Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə5/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
17
b)  müddətli və müddətsiz 
c)  real, maliyyə və intellektual 
d)  Birbaşa, dolayı və portfel  
e)  Düzgün cavab yoxdur.   
Test 3   nvestisiya sferasına hansı sahələr daxildir? 
a) əsaslı tikinti və innovasiya sahəsi, 
b) fermer təsərrüfatları, 
c) infrastruktur sahələr, 
d) xidmət və informasiya sahələri, 
e) səhiyyə və təhsil sahələri. 
Test 4.  nvestisiya sisteminin elementləri hansı ardıcıllıqda 
düzülür? 
a)  maliyyə  institutları  –  dövlət  –  iri  biznes  –  xırda  inves-
torlar 
b)  dövlət –  maliyyə institutları – iri biznes – xırda inves-
torlar 
c)  dövlət  –    xırda  investorlar  –  maliyyə  institutları  –  iri 
biznes  
d)  dövlət –  maliyyə institutları – xırda investorlar – iri biz-
nes  
e)  xırda  investorlar  –  iri  biznes  –    maliyyə  institutları  – 
dövlət  
  Test  5.  Stimullaşdırıcı  fiskal  siyasətindən  əsas 
istiqamətləri 
a)  dövlət xərclərinin artırılması, vergilərin azaldılması; 
b)  dövlət xərclərinin azaldılması, vergilərin artırılması; 
c)  açıq bazarda əməliyyatlar; 
d)  bankların mütləq ehtiyat normasının azaldılması; 
e)  dövlət xərclərinin və vergilərin azaldılması. 
 
 
 
 
 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
18
Mövzu 2. Dövlətin investisiya-innovasiya siyasəti və 
onun formaları 
                                      Plan:  
1.  Dövlətin investisiya siyasətinin mahiyyəti, prinsipləri. 
2.  Dövlətin innovasiya siyasətinin mahiyyəti. 
3.  Dövlətin  investisiya-innovasiya  siyasətinin  forma  və 
metodları. 
                                            Əsas anlayışlar: 
Dövlətin investisiya siyasəti, dövlətin innovasiya siyasəti, 
dövlətin investisiya-innovasiya siyasətinin formaları.         
1. Dövlətin investisiya siyasətinin mahiyyəti, prinsipləri 
Hər  bir  ölkənin  inkişafında  investisiyaların  rolu  müasir 
dövrə  çox  böyük  əhəmiyyət  kəsb  edir.  nvestisiyalar  iqtisadi 
artım  və  təhlükəsizliyi,  ölkə  iqtisadiyyatının  rəqabət  qabiliy-
yətini  təmin  edir,  əhalinin  həyat  səviyyəsinin  artmasına  zəmin 
yaradır.  qtisadi  artımı  təmin  etmək  məqsədilə  investisiyaları 
iqtisadiyyatın  prioritet  sahələrinə  yönəltmək,  iqtisadiyyatın 
quruluşunda  elm  tutumlu  sahələrin  payını  artırmaq  zəruridir. 
nvestisiyaların  artımını  təmin  etmək  üçün  bazar  infrastruk-
turunun  genişləndirilməsi  və  təkmilləşdirilməsi  önəmli  yer 
tutur.  Milli  iqtisadiyyatda  makroiqtisadi  sabitliyin  və  bir  çox 
sosial-iqtisadi  məsələlərin  həlli  üçün  əlverişli    investisiya 
mühitinin yaradılması əsas şərtlərdən biridir. Lakin investisiya-
ların məhdudluğu iqtisadiyyatın texnoloji bazasının təzələnmə-
sinə,  müasir  tələblərə  cavab  verməsinə  imkan  vermir,  bu  da 
iqtisadi geriləməyə gətirir.  nvestisiya imkanlarının, xüsusilə də 
innovasiya  yönümlü  investisiyaların  artması  istehsalın 
strukturunun  dəyişən  bazar  konyunkturasına  müvafiq  olmasını 
təmin edir.  
Dövlətin  investisiya  siyasəti  –  ölkə  iqtisadiyyatının 
müxtəlif  sahə  və  sferalarına  tələb  olunan  kapital  qoyuluşunun 
səviyyə  və  strukturunu  təmin  edən,  investisiya  aktivliyini 
artıran bir-biri ilə əlaqəli məqsədlər kompleksidir. Başqa sözlə 
desək,  investisiya  siyasəti  –  investisiya  mənbələrinin  tapıb, 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
19
onların səmərəli  sahələrə yönəldilməsidir.  nvestisiya siyasəti-
nin xarakteri iqtisadi proseslərə müdaxiləsi səviyyəsi ilə və bu 
siyasətin vergi, maliyyə-kredit, amortizasiya, qiymət, gəlir və d. 
siyasətlər əlaqəsi ilə izah edilir.  
nvestisiyaların
 
tənzimlənməsi və investisiya siyasəti fər-
qli anlayışlardır, çünki, investisiya siyasətinin əsası – bu sahəyə 
müdaxilə  etməmək  prinsipinə  üstünlük  verilməsi  ilə,  açıqlan-
dığı halda, investisiyaların tənzimlənməsi dövlətin müdaxiləsini 
nəzərdə tutur.  
nvestisiya  siyasətində  dövlətin  rolu  “investor  –  investi-
siya obyekti” münasibətlərində qaydaları müəyyən etmək, iqti-
sadi sistemin özünü tənzimləmək və sərbəst inkişaf etmək üçün 
imkanı yaratmaqdır. 
Dövlətin investisiya siyasəti 2 hissədən ibarətdir: tənzim-
ləmə  və  stimullaşdırma.  Tənzimlənmə  sistemi  hər  qoyulan 
kapitalın  pul  vahidinə  (manata)  görə  maksimim  gəlirin  əldə 
edilməsini nəzərdə tutur. Stimullaşdırıcı element isə maksimum 
investisiya cəlb olunmasını tələb edir.  
 Ölkə iqtisadiyyatına investisiya cəlb etmək üçün dövrün 
tələblərinə cavab verən investisiya siyasəti işlənib hazırlanmalı-
dır. Ona görə investisiya siyasətində - kompleks şəkildə iqtisa-
diyyata  yönələn  investisiyaların  həcmi,  quruluşu  və 
istiqamətləri  müəyyən  edilməlidir.  nvestisiya  siyasətinin  əsas 
vəzifəsi  ölkənin sosial-iqtisadi inkişafına tələb olunan resursla-
rın  cəlb  edilməsi  və  onların  səmərəli  istifadəsi  üçün  əlverişli 
şə
raitin yaradılmasıdır. 
 
 
 
 
 
 
 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
20
nvestisiya siyasəti hər konkret dövr üçün investisiyaların 
həcmi  və  quruluşunu  müəyyən  etməlidir.  Bura  sahə,  təkrar 
istehsal, texnoloji, ərazi və mülkiyyət formaları üzrə strukturlar 
daxildir.  nvestisiya siyasəti həmçinin prioritetlərin seçilməsini 
və investisiyaların səmərəliyinin artırılmasını da nəzərə almalı-
dır.    nvestisiya  siyasəti  müddətinə  görə  fərqləndirilir  və  o, 
uzun və qısamüddətli ola bilər. Uzunmüddətli investisiya siya-
səti iqtisadi fəaliyyətin bir çox il qabağa işlənib hazırlanmasını, 
qısamüddətli  isə  -  bir  neçə  ay  ya  bir  il  müddəti  nəzərdə  tutur. 
nvestisiya  fəaliyyətində  dövlət,  birincisi  -  maliyyə-investisiya  
bazarlarının  təşkilatçısı  kimi,  ikincisi  -  maliyyə-investisiya 
bazarlarının  iştirakçısı  kimi  və  üçüncüsü  –  investisiya  proses-
lərinin meneceri kimi çıxış edir.  
 
                nvestisiya siyasətinin əsas prinsipləri:  
 
- iqtisadiyyatın  real  sektoruna  yönələn  investisiyaların 
səmərəliyini təmin edən faiz dərəcəsinin müəyyən edilməsi; 
- vergi sisteminin sadələşdirilməsi; 
- amortizasiya siyasətinin təkmilləşdirilməsi; 
- investisiya cəlbediciliyi baxımından müəssisələrin yeni-
dən qurulması üçün şəraitin yaratması;  
- əhalinin  yığımlarını stimullaşdırmaq məqsədi ilə inves-
tisiya risklərinin azaldılması üçün şəraitin təkmilləşdirilməsi; 
- büdcənin resurs vəsaitlərinin səmərəliyini artırmaq üçün 
onların müsabiqə əsasında yerləşdirilməsi;  
- prioritet  investisiya  layihələrinin  qarışıq,  yanı  dövlət-
kommersiya əsasında maliyyələşdirilməsi; 
- xüsusi investisiya qoyuluşlarına dövlət zəmanəti; 
- büdcə vəsaitinin məqsədli istifadəsinə nəzarətin güclən-
dirilməsi.   
 
 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə