbək 
ciyəsi ilə dölə daxil olur və onun böyümə və inkişafını təmin edir. Bala 
doğulandan sonra dişi fərd balasını südlə bəsləyir. Məməlilərdən bəziləri, 
məsələn,  yumurtaqoyanlarda  (ördəkburun  və  yexidna)  plasenta  olmur. 
Balanın  inkişafı  yumurta  içərisində  gedir.  Kenquru  və  opossum  kimi 
kisəli  məməlilər  tam  formalaşmamış  bala  doğurlar  ki,  bunlarda  da 
rüşeymin sonrakı inkişafı qarında yerləşən kisə içərisində gedir. Burada 
bala südlə bəslənir. Məməlilərdə bətndaxili inkişaf zamanı   balanın sayı 
ilk növbədə bədənin ölçüsündən asılıdır. Təbii düşmənləri çox olan kiçik 
məməlilərdə  (dovşankimilərdə,  gəmiricilərdə)  boğazlıq  dövrü  qısa, 
doğulan balaların sayı isə çox olur. İri məməlilərdə, məsələn, fildə boğaz-
lıq  dövrü  uzun,  doğulan  balaların  sayı  isə  az  olur.  Məməlilər  inkişafın 
bütün mərhələlərində yüksək nəsil qayğısına qalma  ilə fərqlənir.
Məməlilərin həyatında fəsil dəyişmələri hadisəsi. Məməlilərin həyat 
fəaliyyəti,  digər  heyvanlardakı  kimi,  ilin  fəsillərindən  asılı  olaraq 
mövsümi dəyişir. Bu hadisələrə baladoğma, qışa hazırlıq, miqrasiya, qış 
yuxusu aiddir. 
Baladoğma. Bir çox məməlilərdə baladoğma böyümə və inkişaf üçün 
əlverişli  olan  yaz  və  yay  dövrünə  təsadüf  edir.  Məməlilərdə  cütləşmə 
prosesi  ayrı-ayrı  növlərdə  müxtəlif  fəsillərdə  baş  verə  bilir.  Məsələn, 
gəmiricilər üçün bu dövr yaz, dırnaqlı heyvanlar üçün isə payız fəslinə 
təsadüf edir. 
Qışa hazırlıq. Payızda məməlilərdə qışa hazırlıq dövrü başlayır. Onlar 
tüklərini dəyişir, çoxlu qidalanır və kökəlir. Qışa hazırlıq dövründə tük 
örtüyü sıxlaşır və dəri altında qalın piy qatı toplanır. Bəzi məməlilərdə 
ətraf mühitdən seçilməmələri üçün tükün rəngi də dəyişir.
Miqrasiya.  Qışa  hazırlıq,  adətən,  miqrasiya  ilə  də  müşayiət  olunur. 
Məsələn,  otyeyən  heyvanların  bir  çoxu  –  cüyürlər,  sığınlar,  qabanlar 
yayda otla zəngin dağ çəmənliklərinə qalxsalar da, qışda dağdan qar örtü-
yü az olan düzənliklərə enir.
Yem  ehtiyatı  toplama.  Bəzi  məməlilər,  xüsusən  gəmiricilər  fəallıq 
dövrlərində  qış  üçün  yem  ehtiyatı  toplayır.  Qış  yuxusuna  gedən  və 
miqrasiya edən heyvanlarda, adətən, bu baş vermir.
Qış yuxusu. Gəmiricilərin, yarasaların, kirpilərin, ayıların bəzi növləri 
yemin  kəskin  surətdə  azalması  və  şəraitin  pisləşməsi  zamanı  qış 
yuxusuna gedir. 
Fəsil hadisələrinin növbələşməsi, əsasən, çoxalma, bəzən yemin miqda-
rı ilə əlaqədar olub, uyğunlaşma xarakteri daşıyır. 
Düzgün ifadəni seçin: 
1. Bütün məməlilərdə diridoğma müşahidə olunur. 
2. Yumurtaqoyan məməlilərdə balalıq olur.  
3. Məməli heyvanın bədən ölçüsü nə qədər iri olarsa, onun boğazlıq 
dövrü də o qədər uzun olar. 
4. Məməlilərdə nəsil qayğısına qalma mövcuddur. 
1. Düzgün cavabı seçin:
 məməlilər çoxalma və inkişaf xüsusiyyətlərindən asılı 
olaraq  3 qrupa bölünür: 
a) Suda yaşayanlar, quruda yaşayanlar, həm suda, həm quruda yaşayanlar. 
b) Otyeyənlər, yırtıcılar, hər şeylə qidalanan. 
c) Yumurtaqoyanlar, kisəlilər, plasentalılar. 
2. Suallara cavab verin:
a) Məməli orqanizmin bədənində ehtiyat qida maddəsi az olan mayalanmış 
yumurta hüceyrə necə inkişaf edir? 
b) Nə üçün fil 3-4 ildə bir, adi çölsiçanının isə ildə 6-8 dəfə bala verir? 
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Dölün
Rüşeymin 
balalıqda inkişafı 


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə