Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə108/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
362
ekspertiza rəyləri da daxil olmaqla sübutların toplanılması 
və and altında ifadələr də daxil olmaqla, sübutların alınması;
c)  istintaq altında olan və ya Məhkəmə təqibi altında 
olan  hər  hansı  şəxsin  dindirilməsi;
d)  Məhkəmə sənədləri də daxil olmaqla, sənədlərin təq-
dim edilməsi;
e)  şəxslərin şahid və ya ekspert kimi Məhkəməyə kö-
nüllü  gəlməsini  təmin  etmək;
f)  7-ci bənddə nəzərdə tutulmuş qaydada, şəxsin mü-
vəqqəti  təhvil  verilməsi;
g)  qəbirlərin  ekskumasiyası  və  müayinə  edilməsi  də 
daxil olmaqla yerlərin və ya obyektlərin müayinəsinin həya-
ta  keçirilməsi;
h)  axtarışların həyata keçirilməsi və həbs qoyulması;
i)  rəsmi protokollar və sənədlər də daxil olmaqla, pro-
tokolların  və  sənədlərin  təqdim  edilməsi;
y) zərərçəkmişlərin və şahidlərin mühafızəsi və sübutla-
rın saxlanılması;
k) sonradan üçüncü şəxslərin bona fide hüquqlarına zi-
yan vurmadan müsadirə məqsədləri üçün əldə edilmiş va-
sitələrin, əmlakın və gəlirlərin, habelə cinayətin vasitələrinin 
üzə çıxarılması, saxlanılması və dondurulması yaxud həbs 
edilməsi; və
1)  Məhkəmənin  yurisdiksiyası  altına  düşən  cinayətə 
görə  istintaqın  və  cinayət  təqibinin  həyata  keçirilməsində 
əməkdaşlıq məqsədi ilə tələb olunan dövlətin qanunvericili-
yi ilə qadağan edilməmiş hər hansı digər köməkliklərin təq-
dim  edilməsi;
2)  Məhkəmə məhkəməyə gəlmiş şahidə və ya ekspertə 
bu şəxsin tələb olunan dövlətdən yola düşməsinə qədər baş 
vermiş hər hansı hərəkətə və ya xətaya münasibətdə bu şahid 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
363
və ya ekspertin Məhkəmə tərəfindən təqib, həbs, yaxud şəxsi 
azadlığının hər hansı digər məhdudlaşdırılmasına məruz qal-
mayacağına təminat verməyə səlahiyyətlidir. 
3)  Əgər 1-ci bəndə əsasən, göndərilmiş xahişdə göstə-
rilən  köməkliklər  çərçivəsində  hər  hansı  konkret  tədbirlə-
rin görülməsi tələb olunan dövlətdə ümumi tətbiq hüququn 
mövcud əsas prinsiplərinə əsasən, qadağan olunursa, tələb 
olunan dövlət dərhal bu məsələni həll etmək üçün Məhkəmə 
ilə məsləhətləşmələr keçirir. Bu məsləhətləşmələrin gedişin-
də bu köməyin başqa formada və ya başqa şərtlərlə təqdim 
edilə bilməsi barədə məsələyə baxılmalıdır. Əgər bu məs-
ləhətləşmələrdən sonra bu məsələni həll etmək mümkün ol-
mursa, Məhkəmə bu xahişə zəruri dəyişikliklər edir. 
4)  72-ci  maddəyə  uyğun  olaraq,  iştirakçı  dövlət 
kömək haqqında xahişdən yalnız o halda tamamilə və ya 
qismən imtina edə bilər ki, xahiş onun milli təhlükəsizli-
yinə aid olan sənədlərin təqdim edilməsinə və ya faktların 
elan  edilməsinə  aid  olsun. 
5. 1(1) bəndinə əsasən, kömək haqqında xahişə rədd ca-
vabı verməzdən əvvəl tələb olunan dövlət köməyin konkret 
müəyyən edilmiş şərtlərlə edilə bilməsi və ya onun daha gec 
vaxtda və ya hər hansı başqa formada edilə bilməsi məsələ-
sinə baxır, bu zaman nəzərə alır ki, əgər Məhkəmə və ya 
prokuror köməyi hansısa şərtlərlə qəbul edilərsə, Məhkəmə 
və ya prokuror onlara əməl etməlidirlər. 
6.  Əgər kömək haqqında xahiş rədd edilirsə tələb olu-
nan dövlət dərhal Məhkəmə və ya prokurora bu etirazın sə-
bəbləri haqqında məlumat verir. 
7.  a) Məhkəmə həbsdə olan şəxsin tanınma, ifadə ver-
mək və ya digər kömək göstərilməsi üçün müvəqqəti veril-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
364
məsi haqqında xahişlə müraciət edə bilər. Bu şəxs aşağıdakı 
şərtlərə əməl etməklə verilə bilər:
i)  şəxs şüurlu olaraq bu cür təhvil verməyə öz razılığını 
verir; və
ii)  tələb olunan dövlət həmin dövlət və Məhkəmənin ra-
zılaşa biləcəyi şərtlərə əməl etməklə təhvil verməyə razılaşır. 
b) verilmiş şəxs həbsdə qalır. Təhvil vermənin məqsəd-
lərinin yerinə yetirilməsindən sonra Məhkəmə həmin şəxsi 
dərhal tələb olunan dövlətə qaytarır. 
8.  a) Məhkəmə xahişdə, haqqında danışılan istintaq və 
təhqiqat məqsədi ilə lazım olanlar istisna olmaqla, sənədlə-
rin və informasiyaların konfidensiallığını təmin edir. 
b)  Tələb olunan dövlət zəruri olduqda sənədləri və in-
formasiyaları konfidensiallıq şərti ilə prokurora təqdim edə 
bilər. Bu halda prokuror bu sənədləri və bu informasiyaları 
yalnız yeni sübutların alınması məqsədi ilə istifadə edə bilər;
c)  tələb  olunan  dövlət  öz  təşəbbüsü  ilə  və  ya  pro-
kurorun xahişi ilə sonradan bu sənədlərin və informasi-
yaların açılmasına razılıq verə bilər. Bundan sonra onlar 
Sübutetmə və prosedur Qaydalarına uyğun olaraq və 5 və 
6-cı hissələrin müddəalarına əsasən, sübut kimi istifadə 
oluna  bilərlər. 
9) a) i) hər hansı iştirakçı dövlət Məhkəmədən və hər 
hansı beynəlxalq öhdəliyinə uyğun olarq digər dövlətdən 
təhvil vermə və ya təslim etmə haqqında xahişdən fərqli, 
qarşılıqlı xahiş aldığı halda, iştirakçı dövlət Məhkəmə və 
digər dövlətlə məsləhətləşərək zəruri hallarda möhlət və 
ya bu və ya digər xahişin şərtlərinə əməl etmək yolu ilə 
hər iki xahişin təmin edilməsi üçün tədbirlər görür;
ii) bu olmadığı halda qarşılıqlı xahişlər 90-cı maddədə 
əks olunmuş prinsiplərə uyğun olaraq təmin edilir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
365
b) əgər Məhkəmənin xahişi üçüncü dövlətin və ya hər 
hansı  beynəlxalq  razılaşmaya  əsasən,  beynəlxlaq  təşkila-
tın nəzarəti altında olan informasiyalar, mülkiyyətlər və ya 
şəxslərə aiddirsə, tələb olunan dövlət bu barədə Məhkəməyə 
məlumat verir və Məhkəmə öz xahişini üçüncü dövlətə və ya 
beynəlxalq təşkilata göndərir. 
10. a) Məhkəmə iştirakçı dövlətin xahişi ilə onun yuris-
diksiyası altına düşən və ya tələb edən dövlətin milli qanun-
vericiliyinə əsasən, ağır cinayəti təşkil edən əməllərə görə 
istintaq və ya Məhkəmə təhqiqatı aparan digər iştirakçı döv-
lətlə əməkdaşlıq edə və ona köməklik göstərə bilər. 
b)  i) (a) yarımbəndinə əsasən göstərilən kömək başqa-
ları ilə yanaşı özündə aşağdakıları da əhatə edir;
1)  Məhkəmə tərəfindən aparılmış istintaq və ya Məh-
kəmə təhqiqatının gedişində əldə edilmiş ərizələr, sənədlər 
və  digər  sübut  növlərinin  verilməsi;
2)  Məhkəmənin sərəncamı ilə tutulmuş hər hansı şəxsin 
dindirilməsi. 
ii) Məhkəmənin (v) (i) (1) yarımbəndinə əsasən kömək 
göstərməsi zamanı:
1)  əgər  sənədlər  və  ya  digər  sübut  növləri  hər  hansı 
üçüncü dövlətin köməkliyi ilə əldə edilmişdirsə, Məhkəmə-
nin bu materialları verməsi üçün bu dövlətin razılığı tələb 
olunur. 
2)  Əgər sənədlər və digər sübut növləri şahidlər və ya 
ekspertlər tərəfindən təqdim olunmuşdursa, Məhkəmənin bu 
materialları verməsi 68-ci maddənin müddəaları ilə tənzim 
olunur. 
c)  Məhkəmə bu bənddə göstərilən şərtlərlə, Statutun iş-
tirakçısı olmayan dövlət tərəfindən edilmiş kömək haqqında 
xahişi bu bəndə uyğun olaraq təmin edə bilər. 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə