Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə3/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61

 
10 
Mənbələr  içərisində  ən  əhəmiyyətlisi  əs-Sabi  ailəsinə  mənsub  olan 
əsərlərdir.  Bunlardan  Hilal-ibn-Mühəssin-əs-Sabinin  (970-1056) 
tərtib etdiyi «Tarix» xronikası 40 hissədən ibarət olmuş və bunların 
az  bir  hissəsi  dövrümüzə  qədər  gəlib  çatmışdır.  Bu  hissələr  əsasən 
ƏbuYəla-Həmzə  ibn  Əl-Kalanisinin  (1160)  «Zeyl-Tarix-Dəməşq» 
əsərində öz əksini tapmışdır. 
Hilal  əs-Sabinin  oğlu  Qərs-ən-Nim  Məhəmməd  ibn  Hilal  əs 
Sabi (1025-1088) atasının yazdığını xronoloji ardıcıllıqla davam et-
dirmişdir. Onun yazdığı əsər dövrümüzə qədər tam gəlib çatmasa da, 
onun  əsas  hissəsi  Sibət  ibn-əl-Cəizinin  (1186-1257)  «Mirat-az-za-
man fi-tarix əl-a-yan» («Dövrün güzgüsü və görkəmli adamlar haq-
qında salnamələr») əsərində öz əksini tapmışdır. 
Səlcuq  tarixşünaslığında  Sibət  ibn-əl  Cəizi  mühüm  yerlərdən 
birini tutur. Onun qeyd olunan əsərində 1256-cı ilə məxsus mühüm 
hadisələr  öz  əksini  tanmışdır.  Cəizi  bu  əsəri  Bağdaddan  Dəməşqə 
apara  bilmişdir.  Həmin  əsərin  əsas  hissəsi  1968-ci  ildə  türk  tədqi-
qatçısı Əli-Sevim tərəfindən nəşr edilmişdir. 
Səlcuq  tarixinin  öyrənilməsində  mühüm  mənbələrdən  biri, 
tarix,  adət  və  ənənələrin  mahir  bilicisi  olan  Əbu-əl  Fərəçi  Əbdür-
Rəhman  İbn  əl  Cəizinin  (1114-1200)  «Tarixi-əl-mülk-əl-Ülam» 
əsəridir. Bu əsərdə səlcuqların ilk dövrlərinə aid olan və dövrümüzə 
gəlib  çatmayan  bir  çox  müəlliflərin  əsərlərinə  istinad  edilmişdir. 
Həmin  müəlliflərdən  Məhəmməd  əl  Həmədani  Hilal-əs-Sabi,  Hey-
bətallah əs-Sabi və b. göstərmək olar. 
Səlcuq  tarixinə  aid  maraqlı  mənbələr  içərisində  səlcuq  sul-
tanlarından Mahmud və Məsudun vəziri olmuş Ənuşirəvan İbn Xa-
lid Məhəmməd Əl–Kaşmaninin memuarları da qiymətlidir. Bunlar 
fars  dilində  yazılmış  və  «Futur  zaman  as-sudur  zaman  əl  futur» 
(«Vəzirlər dövrünün zəifləməsi və zəif dövrün vəzirləri») adlandırıl-
mışdır. Bu memuarlar Məlik şahın (1072-1092) dövründən başlaya-
raq  II  Toğrul-İbn-Məhəmməd  (1134)  dövrünə  qədər  olan  zamanı 
əhatə edir. İmadəddin Məhəmməd, İbn Məhəmməd əl katib əl İsfa-
hanı  (1201)  bu  əsəri  ərəb  dilinə  tərcümə  etməklə  yanaşı,  həm  də 
onun  giriş  hissəsinə  erkən  səlcuqlar  haqqında  məlumatları  əlavə 


 
11 
edərək,  birinci  dəfə  1183-cü  ilə  qədər,  ikinci  dəfə  isə  III  Toğrulun 
vəfatına qədər (1194-1245) olan dövrünü yazmışdır. Müəllif əsərini 
«Nüsrət-əl-Fətra va-nüsrət əl fətra» adlandırmışdır. Həmin əsər hal-
hazırda  yeganə  nüsxə  olaraq  Paris  Milli  kitabxanasında  saxlanılır. 
Bu  əsər  nəşr  edilməsə  də,  Əbu-İbrahim  əl  İsfahaninin  (1190-1245) 
qısa şəkildə «Zubdat-ən-nüsrat və nüsrat əl usra» əsərində öz əksini 
tapmışdır. 
Səlcuqların tarixinin Qafqaz tarixindən ayrılıqda araşdırılması 
elmi cəhətdən qəbuledilməzdir. Qafqaz dünya tarixi və sivilizasiya-
sında vacib coğrafi oxa malik məkan olub ərazisi 720.000 kv km-dir. 
Bu  ərazi  Xəzər,  Qara  və  Azov  dənizi  arası  olub  Şimali  və  Cənubi 
Qafqazdan, o cümlədən Cənubi Azərbaycandan ibarətdir. 
Qafqaz tarixinin mühüm bir dövrünü XI-XII əsrlər təşkil edir. 
Bu dövrdə regionun həyatında, o cümlədən Mərkəzi və Ön Asiyanın 
siyasi  həyatında  ciddi  dəyişikliklərə  gətirib  çıxaran  hadisələr,  səl-
cuqların  hərbi-siyasi  fəallığı  ilə  müşahidə  olunan  yerli  dövlətlərin 
evolyusiyası baş vermişdir. 
Qafqazda Səlcuq əsri problemi ilk növbədə, Cənubi Qafqazın 
fiziki-coğrafiyası ilə əlaqədar olub tarixi Azərbaycan ərazisini əhatə 
edir  (410  kv.  km).  Səlcuqların  istilası  Cənubi  Dağıstanın  tutulması 
ilə məhdudlaşmışdı. Onlar Dərbənddən şimala keçməmiş, əsas məq-
sədi Kiçik Asiyanı tutmaq olmuşdur. 
Səlcuq imperiyası yarandığı vaxtdan formal mərkəzləşdirilmiş 
dövlət idi. Reallıqda isə imperiya səlcuq sülalələri arasında uluslara 
bölünmüşdü.  Onlar  böyük  sültana  tabe  idilər,  sultanın  çağırışı  ilə 
qoşunla  gəlir,  öz  gəlirlərindən  xəzinəyə  ödənişlər  edirdilər.  Lakin 
onlar daxili işlərdə müstəqil idilər. Bu səbəbdən də, birinci 3 böyük 
sültanın  -Toğrul  bəy  (1038-1063),  Alp  Arslan  (1063-1072)  və 
Məlik şahın (1072-1092) hakimliyi dövründə uluslar sülalə üzvləri-
nin qida mənbəyi hesab olunurdu. 
Məlik  şahdan  sonra  imperiya  faktiki  olaraq  dağıldı.  Sültan 
yalnız formal və nominal ali süzeren olaraq qaldı. O yalnız öz evini-
Xorasanı idarə etdiyindən kənarda o qədər də həlledici qüvvəyə ma-
lik deyildi. 


 
12 
Nəhayət,  Səlcuqlu  imperiyası  parçalanıb  İrak  (1118-1194), 
Girman  (1041-1186),  Konya  (1077-1307),  Suriya  (1078-1117)  sul-
tanlığına  bölündükdən  sonra  Cənubi  və  Şimali  Qafqaz  (Dərbənddə 
qədər və onun ətrafı) İrak sultanlığına daxil oldu. 
Səlcuqlara dair mənbələr içərisində narativ abidələr, rəsmi sə-
nədlər, həmçinin epos və folklor materialları xüsusi əhəmiyyətə ma-
likdir.  Mənbələr  içərisində  döyüşlərin  tarixşünaslığının  materialları 
üstünlük təşkil edir. 
Suriya  mənbələri  Səlcuqlular  tarixinin  önəmli  hissəsidir.  Bu 
mənbələrdə  Səlcuqların  XI-XII  əsr  tarixi,  siyasi,  sosial-iqtisadi,  et-
nik  problemlər,  xalq  hərəkatı,  ideologiya,  Suriya-Qafqaz  əlaqələri, 
məişət və hərbi məsələlər yer almışdır. 
XIX əsrdə bəzi tədqiqatçılar Suriya mənbələrinə diqqət  yetir-
məyə  başladılar.  XIX  əsin  I  yarısında  V.V.Qriqoryev  rusların  Qaf-
qaza yürüşü haqqında Bar Ebreyanın məlumatlarından istifadə etdi. 
M.F.Brosse «Karlis Tsxovreva» ya Bar Ebreyanın 1127-ci ildə gür-
cü çarı IV Qurucu Davidi tutması haqqında məlumatları daxil etdi. 
Müəyyən  vaxtlarda  Suriya  mənbələri  ilə  N.Y  Marr,  F.İ.  Uspenski, 
V.V.Bartold  maraqlandı,  Mixail  Suriyalıdan  iqtibas  gətirdilər. 
A.E.Krımski,  V.A.Qordlevski,  E.A.Belyayev,  Ş.  Defremeri, 
M.Köymən, M.İnanc, O.Turan, K.Kayen, A.Mets, A. Lyuders və b. 
Suriya 
mənbələrinə 
müraciət  etdilər.  Onların  içərisində 
M.Suriyalının və Bar Ebreyanın əsərləri xüsusi əhəmiyyət kəsb edir. 
Səlcuq tarixi haqqında mühüm xəbərlər suriyalı salnaməçi Mi-
xayıl Suriyalının  (1126-1119)  əsərlərində, xüsusilə  «Xronika»  sında 
öz  əksini  tapmışdır.  Müəllif  özündən  əvvəlki  müəlliflərə  istinad 
edərək səlcuqlara aid olan bir çox hadisələr haqqında məlumat verir. 
Mixail  1126-cı  ildə  Melitendə  anadan  olmuş,  monarxlıqdan 
Şərqin  yakovit  patriarxına  qədər  adıcıl  yol  keçmişdir.  O,  dəfələrlə 
Yaxın Şərqdə səfərlərdə olmuş, öz tərəfdaşlarının maraqlarını təmsil 
etmişdir. 
Yaxşı  təhsil  alan  Mixail  bir  neçə  dil,  o  cümlədən  ərəb  dilini 
öyrənmişdir.  Bütün  bunlar  ona  siyasi,  sosial-iqtisadi  və  hərb  tarixi 
yazmağa  imkan  vermişdir.  Onun  bir  neçə  əsəri  vardır  ki,  onların 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə