Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

 
48 
öyrədir. Tədricən mexaniki vasitədən istifadədən əl çəkib onsuz tələffüz 
etmək öyrədilir.  
3.DiĢ siqmatizmi zamanı loqoped iki üsuldan istifadə edə bilər: 
a)  ġpatel  və  ya  zondun  ucu  ilə  dilin  ön  kənarını  yüngülcə  sıxıb 
onu  alt  kəsici  diĢlərin  arxasına  salır  və  bununla  heca  axını  diĢ 
yarıqlarındın keçməsinə Ģərait yaradır.  
b)  Loqopata  dilin  ön  kənarını  alt  və  üst  kəsici  diĢlərin  arasında 
geniĢ  yastılanmıĢ  vəziyyətdə  saxlamaqla  s  səsini  tələffüz  etmək 
tapĢırılır.  Bu  zaman  tələffüz  edilən  s  səsi  diĢarası    s  tələffüzünə 
bənzəyir. Sonra loqoped spatellə enlilənmiĢ dilin ön kənarını yüngülcə 
sıxıb yavaĢ-yavaĢ onu alt kəsici diĢlərin arxasına salır və bundan sonra s 
səsinin düzgün tələffüzü alınır.            
4  fısıltılı  siqmatizmin  aradan  qaldırılması  üçün  uĢağa  düz  (dil 
ucundan  aĢağı  kəsici  diĢlərin  arxasında)  və  səhv  (dil  ucunun  ağız 
boĢluğunun  içəri-dərinə  çəkilməsi)  artikulyasiyası  göstərilməli  və  dilin 
ağızın  içərisinə  dartmaq  adəti  tərgidilməlidir.  UĢağa  s  səsini  diĢlər 
arasında yayılmıĢ, enli dillə tələffüz edilməsi təklif edilir.  
5.Yan  siqmatizmini  təshih  etmək  üçün  loqoped  çalıĢmalıdır  ki, 
uĢağın  ağız  boĢluğu  yanlardan  örtülsün  və  dilin  ortasında  nov  əmələ 
gətirsin.  Bunun  üçün  uĢaq  diĢlər  arasında  geniĢ  yastılanmıĢ  dilin  ön 
kənarlarına  üfürmək  çalıĢmalırını  yerinə  yetirməli,  sonra  isə  dilin  ön 
vəziyyətində kənarı alt kəsici diĢlərin arxasını söykənmiĢ vəziyyətində s 
səsi tələffüz edilməlidir.  
Bundan  baĢqa,  uĢağın  uzun  f  səsini  dilin  daha  çox  irəli  uzadıb, 
onun ucunu aĢağı diĢlərə söykənməklə, tələffüz etməyi təklif etmək olar. 
Bu  zaman  fitli  kül  alınacaqdır  (dodaq-diĢ  siqmatizmi).  Sonra  bu 
tələffüzü təshih etmək lazımdır.  
6.Bunun 
siqmatizminin 
aradan 
qaldırılması  üçün  yan 
siqmatizminin 
təshih  üsulundan  istifadə  etmək  olar.  Bunun 
siqmatizminin korreksiyası üçün dodaq qarmonundan, tütək, Ģeypurdan 
istifadə  etməklə,  hava  axınını  burundan  buraxmağı  tərgidib,  ağızdan 
keçirməyi  öyrətmək  lazımdır.  Bundan  əlavə,  yanan  Ģamı  söndürmək, 
kağız qırıqlarını, pambıq parçalarını üfürmək çalıĢmaları da xeyirlidir.  
Ġlk mərhələdə s səsini diĢarası siqmatizmdə olduğu kimi, tələffüz 
etdirmək,  sonra  isə  dili  alt  kəsici  diĢlərin  arxasına  aparmaqla,  düzgün 
olmayan tələffüzü təshih etmək olar.  
Qeyd  etmək  olar  ki,  fıĢıltılı  və  fitli  səslərin  qüsurlarını  aradan 
qaldırmaq  üçün  görmə  və  eĢitmə  nəzarətindən  fəal  istifadə  etmək 
lazımdır.  Ġlkin  olaraq  loqoped  uĢağın  eĢitmə  ilə  bu  səsləri  necə 


 
49 
fərqləndirdiyini  yoxlamalıdır.  Bunun  üçün  o,  Ģəkil,  oyuncaq  və  digər 
əĢyalardan istifadə edə bilər.  
Nəzərə  almaq  lazımdır  ki,  siqmatizmin  diĢarası,  dodaq  –diĢ,  diĢ, 
yan və burun növləri (fıĢıltıdan baĢqa) Ģ, j, ç və c səslərin tələffüzündə 
də özünü göstərir.  
Bundan  əlavə,  çox  vaxt  bu  səslər  fitli  səslərlə  əvəz  də  edilir. 
Məsələn: Ģ səsi s ilə, j səsi z ilə, c və ç isə c səsi ilə əvəz olunur.  
ġ  və  j  səslərinin  tələffüz  qüsurları  belə  təshih  olunur:  loqoped  s 
səsini tələffüz etməyi tapĢırır və bu zaman Ģpatel və ya zondla dilin ucu 
yuxarı  alveolların  arxasına  keçirilir.  Bu  vəziyyətdə  s  əvəzinə  Ģ;  z 
əvəzinə  j  səsi  alınır.  Loqoped  tədricən  uĢağın  müstəqil  olaraq  dilini 
göstərilən vəziyyətdə saxlamaqla səsi tələffüz etməyi öyrədir. Loqoped 
dodaqların  irəli  çıxmasının  qarĢısını  almaq  üçün  uĢağın  dodaqlarının 
küncünü  yüngülcə  sıxır  və  Ģ,  j  səslərinin  ayrıca,  sonra  və  sözlərdə 
tələffüzünü möhkəmlədir.  
C  və  ç  səslərinin  düzgün  tələffüzü  üçün  loqoped  uĢağa  «at» 
hecasını tələffüz  etməyi tapĢırır və bu zaman Ģpatel və ya  zondla dilin 
ön kənarını yuxarı kəsici diĢləri alveollara doğru qaldırır, eyni zamanda 
dodaqların küncü sıxılır, dodaqlar qabağa çıxarılır. Belə vəziyyətdə «at» 
hecası əvəzinə aç «af» əvəzinə «aç» hecası alınır. Sonra loqoped həmin 
hecalardan  ç  və  c  səslərini  təcrid  olunmuĢ  Ģəkildə  almaq  üzərində  iĢ 
aparır.  
Mexaniki dislaliyanın bir növü də rotatizmdir. R və «r» foneminin 
tələffüz qüsuru rotatizm adlanır.  
R səsinin düzgün artikulyasiyası aĢağıdakı Ģəkildə olur.  
Səsin tələffüzü zamanı dilin ucu yuvaqlara doğru istiqamətlənərək 
yüngülcə  onlara  toxunur.  Sədalı  hava  axını  dilin  ucu  ilə  yuvaqların 
arasından  keçərək,  dilin ucu  titrəyir  və  beləliklə,  musiqili tona  malik  r 
səsi yaranır.       R səsinin tələffüzü zamanı dodaqlar neytral vəziyyətdə 
olur. Səs telləri sıxılmıĢ və vibrasiya edir. YumĢaq (r") səsi dil arxasının 
müəyyən qədər irəli çıxması və damağa doğru qalxması ilə fərqlənir. R 
səsinin qüsurlu tələffüzü özünü aĢağıdakı kimi göstərir.  
1.Bəzən  r  fonetik  boğazda  titrəyən  səs  kimi  –  ovulyar  r  tələffüz 
edilir.  Bu  zaman  dilin  kökü  yumĢaq  damağın  alt  kənarlarına  yaxınlaĢır 
və onunla keçid yaradır. Bu keçiddən çıxan hava axını yumĢaq damağın 
zəif  titrəyiĢini  yaradır  və  nəticədə  səsin  tonuna  küy  əlavə  edilir,  ona 
spesifik qüsurlu səslənmə çaları verir.  
II  Ovulyar  r-  qüsurunda  yalnız  dilçək  titrəyir  və  bu  zaman  aydın 
uğultu eĢidilir.  


 
50 
Bəzən r səsinin bir vurğulu adlanan qüsuruna da rast gəlmək olur. 
Bu qüsurda dilin ön kənarı yalnız bir dəfə yuvaqlara toxunur və titrəyiĢ 
olmur. Bəzən isə uğultulu j tələffüzü cəhdləri heç bir nəticə vermir.  
Bəzən  də  az  da  olsa, r  səsinin  yan tələffüzünə təsadüf  edilir.  Bu 
zaman  dilin  ön  kənarları  titrəmək  əvəzinə  onun  yan  kənarları  azı 
diĢlərinə  toxunub  partlayıĢ  əmələ  gətirir.  Ən  nəhayət,  rotatizmin  çox 
nadir növü-yanaq r səsi tələffüzü də vardır. Bu qüsurda hava axını dilin 
yan  kənarları  ilə  üst  azı  diĢlərin  arasındakı  keçiddən  keçib  yanağın 
titrəməsinə  səbəb  olur,  nəticədə  tələffüz  edilən  r  yanaq  səsi  kimi 
xarakterizə olunur.  
Bundan əlavə r səsi r", L, L", Q, d səsləri ilə əvəz edilir.  
Məlumat  üçün  qeyd  etmək  lazımdır  ki,  r  səsinin  qüsurlu 
tələffüzünə  anatomik  anomaliyalar  səbəb  ola  bilər,  dilaltı  pərdənin 
qısalığı, dar və hündür damaq həddindən artıq ensiz və ya böyük, yaxud 
da lazımı qədər elastik olmayan dil. Rotatizmin aradan qaldırılması üçün 
loqoped  əvvəlcə  hazırlıq  çalıĢmaları  aparmalı,  sonra  korreksiya  iĢinə 
baĢlamalıdır.  
Birinci  növ  çalıĢmaların  yerinə  yetirilməsi  dilin  düzgün 
vəziyyətini almağa istiqamətləndirilməsinə frikativ r səsinin tələffüzünə 
xidmət edir.  
O  biri  növ  çalıĢmalar  isə  dilin  titrəyiĢini  yaratmağa 
istiqamətləndirilir.  Belə  ki,  uĢaq  Ģ  və  j  samitlərini  düzgün  tələffüz 
edirsə,  frikativ  r  səsini  almaq  çətin  olmayacaqdır.  Ona  bir  qədər  açıq 
ağızda dodaqları dairəvi etmədən və dilin öz kənarını bir qədər qabağa 
üst kəsici diĢlərin arxasına salıb uzun j səsini tələffüz etməyi tapĢırmaq 
kifayət  edər.  Bunu  yerinə  yetirdikdən  sonra  titrəyiĢə  nail  olmadan 
frikativ  r  samitini  heca,  söz  və  ifadələrdə  möhkəmlətmələri  lazımdır. 
Nəzərə almaq lazımdır ki, alınan səs kifayət qədər hava axını və diĢ əti 
ilə  dilin  ön  kənarı  arasında  minimal  keçid  vəziyyətində  tələffüz 
edilməlidir.  Bu  zaman  elə  etmək  lazımdır  ki,  keçiddən  keçən  hava 
axınının həm küyü, həm də tələffüz edilən səsi aydın eĢidilsin.  
R  səsinin  düzgün  tələffüzü  üçün  titrəyiĢin  alınması  bir  nəfəsə  d 
səsinin xüsusi Ģəkildə –bir qədər açıq ağızla, dilin ön kənarlarının kəsici 
diĢlərlə deyil, bir qədər dərin-üst kəsici diĢlərin yuvaqlarına toxunmaqla 
tez-tez  təkrar  etmək  vəziyyətində  tələffüz  etməklə  aparılır.  (d,  dd,  dd, 
ddd, ddd…) 
BaĢqa bir üsul vasitəsi ilə də düzgün r səsini almaq olar.  
Frinaliv  r  səsinin  tələffüzü  zamanı  dilin  altında  diyircəkli  zond 
qoyulur. Diyircək sağa və sola hərəkət etdikcə dilin mexaniki titrəməsini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə