Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və
digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi
Az
ərbaycan Respublikasının
T
ələbə Qəbulu üzrə Dövlət Komissiyası
Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif
“Coğrafiya”
d
ərslik komplektinə dair
İLKİN RƏY
Respublikanın ümumtəhsil
məktəblərinin 8-ci sinifləri üçün
“Coğrafiya” dərslik komplekti
Müəlliflər:
Zakir Eminov
Qabil S
əmədov
Aygün Əliyeva
Xəzər Etiket
Bakı-2015
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 8-ci sinifləri
üçün
coğrafiya fənni üzrə təhsil proqramı (kurikulumu)
Dərslikdəki materiallarda yeni təhsil proqramına (kurikulum)
əsasən aşağıdakı 3 məzmun xətti üzrə 6 əsas
və 20
alt standartın
reallaşdırılması nəzərdə tutulmuşdur.
Məzmun xətləri:
1. Coğrafi məkan
2. Təbiət
3. Cəmiyyət
1.1
. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən
dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1
. Yeni elm sahələrinin yaranmasını izah edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
1.2.1
. Günəş şüalarının Yer kürəsinə düşmə bucağının dəyişməsini
hesablayır.
1.2.2. Yerin hərəkətinin coğrafi nəticələri ilə həyatın inkişafı arasındakı
əlaqəni izah edir.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik təsvirlərin müxtəlifliyini, əhəmiyyətini izah edir.
1.3.2. Kartoqrafik təsvirlər üzərində hesablamalar aparır.
1.
Coğrafi məkan
2.1
. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi
nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1
. Litosfer tavalarının hərəkətini müasir relyef formalarının
yaranması ilə əlaqələndirir.
2.1.2. Tektonik xəritələrdə litosfer tavalarının hərəkətinin nəticələrini
oxuyur.
2.1.3. İqliməmələgətirən amilləri və dünyanın iqlimində baş verən
dəyişiklikləri izah edir.
2.1.4. Atmosfer hadisələrinə dair sxem və diaqramlar tərtib edir.
2.1.5. Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri
təhlil edir.
2.1.6. Okean sularının xüsusiyyətləri ilə bağlı hesablamalar aparır.
2.1.7. Biosferin digər təbəqələr ilə əlaqəsini şərh edir.
2.1.8. Təbii zonalar xəritəsini oxuyur.
2.
Təbiət
3.1. Dünya
əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar
nümayiş etdirir.
3.1.1.
Əhalinin təbii və mexaniki hərəkətinin səbəblərini izah edir.
3.1.2.
Əhalinin təbii artımına görə hesablamalar aparır.
3.2.
Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar
nümayiş etdirir.
3.2.1.
Ölkələri inkişaf səviyyəsinə görə təhlil edir.
3.2.2.
Xəritə üzərində ölkələri inkişaf səviyyəsinə görə qruplaşdırır.
3.2.3.
Təsərrüfatın inkişafında təbii ehtiyatların rolunu qiymətləndirir.
3.2.4.
Təbii ehtiyatların təsnifatı sxemini qurur.
3.2.5. Ekoloji
problemlərin insan həyatına təsirini izah edir.
3. Cəmiyyət
1.
Məzmunun işlənməsi baxımından
2. Dil və yazı üslubu baxımından
3. Dizayn və bədii tərtibat baxımından
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
5.
Müəllim üçün metodik vəsaitin (MMV-nin) məzmununun
işlənməsi baxımından
Ümumi təhsili həyata keçirən bütün təhsil
müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti və
digər tədris vasitələrinin elmi-metodiki monitorinq
meyarları
Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə
olan dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki
monitorinqi 5 parametr üzrə həyata keçirilir:
Dərsliyin strukturu
D
ərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən
ibarətdir. Dərslik 192 səhifədən ibarət olub, 10 tədris vahidi ( “Coğrafi
kəşflərdən tədqiqatlara doğru”, “Xəritələr və onların üzərində
təsvir üsulları”, “Yerin hərəkəti və onun coğrafi nəticələri”, “Yerin
fəal tektonik təbəqəsi”, “Atmosfer”, “Yerin su təbəqəsi”, “Biosfer”,
“Dünya ölkələrinin təsnifatı”, “Əhali və təsərrüfatın ərazi təşkili”,
“Ekoloji mühit və onun mühafizəsi”) üzrə 57 mövzunu əhatə edir.
Mövzular
üzrə “Açar sözlər”, “Təhlil edək”, “Nə öyrəndik”,
“Mövzuya aid suallar”, “Özünüzü yoxlayın”, “Ev tapşırığı”, hər
tədris vahidinin sonunda “Ümumiləşdirici tapşırıqlar”, dərsliyin
sonunda
isə “Terminlərin izahlı lüğəti” verilmişdir.
Qeyd
etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə
əsasən dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə
göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə
alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və
dəyişikliklər zamanı isə yeni nöqsanlara yol verilmişdir.
Bunlar
aşağıdakılardır:
Dərslikdə verilən materialların elmiliyi təmin olunsa da,
özünütəhsil,
əməkdaşlıq,
kollektivçilik,
təlimin
həyatla
əlaqələndirilməsi prinsipləri yerinə yetirilməmiş, əyanilik, ekoloji,
biliklərin möhkəmləndirilməsi prinsipləri isə bəsit formada
verilmişdir.
Məzmunun işlənməsi baxımından
Məzmunun işlənməsi baxımından
Bəzi mövzularda yuxarı sinif fənn kurikulumunun alt standartlarına
aid materiallar
verilmişdir:
Səhifə 13. “Açar sözlər”dəki “Siyasi coğrafiya” ifadəsi 10-cu
sinfin 3.2.1.
“Ölkələrin geosiyasi mövqeyini qiymətləndirir” və 3.2.2.
“Siyasi münaqişələrin xəritədə yaratdığı dəyişiklikləri qeyd edir” alt
standartlarının, “Ekoloji coğrafiya”, “Tibbi coğrafiya” və “Rekreasiya
coğrafiyası” terminləri isə 9-cu sinfin 3.2.5. “Ətraf mühitdə yaranmış
ekoloji
vəziyyəti qiymətləndirir” alt standartının məzmununa aiddir.
Səhifə 24. 6-cı tapşırıqdakı “Rekreasiya coğrafiyasının öyrəndiyi
sahələrə aid etmək olar:” şərti 9-cu sinfin 3.2.5. “Ətraf mühitdə
yaranmış ekoloji vəziyyəti qiymətləndirir” alt standartının məzmununa
aiddir.
Səhifə 28. “Tapşırıq” bölməsindəki bütün tapşırıqlar 11-ci sinfin
1.3.2.
“Kartoqrafik təsvirlər əsasında hər hansı ərazinin fiziki-iqtisadi
təsvirini verir” alt standartının məzmununa aiddir və çox yüklüdür.
Məzmunun işlənməsi baxımından
Səhifə 133. Mövzuda “Ümumi Daxili Məhsul (ÜDM)”
haqqında verilən məlumat 11-ci sinfin 3.2.3. “Beynəlxalq iqtisadi
münasibətlərin ölkələrin inkişafındakı roluna dair təqdimatlar edir” alt
standartının məzmununa aiddir.
Səhifə 151. “Əhalinin təbii artımı və miqrasiyası” mövzusunda
verilmiş
“demoqrafik
böhran”,
“demoqrafik
partlayış”,
“demoqrafik siyasət” anlayışları 9-cu sinfin 3.1.1. “ Əhalinin artım
dinamikasını ölkənin inkişaf səviyyəsi ilə əlaqələndirir” alt standartının
məzmununa aiddir.
Səhifə 155. “Hesablayın”da verilmiş tapşırıq 11-ci sinfin
2.1.2.
“Mineral ehtiyatların istifadəsinin proqnozlarına dair
hesablamalar
aparır” alt standartının məzmununa aiddir.
Məzmunun işlənməsi baxımından
Səhifə 30. Səhifənin əvvəlində verilmiş “Sinoptik xəritə”də şərti
işarələrdə qeyd olunmuş bəzi terminlər haqqında əvvəlki mövzularda
məlumat verilməmişdir. Məsələn, “atmosfer cəbhələri” və s.
Səhifə 39. Sonuncu abzasda
“Paletka” üsulu ilə sahələrin
hesablanmasında
izahat
tam
verilməmişdir,
yəni
yarımçıq
damaların
hesablanma
qaydası
göstərilməmişdir. Hesablama qaydası
“Tam damaların sayı + yarım
damaların sayının 1/2- i” kimi
verilməlidir. Həmçinin bu üsul 8-ci
sinif
şagirdinin yaş səviyyəsinə
uyğun deyil.
Məzmunun işlənməsi baxımından
Səhifə 43. “Qurşaq vaxtı”
mövzusunun
2-ci
abzasında
“Beynəlxalq razılaşmaya əsasən
qurşaqların hesablanması hər hər
15
°-dən
bir
Qrinviç
meridianından
başlanır”
cümləsindən “hər hər 15°-dən bir”
ifadəsinin çıxarılması tövsiyə edilir.
Məzmunun işlənməsi baxımından
Məzmunun işlənməsi baxımından
Səhifə 70. “Təhlil edək”də 2-ci bənddə “Materiklərin eyni
coğrafi enliklərində eyni xassələrə malik süxurların
tapılmasını
nə
ilə
izah
etmək
olar?”
cümləsi
dəqiqləşdirilməlidir. Çünki süxurların əmələ gəlməsi coğrafi
enlikdən asılı deyil.
Səhifə 76. 1-ci azbasda “Troposferin ümumi fiziki
xassələrə (temperatura, rütubətliyə, təzyiqə və s) malik olan
və geniş əraziləri əhatə edən axınları hava kütlələri adlanır”
cümləsi redaktə edilməlidir. Çünki “hava kütlələri” “axınlar”
kimi
təqdim olunsa da, əslində hava kütləsi böyük hava həcmidir.
Səhifə 100. “Bilirsinizmi?”
bölməsində “Ekspedisiya müəyyən
etdi ki, okean
dibində dərinliyi 5000
metrdən çox olan çökəkliklər, dağlar
və sıra dağlar vardır” cümləsi
“Ekspedisiya müəyyən etdi ki, okean
dibində dərinliyi 5000 metrdən çox
olan
çökəkliklər və hündürlüyü okean
yatağından hesablanan sualtı dağlar
və orta okean dağ silsilələri vardır” ilə
əvəz edilməlidir.
Məzmunun işlənməsi baxımından
Səhifə 106. Səhifənin sonunda “1 l dəniz suyunun tərkibində
duzların miqdarı” kimi verilmiş məlumatlar mövzuda əks
edilməmişdir.
Məzmunun işlənməsi baxımından
Səhifə 149. “Hesablayın”da orta illik artım faizinin və orta illik
artımın hesablanmasına dair çalışmalar verilmiş, lakin mövzunun
izahında bu hesablamalara aid nümunələr göstərilməmişdir. Belə
nümunələrin mövzunun izahında verilməsi tövsiyə edilir.
Məzmunun işlənməsi baxımından
Hesablayın
1. 1970-ci
ildə Azərbaycanda əhalinin sayı 5117 min nəfər,
1999-cu
ildə 7953 min nəfər olmuşdur. Əhalinin sayının orta
illik
artım faizini tapın.
2. Dünyada 1970-ci
ildə əhalinin sayı 3635,0 mln. nəfər,
1990-
cı ildə 5235,0 mln. nəfər olmuşdur. Əhalinin sayının
orta illik
artımının neçə nəfər olduğunu müəyyən edin.
3. 2000-ci
ildə dünya əhalisinin sayı 6250 mln. nəfər
olmuşdur. Əhalinin sayının orta illik artımının 2% olduğunu
nəzərə alaraq 2015-ci ilə bu göstərici neçə nəfərə çata bilər?
Dil və yazı üslubu baxımından
Səhifə 17. 2-ci abzasın 3-cü cümləsindəki “Okeanlarda suların
axım istiqamətləri” ifadəsində “axım” sözü “ axın” kimi
yazılmalıdır.
Səhifə 58. “Açar sözlər”dəki “qırılmalar” və “qırışıqlıqlar”
terminlərinin mətndə adları çəkilsə də, onların tam izahı
verilməmişdir.
Səhifə 71. Səhifənin əvvəlində 1-ci şəkilaltı yazıda “Hazırkı
dövr” ifadəsinin “ Müasir dövr” ilə əvəz edilməsi
məqsədəuyğundur.
Dil və yazı üslubu baxımından
Səhifə 171. Səhifənin sonundakı şəkilaltı yazı (“Sənaye
sularının təmizlənməsi qarşıda duran əsas vəzifələrdən
biridir”) şüar kimi göstərildiyindən, dəyişdirilməsi tövsiyə edilir.
Sənaye sularının təmizlənməsi qarşıda duran əsas vəzifələrdən biridir
Dərslikdə verilən bir çox xəritələrdə miqyasın yazılması düzgün
deyil. Səhifə 33, 68, 89, 98, 129, 145.
Dizayn və bədii tərtibat baxımından
Dizayn və bədii tərtibat baxımından
Səhifə 30. “Topoqrafik
plan”da olan məlumatlar aydın
deyil.
Planın
şərti
işarələri
verilmədiyindən,
dəyişdirilməsi
tövsiyə edilir.
Səhifə 33. “Nöqtələr üsulu
ilə kənd əhalisinin yerləşməsi və
sayının təsiri” xəritəsində nöqtələrin
ölçüləri eyni verilmişdir. Lakin
xəritədə verilmiş obyektlərin ərazi
üzrə yayılması və onların kəmiyyət
göstəricilərini fərqləndirmək üçün bu
nöqtələrin
ölçülərinin
fərqli
verilməsi məqsədəuyğundur.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 35. “Dünyanın fiziki xəritəsi”ndə coğrafi obyektlərin
adının verilməsi tövsiyə edilir.
Səhifə 46. “Yerin
Günəş ətrafında hərəkəti”
sxemi
aydın deyil. Belə ki,
yarımkürələrin
hansının
qaranlıq, hansının işıqlı
olması seçilmir.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 39. Səhifənin
əvvəlində təqdim edilmiş
“Bakı
şəhərinin
yerləşdiyi coğrafi enlik
(40°
şm.e)” xəritəsində
Bakı
şəhəri
aydın
görünmədiyindən,
xəritənin dəyişdirilməsi
məqsədəuyğundur.
Səhifə 51. Səhifənin sonunda verilmiş “İşıqlanma qurşaqları”
xəritə- sxemində qurşaqların sərhəddi aydın deyil, rənglər bir-
birinə qarışmışdır.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 56. 5-ci tapşırıqda verilən
sxemin
nəyi ifadə etdiyi aydin deyil.
Bu sxemin
keyfiyyət fon üsulunda 3
rəngin çaları ilə verilməsi tövsiyə
edilir.
Dizayn və bədii tərtibat baxımından
Səhifə
60.
Səhifənin
əvvəlində verilmiş şəkilaltı yazı
(
“Süxurların nisbi yaşını canlı
orqanizmlərin
daşlaşmış
qalıqlarının ardıcıllığına görə
müəyyən
etmək
olar”)
uğursuzdur. Çünki şəkildə çökmə
süxurlar görünmür.
Səhifə 62. “Litosfer tavalarının hərəkəti sxemi”ndə “dərin
okean
çökəkliyi (nov)” aydın verilməmişdir. Həmin sxemdə “Rift
dərəsi”nin materik yer qabığında, litosfer tavalarının sərhədindən
kənarda verilməsi düzgün deyil. Belə ki, səhifə 67-də 1-ci abzasda
“rift dərəsi”nin orta okean dağ silsilələrinin sərhədində olduğu yazılır.
Bunlar
uyğunsuzluq təşkil edir.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 93. “Dünyanın iqlim xəritəsi”ndə rənglər çox qarışıq
olduğundan, şagirdin müstəqil fəaliyyətini təmin edə bilmir. Xəritənin
dəyişdirilməsi məqsədəuyğundur.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 100 və 101. Hər iki səhifədə verilmiş şəkillər uğursuz
seçilmiş, həmçinin xronoloji baxımdan düzgün sıralanmamışdır.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 103. “Okeanda dərinliyə doğru temperaturun
dəyişməsi” qrafikində dərinlik göstəricilərinin şaquli, temperatur
göstəricilərinin isə üfüqi xəttdə verilməsi məqsədəuyğundur.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 116. “Coğrafi
təbəqənin
sərhədləri”ndə
“Qabarma zonası” aydın
deyil.
Dərslikdə bu ifadə
haqqında
məlumat
verilməmişdir.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 117. “Coğrafi təbəqənin inkişaf mərhələləri” kimi elmi
məlumatlar doğru deyil. Məsələn, ilkin dumanlığın “8 mlrd. il” əvvəl
yarandığı qeyd edilmişdir. Lakin ilkin dumanlıqların yaranması daha
əvvələ təsadüf edir. “Coğrafi təbəqənin inkişaf mərhələləri” ifadəsi
qeyd
edilsə də, şəkil coğrafi təbəqənin inkişafına aid olmayıb, onun
yaranmasından daha əvvəlki mərhələləri əks etdirir. Həmçinin şəklin
mövzu
ilə heç bir əlaqəsi yoxdur.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 148. 1-ci diaqramın kənarlarında ölçü vahidləri və
diaqramdakı xətlərin hansının “əhalinin sayına”, hansının isə
“proqnoza” aid olması verilməlidir.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 148. Səhifənin sonundakı “Azərbaycanda əhalinin sayının
artımı” qrafiki uğursuzdur. Belə ki, burada əhalinin artımı 2005-ci ilə
kimi
hər 5 ildən bir, sonra isə hər il üçün verilmişdir. Müxtəlif dövrlər
üçün
verilən bu rəqəmləri müqayisə etmək şagirdlər üçün çətinlik
yaradır.
Dizayn və bədii tərtibat baxımından
Səhifə 55. “Tapşırıq”dakı şəkil şagirddə tapşırığı həll etmək üçün
lazım olan təssəvürü tam formalaşdırmır. Şəklin dəyişdirilməsi
tövsiyə edilir.
Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Səhifə 55. “Hesablayın”da verilmiş cədvəldə “Durban” şəhərinin şagirdlərə
tanış olan digər bir şəhərlə əvəz edilməsi tövsiyə edilir.
Səhifə 56.
“Ümumiləşdirici tapşırıqlar”da 2-ci tapşırıqda “London (0
o
ş.u.)”
ifadəsinin “London (0
o
)” kimi verilməsi məqsədəuyğundur.
Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
1.
Qədim quru sahələrinin adlarını müvafiq olaraq yazın.
Səhifə 72. “Ümumiləşdirici tapşırıqlar”da 1-ci tapşırıqda “Qədim quru
sahələrinin adlarını müvafiq olaraq yazın” cümləsi qeyd edilmişdir. Lakin
şagirdə adları necə və harada yazmaq haqqında məlumat verilməmişdir.
Səhifə 73. “Ümumiləşdirici tapşırıqlar”da 7-ci tapşırığın şərtində ( “Litosfer
tavalarını materik və okeanlarda yerləşməsinə uyğun olaraq qruplaşdırın”)
litosfer
tavalarının materik və okeanda yerləşməsinə görə qruplaşdırılması tələb
olunsa da,
cədvəldə tavaların qruplaşdırılması üçün 3 sütun (“Materik”, “Okean”,
“Materik və okean”) verilmişdir. Uyğunsuzluq aradan qaldırılmalıdır.
Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Materik
Okean
Materik
və okean
7. Litosfer
tavalarını materik və okeanlarda yerləşməsinə uyğun olaraq qruplaşdırın:
1. Avrasiya; 2.
Şimali Amerika; 3. Sakit okean; 4. Ərəbistan; 5. Naska;
6. Kokos; 7. Antarktida; 8. Hind-Avstraliya; 9. Afrika; 10 Karib;
11.
Cənubi Amerika; 12. Filippin.
Səhifə 72 və 73. “Ümumiləşdirici tapşırıqlar”da 5-ci və 9-cu
tapşırıqlar demək olar ki, eynidir. Tapşırıqlardan birinin dəyişdirilməsi
tövsiyə edilir.
Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
5. Litosfer
tavalarının parçalanması
ardıcıllığına əsasən sxemi
tamamlayın:
9.
Uyğunluğu müəyyən edin:
Lavrasiya
Hondvana
1. Afrika
2.
Cənubi Amerika
3. Avrasiya
4. Antarktida
5.
Şimali Amerika
6. Hind-Avstraliya
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
“Müəllim üçün metodiki vəsait” 176 səhifədən ibarətdir.
Burada
“Dərslik komplekti haqqında”, “Dərslik komplektinin
strukturu”, “VIII sinif üzrə məzmun standartları”, “Fənn üzrə
məzmun standartlarının və fənlərarası inteqrasiyanın
reallaşması cədvəli”, “Mövzuların illik planlaşdırılmasına dair
nümunə”, “Coğrafiya fənninin tədrisində istifadə olunan fəal
təlim formaları və üsulları”, “Şagirdlərin nailiyyətlərinin
qiymətləndirilməsinə aid tövsiyələr”, gündəlik planlaşdırma
nümunələri, sonda isə “İstifadə edilmiş ədəbiyyat” və hər tədris
vahidinin sonunda kiçik summativ
qiymətləndirmə üçün nəzərdə
tutulmuş tapşırıqlar da verilmişdir.
Bəzi mövzuların “Motivasiya” hissəsində (səhifə 56, 58, 83,
112
və s.) video süjetlərdən istifadə etmək qeyd edilsə də, müəllimə
kömək məqsədi ilə heç bir sayt və mənbə göstərilməmişdir.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 72. “Litosfer tavalarının hərəkətinin nəticələri”
mövzusuna aid
“Litosfer tavalarının hərəkəti nəticəsində yaranan
relyef
formalarını xəritədə göstərir” məqsədində verilmiş
“xəritədə göstərir” ifadəsi “ kontur xəritədə qeyd edir” kimi
yazılmalıdır.
Səhifə 87. “Tapşırıq” bölməsindəki cədvəldə siklon sütununda
“Saat əqrəbinin hərəkətinin əksi istiqamətində olur” fikrinə
düzəliş edilməsi məqsədəuyğundur. Çünki siklonların hərəkət
istiqaməti şimal və cənub yarımkürəsində müxtəlifdir.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Səhifə 97 və 99. Səhifə 97-də “Dünya okeanın yaranması”
mövzusunda
reallaşdırılması nəzərdə tutulan alt standart kimi 2.1.5.
“Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri təhlil
edir
”, səhifə 99-da “Okeanların öyrənilməsi” mövzusunda isə 2.1.5.
“Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri təhlil
edir
” və 2.1.6 “Okean sularının xüsusiyyətləri ilə bağlı hesablamalar
aparır” qeyd edilmişdir. Lakin bu mövzularda qeyd edilmiş müvafiq alt
standartların reallaşdırılması mümkün olmadığından, dəyişdirilməsi
tövsiyə edilir.
Dostları ilə paylaş: |