291
bir addım olan dairə çəkilir. Dairənin mərkəzində toppuz qoyulur. Meydançanın
mərkəzində bir-birindən
yarım metr aralı, diametri bir addım olan daha iki çevrə çəkilir. Oyun başlanır. Müəllimin işarəsi ilə
nömrələri çağırılan oyunçular toppuzları götürüb qaça-qaça öz dairələrinə qoyur və cəld müəllimin yanına
yüyürürlər. Müəllimə daha tez çatan oyunçu bir xal qazanır, daha çox xal toplayan dəstə qalib sayılır.Eyni
bir oyunçunu ikinci dəfə çağırmaq olmaz. Dairəyə qoyulmuş toppuz aşırsa, oyunçu qayıdıb onu
düzəltməlidir.
Qu-qu
Oyunçular iki dəstəyə bölünüb, meydançada bir-birinə qarşı sıraya düzülürlər. Dəstələrdən iki
addım aralı bir-birinə paralel ağaclar basdırılır və onun üstündən şüvül (planka) qoyulur. Tullanış erindən
10-15 m aralı qaçış xətti çəkilir. Püşk atılır. Dəstələr nömrələnir. Sonra hər
dəstədən bir oyunçu qaçaraq
ağacın üzərindən hoppanmağa çalışır. Əvvəl birinci, sonra isə ikinci dəstənin oyunçusu hoppanır.
Oyunçular hamısı ağacın üstündən hoppanmağa çalışırlar. Hoppana bilməyən oyunçu bir xal itirir. Daha
çox xal toplayan dəstə qalib gəlir. Hoppanarkən ağaca toxunmaq və qaçış xəttindən çıxmaq olmaz.
Qurmadaş
Meydançanın ortasında böyük bir dairə çəkilir. Onun mərkəzində toppuz qoyulur. Toppuzdan 20-25
m aralı mərə qurulur – xətt çəkilir. Oyunçular iki dəstəyə bölünürlər və sıraya düzülürlər. Püşk atılır.
Birinci dəstə mərə xəttində sıraya düzülür. Onlar növbə ilə top atır. Toppuzu vurub aşırmağa çalışırlar.
Topu atan oyunçu keçib dəstənin sonunda dayanır. Toppuzu vurub – aşıran bir xal qazanır. Çox xal
toplayan dəstə qalib hesab olunur. Oyunçu topu atarkən xətti tapdalaya bilməz.Toppuzu vurub aşıran
oyunçu ikinci dəfə oyunu davam etdirə bilər.
Düzgün atmaq
Oyunçular iki dəstəyə ayrılır. Meydançada bir-birindən 15-20 m aralı iki xətt çəkilir. Hər iki dəstə
həmin xətlər boyu qarşı-qarşıya düzülürlər. Oyunçular nömrələnirlər.
Müəllim 1-2-3-4 və s. nömrələri çağırır. Nömrəsi çağırılan oyunçular topla rəqiblərini vurmağa
çalışırlar. Rəqiblərindən biri topu tutsa bir xal qazanır.
Beləliklə, hansı tərəf daha çox xal toplasa qalib
gəlir.
III S İ N İ F
«Yoldaş komandir»
(Ümumi inkişaf hərəkətləri üçün oyunlar)
Oyuna hazırlıq: Oyunçular bir dəstəyə düzülürlər. Müəllim oyunun qaydaları ilə və əhəmiyyəti
haqqında nəzəri məlumat verir.
Oyunun gedişi: Müəllim cərgənin qarşısında dayanıb müxtəlif hərəkətlər edir. Oyunçular o
hərəkətləri
edirlər ki, müəllim həmin hərəkəti başlayarkən «Yoldaş komandir» sözü işlətmiş olsun. Əgər
bu söz deyilməmişdirsə, icra olunmuş hərəkətləri şagirdlər etməməlidirlər. «Yoldaş komandir» sözü
demədən kim hərəkəti icra edirsə, həmin oyunçular uduzmuş olurlar, cərgənin arxasına keçib,
ikinci cərgə
təşkil edirlər. Oyun müəyyən vaxt ərzində (5-7 dəqiqə) keçilir. Birinci cərgədə axıra qalmış oyunçular
qalib sayılırlar.
292
Metodik göstərişlər: 1. Oyun zamanı qol-qıç və gövdə əzələləri üçün müvafiq hərəkətlərin icrası
nəticəsində şagirdlərin orqanizmi əsas işə hazırlanmış olsun. 2. Bu cür oyunlar dərsə hazırlıq hissəsində
verilməlidir. Bu oyundan sonra hazırlıq hərəkətlərinin icrasına ehtiyac yoxdur.
Topun dairə boyunca ötürülməsi
Oyuna hazırlıq: Oyunçular dairə boyunca düzülürlər. Qolları yana qaldırıb qollararası seyrəltməklə
bir addım geriyə atılırlar. Sonra bir-iki saymaqla iki komandaya ayrılırlar.
Hər komandadan bir nəfər
kapitan seçilir. Kapitanlar dairənin qarşı tərəflərində üz-üzə dayanırlar. Hər kapitana bir voleybol topu
verilir.
Oyunun gedişi: Müəllim komandası ilə kapitanlar topu sağ tərəfdə dayanmış yaxın komanda
yoldaşlarına ötürürlər. Onlar da topu tutub növbəti yoldaşa atırlar. Bu qayda ilə top bir də kapitana gəlib
çıxını qədər dairə boyunca ötürürlər. Kapitan topu alan kimi onu yuxarı qaldırır. Bunu hansı komanda
daha
tez edirsə, həmin komandaya bir xal verilir. Oyun yenidən başlayır. Oyun 2-3 dəfə təkrar edilir.
Axırda hansı komandanın xalı çox olarsa, həmin komanda udmuş hesab olunur.
Metodik göstərişlər: 1. Uşaqlara doldurulmuş toplar verilsə daha yaxşı olar. 2. Sinifdə uşaqların sayı
çox olduqda da iki dairə təşkil edib oyunu keçirmək olar.
Gecə və gündüz
(Sürətlə qaçmaq üçün oyun)
Oyuna hazırlıq: Meydançanın ortasında bir xətt çəkilir və iki hissəyə ayrılır. Hər hissənin axırında
«şəhərcik» cızılır. Orta xətdən «şəhərciyə» qədər 15-30 m məsafə olmalıdır. Oyunçular iki komandaya
ayrılırlar. Komanda orta xəttin hər iki tərəfində bir addımlıq məsafədə durub, arxalarını orta xəttə tərəf
çevirirlər. «Şəhərciklər» hər komandanın qabaq tərəfində olur. Püşk üzrə komandalardan biri «Gündüz»,
o biri isə «Gecə» olur.
Oyunun gedişi: Müəllim orta xəttin yanında durub gözlənilmədən komandalardan birinin adını
deyir. Adı çəkilən komandanın oyunçuları öz «şəhərciklərinə» tərəf qaçır və tez
onun içərisinə doluşmağa
çalışırlar. Digər komandanın oyunçuları isə tez dönüb qaçanları qovur və onlara toxunmağa çalışırlar.
Tutulmuş oyunçular sayılır, qeydə alındıqdan sonra bütün oyunçular öz yerlərinə qayıdırlar, oyun yenidən
başlayır. Oyun çağırışların miqdarı hər komanda üçün eyni olmaqla 4 dəfə aparılır. Axırda daha çox
oyunçu tutulmuş komanda qalib gəlir.
Metodik göstərişlər: 1. Oyun keçirilən meydançada qaçış istiqamətində təhlükə törədə biləcək
alətlər, cisimlər olmamalıdır. 2. Şagirdlərə qaçanı möhkəm vurmağa, qaçanı itələməyə, «şəhərcik»
xəttinin içərisində onlara toxunmağa icazə verilməməlidir. Bu qaydaları pozan komandaya cərimə xalı
verilməli və axırda nəzərə alınmalıdır.
Daban balığı və durna balığı
(Sürətlə qaçmaq üçün oyun)
Oyuna hazırlıq: Meydançanın (idman zalının) hər iki başında «daban balıqları» üçün «evlər» tikilir.
Bütün oyunçular – «daban balıqları» bu evlərdən birində yerləşirlər. Bir nəfər aparıcı – «durna balığı»
meydançanın mərkəzində dayanır.
Oyunun gedişi: Müəllim 1-2-3- sayır və «daban balıqları» bir evdən çıxıb
o biri evə tərəf
qaçırlar. «Durna balığı» isə qaçan «daban balıqlarından» mümkün qədər çox tutmağa (toxunmağa) çalışır.
Tutulmuş oyunçular müəyyən edilmiş yerə aparılır. Oyun yenidən başlanır. Tutulmuşların sayı 8-10 nəfər