146
ixtisas musiqi m
əktəbində, artıq xor dirijoru ixtisası üzrə Şirin Rzayevin
sinifind
ə davam etdirir. Həmin il Ş.Rzayev yenicə məktəbin direktoru
v
əzifəsinə təyin edilmişdi. Sonrakı il Cəfərov yenidən Bakıya, Asəf
Zeynallı adına məktəbə qayıdır. Burada onun bəxti gətirir, o istedadlı
xormeyster olan, Az
ərbaycan respublikasının əməkdar incəsənət xadimi,
professor E.Novruzovun sinfin
ə düşür.
1972-ci ild
ə Cavanşir Cəfərov dirijor karyerasını davam etdirmək
q
ərarına gəlib, Leninqrad (indiki Sankt-Peterburq) Dövlət
Konservatoriyasına xor dirijorluğu ixtisası üzrə professor
A.İ.Anisimovun sinfinə daxil olur. Burada görkəmli rus xormeysterləri
olan N.V.Şyolkov, Romanovski və K.A.Olxov da ona dərs deyir.
III-cü kurs t
ələbəsi olarkən, o xor partituralarının oxunuşu üzrə
müsabiq
ədə iştirak edərək, şərəfli ikinci yerə layiq görülür. Onun diplom
işi 6 ciddi əsərdən ibarət olan konsert şəklində təqdim olunur.
1979-cu ild
ə Bakıya qayıdandan sonra Cavanşir Cəfərov,
Az
ərbaycan Dövlət opera və balet teatrının direktoru Azər Rzayevin
d
əvətilə teatrın xormeysteri vəzifəsinə təyin olunur.
1980-ci ild
ə maestro Niyazi Cavanşir Cəfərovu Azərbaycan Dövlət
k
apellasına xormeyster vəzifəsinə dəvət edir. O dövrdə kapellanın baş
dirijoru v
ə bədii rəhbəri yox idi. C.Cəfərov və Ziya Bağırov kapellanın
xormeysterl
əri vəzifələrində çalışırdılar. 1981-ci ilin iyununda Cavanşir
C
əfərov xor kapellasının bədii rəhbəri və baş dirijoru təyin olunur.
C
əfərovun kapellanın bədii rəhbəri vəzifəsində işlədiyi dövrdə onun
t
əşəbbüsü ilə Aqşin Əlizadənin “Bayatılar” toplusu tam olaraq vala
yazılır (ondan əvvəlki dövrdə xor kapellası “Bayatılar” toplusundan
147
yalnız ayrı-ayrı nömrələri ifa etmişdi), həmçinin televiziyada da yazılış
aparılır.
1982-ci ild
ə Niyazinin təşəbbüsü ilə C.Cəfərov gənc muğam
ifaçılarının müsabiqəsinə müssiflər heyyətinə təyin olunur. Heyyətin
t
ərkibində həmçinin Azərbaycanın görkəmli musiqiçiləri olan Sara
Q
ədimova, Şövkət Ələkbərova, Arif Babayev, Ramiz Quliyev də iştirak
edirdil
ər. Komissiyanın sədri maestro Niyazinin özü idi.
Simfonik orkestrin dirijoru kimi ilk d
əfə Cavanşir Cəfərov 1983-cü
ild
ə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertyuranın və
“Ç
ənlibel” xorunun ifası ilə çıxış etmişdi. Filarmoniyadakı fəaliyyəti ilə
paralel olaraq g
ənc dirijorun pedaqoji fəaliyyəti də başlayır. O, Asəf
Zeynallı adına orta ixtisas musiqi məktəbində (1980-1984-cü illər) Alla
Listenqartenl
ə bərabər xor sinfini aparır. 1987-ci ildən etibarən Cavanşir
C
əfərov, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının
(indiki Bakı Musiqi Akademiyası) xor dirijorluğu kafedrasında pedaqoji
f
əaliyyətinə başlayır. 2002-ci ildə dosent vəzifəsinə, 2011-ci ildə isə
yüks
ək professor adına layiq görülür. O, dirijorluğa dair bir sıra metodik
v
ə dərs vəsaitinin müəllifidir.
1985-ci ild
ə Cavanşir Cəfərov Musiqili Komediya Teatrının dirijoru
v
əzifəsinə təyin olunur. O zaman teatrın baş dirijoru Həsən Rzayev idi.
Tezlikl
ə C.Cəfərovu baş dirijor vəzifəsinə təyin olunur və 1990-ci ilə
q
ədər onu icra edir. Xormeyster əvvəl Larisa Melex, sonra isə Vaqif
M
əstanov idi. Cəfərov burada Leqarın “Şən dul qadın”, Ştrausun
“Yarasa”, R.Hacıyevin “Yol ayrıcı”, “Mən evlənirəm, ana”, E.Sabitoğ-
lunun “B
ir gün Bağdadta” və digər tamaşaları səhnəyə qoyur. Həmçinin
bu dövr Rusiya şəhərlərinə çoxsaylı qastrol səfərləri ilə də seçilir.
148
1996-
cı ilin yanvar ayından isə M.F.Axundov adına opera və balet
teatrının direktoru A.T.Məlikovun dəvətilə C.Cəfərov Azərbaycan
Dövl
ət Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə təyin olunur və
bu v
əzifədə bugünə kimi çalışır. Professor L.Mamedova qeyd etdiyi
kimi,
“opera teatrında işlədiyi illər ərzində o, çoxsaylı premyeralar,
opera v
ə balet tamaşalarını keçirmişdi. Qeyd etmək lazımdır ki, onun
opera teatrına gəlişindən sonra orkestrin ifaçılıq səviyyəsi əhəmiyyətli
d
ərəcədə yüksəlmiş, dinləyicilərin axını artmışdı. Demək olar ki, bütün
tamaşalar tam dolmuş zalla, anşlaqla keçir”.
Cavanşir Cəfərovun ilk dirijorluq etdiyi opera Üzeyir Hacıbəylinin
“Leyli v
ə Məcnun” operası, sonra Adanın “Jizel”, Fikrət Əmirovun
“1001 gec
ə” baletləri olmuşdur. 1998-ci ildə C.Verdinin “Traviata”
operasının premyerası baş verir (solistlər başqa ölkələrdən dəvət
olunmuşdu).
149
C.C
əfərov Ə.Bədəlbeylinin “Qız qalası”, A.Əlizadənin “Rast”,
“Qafqaza s
əyahət”, Q.Qarayevin “Don Kixot”, “Karmen süitası”
baletl
ərinin premyerasını həyata keçirmişdi. Onun təşəbbüsü ilə
C.Puçininin “Madam Batterflyay”, “Boqema”, C.Rossininin “Sevilya
b
ərbəri”, F.Əmirovun “Sevil” operaları, Ü.Hacıbəylinin “Arşın mal
alan”, “O olmasın, bu olsun” operettaları səhnəyə qoyulmuşdur.
Baş dirijorun yaradıcılıq həyatında maraqlı qastrol səfərləri də
t
əşəkkül tapmışdı. Belə ki, 2000-ci ildə orkestr və opera teatrının
solistl
əri Həsən Enami, Əli Əsgərovla birgə Cəfərov Fransanın Sen-Deni
şəhərində keşirilən Berlioz adına festivalda iştirak etmişdi. Həmin il
C.C
əfərovun həyatında əlamətdar olmuş – o, “Azərbaycan
Respublikasının Əməkdar incəsənət xadimi” yüksək ada layiq
gö
rülmüşdü.
2001-ci ild
ə Moskvada Dövlət Böyük opera və balet teatrında Qara
Qarayevin iki baleti – “Leyli v
ə Məcnun” və “Don Kixot” səhnəyə
qoyulmuşdur. Böyük teatrın orkestrinə C.Cəfərov dirijorluq etmişdi.
2003-cü ild
ə Moskvada C.Cəfərovun rəhbərliyi altında F.Əmirovun
“1001 gec
ə” baleti səhnəyə qoyulmuşdur.
2005-ci ild
ə Bakıda Polad Bülbül oğlunun “Eşq və ölüm” baleti
s
əhnələşdirilmişdi. Həmin ilin dekabr ayında bu balet Moskva və Sankt-
Peterburqda s
əhnəyə qoyulmuşdur. 2005-ci il həmçinin İstambulda
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının səhnələşdirilməsi ilə
əlamətdar olmuş. Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğ
edilm
əsi sahəsində xidmətlərinə görə 2005-ci ildə Cavanşir Cəfərov
“Az
ərbaycan Respublikasının xalq artisti” şərəfli ada layiq görülmüşdü.
Dostları ilə paylaş: |