Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə9/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   96

Biosferin  və  ya  onun  əsas  bölməsinin  mərkəzində  ancaq 
insan qoyulur (antroposentrizm)
Biosferin  ikinci  xüsusiyyəti  onun  açıq  sistem  olmasıdır. 
Ona  kənardan  enerji  daxil  olur  və  o,  kosmik  təsirə  məruz 
qalır.  Bu  təsirin  əsasını  günəş  aktivliyi  təşkil  edir.  Müəyyən 
edilmişdir ki, yer kürəsində,  o cümlədən biosferdə baş verən 
hadisələrin  əksəriyyəti günəşin  aktivliyi  ilə əlaqədardır.  Belə 
bir  fikir  mövcuddur  ki,  günəş  aktivliyi  bir  çox  geoloji 
proseslərin (kataklizm, katastrof) yaranmasına səbəb olur.
1989-cu ildə  1,5-2,0 ay ərzində baş vermiş zəlzələ (İturup 
adasında),  Çelyabinski  boru  xəttindəki  qəza,  «Komso- 
moles» sualtı atom qayığının məhv olması, Tbilisi hadisələri, 
Dağlıq  Qarabağ  müharibəsinin  aktivləşməsi  hadisələrini 
yüksək günəş aktivliyinin baş verməsi ilə də izah edirlər.
Biosferin üçüncü bir xüsusiyyəti onun  özünü tənzimləmə 
sisteminin  olmasıdır.  Bu  xüsusiyyət,  «homeostazm»  adlan­
dırılır.  Özünütənzimləmə  sistemi  baş  vermiş  hər  hansı  bir 
həyəcan  və  ya  çaxnaşmanın  qarşısını  müəyyən  mexanizm 
vasitəsilə  alır,  yaranmış  dəyişikliyi  öz  əvvəlki  vəziyyətinə 
qaytarır. Tarix boyu  biosferdə  belə hallar çox baş  vermişdir. 
Bunlara  misal  vulkan  püskürməsini,  asteroidlərlə  qarşılaş­
ma, zəlzələ, dağəmələgəlmə və s. göstərmək olar.
«Homeostazm»  hal-hazırda  «Le  Şatelye-Brayn»  prinsipi 
kimi adlandırılır.
Bu  prinsipə  əsasən  «Xarici  qüvvə  tərəfindən  öz  müva­
zinət vəziyyətindən çıxan sistem qüvvənin az təsiri istiqaməti 
üzrə  yerdəyişməyə  məruz  qalır».  Le-Şatelye-Brayn  prin­
sipinin  müasir  dövrdə  ayrı-ayrı  regionlarda  pozulması  halı 
baş  verir  ki,  bu  da  ekoloji  krizisin  yaranmasına  səbəb  olur 
(məs. səhraların yaranması və s.)
Biosferin  dördüncü xüsusiyyəti  onun  «müxtəlifliyidir». 
Yəni,  o,  müxtəlif yaşayış  məskəni  (su  hövzəsi,  yerüstü,  tor- 
paqdaxili  və s.),  iqlim  xüsusiyyətinə  görə  fərqlənən müxtəlif 
təbii zonalar,  geokimyəvi sahələr və s.  xüsusiyyətlərə malik­
32
dir.  «Müxtəliflik»  ekosistemin  və  biosferin  dayanıqlığı 
şərtlərindən  biridir.  Biosferin  əsas  xassələrindən  biri  onda 
olan  ayrı-ayrı  maddələrin  dövretməsini  yaradan  mexa­
nizmin  olmasıdır.  Bu  xassə  biosferdə  ayrı-ayrı  kimyəvi 
elementlərin və onların birləşmələrinin tükənməzliyini təmin 
edir.
Müasir  dövrdə  Kainatın,  Yer  kürəsinin  və  cəmiyyətin 
inkişafı  üzrə  müxtəlif  konsepsiyalar  mövcuddur.  Bu  kon­
sepsiyaları şərti olaraq üç qrupa bölmək olar.
Birinci  qrup  konsepsiya  insanların  inkişafda  əsas  ya­
radıcı  qüvvə  olmasında  heç  bir  əsasın  olmadığını  göstərir. 
Burada  həmçinin  insanın  bioloji  bir varlıq  olaraq  inkişafda 
imkan  və  bacarığını  başa  vurduğunu  və  onu  artıq  müvafiq 
texniki qurğuların əvəz edə biləcəyi göstərilir.
İkinci qrup konsepsiya biosferi öz-özünü təmizləyən tul- 
lantısız  bir  sistem  kimi  qəbul  edir  və  ona  kənardan  mü­
daxilənin əksinə çıxır.
Üçüncü  qrup  insanların  hər  hansı  bir  qurğu  ilə  əvəz 
olunmasını  qəbul  etməyərək,  onların  həyata,  təbiətə  və 
özünə olan münasibətlərində yeni məsuliyyət hissinin aşılan­
masını,  başqa  sözlə,  yeni  proqressiv  təfəkkürlü  insanların 
formalaşmasına  nail  olmağı  əsas  götürür.  Bu  konsepsiya 
«NOOSFERA»  konsepsiyasına  əsaslanan  perspektivli  he­
sab edilir.
XX əsrin əvvəllərində Fransa alimləri P.Teyar de Şarden 
və  E.Lerua  «Noosfera»  anlayışını  elmə  gətirdilər.  Yunan 
sözu olan  «noos» ağıl, düşüncə,  idrak  mənasını  verir.  Onlar 
bu  sözü  yaşıl  şar,  «düşünən  mühit»,  məkan,  təbəqə  məna­
sında  işlədərək  onun formalaşdırılmasını  insanın  yaranması 
və zehninin  inkişafı ilə əlaqələndirmişlər.  Sonralar  rus  alimi 
V.İ.Vernadskiy  bu  anlayışa  materialist  məzmun  verərək 
göstərmişdir ki, noosfera insanların yaranması və inkişafı ilə 
əlaqədar  olan  biosferanm  yeni,  ən  yüksək  inkişaf  mərhə­
ləsidir.  İnsanlar  təbiət  qanunlarını  dərk  edərək  texnikanı,
33


texnologiyanı  təkmilləşdirərək  öz  əməyi  nəticəsində  yer 
səthində  gedən  proseslərə  geoloji  qüvvələrin  miqyası  ilə 
müqayisə  edilə biləcək  bir  dərəcədə  təsir  gücünə  malik olan 
bir  qüvvəyə  çevrilmişdir.  İnsan  cəmiyyətinin  formalaşması 
və  inkişafı  əsaslı  dəyişikliklərə  səbəb  olan  elə  bir  təbii qüv­
vəyə çevrilmişdir ki,  onun təsiri nəticəsində təbiətlə cəmiyyət 
arasında  maddələr  və  enerji  mübadiləsinin,  insanların  bio- 
sferaya,  biokimyəvi  və  digər  təsirlərinin  yeni  forması  kimi 
özünü  göstərməyə  başlamışdır.  Nəticədə  noosfera  kosmo­
sun  daim  genişlənməkdə  olan  xüsusi  struktur  elementinə 
çevrilmişdir.  Beləliklə,  noosfera  anlayışı  daha  da  zəngin- 
ləşdirilərək  təbiətlə  inkişaf etməkdə  olan  insan  cəmiyyətinin 
tələblərə  uyğun  gələn  qarşılıqlı  əlaqəsinin  təşkili  və  təmin 
edilməsi  kimi  başa  düşülür.  Məhz  bu  cür  cavabları  özündə 
əks  etdirən  anlayış  əsasında  insanların  təbiətə  dağıdıcı  mü­
nasibətlərinin  və  eləcə  də  ətraf  mühitin  çirkləndirilməsinin 
qarşısını almaq mümkündür.
Rus  alimi  Y.İ.Vernadski  özünün  «Noosfer  barədə  bir 
neçə  söz»  əsərində  yazırdı:  «İnsan  nəhəng  geoloji  mühitə 
çevrilməkdədir.  O  öz əməyi və düşüncəsi  sayəsində  öz həyat 
tərzini  dəyişdirə  bilər  və  bunu  mütləq  etməlidir.  Onun  qar­
şısında  daha  geniş  yaradıcılıq  imkanları  açılmaqdadır.  Yer 
kürəsinin görünüşü getdikcə dəyişir, bakirə təbiət  yox olur». 
İndi  V.İ.Vernadskinin  verdiyi  elmi  proqnozlar  öz  təsdiqini 
tapır.  Artıq  yeni  termin  olan  və  insanın  qarşılıqlı  təsirdə 
olduğu təbiəti  əks  etdirən  «Ətraf mühit»  termini  kimi prob­
lemlər  yaranmışdır  və  əhalinin  istchlak  mallarına  olan  tələ­
batının  gündən-günə  artması  yeni-yeni  materialların  isteh­
salata  tətbiq  edilməsinə  səbəb  olmuşdur.  Yeni  materialların 
tətbiqi  ilə  əlaqədar  olaraq  təbiətə  və  Yer  kürəsindəki bütün 
canlı  aləmə  yad  olan  yeni  növ  tullantılar  da  meydana 
gəlmişdir.  İnsanın  təbiətə  olan  mənfi  təsirləri  artıq  təbiətin 
bütün  əsas  komponentlərində:  biosferdə,  atmosferdə  və 
hidrosferdə özünü aşkar büruzə verir.
34
Qarşılıqlı təsirdə olan təbiət və  bəşəriyyət  paralel inkişaf 
edirlər.  Təbiətin  təkamül  tempi  ilə  bəşəriyyətin 
sosial- 
iqtisadi  inkişaf  sürətlərinin  müxtəlif  olması  onlar  arasında 
qarşılıqlı  münasibətlərin idarə  olmasının  mümkün  olmama­
sına  səbəb  olur.  Bəşəriyyətin  sosial-iqtisadi  inkişafı  təbiətin 
təkamül surətinə nisbətən daha sürətlə gedir.
İnsan  fəaliyyətinin  nəticəsi  olan  antropogen,  faktor-tə­
kamül istiqamətinə güclü əks təsir göstərərək növlərin dəyiş­
məsinə yox, onların məhvinə səbəb olur.  Buradan  çıxış yolu 
insanların düşüncəli surətdə təbiətə təsirlərinin tənzimləməsi 
və  məhdudlaşdırılmasından 
ibarətdir. 
Bununla  yanaşı 
cəmiyyət təbiətin və sosiogenezin təkamülünə maneəçilik etmə­
yərək öz ekstensiv artımını məhdudlaşdırmalıdır.  Əks təqdirdə 
qlobal ekoloji katostrofun yaranması baş verə bilər.
Son  30-40  il  ərzində insanların  təbiətə  olan  münasibətlə­
rində müsbət mənada dəyişikliklər müşahidə olunmağa baş­
lamışdır.  İnsanlar  artıq  başa  düşürlər  ki,  təbii  sərvətlərin 
kəskin  azalması  və  tükənməsi  dövründə  ekoloji  tarazlığa 
yalnız mədəni-elmi təkamülün köməyi ilə nail olmaq olar.
Artıq  bütün  dünya  üzrə elm məhsuldar  qüvvəyə çevrilir. 
Elmi-texniki  inqilab  genişləndikcə  və  insanın  təfəkkürünə, 
intellektinə  xüsusi  tələblər  verən  yeni  istehsalat  sahələri 
əmələ gəlir və ölkənin sosial-iqtisadi inkişafında qabaqcıl rol 
oynayır.  Cəmiyyət  industrial  cəmiyyətdən  informasiya 
cəmiyyətinə doğru inkişaf edir.
Amerika  fturoloqları  Jon  Nesbit  və  Patrisiya  Eburdin 
dünyada  əks-səda  doğurmuş  «Meqameylər:  həyatımızı dəyi­
şən  on  yeni  istiqamət»  adlı  kitabında  (Moskva,  1982-ci  il) 
elmi-texniki  inqilab  dövrünün  istiqamətlərini  ayırd  edərkən 
diqqəti,  ilk  növbədə  industrial  cəmiyyətdən  informasiya 
cəmiyyətinə  keçidin  xüsusiyyətlərinə cəlb  etmişdilər.  Yapon 
həqiqətləri  bu  fikri  bütün  aydınlığı  ilə  sübuta  yetirmişdir. 
Professor  Yaşar  Qarayev  «Tarixin  və  taleyin  ayrıcında» 
məqaləsində  qeyd  edir  ki,  «bu  gün  texnogen  sivilizasiya
35


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə