Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə108/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   113
 
QİDA ETİKETİ 
 
Soyuq qəlyanaltını orta masa dəstinin köməyindən istifadə 
etməklə yemək olar. Bu zaman çəngəl sol əldə, bıçağı isə sağ 
əldə tuturlar. Çörəyi çörək qabından sol əllə götürüb pirojna 
qabına qoyurlar, kiçik bir parçasını qırıb ağıza aparırlar. Çörəyi 
çəngəl və ya başqa masa dəsti ilə götürürlər. Yemək qəbulunda 
masa arxasında oturarkən buterbrod verilir. Bunları masada qo-
naqlar özləri edirlər. Bu zaman yağ üçün bıçağı sağ tərəfdə pi-
rojna qabında qoyurlar. Bu bıçaq yağ götürmək üçün deyil, onu 
çörəyə yaxmaq üçündür. Sendviçləri əllə götürmürlər. Salatları 
həmişə masa dəstlərinin köməyi ilə yeyirlər. Xiyar, pomidor, 
turp mütləq kiçik olmalıdır. Onları yemək qabından sol əllə 


276 
götürüb öz qəlyanaltı qabına qoyurlar. Bıçaq və çəngəlin kö-
məyi ilə yeyirlər. Masanın üzərindən salat qablarını desert ve-
rərkən yığışdırırlar. Salat qarnir kimi istifadə edilə bilər. Əvvəl-
lər kartofu çəngəllə bir neçə hissəyə bölürdülər. Müasir etiket 
kartofu da çəngəl və bıçaqla yeməyə icazə verir. İsti kartof yum-
şaq, soyuyanda isə bərk olur. Şorbanı nimçədən qaşıqla, fin-
candan isə desert qaşığı ilə götürürlər. Qızardılmış balığı xüsu-
si balıqdəsti ilə yeyirlər. İsti ət yeməkləri langet, döyülmüş ət 
istisna olmaqla kotlet, bifştekst başqa iri masa dəstinin köməyi 
ilə yeyilir. Eyni zamanda ətdən böyük olmayan parçanı ayırıb 
bütün bunu yemək qurtarana qədər yeyirlər. Toyuq və digər 
quş əti isə çəngəl və bıçağın köməyi ilə yeyilir. Sümüklərini 
nimçənin kənarlarına qoyurlar. Pendiri dilimlənmiş və ya bütöv 
halda verirlər. Bununla yanaşı düz çini qabda bir parça pendir, 
yanında isə onu kəsmək üçün bıçaq qoyurlar. Qonaq 1-2 dilim 
pendir kəsir və onu öz nimçəsinə qoyur. Tortu isə masaya di-
limlənmiş şəkildə verirlər. Onu üç dişli çəngəllə, dondurmanı 
isə onun üçün qoyulmuş çubuqla yeyirlər. Çay ilə verilmiş li-
monu iki dişli çəngəllə götürür, fincana qoyur və sonra çay qa-
şığı ilə əzib onu sağdan qabın kənarına qoyur, onu yemirlər. 
Çayı içərkən limonu çıxarmayıbsa, bu zaman onu heç çıxarmır, 
o fincanda qalır. Qəndi, konfeti xüsusi tutacaqla götürürlər. Tu-
tacaqlar olmadıqda konfeti öz nimçənə qoyub sonra ağzına apa-
rırsan. Qutudan yemək qəbul edilmir. Masa arxasında çox za-
man meyvəni nə zaman yemək lazım olduğu haqqında sual 
yaranır. Meyvələri vazaya bütöv şəkildə qoyurlar. Vazadan isə 
onları sol əllə götürürlər. Vazadan alma və ya armud götürər-
kən desert və meyvə bıçağı ilə onun qabığını soyurlar. Sonra 
onu 2 yerə bölür, çəngəlin köməyi ilə yeyirlər. Yarısını yeyən-
dən sonra ikincisi qəbul edilir və eyni şəkildə davam edilir. 
Mandarinin qabığını soymaq çətin deyil. Portağal qabığını ha-
mar şəkildə soymaq lazımdır. Portağalı hissələrə bölüb onu 
mandarin kimi yeyirlər. Bananı isə mətbəxdə bir-birindən ayı-
rırlar. Masaya isə bananı tək şəkildə verirlər. Bananı vazadan 


277 
götürüb qırağından tutub qabığını soyurlar. Təmizlənmiş bana-
nı desert nimçəsinin ortasına qoyurlar. İri, qəşəng üzüm sal-
xımlarını da vazada masaya qoyurlar. Onun yanında isə bıçaq 
yerləşdirilir. Qonaqlar üzümdən kiçik salxım kəsib öz nimçə-
lərinə qoyurlar. Sonra isə giləsindən qoparıb yeyirlər. Tumları-
nı isə ağızdan çay qaşığının köməyi ilə çıxarıb nimçənin kəna-
rına qoyurlar. Gilas və vişnə yeyəndə də belə edirlər. Çiyələyi 
isə saplağından tutub götürür, şəkər pudrasına batırıb yeyirlər. 
Saplağını isə nimçənin kənarına qoyurlar. Təmizlənmiş çiyələ-
yi nimçəyə qoyub üzərinə şəkər pudrası səpib yeyirlər. Qarpızı 
dilimlənmiş şəkildə süfrəyə verirlər. Qarpızı meyvə çəngəli və 
bıçaqla yeyirlər. Onun tumlarını nimçənin kənarlarına qoyurlar. 
Yemişi isə mətbəxdə kəsir və içinin tumlarını təmizləyirlər. 
Onu masaya dilimlənmiş şəkildə gətirirlər. Qonaq dilim parça-
sını kəsərək ağzına aparır. Kivini təmizləyib dairə şəklində kə-
sib çəngəl və bıçağın köməyi ilə yeyirlər. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə