Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə5/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   2   3   4   5   6   7   8   9   ...   227

кичиcик   ясярдя   Тцрклярин   tarixi,   qurduqlar

ı  dövl t,  

ə

İmperatorluq   və



Cumhuriyy tl ri, T

ə ə


ürklüy  xidm t ed n h

ə

ə ə ökmdar v  ideoloqlar



ə

ı, дцнйа düz ni

ə

v  


əTürkl r, T

ə ürkl rin d

ə

ünya tarixind ki ролу вя йери щаггында мцяййян тясяввцр



ə

йаратмаьа чалышмыш

ıq.

Ясяр «Юн сюз», «Giri



ş», iki фясил, «N tic » v   d biyyat g

ə ə ə ə ə

öst ricisind n

ə

ə



ибарятдир. «Юн сюз» v  «Giri

ə

ş»дя гayями ачыгламышам. Биринcи фясилd  ayr



ə

ı-ayrı


Тцрк   boylar

ının yaratdıqları  dövl t,  

ə İmperatorluq v  Cumhuriyy tl ri, ikinci

ə

ə ə



f sild  is  дцнйа дцзяни v  Тцрклярин

ə ə ə


ə

  tarixi   missiyasından  qısa  ş kild  b hs

ə ə ə

etmişik. Əs ri n tic  olaraq Тцрк эян



ə ə ə

cliyinə müraciətlə bitirmişəm.

Mövzu ilə bağlı bir çox dünya  və Türk tədqiqatçılarının əsərlərindən

istifadə etmişik.

Əsəri   oxucu   və   tədqiqatçıların   müzakirəsinə   təqdim   edir,   qərəzsiz

tənqidləri səmimiyyətlətlə indidən qəbul edirik.

 

Müəllif 

I Fəsil

Tarixdə və bu gün Türklər



1.1.

Tarixdə və bu gün Türk dövlətləri

Bəşər tarixinin ən qədim və qədim dövrləri əsasən əfsanə, mif, rəvayət

və hekayətlərə dayanır. Ona görə də tarixlə əfsanə, mif, rəvayət və hekayətlər

bir-birinə qarışmış və hətta qədim Yunan dilində işlənən “Historia” (İstoriya)

kəliməsi əslində bugünki “Tarix” anlamında deyil, məhz “hekayət” anlamında

işlənmişdir.

Insan oğlunun hafizəsində yaşayan bu əfsanə, mif, rəvayət və hekayətlər

sonradan   “Tarix”   adı   ilə   kitablardan   kitablara   keçmiş,   ayrı-ayrı   xalqlara

məxsus əfsanə və miflər Yəhudilər, Yunanlar, Farslar və başqaları tərəfindən

özəlləşdirilərək   ayrı-   ayrı   xalqların   böyük   tarixi   şəxsiyyətləri   belə   ad

dəyişikliyinə   uğradılmış,   onlara   məxsus   məziyyətlər   mənimsənilmiş,

özününküləşdirilmişdir. Bu baxımdan ən çox itirən biz Türklər olmuşuq.Ulu

babalarımızın yaratdıqları qədim maddi və mənəvi mədəniyyətimizi başqaları

mənimsəyərək öz adlarına çıxmış, tarixi şəxsiyyətlərimizə aid xüsusiyyətlər

özgələrin  adina  yazılmış,  “Tarix  yaradan”  bir  milləti   “Tarixi  olmayan”  bir

millət kimi qələmə verməyə çalışırlar.

Tarix yalanları və boşluqları sevməyən bir elmdir. Yalan və boşluqlarla

dolu bir tarix tarix deyil, cəfəngiyatdır. Qədim Yəhudilər, Farslar və Yunanlar

tarixi pəri məsəlləri ilə dolduraraq əfsanələr, rəvayətlər tarixi yaratmiş və bunu

tarixi həqiqət kimi insanlığa sırımışlar. Bütün bunların nəticəsidir ki, ən qədim

və   qədim   dövr   tarixi   yalanlar   sferasında   firlanan   əfsanələr   və   miflər

bataqlığında itib batmışdır. Ona görə də Türklərin real tarixi, onların yaratdığı

müəzzəm   maddi   və   mənəvi,   milli   və   bəşəri   mədəniyyət   nümunələri   öncə

Yəhudi,   Yunan   və   xususilə   Fars   mif   və   əfsanələrinin   içində   əriyib

özgələşmişdir. Bunu nəzərə alan məşhur tarixçi və filosof Lev Qumilyov belə

bir   məntiqli   fikir   irəli   sürmüşdür   ki:   “Mifin   məlumatlarını   yoxlayıb

dədiqləşdirmək mümkün deyil. Bircə onu demek olar ki, mif elmə qarşıdır. Nə

vaxt   ki   mif   təntənə   ilə   qalib   gəlir,   onda   elmin,   həm   də   bütün   bəşər

mədəniyyətinin   əsil   tənəzzülü   başlayır   ”   (Lev   Qumilyov,   Min   il   Xəzər

ətrafında).

Tarixlərini  miflər,  əfsanələr,  rəvayətlər   üzərində  quran  xalqlar  yalanı

gerçəklik,   əfsanələri   real   tarix   kimi   qələmə   aldıqlarından   onlar   təkcə

özgələrini deyil, özlərini də aldatmış, bununla da özlərini dolaşdıraraq bütün

elmdə, mədəniyyətdə və siyasətdə geridə qalaraq son min ildə əsaslı bir dövlət

qura   bilməmiş,   Türklərin   kölgəsində   yaşayaraq   onların   arasında   öz



mövcudluqlarını   qoruyub   saxlamış,   başqalarına   güvənərək   Türkləri   içindən

yeyə- yeyə nəhayət XX əsrdə öz dövlətciklərini qurmuşlar.



“Qüvvət elmdədir, başqa cür heç kəs 

  Heç  kəsə  üstünlük eyləyə bilməz”  –  deyən  Nizami  bununla  sanki

farsların   tarixini   mif   və   əfsanələr   üzərində   quran   “Şahnamə”   müəllifi   fars

şovinisti Firdovsiyə cavab olaraq bildirmişdi ki, əslində Firdovsi xalqını elə

bir bataqlığa sürükləmişdir ki, onun bu xurafat bataqlığından çıxması axirətə

qalıb.

Dünyada   Türkün   tarixi   qədər   böyük   tarix,   Türklərin   tarixi   qədər   də



dolaşdırılmış   bir   tarix   yoxdur.   Tarixi   şəhid   qanı   ilə   yaradan   bir   millətin

tarixinə belə etinasız və düşməncəsinə yanaşmaq təkcə tarix elminə deyil, o

tarixə belə münasibət bildirən tarixçilərin özlərinə də bir ləkədir. Çünkü tarix

ictimai bir elm olmaqla yanaşı, həm də dəqiq elmdir. Çünki o, həm təbiəti,

həm cəmiyyəti, həm də təbiət və cəmiyyətdə baş verən hadisələri öyrənən və

öyrədən   bir   elmdir.   Tarix   elmi   dəqiq   məlumatlara   ,   maddi   və   mənəvi

sübutlara,   arxeolojı,   etnoqrafik   tapıntılara,   dil   faktlarına   əsaslanmalıdır.

Burada hər hansı bir saxtakarlıq, qərəzçilik təkcə hər hansı bir xalqa, millətə

deyil, bütövlükdə insanlığa olan saxtakarlıq, qərəzçilikdir. 

Yəhudilərin,   Yunanların,   Farsların   Türklərə   qarşı   bu   saxtakarlığını,

qərəzçiliyini sonraki bir çox xristian təəssubkeşi olan Avropa tarixçiləri də

davam etdirmişlər. Bu saxtakar, qərəzçi tarixçilərə sovet dövrü Azərbaycan

tarixçilərinin də böyük bir qismi qoşulmuş, Azərbaycan Türklərinin tarixini

saxta və yalan məlumatlarla dolduraraq xalqımızın qədim, orta əsr və Sovet

dövrü tarixini Sovet ideologiyasına qurban vermişlər. Çox təəssüflər olsun ki,

bugünkü yaltaq, özünü “tarixçi” adlandıranlar da öz sələflərinin yolunu davam

etdirərək Azərbaycanda son dövrlərdə baş vermiş hadisələri bir şəxsin adına

yazaraq həqiqi tarixi saxtalaşdırmaqla məşğuldurlar.

Əsirlərcə   tarix   elmindən   Türkün   əleyhinə   yaramaz   məqsədlər   üçün

istifadə edən Türk düşmənləri, elmdə heç bir sərişdəsi olmayan bu əbləhlər

unudurlar   ki,   Türklər   dünyanın   ən   sayılan   xalqlarından   belə   fərqli   olaraq

mədəniyyətin   ən   yüksək   forması   sayılan   onlarla   dövlət   və   imperatorluqlar

yaratmışlar.

Türklər   tarixən   mövcud   olan   əksər   dövlət   sistemlərindən   istifadə

etmişlər. Tarixə bəlli 25 imperatorluq, 150 dövlət, 10 Muxtar Respublika və 5

Muxtar Vilayət yaradan, tarixin heç bir dövründə dövlətsiz olmayan bir milləti

“Tarixi   olmayan   bir   millət”   adlandırmaq   təkcə   düşmənçilik   deyil,   həm   də

bütün insanlıq tarixi adına bir ləkədir. Türkləri “ Tarixi olmayan bir millət ”




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə