27
təcrübə toplanmışdır. Lakin bir faktı da xüsusi olaraq qabartmaq zəruridir ki, Azərbaycan Çinlə mədəni
əməkdaşlıq sahəsində müstəqil qərar çıxartmaq, yaxud bu mədəni əlaqələrin prioritetlərini müəyənləşdirmək
səlahiyyətlərindən məhrum idi. Digər xarici dövlətlərlə olduğu kimi Çinlə də mədəni əlaqələrin istiqamətləri
yalnız «mərkəz»dən diqtə olunurdu. Lakin 1991-ci ildə Azərbaycanda müstəqilliyin bərqərarı və Respublikada
suverenliyin elan edilməsi Çinlə bütün əlaqələrin, eləcə də mədəni əlaqələrin yenidən qurulmasını təmin etdi.
1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ÇXR 1992-ci ilin aprelində
diplomatik əlaqələr yaratdı. 1992-2005-ci illər ərzində Azərbaycan-Çin arasında mədəni əlaqələrin müştərək
əməkdaşlıq məqsədi ilə kinematoqrafiya, radio verilişləri və televiziya sahəsində əməkdaşlıq haqqında, turizm
sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər imzalanmışdır. Bundan başqa iki ölkənin dövlət
başçıları arasında Dostluq haqqında birgə bəyanat, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq haqqında
protokol da imzalanmışdır. Dövlət başçıları səviyyəsində 1994-cü ilin martında Azərbaycan Prezidenti Heydər
Əliyevin, 2005-ci ilin martında isə Azərbaycan Prezidenti İlham Əliyevin ÇXR-na səfərləri mədəni
əməkdaşlığın inkişafına əhəmiyyətli şəkildə təsir göstərmişdir. Bundan əlavə, 2002-ci ilin iyununda Azərbaycan
Respublikasının Təhsil nazirinin müavininin rəsmi görüşləri Azərbaycan-Çin mədəni əməkdaşlığının hüquqi
bazasının yaradılması, mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdi. Bütün
bunlarla yanaşı, iki ölkənin parlamentlərarası münasibətlərini inkişaf etdirmək məqsədilə 2002-ci ildə təşkil
olunan «Azərbaycan–Çin Dostluq Cəmiyyəti»nin yeni xəttilə mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi
nəzərdə tutulur. Cəmiyyətin prezidenti Milli Məclisin deputatı, AMEA-nın akademiki Cəlal Əliyev Çinlə
müxtəlif, eləcə də mədəni əməkdaşlıq sahəsində şəxsi təşəbbüs və səy göstərir. Eyni bir cəmiyət «Çin–
Azərbaycan Dostluq Cəmiyəti» 2006-cı ilin oktyabrından ÇXR-nın «Xarici ölkələrlə Dostluq Cəmiyyəti»nin
nəzdində təşkil olunur. Hər iki cəmiyyət arasında əməkdaşlıq Azərbaycan – Çin mədəni əməkdaşlığının inkişafı
işinə istiqamətləndirilmişdir.
Müstəqilliyin ilk illərində Çinlə mədəni əlaqələrin demokratik prinsiplər əsasında yenidən
qurulmasında 1994-cü ilin sentyabrında Ümumçin Xalq Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr
Cəmiyyətinin dəvətilə «Azərbaycan dünyası» Beynəlxalq Əlaqələr Mərkəzinin Prezidenti Nəbi Xəzri başda
olmaqla ziyalılardan ibarət bir qrup ÇXR-da səfərdə olmuş, ölkələr arasında dostluğun davam etdirilməsi
məqsədi ilə mədəniyyət və turizm sahəsində əməkdaşlığın tezliklə bəyan edilməsi, qarşılıqlı surətdə
mədəniyyət ongünlüklərinin keçirilməsi, mübadilə səfərlərinin təşkili haqqında razılıq əldə edildi. Eyni zamanda
bu görüşdə Çinin Dalyan və Bakı şəhərlərinin qardaşlaşması barədə təklif də irəli sürüldü. Görüş zamanı
qaldırılmış məsələlər öz həllini 1995-ci ildə Çin nümayəndə heyətinin Bakıya səfərində tapdı.
Təhsil sahəsində qarşılıqlı tələbə mübadiləsi ənənəviliyini indi də saxlamaqdadır. Bakı Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsində Çin dilinin öyrənilməsi mədəni əlaqələrin inkişafı baxımından çox
əhəmiyyətlidir.
M.Rostropoviçin anadan olmasının 70 illiyi münasibətilə yubiley şənliklərini işıqlandırmaq
üçün Çinin Sinxua agentliyi iki müxbirini Bakıya göndərmişdir. Müxbir Çjao Çjipenin səfərdən əldə etdiyi
zəngin təəssürat «Sinxuanın gündəlik xəbərləri» qəzetində 1997-ci il 23 may tarixli nömrəsində dərc
olunmuşdur. Həmin məqalədə Çin müxbirlərinin Azərbaycan mədəniyyəti haqqında səmimi düşüncələri diqqəti
cəlb edir. Məqalədə yazılır: «Azərbaycan elə bir ölkədir ki, burada mədəniyyətə böyük ehtiram bəsləyirlər. Biz
bunu çoxdan eşitmişik… Bakılılar Çinə dərin hörmət hissi bəsləyirlər. Bu mənim Bakıda olarkən aldığım ikinci
ən güclü təəssüratdır.»
1
Yeni tarixi şəraitdə Azərbaycan – Çin mədəni əlaqələrinin imkanları getdikcə artmaqdadır.
Hər iki
ölkə əhalisinin bir-biri ilə yaxından tanışlığı üçün mətbuatın geniş imkanlarından istifadə edilir. 2003-cü ildə
«Azərbaycan-Çin lüğəti»nin nəşri «İqtisadiyyat» qəzetinin 2004-cü il oktyabr nömrəsinin bütünlüklə ÇXR-nın
55-ci ildönümünə həsr edilməsi Azərbaycanda Çin ölkəsinə, onun mədəniyytinə maraq və ehtiramın nümunəsi
kimi qiymətləndirilirdi. Hazırda mədəniyyətin ayrılmaz qolu sayılan təhsil sahəsində də Çin Xalq Respublikası
ilə birgə mübadilə aparılır. Təcrübə mübadiləsi məqsədilə respublikanın ali və orta ixtisas, ümumtəhsil
məktəblərinin müəllimləri Respublika Təhsil Nazirliyinin əməkdaşları təcrübə mübadiləsi məqsədilə ÇXR-na
ezam edilmişlər. Təhsildə islahatlar keçirən ÇXR-nın təcrübəsindən istifadə məqsədilə bu ölkə ilə mübadilə
səmərəli olmuşdur.
Müasir mərhələdə Çin Xalq Respublikası böyük potensiala malik olaraq ən müasir texnologiyalar
tətbiq edərək yüksək sürətlə tərəqqi edir. Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə Çin şirkətləri
Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə
qoyurlar. Çin şirkətlərinin neft layihələrində iştirakı ilə Azərbaycanda neft hasilatı artır. Belə ki, Çin Milli
Neft Korporasiyasının vitse-prezidenti Çou Dzipinin başçılıq etdiyi nümayəndə heyətinin 2004-cü il iyul
ayında Azərbaycana səfər etməsi bunu təsdiqləyən faktdır.
1
Азярбайъан гязети. 1997-ъи ил, 4 ийун