51
gördüm. Döyüş şəraitində suya düşən bu adam batmağa başladı. Belə adamlar
orduda tam qiymətli
əsgərlər olmurlar»
81
.
Özlərini odların-alovların altına atan azərbaycanlı Sovet İttifaqı qəhrəmanları: H.Aslanov (2
dəfə), İsrafil Məmmədov, Hüseynbala Əliyev, Gəray Əsədov, Mehdi Hüseynzadə və onlarla azərbaycan
oğullarının möhkəmliyinə , şücaətinə, mərdliyinə, cəsurluğuna gündəlik bədən tərbiyəsi ilə məşğul
olmalarının çox böyük əhəmiyyəti olmuşdur.
Müharibənin ilk günlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının şəxsi
heyətindən 314 nəfər könüllü olaraq döyüşə getdilər. Həmin akademiyanın məzunu İ.İslamov kəşfiyyatda
olarkən əlindən ağır yaralanmasına baxmayaraq verilən tapşırığı yerinə yetirməmiş geri qayıtmadı. Üç
gündən sonra sol əlini itirsə də, lazım olan məlumatları əldə etdikdən sonra geri qayıtdı. Həmin
akademiyanın məzunu H.M.Əsgərov da böyük şücaət qazanmışdı.
İkinci Pribaltika cəbhəsinin 116-cı tank briqadasının tank tağımının
komandiri olmuş, Oryol
çıxıntısındakı döyüşlərdə vuruşmuş yoldaşlarının azad edilməsində iştirak etmişdir»
82
.
Dəfələrlə akrobatika üzrə Azərbaycan çempionu, pedaqoji elmlər namizədi dosent H.H.Ağayev
müharibədə özünü qorxmaz bir kəşfiyyatçı kimi aparmış, basketbol üzrə əməkdar məşqçi, professor Tofiq
Abbasov ağır döyüşdə özünün idmanda qazandığı qüvvə və cəsarəti sayəsində yaralı komandirini döyüş
meydanından çıxara bilmiş, respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi, təcrübəli və hamının
sevimlisi Həsən Qarayev Böyük Vətən müharibəsində əsl azərbaycanlı, mərd, cəsur və cəsarətli bir
şəxsiyyət kimi özünü göstərmiş, ömrünün axırına qədər gənclərin fiziki tərbiyəsi ilə məşğul olmuş,
onlarla çempionlar və vətənin layiqli müdafiəçiləri hazırlamışdır. Həsən müəllim deyirdi: «Biz heç
kəsdən əksik deyilik. Bütün cəhətlərdə millətimizin adını yüksəklərə qaldırmalıyıq. Biz buna qadirik.
Belə də etməliyik. Bunu bizdən ata-babalarımızın ruhu tələb edir. Bunun üçün də əliəyri, töhmətgətirici,
millətə xas olmayan əməllərdən uzaq olmalı,
siqaret çəkməməli, təhsilə xüsusi diqqət yetirməli, bədən
tərbiyəsi və idmanla müntəzəm məşğul olmalı və sağlamlığımızın qayğısına qalmalıyıq. Bu sənin ictimai
və vətəndaşlıq borcundur».
Məkrli ermənilərlə Qarabağ savaşında da bədən tərbiyəçi və idmançılarımız vətən uğrunda
canlarından keçmiş, mərdlik və cəsurluq göstərərək, torpaqlarımızın müdafiəsinə qalxmış, Vətən, doğma
torpaq, haqq-ədalət, qeyrət və ismət naminə şəhid olmuş, Vətənə, torpağa, xalqa, ata və anaya məhəbbət
hissinin ecaskar mənasını daha da zənginləşdirmiş və bundan qürur duymuşlar.
Yuxarı Qarabağ və onun ətrafında gedən vuruşlarda da igidlik və şücaət
göstərdiklərinə görə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş 2 məzun: Əliyar Yusif oğlu
Əliyev, İlqar Sədi oğlu İsmayılov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi və fiziki hazırlıq fakültəsini bitirmiş Mirələkbər
İbrahimov və Mətləb Quliyev Azərbaycan Respublikasının milli qəhrəmanı adına layiq görülmüş,
yüzlərlə məzun və tələbələrimiz vətən uğrunda şəhid olmuş, yaralanmış və İtkin düşmüşlər. Onların
xatirələri ürəklərdə yaşayır. Onlar qədirbilən xalqımız tərəfindən daim yad edilir, unudulmur. Milli
qəhrəmanlarımızın adları əbədiləşdirilmiş, oxuduqları məktəblərə, yaşadığı küçələrə onların adları
verilmişdir. Qəhrəmanların büstləri, heykəlləri məktəblərdə, küçə və meydançalarda qoyulmuş, keçdiyi
döyüş yoluna
həsr edilmiş muzeylər, küçələr yaradılmışdır.
Torpaq uğrunda şəhid olmuş igidlərin keçdiyi döyüş yolunun əyaniləşdirilməsi, məktəblilərin
gözü önündə bir daha canlandırılması, onlarda vətənə, anaya məhəbbət hissi oyadır, bədən tərbiyəsi və
idmana marağı qat – qat artırır. Şagirdlərdə Vətənin müdafiəsi üçün ilk hərbi hisslər və hərəkət vərdişləri
kiçik məktəb yaşlarından təşəkkül tapmağa başlayır. Onlar hərbi mövzularla əlaqədar yazılmış kitabları
oxumağa, kinofilmlərə tamaşa etməyə böyük maraq göstərir və öz hərəkətlərində Həzi Aslanov, Mehdi
Hüseynzadə, Əli Dadaşov, Aleksandr Matrosov və b. qəhrəmanlar kimi cəsur döyüşçü, çevik və möhkəm
iradəli adamlar olmağa çalışırlar. Bütün bu keyfiyyətlərin uşaqlara aşılanmasında fiziki tərbiyə
məşğələləri mühüm rol oynayır. Bütün bunlar ölkənin müdafiəsi və işğal olunmuş Yuxarı Qarabağın və 7
rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı,
Zəngilan, Kəlbəcər, Laçın) azad olunmasına hazırlıq işinin
daha da gücləndirilməsinə zəmin yaradır.
81
Б.П.Йесинов, Н.К.Гончаров. Педагоэика. Бакы, Азярняшр, 1950-ъи ил, сящ 128.
82
Е.Ф.Аъалов. Азярбайъанда бядян тярбийяси вя идманын инкишафы тарихи.1985-ъи ил, сящ.59-60.
52
Tam əminik ki, Azərbaycan xalqı və onun milli iftixarı olan Silahlı Qüvvələrin bütün heyəti
bütövlükdə torpaqlarımızın geri qaytarılmasına, milli himnimizin mahiyyəti və ruhunda başlayaraq,
böyük şərəf və şücaətlə zəfərlər qazanacaqdır.
Xalqımızın iradəsi və milli ruhu himnimizdə aşağıdakı kimi öz əksini tapmışdır:
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Fiziki tərbiyə məktəblilərin zehnini inkişaf
etdirən vasitədir.
Şagirdlərin zehni inkişafına kömək edən mühüm vasitələrdən biri də bədən tərbiyəsidir. P.F.Lesqaft
demişdir: «… Zehni və fiziki inkişaf arasında sıx əlaqə vardır»
83
, yəni uşaq orqanizminin fiziki inkişafı
onun müvafiq olaraq əqli və s. psixi funksiyalarının formalaşmasını tələb edir.
Şagirdlər hərəkətləri yerinə yetirərkən düşünməli, yaranmış vəziyyəti tez duymalı və hiss
etməlidirlər. Həm də onlar çevik, sürətli, dəqiq olmalı, təşəbbüskarlıq və fəallıq göstərməlidirlər.
Böyük rus alimi V.V.Qorinevski göstərirdi ki, bədən tərbiyəsinin vəzifələrindən biri
gimnastikanın köməyi ilə mərkəzi sinir aparatının funksional inkişafına
nail olmaqdan ibarətdir ki, bütün
sümük-əzələ sistemi beynin əmrlərini icra edərək, sadə və mürəkkəb hərəkətləri böyük dəqiqliklə, tələb
olunan qüvvə və sürətlə, ümumiyyətlə, arzu edilən mükəmməlliklə yerinə yetirsin.
Göründüyü kimi, bədən tərbiyəsi görmə, eşitmə kimi duyğu üzvlərinə, qavrayışa, diqqətə,
iradəyə və eləcə də təfəkkürə müsbət
təsir göstərir, bilik, bacarıq və vərdişləri inkişaf etdirir. Hərəkətlərin
icrası şagirdlərin duyğu hissələrinin inkişafına səbə olur. Həm də, bu vaxt beyin tərəfindən qəbul olunmuş
müxtəlif hisslər onun fəallığının artmasına və iş qabiliyyətlərinin yaxşılaşmasına kömək edir.
Fizioloji
və psixoloji tədqiqatlar göstərir ki, xarici mühüt qıcıqlandırıcıları hissi-sinir uclarına nə
qədər qüvvətli təsir göstərirsə, beyin mərkəzlərində ona qarşı oyanmalar da bir o qədər güclü olur.
Bədən tərbiyəsi hərəkətləri də belə qıcıqlandırıcılardandır. Onunla müntəzəm məşğul olduqda
beyin qabığı mərkəzlərində həmişə oyanma baş verir. Bu da fikir fəallığına səbəb olur və xarici mühitdən
gələn müxtəlif təsirlərə uyğun cavab verə bilir. Məsələn, II sinifdə «Tək sıradan dairə düzəltmək»
mövzusunun tədrisinə əvvəlcə şagirdlər müəllimlə birlikdə, sonra isə müəllimin rəhbərliyi altında
müstəqil olaraq dairə düzəldirlər. Dairəni əmələ gətirmək
83
П.Ф.Лесгафт. Сечилмиш педагожи ясярляри, ъилд 1, 1951, сящ.287 (русъа)