Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Ürəyin tamponadası üçün nə xarakterik deyil?



Yüklə 2,35 Mb.
səhifə13/24
tarix17.11.2017
ölçüsü2,35 Mb.
#10730
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

804) Ürəyin tamponadası üçün nə xarakterik deyil?
A) Taxikardiya

B) Arterial təzyiqin kəskin qalxması

C) Üzün və boyunun dərisinin sianozu

D) Boyunun dərialtı venasının şişməsi

E) Ürəyin mütləq kütlüyünün genişlənməsi
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
805) Ürəyin qapalı masajının aparılmasının əsas qaydalarına aid olmayan hansıdır?
A) Masajın tezliyi bir dəqiqədə 80 - 100 olmalıdır

B) Döş qəfəsinə edilən təzyiqin dərinliyi 4 - 6 sm olmalıdır

C) Reanimatoloq xəstənin istənilən tərəfində dura bilər

D) Xəstə yumşaq səth üzərində uzanmalıdır

E) Xəstə bərk səth üzərində horizontal uzanmalıdır
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
806) Hansı halda atropinin işlədilməsi əks göstərişdir?
A) Bronxial astma

B) Qlaukoma

C) Öd daşı xəstəliyi

D) Bradikardiya

E) Miokard infarktı
Ədəbiyyat: М.Д.Машковский. «Лекарственные средства» Медицина . Москва, 2001
807) Kəllə - beyin travmasının kəskin dövründə qlükokortikoidlər hansı məqsədlə təyin olunur?
A) İrinli fəsadların inkişafına yol verməmək üçün

B) Mədə - bağırsaq qanaxmalarının profilaktikası üçün

C) Beyin ödemini azaltmaq üçün

D) İmmun sistemi stimullaşdırmaq üçün

E) Hiperqlikemiyanı tənzimləmək üçün
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
808) Baş beyinin silkələnməsində huşun itirilməsi nə qədər davam edir?
A) 1 sutkadan çox

B) 10 dəqiqəyə qədər

C) 1saatdan çox

D) Bir neçə saat

E) 1 saata qədər
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
809) Baş beyinin silkələnməsində stasionarda qalma müddəti nə qədərdir?
A) 1 ay

B) 7 gün


C) 14 gün

D) Ambulatar müalicə

E) 3 gün
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
810) Reyno xəstəliyinin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Nitroqliserin sınağı ilə yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

B) Yuxarı ətrafların soyuq sınağı zamanı termoqrafiya

C) Yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

D) Yuxarı ətrafların assiloqrafiyası

E) Yuxarı ətrafların reovazoqrafiyası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
811) Aşağı ətraf venalarının varikoz xəstəliyinin kliniki əlamətlərinə nə aiddir?
A) Yerli trofiki dəyişiklik

B) Kosmetik defektə görə şikayətlənmək

C) Dərialtlı venaların böyüməsi, günün axırında ödem və piqmentasiyanın meydana çıxması

D) Bütün sadalananlar

E) Ağrı hiss etməsinə görə şikayətlənmək
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
812) Zenker divertikulu nədir?
A) Mədənin fundal hissəsinin divertikulu

B) Qida borusunun abdominal hissəsinin divertikulu

C) Qida borusunun traxeanın bifurkasiyasından keçən hissəsinin divertikulu

D) Qida borusunun epifrenal divertikulu

E) Udlaq - qida borusu divertikulu
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
813) Dempinq - sindrom zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Angioqrafiya

B) Kontrastla rentgen müayinə

C) Fibroqastroduodenoskopiya

D) USM


E) PH-metriya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
814) Xəncərvari çıxıntının yırtığı zamanı xəstənin şikayətləri ən çox nədən olur?
A) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin stenokardiya,xora xəstəliyi və qastritə oxşamasından

B) Xəncərvari çıxıntının altında yerinə düzələn şişkinlik olur və ağrı olmur

C) Sağ qabırğaaltı nahiyədə ağrılardan və qusmadan

D) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin öddaşı və xroniki pankreatitə oxşamasından

E) Göbək nahiyəsində ağrılardan və qucmadan
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
815) Ağ xətt yırtığına ən çox hansı nahiyədə təsadüf edilir?
A) Mezoqastral hahiyədə

B) Hipoqastral hahiyədə

C) Epiqastral hahiyədə

D) Eyni dərəcədə epiqastral və mezoqastral hahiyədə

E) Eyni dərəcədə mezoqastral və hipoqastral hahiyədə
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
816) Qaraciyər exinokokkozu diaqnozunun qoyulmasında hansı müayinə daha informativdir?
A) Fibroqastroduodenoskopiya

B) Ultrasəs müayinəsi

C) İcmal rentgenoskopiya

D) Peroral xolesistoqrafiya

E) Qanın ümumi müayinəsi
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
817) Exinokokla xəstəni əməliyyat etmək mümkün olmazsa hansı preparat istifadə olunur?
A) Piperazin

B) Vibramisin

C) Mebendazol

D) Xinin


E) Klindamisin
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
818) Exinokok ən çox hansı orqanda inkişaf edir?
A) Uşaqlıq və dalaqda

B) Ağciyər və böyrəklərdə

C) Qaraciyər və bağırsaqlarda

D) Bağırsaqda,uşaqlıqda,öd kisəsində

E) Qaraciyər,ağciyər və dalaqda
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
819) Aşağıda sadalanan hallardan hansı portal hipertenziyaya aid deyil?
A) Qida borusu venalarının genəlməsi

B) Dərialtı kollateralların inkişafı, venaların varikoz genəlməsi

C) Splenomeqaliya

D) Hepatomeqaliya

E) Assit
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
820) Portal hipertenziyanın diaqnozunun qoyulmasında əsas üsul hansıdır?
A) Splenomanometriya

B) Ezafaqoqastroduodenoskopiya

C) Qida borusu və mədənin rentgenskopiyası

D) Hepatomanometriya

E) Portohepatoqrafiya
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
821) Kəskin appendisit diaqnozu ilə uzanmış uşağın yataqda vəziyyəti hansıdır?
A) Qarnı üstə

B) Sağ böyrü üstə ayağını qarnına sıxaraq

C) Sol böyrü üstə

D) Arxası üstə

E) Oturaq vəziyyətdə
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с
822) Xaya qişalarının kəskin yaranmış hidropsu üçün daha xarakterik simptom hansıdır?
A) Xayalığın bir yarısında şişkinliyin meydana çıxması

B) Kəskin ağrı

C) Xayalığın hiperemiyası

D) Ümumi vəziyyətin pisləşməsi

E) Hərarətin yüksəlməsi
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с
823) Qarının aşağı şöbəsində, sağ yarısında ağrılar olduqda ilk növbədə hansı xəstəliklərdən şübhələnmək lazımdır?
A) Koprostaz

B) Plevrit

C) Kəskin appendisit

D) Böyrək daşı

E) Ginekoloji hər hansı bir xəstəlik
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с
824) Aşağı ətraf venalarının qapaq çatışmazlığını müəyyən etmək üçün aşağıda göstərilən sınaqlardan hansı ən çox informativdir?
A) Fleboqrafiya

B) Doppleroqrafiya

C) Retroqrad yolla çanağın fleboqrafiyası (Valsalv sınağı)

D) Reovazoqrafiya

E) Delbe - Pertes sınağı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
825) Mədə qanaxmalarına şübhə olduqda məsləhət görülən müayinə hansıdır?
A) Təcili fibroqastroduodenoskopiya

B) Qarın boşluğunun icmal rentgenskopiyası

C) Mədənin rentgenskopiyası

D) Laporoskopiya

E) Angioqrafiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
826) Qadınlarda kəskin pankreatitin inkişafının əsas səbəbləri hansılardır?
A) Qarının travması

B) Xroniki xolesistit

C) Hamiləlik

D) Kortikosteroidlərin istifadəsi

E) Qaraciyər sirrozu
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
827) Kəskin daxili qanaxmalarda ilk laborator dəyişikliklər qanın aşağıda göstərilən hansı parametrlərində olur?
A) Hemoqlobinin və hematokritin səviyyəsində

B) Eritrositlərin çökmə sürətində

C) Arterial qanın Ph və PCO2

D) Leykoformulada

E) Qanın oksigenlə doyma dərəcəsində
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
828) II qan qrupuna malik xəstəyə təcili plazma köçürülməlidir. Hansını köçürtmək olar?
A) IV qrup

B) I qrup

C) İstəlinən qrup qan plazmasını

D) Ancaq öz qrupunun

E) III qrup
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
829) Anafilaktik şokda təxirəsalınmaz yardım kimi hansı daha çox effektivdir?
A) Noradrenalin

B) Dimedrol

C) Aminokapron turşusu

D) Kalsium xlorid

E) Adrenalin, Prednizolon
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
830) Qlükozanın izotonik məhlulu hansı hesab olunur?
A) 10 %

B) 3 %


C) 0, 8 %

D) 5 %


E) 4, 2 %
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
831) Plazma əvəzedici kimi hansı daha çox effektlidir?
A) Jelatin, plazma

B) Dekstran, plazma

C) Fizioloji məhlul

D) Ringer - laktat, kristalloid

E) Plazma, ringer - laktat
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с
832) Tromb əmələgəlmə ehtimalına nə təsir etmir?
A) Fibrinolitik aktivliyin yuxarı olması, yanıqlar, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

B) Fibrinolitik aktivliyin yuxarı olması, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

C) Fibrinolitik aktivlik yuxarı olması, yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər

D) Fibrinolitik aktivliyin yuxarı olması

E) Yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с
833) Qida borusu zədələnməsinin daha çox rast gəlinən səbəbi hansıdır?
A) Spontan cırılma

B) Yad cisim

C) Narkoz zamanı traxeyanın intubasiyası

D) Endoskopiya

E) Traxeostomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
834) Qida borusunun dərin yanığına səbəb nə ola bilər?
A) Qələvi məhlulu

B) İsti su

C) Spirt

D) Fosfor preparatı

E) Turşu məhlulu
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с
835) Normada plevral boşluqda hansı təzyiq müşahidə edilir?
A) Atmosfer təzyiqinə bərabər

B) Atmosfer təzyiqindən bir qədər yuxarı təzyiq

C) Mənfi

D) Atmosfer təzyiqdən bir qədər aşağı təzyiq

E) 0 – a bərabər
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
836) Traxeostomiyanın traxeotomiyadan fərqi nədir?
A) Traxeya mənfəzinə kanyulanın yeridilməsi

B) Traxeyaya cərrahi yaxınlaşmanın həyata keçirilməsi

C) Həyata keçirilməsinə göstəriş

D) Həyata keçirilməsinin müddəti

E) Traxeyanın kəsilmə üsulu
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
837) Qanhayxırma nədir?
A) Bəlğəmdə yalnız yeni eritrositlərin tapılması

B) Istənilən miqdarda təmiz və ya dəyişilmiş qanın öskürəklə xaric olması

C) Bəlğəmlə təmiz halda 50 ml - ə qədər qanın xaric olması

D) Qan qarışığı, o cümlədən mikroskopik qan qarışmış bəlğəmli öskürək simptomu

E) Sutka ərzində 300 ml - ə qədər yeni və /və ya dəyişilmiş qanın öskürəklə xaric olması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
838) Aşağı ətrafın səthi venalarının tromboflebitində hansı simptom tez-tez rast gəlinir?
A) Hərarətin qalxması

B) Lokal ağrı

C) Distal ödem

D) Palpasiyada kəskin ağrı

E) Dərinin hiperemiyası və vena gedişi boyu ödem
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
839) Ürəyin parasimpatik innervasiyası hansı sinir hesabına həyata keçirilir?
A) Azan sinir

B) Diafraqmal sinir

C) Blokabənzər sinir

D) Dilaltı sinir

E) Dil - udlaq siniri
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
840) Kis - Flek sinus - qulaqcıq düyünü harda yerləşir?
A) Hamısı düzdür

B) Qulaqcıqarası arakəsmədə

C) Aşağı boş venanın açıldığı yerdən sola sağ qulaqcıq miokardında

D) Sağ qulaqcığın girəcəyində

E) Sağ qulaqcığın divarında epikardın altında sağ qulaqcıq və yuxarı boş vena arasında
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
841) Qulaqcıq - mədəcik düyünü ( Aşof - Tavar ) harada yerləşir?
A) Sağ mədəcik - qulaqcıq dəliyinindən dorzal tərəfdə

B) Sol qulaqcığın miokardında

C) Tac cibindən yuxarı qulaqcıq arakəsməsinin arxa aşağı şöbəsində

D) Sol mədəciyin miokardında

E) Sağ mədəciyin miokardında
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
842) Mədənin qanaxan xorasının diaqnozunu dəqiqləşdirmək məqsədilə ilk növbədə hansı yerinə yetirilir?
A) Mədə şirəsinin gizli qan görə müayinəsi

B) Fibroqastroskopiya

C) Hemoqlobin və hematokritin təyini

D) Mədənin kontrast rentgenoskopiyası

E) Nəcisin gizli qana görə müayinəsi
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
843) Mədə və ya 12 - barmaq bağırsaq xorasının perforasiyasına hansı dəlalət edir?
A) Taxta qarın

B) Epiqastral güclü ağrılar

C) Bel nahiyəsində ağrı

D) Sklera və dəri örtüyünün yüngül sarılığı

E) Leykositozun 15000 qədər yüksəlməsi
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с
844) Kəskin pankreatitdə aktivləşmiş fermentlərin ən çox toplaşdığı maye mühit hansıdır?
A) Venoz qan

B) Limfa


C) Arterial qan

D) Qarın boşluğu eksudatı

E) Sidik
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
845) Kəskin pankreatitin kişilərdə əsas inkişaf səbəbləri hansıdır?
A) Qarnın travması

B) Kortikosteroidlərin istifadəsi

C) Alkoqolizm

D) Qaraciyər sirrozu

E) Xroniki xolesistit
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
846) Peritonitlə xəstələrdə aparıcı müalicə üsulunu hansı təşkil edir?
A) Dezintoksikasion müalicə

B) Bağırsaq parezi ilə mübarizə

C) Rasional antibiotikoterapiya

D) Cərrahi müdaxilə

E) Tənəffüs pozğunluğu səbəblərinin aradan qaldırılması
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
847) Öd daşı xəstəliyinin rasional müalicəsi hansıdır?
A) Sanator - kurort

B) Cərrahi

C) Medikamentoz

D) Dietik

E) Mineral sularla müalicə
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
848) Su - elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?
A) Bitişmə mənşəli bağırsaq keçməzliyində

B) Obturasion bağırsaq keçməzliyində

C) Spastik bağırsaq keçməzliyində

D) Paralitik bağırsaq keçməzliyində

E) Stranqulyasion bağırsaq keçməzliyində
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
849) Mil sümüyünün tipik yerdə sınığı zamanı immobilizasiya məqsədilə nə istifadə olunur?
A) Bazunun aşağı 1 / 3 - nə qədər dairəvi gips sarğısı

B) Ovuc gips langeti

C) Kənarı gips langeti

D) Dirsək oynağına qədər dairəvi gips sargısı

E) Bayır və ovuc gips langeti
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
850) Hemorroidal qanaxma defekasiya aktı zamanı nə ilə xarakterizə olunur?
A) Nəcisdə qan və selik qarışığı ilə

B) Nəcisin üstündə al qan ilə

C) Laxtalarla birgə al qan ilə

D) Melena ilə

E) Laxtalarla birgə tünd qan ilə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
851) Qida borusunun xərçənginin ən xarakter əlamətləri hansıdır?
A) Disfagiya

B) Ürəkbulanma

C) Ağız suyunun axması

D) Qusma


E) Döş sümüyü arxasında ağrılar
Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с
852) Ağır kəllə beyin travması və başlanan beyin ödemi olan xəstələrdə hansı preparatların effekti daha zəifdir?
A) Albumin

B) Qlükokortikoidlər

C) Mannitol

D) Kontrikal

E) Laziks
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
853) Baş beyinin silkələnməsinə nə aiddir?
A) Ağır dərəcəli kəllə - beyin travması

B) Kəllə sümüklərinin zədələnməsi liə travma

C) Subaraxnoidal qanaxma ilə travma

D) Orta kəllə - beyin travması

E) Yüngül dərəcəli kəllə - beyin travması
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
854) Reyno xəstəliyi üçün hansı xarakterikdir?
A) Yuxarı ətrafın barmaqlarında yuxarı temperatur nəticəsində ağrı və keyimə

B) Aşağı ətrafda aşağı temperatur zamanı ağrılar

C) Qeyd olunanların hamısı

D) Yuxarı ətrafın barmaqlarında aşağı temperatur nəticəsində artan ağrı və keyimə

E) Aşağı ətrafda, əsasən barmaqlarda yeriş zamanı ağrılar
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
855) Qida borusunun yad cismi zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Ezofaqomanometriya

B) USM


C) Fibroezofaqoqastroskopiya

D) Rentgenoqrafiya

E) PH - metriya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
856) Reflüks - ezofagitin əmələ gəlməsinə səbəb olan hansıdır?
A) Diafraqmanın qida borusu dəliyinin daralması

B) Termiki yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi

C) Qida borusunun epifrenal divertikulu

D) Kimyəvi yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi

E) Kardiyanın xalaziyası nəticəsində mədə turşusunun qida borusunun distal hissəsinə zədələyici təsiri
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
857) Reflüks - ezofagitin diaqnostikası zamanı hansı üsul informativ deyil?
A) Kontrast rentgenqrafiya

B) PH - metriya

C) Fibroezofaqoqastroduodenoskopiya

D) Ezofaqomanometriya

E) USM
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
858) Diafraqmanın relaksasiyasının diaqnostikası zamanı ən informativ üsul hansıdır?
A) USM

B) Fibroezofaqoqastroduodenoskopiya

C) Ezofaqomanometriya

D) Rentgen müayinə

E) PH - metriya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
859) Kəskin daşsız xolesistitin rasional müalicəsi hansıdır?
A) Medikamentoz

B) Sanator - kurort

C) Dietik

D) Mineral sularla müalicə

E) Cərrahi
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
860) Bəlğəmdə hematoidin kristalları nə vaxt aşkar edilir?
A) Ağciyər qanqrenasında

B) Krupoz pnevmoniyada

C) Bronxial astmada

D) Bronxopnevmoniyada

E) Bronxitdə
Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабораторной диагностике, Минск, 2000
861) Ağız suyu vəziləri hansı fermenti ifraz edir?
A) Lipaza

B) Pepsin

C) Maltaza

D) Enterokinaza

E) Amilaza
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
862) Tərkibində çox miqdarda lipid olduqda sidik hansı rəngdə olur?
A) Süd rəngində

B) Qırmızı rəngdə

C) Yaşılı – sarı rəngdə

D) Tünd – qonur rəngdə

E) Samanı – sarı rəngdə
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
863) Gecə diurezinin artması necə adlanır?
A) Nikturiya

B) Pollakiuriya

C) Oliquriya

D) Anuriya

E) Poliuriya
Ədəbiyyat: Хиггинс К. Расшифровка клинических лабораторных анализов. Москва, 2004
864) Sidikdən nə vaxt meyvə qoxusu gəlir?
A) Diabetik koma zamanı

B) Sistit zamanı

C) Durğun böyrək zamanı

D) Piyelonefrit zamanı

E) Nefrotik sindrom zamanı
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
865) “Pollakiuriya” nə deməkdir?
A) Gec - gec sidik ifrazı

B) Tez - tez sidik ifrazı

C) Sidik ifrazının tam dayanması

D) Sidiyin gündəlik miqdarının artması

E) Sidiyin gündəlik miqdarının azalması
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
866) Hemoqlobin nədir?
A) Xromoproteid

B) Lipid


C) Zülal

D) Mineral maddə

E) Karbohidrat
Ədəbiyyat: Исследования системы крови в клинической практике (под редакцией Г.И.Козина и В.А.Макарова)
867) Hemoqlobinin zülal hissəsi nədir?
A) Seruloplazmin

B) Albumin

C) Transferrin

D) Qlobin

E) Qaptoqlobin
Ədəbiyyat: Исследования системы крови в клинической практике (под редакцией Г.И.Козина и В.А.Макарова)
868) Böyüklərin hemoqlobininin əsas növü hansıdır?
A) HbD

B) HbS


C) HbF

D) HbA


E) HbP
Ədəbiyyat: Алексеев С.А., Гаин, Ю.М. Анализы крови и мочи и их интерпретация. Минск, 2002, 135 с
869) Qlükoza 6 - fosfat dehidrogenazanın (Q - 6 - FDQ) çatışmazlığı hansı xəstəliklərə səbəb ola bilər?
A) Sideroblast anemiya

B) Hiperxrom anemiya

C) Hemolitik anemiya

D) Dəmir - defisitli anemiya

E) Aplastik anemiya
Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999
870) β - talasemiya zamanı nə müşahidə olunur?
A) Qlobinin γ - zəncirlərinin sintezinin artması

B) Qlobinin β - zəncirlərinin sintezinin artması

C) Qlobinin α zəncirlərinin sintezinin azalması

D) Qlobinin β - zəncirlərinin sintezinin azalması

E) Hemoqlobin sintezinin azalması
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
871) «K» vitamini sadalananlardan hansının sintezinə təsir edir?
A) Fibrinogen

B) III amil

C) XII amil

D) Prekallikrein

E) Protrombin
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə