Dərsin tipi: Deduktiv İş forması: Böyük və kiçik qruplarla iş İş üsulu: Əqli hücum, Rollu oyun



Yüklə 32,88 Kb.
tarix07.12.2017
ölçüsü32,88 Kb.
#14530
növüDərs






2013


Samux rayon Ziyadlı kənd tam orta məktəbin informatika müəlliməsi Zeynalova Zəminənin

Alqoritm”



mövzusunda açıq dərsin icmalı
06.04.2013

Fənn: İnformatika

Mövzu: Alqoritm

Standart: 2.2.1

Məqsəd: Alqoritm anlayışını izah etmək

Alqoritmi addımlarla yazmaq

Addımlarla yazılmış alqoritmi izah etmək

Alqoritmi sözlərlə təsvir etmək

Dərsin tipi: Deduktiv

İş forması: Böyük və kiçik qruplarla iş

İş üsulu: Əqli hücum, Rollu oyun

İnteqrasiya: Riy.- 2.1.1, Tex.- 3.1.1

Təhcizat: Kompyuter, proyektor, iş vərəqi, dərslik
Dərsin mərhələləri

1. Motivasiya

Müəllim tərəfindən hazırlanmış təqdimat nümayiş olunur.

Bu zaman müəllim sinifə müraciətlə soruşur: Uşaqlar siz deyə bilərsinizmi: Bizim həyatımızı asanlaşdıran nədir? şagirdlər tərəfindən cavablar verilir( dostlar, müəllim, kitab, kompüter və s.)

Müəllim daha bir neçə sualla sinifə müraciət edir: Kompüter vasitəsilə biz hansı işlərimizi yerinə yetiririk? Bəs bunu necə edirik? şagirdlərin cavabları dinlənilir: ( göstəriş və komanda veririk)

Müəllim yenidən sual verir: Uşaqlar sizcə kompüteri açmadan Paint proqramını başlada bilərikmi? şagirdlərdən xeyr cavabı aldıqdan sonra, müəllim: deməli hərəkətlər ardıcıllıqla yerinə yetirilməlidir. Uşaqlar məhz bizim bugünkü mövzumuz hərəkətlər ardıcıllığı olan Alqoritmdir.

Tədqiqat sualı:

Alqoritm olmasa bizim həyatımızda hansı dəyişikliklər olar?

2. Tədqiqatın aparılması

Sinif qruplara bölünür. Hər qrupa iş vərəqləri paylanılır.





TAPŞIRIQ: 1.

Çörəyin yaranma alqoritmini qurun, şəkilləri hər mərhələyə uyğun ardıcıllıqla düzün.
TAPŞIRIQ: 2.

Paint proqramından istifadə etməklə Günəş şəkili çəkin, və yerinə yetirdiyiniz hərəkətləri ardıcıllıqla qeyd edin.






TAPŞIRIQ: 1.

Səməninin cücərdilmə alqoritmini qurun, şəkilləri hər mərhələyə uyğun ardıcıllıqla düzün.
TAPŞIRIQ: 2.

Paint proqramında istifadə etməklə Çiçək şəkili çəkin və yerinə yetirdiyiniz hərəkətləri ardıcıllıqla qeyd edin.









TAPŞIRIQ: 1.

Kitabın yaranma alqoritmini qurun, şəkilləri hər mərhələyə uyğun ardıcıllıqla düzün.
TAPŞIRIQ: 2.

Paint proqramında istifadə etməklə Ev şəkili çəkin və yerinə yetirdiyiniz hərəkətləri ardıcıllıqla qeyd edin.






3. Məlumat mübadiləsi

Tədqiqat başa çatdıqdan sonra qrupların işi təqdim olunur. İnformasiya mübadiləsi baş verir.


4. Məlumatın müzakirəsi və təşkili

Hər qrup işi təqdim etdikdən sonra müəllim digər qruplara sualla müraciət edir, hazırlanan bu tədqiqata daha nə kimi əlavələr etmək olardı?




  1. Nəticənin çıxarılması

Müəllim daha sonra şagirdlərdən aldıqları cavabları ümumiləşdirərək nəticə çıxarır.

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yerinə yetirilən sonlu sayda hərəkətlər ardıcıllığına alqoritm deyilir. Alqoritmdə hər bir addım alqoritmin addımı adlanır. İstənilən hərəkətlər ardıcıllığına alqoritm deyə bilmərik, hər bir addım aydın, konkret olmalıdır. Alqoritm termini Orta Asiyada yaşamış Əl – Xarəzminin adı ilə bağlıdır. Deməli alqoritm həyatımızın nizamlayıcısıdır.



6. Yaradıcı tətbiqetmə

Bu mərhələdə Rollu oyun keçirilir. Bu oyunu Robot yaxud komandir adlandırmaq olar. Şagirdlərin biri komandir, digəri isə əsgər olur. Müəllim qarşıya müəyyən bir məsələ qoyur. Komandir əsgərə bu işləri görmək üçün dəqiq komandalar verməlidir.


7. Qiymətləndirmə

Müəllim özünü qiymətləndirmə üsulundan istifadə edərək qiymətləndirməni şagirdlərə tapşırır.


Ev tapşırığı: Riyaziyyat, Texnologiya, Təsviri incəsənət dərslərində yerinə yetirdiyiniz və xoşladıgınız bir alqoritmi addımlarla yazın.
Yüklə 32,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə