~ 22 ~
159.
Az
ərbaycan Respublikası (1991 - ...)
160.
Qırğızıstan Respublikası (1991 - ...)
161.
Qazaxistan Respublikası (1991 - ...)
162.
Özb
əkistan Respublikası (1991 - ...)
163.
Türkm
ənistan Respublikası (1991 - ...)
1.2.
Turan Türkl
əri
“Ay Türk adını elan üçün bir səmavi aynadır,
Türkün tarixi h
əm Yerdə, həm də Göylərdədir”.
(Hüseyn Cavid)
Türk tarixini şərti olaraq üç böyük dövrə bölmək olar. Birinci dövr ən
q
ədim dövrlərdən başlayaraq “Tufan”a qədərki dövrü (“Nuh tufanı”na qədərki
dövrü), ikinci dövr “Tufan”dan sonra bizim eraya q
ədərki dövrü (Nuhdan İsa
M
əsihə qədərki dövrü), üçüncü dövr isə bizim eranın başlanğıcından
günümüz
ə qədərki dövrü (İsa Məsihdən günümüzə qədərki dövrü) əhatə edir.
Dünya tarixşünaslığı səhv olaraq Türk tarixini eradan əvvəl IV əsrdə
böyük imperatorluq qurmuş Hun Türklərinə bağlayırlar. Bəzi tədqiqatçılar bir
az da ir
əli gedərək İskitləri də Türk hesab etmiş və Türk tarixini eradan əvvəl
VIII
əsrə, bəziləri Şumerləri də Türk hesab edərək eradan əvvəl IV-II
minillikl
ərə, bəziləri Kür-Araz çayları və Urmiya gölü ətrafında eradan əvvəl
III minillikd
ə yaranan Aratta dövlətinə, bəziləri də Çayhun və Sayhun (Amu-
D
ərya-Sır-Dərya) çayları ətrafında eradan əvvəl X-VI minilliklərdə yaranan
Turan dövl
ətinə bağlamışlar.
Dünyanın məşhur mədəniyyət və din tarixçiləri, arxeoloqları,
etnoqrafları, dilçiləri, geoloqları və digər tədqiqatçıları min illər boyu zaman-
zaman b
əşəriyyətin yaddaşından silinən iki qitəni-Mu və Atlanta qitələrini
tarixin
ən qədim sivilizasiya mərkəzləri hesab edirlər. Belə tədqiqatçılardan
biri d
ə ingilis alimi Ceyms Çörçvoddur. Ceyms Çörçvord insanlıq tarixini
t
ədqiq edib üzə çıxaran nadir tədqiqatçılardandır. O, insanlığın ana yurdu
adlandırdığı “Mu mədəniyyəti”ni tədqiq və nəşr etməklə insanlıq tarixinə
əvəzsiz bir xəzinə bəxş etmişdir. Sakit okeanda batmış “Mu qitəsi”ni aşkar
etm
əklə Ceyms Çörçvord böyük bir bəşəri mədəniyyətin üzə çıxmasına nail
olmuşdur. (Bax: Churchward James, Kayıp Kıta Mu, Çevirən Rengin Ekiz,
İzmir 2007; Churchward James, Batık Kıta Munun Çoçukları, Çevirən Ercan
~ 23 ~
Arısoy, İzmir 2008; Churchward James, Munun Kutsal Sembolleri, İzmir
2006 v
ə s.).
XIX
əsrin sonu XX əsrin 30-cu illərində əlli il (1886-1936) yer
kür
əsinin bütün qitələrini gəzmiş, ayrı-ayrı ölkələrdə tədqiqat aparan
arxeoloqlar,
geoloqlar, antropoloqlar, etnoloqlar, hidroloqlar v
ə tarixçilərlə
əlaqə yaratmış, Hindistan, Birma, Tibet, Amerika, Avropa və s. ölkələrdəki
monastırlarda çalışan rahiblərlə görüşmüş, çox zəngin litoqrafik, hiyeqrofik,
r
əmzi və həndəsi yazıları toplamış, ayrı-ayrı ölkələrdə rast gəldiyi
xarabalıqların, ən
qədim abidələrin, piramidaların, möhtəşəm sarayların
qalıqlarının şəklini çəkmiş, müxtəlif monastr və kilsələrdə saxlanılan gizli
lövh
ələrdəki rəmzi yazıların şifrələrini açmış, insanlığın ilk çağlarından
başlayaraq ayrı-ayrı qitələrdə yurd salan insanların tarixini, onların yaratdığı
maddi v
ə mənəvi mədəniyyəti tədqiq etmiş məşhur ingilis alimi Ceyms
Çörçvord “Tufan”a q
ədərki dünya sivilizasiyasının sirlərini elm aləminə
açmışdır.
Ceyms Çörçvorda gör
ə 70 min il öncə Mu qitəsindən dörd müxtəlif
yolla Asiya, Avropa, Afrika v
ə Amerika qitələrinə yayılanlar bu qitələrə
özl
ərinin yüksək mədəniyyətlərini də aparmışlar. Alimin fikrincə birinci yol
“
Maya” adı ilə Mu qitəsindən çıxaraq Asiyasnın şərq bölgələrinə yayılanlar
“Uyğur” (Oxu: Türk-A.M.) adı ilə tanınmışlar. İkinci yolla yayılanlar
g
əmilərlə “Maya” adı ilə Hind-Çinə gəlmiş, burada “Nağa-Maya” adı ilə
tanınmışlar. Üçüncü yolla çıxan Mu qitəsinin insanları gəmilərlə Afrikanın
şərqinə gələrək Efiopiyada “Maya” adı ilə yurd salmışlar. Dördüncü yolla
g
əmilərlə çıxanlar isə Amerika qitəsində qədim Mayya mədəniyyətini
yaratmışlar. Bu qədim Mu qitəsində tarixin ilk imperatorluğu olan Günəş
İmperatorluğu yaradılmışdı.
Bu Gün
əş İmperiyası bütün dünyaya hakim olmuş, qanunları bütün
xalqları idarə etmişdi. Günəş İmperiyasının müstəmləkələri olan Quzey, Orta
v
ə Güney Amerika, Qərbi Avropa, Misir, Babilistan, Anadolu, Birma,
Hindistan v
ə qədim Uyğurustan (Oxu: Türküstan-A.M.) mədəniyyətləri də
m
əhz Mu mədəniyyəti əsasında formalaşmışdır. Mu xalqı gəmilərlə Sakit
Okeanın doğusundan batısına, güneyindən quzeyinə yol açmış, qitənin
s
ənətkarları, memarları, arxitektorları, mühəndisləri həm öz ölkələrində, həm
d
ə müstəmləkələrində daşdan məbədlər, saraylar tikmiş, şəhərlər salmış,
m
ərmər daşlar döşənmiş yollar çəkmişdilər.
Mu xalqı tikilmiş məbədləri, sarayları qabartmalarla bəzəmiş, məbəd və
saray divarlarında özləri haqqında bilgilər həkk etdirmişdilər. Tədqiqatçıya
gör
ə Mu qitəsində yeddi böyük, xeyli miqdarda kiçik şəhər, qəsəbə və kəndlər