Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə7/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   148

volor  arasındakı  mürəkkəb  kombinasiyalar  gedişində  daim 

fikir  ayrılığı,  razılaşmalar  yaranır.  Fərdlərin  davranışı, 

cəmiyyətdə  olan  proseslər  dövlətin  təkib  etdiyi  status  -  rol 

münasibətlərinə nisbətən mürəkkəb olur. 



Sistemli  yanaşma  nöqteyi-nəzərindən  cəmiyyətin 

dinamikasını aşağıdakı kimi təsəvvür etmək olar. 

Fərdlərdən  gələn  innovasiya  enerjisinin  impulsları, 

onların  yaratdıqları  qurum,  vətəndaş  cəmiyyəti  sistemin 

tarazlığını  pozdu.  Fəaliyyət  mexanizmi  bu  tərəddüdü 

söndünnür,  lakin  cəmiyyət  dərhal  yeni  keyfiyyət  əldə  etmək 

nəticəsində  yeni  olanlar  əldə  etmiş  olur.  Əgər  innovasiya 

enerjisi  böyük  olmasa,  sosial  məkanda  dağılmış  olsa  onda 

dəyişiklik az hiss olunan və tədrici ola bilər. Bu vaxt dəyər - 

normativ qaydalar praktiki olaraq dəyişmir, yeni hadisələri o 

inkar  edir.  Əgər  innovasiya  -  enerjisi  kəskin  artsa  onda 

cəmiyyətdə əsaslı yeniləşmə baş verə bilər. Onun bütövlüyünü 

saxlama mexanizminin işini pozan əlamətlər aşağıdakılardır: 

-

 



adamların 

əksəriyyətinin 

mövcud 

status 


rol 

qaydalarına  istiqamətlənmək  istəməməsi  və  ya  bunun 

mümkünsüzlüyü 

-

 



institutlaşma mexanizminin effektsizliyi, yəni mövcud 

əlaqə və münasibətlərin qalmasında, yeni qarşılıqlı fəaliyyətin 

inteqrasiyasının mümkünsüzlüyü 

-

 



legitimliyin  böhranı,  adamların  digər  -  normariv 

qaydalara olan inamın itməsi 

Nəticədə,  sistem  vərdiş  olunmuş  institut  çərçivəsində 

fərdlərin və bəzi sosial subyektlərin davranışını saxlaya bilmir. 

Dəyər - nonnativ istiqamətlərdən məhrum olduğundan onlar ya 

depresiyaya düşürlər, ya da bu an olan maraqlarını əldə rəhbər 

tutaraq fəallaşırlar, cəmiyyətin simasını müəyyən edən struktur 

əlaqə yaradırlar. Bu cür 



21 


vəziyyət həm fərd həm də cəmiyyət üçün məhvedicidir. Fərd 

deictimailəşmə  təhlükəsi  ilə  üzləşir,  əxlaq  vərdişlərini,  öz 

davranışını  hüquqi  cəhətdən  nizamlamaq  meylini  itirir, 

primitiv  -  gedonist  istəklərlə  yaşamağa  başlayır.  Cəmiyyət 

dağılmağa başlayır, belə ki, o özünə xas olan möhkəm ictimai 

əlaqə və münasibətlər yarada bilmir. 

Bu  proseslər  nə  qədər  dərin  və  rəngarəng  olarsa, 

sistemin  tərəddüdü  bir  o  qədər  geniş  olacaqdır,  onun 

tarazahğma  nail  olmaq  bir  o  qədər  çətinləşəcəkdir.  Vərdiş 

olunmuş  vasitələrlə  tarazlığı  bərpa  etmək  imkanı  itdikcə  o 

müəyyənliyi və müəyyən olunmuş inkişaf istiqamətini itirir, öz 

yeni  vəziyyətini  seçmək  yolundan  uzaq  düşür.  Cəmiyyətin 

inkişafındakı  tədricilik  pozulur,  dəyişikliyin  xətti  növü  üçün 

xarakterik  olan  səbəb  -  nəticə  asılılığı  itirir,  gözlənilən 

sarsıntıların 

əlamətləri  cəmiyyətin  bütün  sahələrində 

pozulmanın  artması  ilə  müşayiət  olunur  -  dəyər  istiqamətləri 

dəyişir,  iqtisadiyyatda  böhran  yaranır,  ictimai  və  milli 

problemlər  kəskinləşir,  etirazlar,  qiyamlar  baş  qaldırır, 

vətəndaş itaətsizliyi başlayır. Cəmiyyətin müxtəlif sahələrinin 

toqquşma  nöqtəsi  gözlənilməz  olur,  gözlənilməz  qarşılıqlı 

fəaliyyət  və  əlaqə  üzə  çıxır,  vərdiş  olunan  səbəb  -  nəticə 

əlamətlərinin,  münasibətlərinin  məntiqi  ilə  onları  izah  etmək 

olur  -  bu  əlaqə  onun  pozulmasıdır.  Cəmiyyətin  yeni  siması 

gözlənilməz  şəraitdə  qəflətən  dəyişə  bilər.  Yalnız  illər 

keçəndən  sonra  tədqiqatçıların  hadisələrin  inkişaf  zəncirini 

aydınlaşdıra, ona vərdiş olunmuş səbəb - nəticə görkəmi verə 

bilirlər. 

Fərdin transformasiyası onun iki, ən əhəmiyyətli tərkib 

hisələrinin  -  dövlət  və  vətəndaş  cəmiyyəti  -  qarşılıqlı 

münasibətinin  mürəkkəb  dinamikası  nəticəsində  baş  verir. 

Dövlətçilik öz yarandığı vaxtında yeni tip ictimailəşmə yaratdı, 

cəmiyyətə yeni-yeni keyfiyyət verdi. 

22 



əvvəlki  həyat  və  tarixi  strategiyasına  nisbətən  daha  effektli 

oldu.  Dövlət  adamların  kollektiv  ünsiyyət  formasıdır, 



cəmiyyətin  əsas  institutudur,  adamların  və  sosial 

subyektlərin birgə fəaliyyətini və münasibətini təşkil edən, 

istiqamətləndirən  və  nizama  salandır.  Dövlətin  mahiyyət 

xarakteri;  a)  birlik  anı;  b)  suverenlik  e)  güe  tətbiq  etmək 

bacarığı; d) mənəvi ideyaların həyata keçirilməsidir. Dövlətin 

əlaməti  kimi  xüsusi  idarə  və  məcburiyyət  aparatı  olan 

hakimiyyət; onun hüquqlarının yayıldığı ərazi; hüquq sistemi - 

məcburi  normaların  məcmusu  -  ona  riayət  olunmasını 

hakimiyyət orqanları təşkil edirlər - çıxış edir. 

Vətəndaş cəmiyyəti qeyri - dövlət münasibətlərinin, 

azad fərdlərin, təşkilat və vətəndaş assosiyasiyala- nnın - 

0

 



cümlədən  könüllü  yaranmış  həyat  fəaliyyəinin  iqtisadi, 

siyasi,  ictimai  və  mənəvi  sahələrinin  ilkin  qeyri-dövlət 

strukturlarının  məcmusudur.  Bir  az  sadə  desək,  vətəndaş 

cəmiyyəti  dövlətin  orbitinə  cəlb  olunmayan  çoxcəhətli  insan 

təzahürüdür. 

Dövlət  və  vətəndaş  cəmiyyətinin  münasibəti  çoxsaylı 

icmalar  baxımından  praktiki  olaraq  uyğun  gəlmirlər,  tarix 

gedişində onlar dramatik, çox vaxt faciəli xarakter daşımırlar. 

Bir  tərəfdən  müxtəlif  tiranlar,  diktatorlar,  avtoritar  dövlətlər 

cəmiyyət  üzərində  hökmranlıq  etmişlər,  totalitar  rejimlər  isə 

cəmiyyətdən  cəmiyyətdə  olan  kortəbiiliyin  baş  qaldırması 

praktiki  olaraq  onu  qarışıqlığa  dövlətin  dağılmasına 

aparmışdır.  Onlar  arasında  harmonik  balans  yaratmaq  çətin 

olmuşdur  -  hətta  əsrlər  boyu  yüksək  mədəniyyət  ənənələri 

olan,  demokratiya  prinsipləri  ilə  yaşayan  dövlətlər  belə  - 

Yunanıstan,  İtaliya.  Almaniya  və  s.  -  bu  çətinlikdən  yaxa 

qurtara bilməmişlər. 

23 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə