Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə19/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
57 
Səndən uzaqlarda ömür sürdüm mən. 
Əfv et, ana vətən, dolu bir maraq 
Məni diyar-diyar çəkib apardı, 
Sənsiz o yerlərdə nə işim vardı 
Bircə bacarmadım özümlə ancaq. 
 
Vətənpərvər  şair  Martin  Opitsin  ölümünə  yazdığı 
sonetdə  də  Almaniya  haqqında  düşüncələrini  əks  etdirir, 
onun  faciələrini  xatırladır.  Opitsin  simasında  vətən  üçün 
yaşayan, vuruşan bir insanın ölümünə acıyır. 
 
Ey bizim simlərin hersoqu olan 
Yanğın içindədir alman elləri. 
Zərbələr altında itəndən bəri 
İnləyir, göylərdən istəyir aman. 
Hər şey alt-üst olub, əzilib, sınıb, 
Gözəl Almaniya cansız dayanıb. 
Ana ölüb, oğul girir tabuta. 
 
"1633-cü  il  üçün  yeni  il  odası"  şeirində  Fleminq 
müharibənin fəlakətlərini ürək ağrısı ilə təsvir etməklə yanaşı 
müharibəyə  son  qoymağa,  qılınclardan  və  zirehlərdən 
gavahın  və  cüt  dəmiri  düzəltməyə  çağırır.  Şair  bəzi 
şeirlərində müharibəni,  onun iştirakçılarını satirik bir tərzdə 
qələmə alır. "Piyada əsgərin öyünməsi" şeirində küt, qəddar, 
düşüncəsiz, satqın bir insanın surəti yaradılır. Həmvətənlərini 
əvvəlcə  düşmənlərdən,  sonra  pul  kisələrindən  azad  edən  bu 
lovğa əsgər kim artıq muzd versə, ona xidmət etməyə hazır 
olduğunu bildirir. Düşməndən  azad edilmiş həmvətənlərinin 
üstünə hücum çəkib onları qarət etməyə girişən bu əsgər da-
nışdıqca  oxucuda  istehza  və  gülüş  oyadır,  dəhşətləndirir  və 
xəcalətləndirir. 
 
ADAM  OLEARİ  bilik  və  maraq  dairəsinin  ensiklo-


Afaq Yusifli İshaqlı 
 
 
58 
pedikliyi  ilə  seçilən  bir  alim  və  yazıçı  olmuşdur.  o,  eyni 
zamanda  riyaziyyatçı,  aqronom,  coğrafiyaçı,  tarixçi  və 
şərqşünas  idi.  Yoxsul  ailədən  çıxmasına  baxmayaraq 
əməksevərliyi və qabiliyyəti sayəsində fəlsəfə magistri elmi 
dərəcəsi  almışdır.  1634-1639-cu  illərdə  iki  dəfə  Şərqə 
səyahət  edən  Oleari  səyahət  zamanı  apardığı  qeydlər 
əsasında  "Şərqə  yeni  səyahətin  təsviri"  /1647/  əsərini  yazıb 
nəşr etdirir. Bu əsər Olearinin müasirlərinin böyük marağına 
səbəb  olmuş  və  ədibin  sağlığında  dörd  dəfə  çap  edilmişdir. 
Getenin "çox xoşa gələn və ibrətamiz" hesab etdiyi bu kitab 
sadə və maraqlı bir dillə yazılmışdır. Burada Rusiya və Şərq 
ölkələri haqqında zəngin məlumat verilir. 
Şair  kimi  Oleari  Opits  məktəbinə  daxil  olan  sənət-
karlardandır.  Alman  ədəbiyyatı  tarixində  o  daha  çox  "Fars 
qızıl  gül  vadiləri"  /1654/  kitabında  toplanan  tərcümələri  ilə 
tanınmışdır.  Sədinin  "Gülüstan"nından  və  "Loğmanın 
təmsilləri"  adı  ilə  ərəbcədən  sərbəst  şəkildə  tərcümə  edilən 
bu  şeirlər  alman  ədəbiyyatında  Şərq  şeiri  ilə  təmasın,  onu 
yaradıcı  surətdə  mənimsəməyin  ilk  nümunəsi  idi.  Bu 
tərcümələr  öz  məzmunu  və  üslubu  etibarilə  dövrün  əxlaqi 
nəsihətamiz  şeirləri  ilə  birləşirdi.  Olearinin  təşəbbüsü 
sonralar Herdar və Gete tərəfindən davam etdirilmişdir. 
 
FRİDRİX  LOQAU  /1604-1655/.  Loqau  XVII  əsr 
alman  klassisizminin  ən  görkəmli  şairlərindən  biridir.  O, 
alman  ədəbiyyatında  möhkəm  yer  tutan  epiqram  janrının 
banisidir. 
Loqau  Sileziyada  Brokhut  malikanəsində  anadan 
olmuş,  Frankfurt-Oderdə  hüququ  öyrənmişdir.  Briqdə 
hersoqun  müşaviri  olmuşdur.  Liqnistsdə  ölmüşdür.  1638-ci 
ildə  o,  "İki  yüz  alman  aforizmi",  1654-cü  ildə  isə  "Üç  min 
alman  epiqramı"  kitablarını  nəşr  etdirir.  Onun  əsərlərində 
dövrün  hadisə  və  əxlaqı  kəskin  tənqidi  əksini  tapır.  Şair 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
59 
xalqa  çoxlu  fəlakətlər  gətirən  dini  fanatizmi,  zadəganların 
tüfeyliliyini, saray adamlarının riyakarlığını satirik bir üsulla 
qələmə  alır.  Loqaunun  poeziyası  ciddi,  realist  bir  üsluba 
malikdir.  Fleminq  və  Daxa  nisbətən  XVII  əsrin  nəsihətamiz 
bürger poeziyası ilə daha çox bağlı olan Loqau müasirlərinin 
diqqətini  cəlb  etməmişdir.  Əsrin  sonlarında  isə  o  tamam 
unudulur. Loqaunun əsərləri ilk dəfə Lessinqin diqqətini cəlb 
edir  və  onları  yüksək  qiymətləndirir.  1759-cu  ildə  onun 
seçilmiş  epiqramlarını  çap  etdirir.  Lessinq  onun  poetik  dili 
haqqında yazır: "O, öyüd verəndə ifadəli və qüvvətlidir; ifşa 
edəndə  təntənəli  və  yüksək  səslidir;  Sevgidən  danışanda 
zərif,  ahəngdar  və  səmimidir;  zarafat  edəndə  şən  və 
sadəlövhdür;  adamları,  sadəcə  olaraq  güldürmək  istəyəndə 
əyləndirici və oynaqdır." 
Epiqram  janrının  mahir  ustası  olan  Loqau  onlarda 
müasirlərinin  yığcam  və  dəqiq  səciyyəsini  yaradır,  alman 
kübar cəmiyyətinin tipləri qalereyasını canlandırır. 
XVII əsrin bir çox başqa sənətkarları kimi müharibə-
nin  fəlakətlərinin  təsviri  onun  şeirlərində  də  mühüm  yer 
tutur. Şair müharibəyə lənət  yağdırır, onda hər kəsdən əvvəl 
knyazların  marağı  olduğunu  bildirir.  Hərb  alovlarının  xalqa 
gətirdiyi  müsibətləri  o,  Opits  və  Fleminqdən  daha  kəskin, 
daha doğru qələmə alır. Başqa şairlərdən fərqli olaraq dindən 
və  allahdan  kömək,  təsəlli  umur.  Aydın,  ağıllı  mühakimə, 
istehzalı  yığcamlıq,  ayıq  obyektivlik  Loqau  şeirlərini 
səciyyələndirən əsas keyfiyyətlərdir. 
"Həyalı  əsr"  epiqramında  Loqau  öz  dövründən  nara-
zılığını bildirərək yazır: 
Bizim şanlı əsrimiz tacıdır zamanların, 
Həya olub qüdrəti, zinəti insanların. 
Cüzamlıdan qaçan tək qaçır o dayanmadan. 
Açıq-aydın, pərdəsiz həqiqətdən hər zaman. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə