10
dəyərini dərk etmək, qiymətləndirmək və onların istifadəsi
zamanı savadlı yanaşmaqdır ki, bu da onları bərpa etməyə,
artırmağa, yaxşılaşdırmağa və gələcək nəsillərə çatdırmağa
xidmət etməkdir. Təbii ehtiyatların hər hansı formada istifadəsi
ilə əlaqədar turizm fəaliyyətini həyata keçirən dünya ölkələrinin
təcrübəsi göstərir ki, bu ehtiyatların istirahət məqsədi ilə
istismarının düzgün təşkil olunmaması onların aşınmasına və
dağılmasına aparıb çıxarır. Həmin ehtiyatlan yenidən bərpa
etmək isə böyük miqdarda maddi vəsait tələb edir.
Odur ki, təbiət yönümiü turizm sahəsində, xüsusən də
ekoturizm üzrə davamlı turizm fəaliyyətini həyata keçirmək
üçün bu sahəyə həm turizmi (turizm sənayesini, turizm
menecmentini, turizm təhlükəsizliyini, turizm xidmətini), həm
də ekologiyanı (flora və faunanı, ekosistemləri, ətraf mühitin
mühafizəsini,
insan
ekologiyasını,
ekologiya
hüququnu)
dərindən bilən ixtisaslı kadrlar cəlb olunmalıdır. Əks halda
taleyin bizə bəxş etdiyi bu nadir və əvəzolunmaz təbiət incilərini
çox tez bir zamanda əbədi itirə bilərik.
Ə.T.Əsgərov, В .Ə.Bilalov, Ç.G.Gülalıyev
M ikayılov N.K.
coğrafiya elmləri doktoru, BDU-nun “Ə traf
mühiti mühafizə və təbii ehtiyatlardan
səmərəli istifadə ” kafedrasının professoru
1!
Birinci fəsil
EKOTURIZM Ə G İR İŞ
1.1.
Ekoturizmin inkişaf tarixi və əmələ gəlməsinin ilkin
şəraiti. Müasir turizmin dayanıqlı inkişaf konsepsiyası
Ekoturizmin əmələ gəlməsinin əsas şərtləri arasında aparıcı
yeri turizmin kütləviləşməsinin güclənməsi səbəbindən təbiətə
antropogen təsirin artması və mədəni-tarixi turizm ehtiyatlarının
çoxalması tutur. Bu təsir turistlərin sayının artım tempinə
mütənasib olaraq aıtır.
BMÜTT proqnozlarına görə (yeri
gəlmişkən qeyd edək ki, 2001-ci ilin sentyabrında Azərbaycan
BMÜTT-na üzv qəbul olunub)
XXI əsrdə turizmin inkişaf
göstəricilərindən aydın olur ki, turistlərin tələbatının ödənilməsi
və turizm ehtiyatlarının səmərəli istifadə olunması məsələsində
ziddiyyətlər getdikcə artır.
Turizm ehtiyatlarına və ətraf mühitə kütləvi turizmin
təsirinin neqativ aspektləri hələ keçən əsrin 70-ci illərində xarici
və vətən alimlərinin tədqiqatlarında qeyd olunmuşdur. Hazırda
antropogen pressinq və onun təsirinin tormozlayıcı inkişafı
praktiki olaraq turizm sənayesinin bütün bölmələrində və
turizmin bütün növlərində, əksər turizm rayonlarında müşahidə
olunur. Məsələn, artıq 1973-1983-cü illərdə Polşada həmin
səbəbdən çaylar və göllər üzrə turist marşrutları 40 %, dəniz
üzrə 70 % ixtisara salınmışdır. Korlanmış meşələrin sahəsi 60 %
artmışdır. ABŞ-da Balinqer kanyonunda turistlərə xidmət
göstərən avtomobil nəqliyyatının hərəkəti nəticəsində torpağın
və qruntun orta aşınma sürəti 86 dəfədən çox mümkün olan
həddi ötüb keçmişdir.
Dünyada təsərrüfarlann qloballaşma prosesi ilə Yer səthində
və atmosferdə neqativ halların başvermə tempi artmaqdadır.
Ə. T. Əsgərov, B. Ə.Bilalov, Ç. G. Giilaliyev______
12
Dünya təsərrüfatında qloballaşma artdıqca Yerin coğrafi
təbəqəsində gedən neqativ dəyişikliklər də artmağa başladı. Bura
xüsusi ilə iqlimin dəyişməsi, torpaq-qruntların deqradasiyası,
ekosistemin tarazlığının pozulması, biomüxtəlifliyin məhvi,
torpaq, su, havanın çirklənmə dərəcəsinin artmaqda davam
etməsi, insan fəaliyyətinin təsiri ilə təbiətin-“yoxsullaşması”,
əhalinin qeyri bərabər məskunlaşmasının idarə olunmaması ilə
sosial-iqtisadi inkişafın bərabər olmaması, ərzaq təhlükəsizliyi
və əhalinin sağlamlığı, təbii sərvətlərin və eneıji resurslarının
tükənmə təhlükəsi və s. aiddir.
Bu problemlərin qlobal xarakterini nəzərə alaraq, onları milli
və ya regional səviyyədə həll etmək mümkün deyildir.
Qlobal dəyişikliklər üzrə Alman məşvərət Şurası dünyanın
bir çox regionlarında təkrar olunan problemlərin aşağıdakı tipik
modelini təklif etmişlər. Onlar təbiətdə gedən deqradasiya
proseslərini xəstəliklərə analoji olaraq sindromlar adlan
dırmışlar. Bura daxildir utilizasiya, inkişaf, tullantı sindromları.
Sadalananlara aşağıdakı misalları nümunə kimi göstərə bilərik:
- Utilizasiya sindromu - korlanmış torpaqların həddən artıq
bərpası (Saxalin sindromu), yaxud rekreasiya inkişafi ilə
əlaqədar təbiətə vurulan ziyan (kütləvi turizm sindromu);
- inkişaf sindromu - adivikat olmayan proqramla landşaftın
ekoloji korlanması hesabına iqtisadiyyatın inkişafı (Aral
sindromu), yaxud ekoloji standartı nəzərə almadan iqtisadiyyatın
sürətli inkişafına nail olmaq (Asiya pələngi sindromu),
- tullantılar sindromu - idarə olunan və ya idarə olunmayan
tullantıların basdırılması ilə ətraf mühitin deqradasiyası
(dampinq sindromu).
Sadalanan problemlər artdıqca dünyada təbii və mədəni-
tarixi turizm ehtiyatlarının səmərəli istifadəsinə həsr olunmuş
beynəlxalq konfransların, müxtəlif iclasların və nəşrlərin də
sayı artmağa başladı. Təkcə 1999-cu ildə xaricdə bu mövzuya
həsr olunmuş 400-dən artıq material çap edilmişdir. Gərgin
Ə. T. Əs gər ov, B.Ə.Bilalov, Ç.G.Gülahyev
13
axtarışlar nəticəsində 1996-cı ildə BMÜTT, “Səyahətlər və
turizm üzrə şura” (WTTC), «Yaşıl dünya» təşkilatı tərəfindən
“XXI əsrdə turizmin dayanıqlı inkişafı konsepsiyası: “Səyahət
və turizm sənayesi üçün 21 əsr gündəliyi” (Aqenda 21 for travel
and tourizm industry) işlənib hazırlanmışdır. O, turizm üzrə
milli idarələrə, turist, ticarət təşkilatlarına, həmçinin turist
xidmətləri istehlakçılarına ünvanlanmışdır. Konsepsiya 14 iyun
1992-ci ildə BMT-nin ətraf mühit və inkişaf problemləri üzrə
Konfransında (Rio-de-Janeyro şəhərində) 182 hökumətin qəbul
etdiyi “Səyahət və turizm sənayesi üçün 21 əsr gündəliyi”
olmaqla ətraf mühitin qorunmasına Dünya çağırışı oldu. Bu
konfrans artıq bəşəriyyətin ətraf mühitin mühafizəsi problemi ilə
sosial-iqtisadi inkişaf prosesinə iki ayrı sahə kimi baxmadığını
nümayiş etdirdi. Bununla əlaqədar olaraq Konfransda növbəti
100 il üçün fəaliyyət planı qəbul edildi ki, bu da “XXI əsrin
Gündəliyi” adı ilə tanınmaqla, əsas məqsəd qlobal miqyasda
bütün dünya ölkələrində yüksək keyfiyyətli ətraf mühit və stabil
iqtisadiyyata çağnş sənədi oldu.
“XXI əsrin Gündəliyi”
bəşəriyyətin davamlı inkişaf konsepsiyasının cizgilərini müəy
yən etdi.
Dayanıqlı inkişaf dedikdə, turizm ehtiyatlarına zərər yetir
mədən baş verən proseslər anlaşılır. Buna ehtiyatların istifadə
olunma və bərpa olunma sürətlərinin idarə etməsi zamanı nail
olunur. Yəni zəif bərpa olunan ehtiyatlardan tez bərpa olunan
ehtiyatlara keçid zəruridir.
” 21-ci əsrin Gündəliyi “ aşağıdakı tezislərə malikdir:
-
turizm biznesinin əsasını təşkil edən təbiət resursları
qorunmalıdır;
- uzunmüddətli inkişaf strategiyasının yaradılması üçün
hökumət, sənaye və qeyri-hökumət təşkilatlarının birgə koor
dinasiyasının təşkili vacibdir;
- Turizmdə nailiyyətlərə çatmaq üçün prespektivli istiqa
mətləri seçmək və s.
Ə.T.Əsgərov, B.Ə.Bilalov, Ç.G.Gülahyev
Dostları ilə paylaş: |