Damğalar, rəmzlər… mənimsəmələr
- 57 -
adlanırdı) yararlanmışlar. Bu damğa paralel olaraq «Togrul», «ikibaşlı
qartal» anlamını verir, dövlət idarəçiliyində dini və dünyəvi hakimiyyətin
birliyini
ifadə edirdi.
Şumer rəvayətlərinə, xüsusilə, «Enmerkar və Aratta hökmdarı» dastanına
əsasən, bu iki dövlət arasında siyasi rəqabətin kökündə məhz onlardan
hansının ortaq dini mərkəz
olması iddiaları dayanırdı. Belə ki, şumerlərin
də tapındığı ali ilahənin – Yer üzündə bütün insanların protoanası sayılan
İnannanın/Nananın
(qədim türklərin analoji ilahəsi olan Humay Ananın
prototipi) baş məbədi Arattada yerləşirdi. Uruk dövləti isə həmin ziyarətgahı
öz ərazisinə köçürmək, nəzir və ianələrə yiyələnmək və bununla da Arattanı
öz vassalı kimi görmək arzusunda idi. Dastanda Enmerkar ilahə İnannaya üz
tutaraq deyir:
«Qoy Arattanın sakinləri mədənlərdən mənim üçün qızıl və
gümüş çıxarsınlar, Urukda, açıq təpənin üzərində sənə möhtəşəm məbəd
tiksinlər və onu bəzəsinlər». Xüsusilə vurğulamaq istərdik ki, «Aratta» bu
ölkənin həqiqi adı deyildir. Tanınmış gürcü alimi Georgi Melikişvili yazır
ki, Urartu hökmdarı I Argiştinin daş kitabələrində, xüsusilə Manna dövlətinə
hərbi yürüşlərindən bəhs edən hissələrdə «Alateye»
(Dağlıq ölkə) adına rast
gəlinir.
63
Bu gün nə qədər fantastik təsir bağışlasa da, mütəxəssislər «Alateye»
sözü ilə Mərkəzi Asiyada Alatau dağının adı və semantikası arasında yaxınlığı
xüsusi qeyd edirlər.
Tarixi Azərbaycan ərazilərində həm rəmz, həm də silah kimi istifadə
olunan «üçdişli yabanın» digər adı
«
seku» (sekü, sekuy) olmuşdur. XVI
əsrdə yaşamış böyük Azərbaycan şairi Yusif Məddahın «Vərqa və Gülşah»
dastanında digər silahlar və hərbi rəmzlərlə yanaşı sekunun da adı çəkilir,
onun təyinatları aydın göstərilir. Məsələn, şair döyüşün başlanğıcından bəhs
edərkən yazır:
«Çalınır küsi
64
nəfirü kəranay,
65
Tuğu-seku
66
, sancaği-ələm
başlay». Burada üzərində «quşlu damğa»
(baltavar, seku) olan
tuğ
başlığı təsvir olunur
. Dastanın digər yerində isə üçdişli ucluğu
(seku) olan
hərbədən
(məsafədən atılan kiçik nizə, mizraq) danışılır:
«Ol seku hərbə idi
iyi, Urdu bağrından Gülşah od iyi».
67
63
Г.Meликишвили, «Урартские клинообразные надписи». М., 1960
64
Küs/kos - ağac toxmaqla çalınan, at və ya dəvə üzərində daşınan iri ölçülü hərbi təbil.
65
Nəfir və karanay/qaraney - Orta əsrlərdə Azərbaycanın hərbi orkestrlərində – nağaraxana və ya
təbilxanalarda istifadə olunan nəfəsli musiqi alətləri.
66
Tuğu-seku – başlığı «üçdişli yaba» şəklində olan tuğ.
67
Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə,
III cild, Bakı, 1984.
Damğalar, rəmzlər… mənimsəmələr
- 58 -
Ardıcıllıqla: Aratta dövlətinin himayəçisi ilahə İnanna öz rəmzi ilə. Ukrayna ərazisində
tapılan və eramızdan əvvəl IV əsrə aid edilən saka-skif tuğ (bayraq) başlığında əski türklərin
Tenqri-Qartal mifologemi əks olunmuşdur. Orta əsr uyğur şahzadəsinin başındakı tacda İnanna
rəmzinin analoqunu görürük.
68
Çingiz xanın və Şah İsmayıl Xətayinin «quşlu» tuğ başlıqları.
69
Bu rəmz Qafqaz Albaniyasının maddi-mədəniyyət nümunələrinin üzərində, Qızıl Orda dövlətinə
aid bayraq başlıqlarında da vardır. Səfəvilər dövləti dönəmindən etibarən «quşlu damğa» rəmzi
«ələm», «pəncə» adları altında şiə məzhəbinin dini atributlarından birinə çevrilmişdir (Cənubi
Azərbaycan, XX əsrin əvvəlləri, Rusiya Dövlət Din Tarixi Muzeyi).
Beləliklə, Arattanın baş ilahəsi İnannanın rəmzinin yayılma marşrutunu
izləsək, Altaylardan Şərqi Avropayadək uzanan geniş bir ərazidəki qədim və
orta əsr türk dövlətlərinin və tayfalarının - kimer, saka/skif, sarmat, Hun, Xəzər,
68
Садри Максуди Арсал. «Уйгурская культура», http://uighur.narod.ru/book/sadri_maksudi_arsal4.html
69
Б.Ögel. «Türk kültür tarihinə giriş», VI cild. Ankara, 1991.