40
a)
Emal üçün ayrılmış xammalın hazır-
lanması.
b)
Son məhsulun alınması üsülunun dəyiş-
dirilməsi.
c)
Texnologiyanın təkmilləşdirilməsi.
Ətraf mühitin mühafızəsinin səhiyyə üsulu.
a)
Tullantıların tənzimlənməsinin səmərəli
üsulunun tapılması.
b)
Əlavə məhsulun alınması üçün əlavə
istehsal texnologiyasının yaradılması.
Tədbirlərin iqtisadi səmərəliliyi nəzərə alın-
malıdır.
Ümumi formada təbiətin mühafızəsi tədbirlə-
rinin səmərəliliyinin ölçülməsi aşağıdakı kimi müəy-
yən edilə bilər.
1. Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmə-
də mənfəət versə təbiəti mühafızə xərclərinin effekti-
təbiətin
çirkləndirilməsinin qarşısının alınması
nəticəsinin səmərəliliyini əks etdirir.
2.Bu regional xarakter daşıyır. Bu tədbirlərin hə-
yata keçrilməsi bütün regional ərazisini əhatə
edir.
3.Təbiəti mühafızə tədbirlərinin effekti metrik (öl-
çülən) xarakter daşımır. Bu insanların sağlam-
lığında istirahətində, xəstələnmələrin sayının
azalmasında ifadə olunur.
Yuxarıda göstərilən tədbirlərinin effektinin
ölçülməsi iqtisadi və sosial istiqamətlərdə aparılır.
41
İqtisadi effekt canlı və keçmiş əməyə qənaəti
əks etdirir. Sosial effekt - tədbirlərin həyata keçril-
məsi nəticələrinin xərclərə olan nisbətidir.
Ümimiyyətlə, təbiəti mühafızə tədbirlərinin
effektliyi belə hesablanır;
E=
∑ ∑
– i növ tədbirlərin keçrilməsi nəticəsində,
j – obyektində itkinin azalması
C
n
həmin tədbirlərin həyata keçrilməsinin
illik istismar xərci
obyektlərin tikilməsinə qoyulan vəsait
E
n
kapital qoyuluşunun normativ effektliyi.
Göründüyü kimi ətraf mühitin qorunması təbii
resurslardan səmərəli istifadə edilməsi dövlətin
kompleks ardıcıl həyata keçirdiyi tədbirlər sistemi ilə
bağlıdır.
İqtisadi İnkişaf Nazirliyi maraqlı təşkilat və
idarələrlə birgə dövlətin strateji inkişaf proqramını
hazırlayır ki, bunlardan biri də təbiətin mühafizə
stategiyasıdır.
Təbiətdən istifadənin strateji planlaşdırılması
müəyyən spesifik xüsusiyyətlərə malikdi.
1.
Planlaşdırılan obyekt içtimai-istehsal və təbii
proseslərin qarşılıqlı fəaliyyətinin nəticəsidir.
Bu zaman heç də bütün təbii proseslər insan
tərəfindən tənzimlənən deyildi. Onların bəzi-
ləri hələ də tamamilə təsdiq edilməmişdir.
42
2.
Təbii proseslərin strateji planlaşdırılması, təbii
proseslərə təsir və onun nəticələrinin iqtisadiy-
yata təsirindən ibarətdir. Lakin ətrafin çirklən-
məsi nəinki məqsədli proqramla dəf edilə
bilər, o həmdə texnologiyanın dəyişməsi ilə
azaldıla bilər.
3.
Ətraf mühitin çirklənməsi nəticəsi çox uzaq
müddəti əhatə edə bilər. Məs, Çernobil AES-
dakı partlayış.
Təbiətin mühafizə tədbirləri və strateji planlaş-
dırılmasında sistemli təhlil və sintez metodlarindan,
təbii mühit komponentlərindən istifadə nəticələri və
istiqamətlərinin müəyyən edilməsindən geniş istifadə
olunur.
43
II FƏSİL.
TƏBİİ RESURSLARDAN KOMPLEKS
İSTİFADƏNİN İQTİSADİ İNKİŞAFI.
2.1.
Təbii sərvətlər və onlardan istifadə
edilməsinin perspektivliliyi.
İctimai formasiyalar daxilində istehsalın inki-
şafı və genişlənməsi ilə əlaqədar insanların təbiətə
olan təsiri artmışdır ki, bu da müxtəlif təbii sərvətlə-
rin təsərrüfat mübadiləsinə verilməsini genişləndir-
mişdir. Yüksək inkişaf etmiş sənaye ölkələrində, si-
vilizasiyaya uğramış rayonlarda ətraf mühitdə, onun
sərvətlərinə insanların texnogen təsiri gərginləşir və
dərinləşir.
Bu cəhətdən istər təbii sərvətlərin istifadəsində və
bununla əlaqədar istehsalın, xüsusilə yeraltı sərvət-
lərə əsaslanan sənayenin inkişafı və yerləşməsində,
istərsə də təbiətdə bioloji aləmin inkişafının və təkrar
istehsalın nizama salınmasında insanların iştirakı,
onların antropogen təsiri nəzərə alınmalıdır. Açıq
demək lazımdır ki, planetimizin 6,4 milyarda qədər
əhali məskunlaşmasına artıq darlıq edir. Əhalisi sıx
olan rayonlar, xüsusilə Avropanın, Cənubi-Şərqi
Asiyanın, Şimali Amerikanın ərazisi saysız-hesabsız
sənaye müəssisələri, dəmir və şosse yolları, kanallar,
süni göllər, tullantılardan əmələ gələn ―çirkab
anbarlar‖ şəhər tullantıları, asfaltlı, betonlu stadionlar
və aerodromlarla örtülmüşdür.
44
Bunlar maddi nemətlər istehsalının ilk mən-
bəyi və əsas istehsal vasitəsi olan məhsuldar torpaq-
ların sahəsini azaldır və təbii məhsuldarlığı aşağı
salır. Nəticədə geniş torpaq sahələri bir çox sənaye
rayonlarında istehsal vasitəsi kimi əhəmiyyətini itirir.
Məlumdur ki, Yer kürəsinin 510 mln. km
2
- ilk
ərazisinin 136,0 mln km
2
-i ( Arktika və Antarktika
müstəsna olmaqla), yəni 26,7 %-i qurudan ibarətdir.
Bunun isə yalnız 13,6 mln km
2
yəni 10%-i becərilir.
Beləliklə, indi planetimizdə hər adam başına 3,0 ha-
dan da az ümumi torpaq sahəsi düşür ki, bunun da
cəmi 0,03 ha kənd təsərrüfatına yararlıdır. Dünyanın
quru ərazisinin 32,6 mln km
2
-i, yəni 24%-in tutan
xarici Avropa və xarici Asiya ölkələrində dünya
əhalisinin 65-66%-i yaşayır. Yararlı torpaq sahələri
isə göstərilən rayonlarda məhdud olduğundan ümu-
miyyətlə elmi-texniki tərəqqinin, istehsal mədəniy-
yətinin indiki şəraitində ərzaq və xammal problemini
xeyli çətinləşdirir. Planetimizdə 1 km
2
-də orta hesab-
la 38, xarici Avropa və xarici Asiya dövlətlərində 92
adam, 1300 mln əhalisi olan Çində 16 adam yaşayır.
Həyatımızla, güzaranımızla bağlı olan torpaqlar indi
insanlarlara azlıq edir. Əgər hava və okeanlarda
geniş yer tutan ekoloji sistemin (bioloji aləmin)
inkişaf etdiyi təbəqə həyat üçün yararlıdırsa, bizə
qida verən torpaqla orqanizmin inkişaf etdiyi məh-
suldar qat məhdud imkanlara malikdir.
Atmosferin, suyun, torpağın nazik qatlarındakı
canlı aləm biosfer adlanır. Onun ali məxluqu, şüurlu
Dostları ilə paylaş: |