D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə17/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   13   14   15   16   17   18   19   20   ...   84

62
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Allaha yalan uyduran kimsədən daha zalım kim ola bilər?»
16. Onlardan və Allahdan başqa ibadət etdiklərindən uzaq ol-
duqda mağaraya pənah aparın ki, sizin Rəbbiniz öz rəhmətindən 
sizə yaysın (sizi öz rəhməti altına alsın), sizin işinizi avanda sal-
sın.
17. (Ya Məhəmməd!) Əgər baxsaydın günəşin çıxdığı zaman 
(üstlərinə gün düşməmək üçün) mağaranın sağ tərəfinə meyl et-
diyini və batdığı zaman da sol tərəfindən sovuşduğunu və onların 
da mağaranın içində rahatlıqla olduqlarını görərdin. Bu, Allahın 
ayətlərindəndir. Allah hər kimi hidayət etsə, o, yolu tapmışdır və 
hər kimi azğında buraxsa, daha onun üçün doğru yol göstərən bir 
dost tapmazsan.
18. Onlar yuxuda olduqları halda sən onları oyaq sanarsan, 
biz onları sağa-sola çevirirdik. Onların iti isə iki əlini astanaya 
döşəmişdi.  Əgər  onların  halından  xəbərin  olsaydı,  onlardan  üz 
döndərib qaçardın və canını dəhşət bürüyərdi.
19. Beləcə də onları bir-birindən hal-əhvat tutmaq üçün oyat-
dıq.  Onlardan  bir  danışan  dedi:  «Yuxuda  nə  qədər  qaldınız?» 
Dedilər: «Bir gün və ya bir gündən az (qaldıq)». (Nəhayət) dedilər: 
«Rəbbiniz nə qədər qaldığınızı yaxşı bilir. İndi siz, içinizdən bi-
rini bu (gümüş) pulunuzla şəhərə göndərin: baxsın görsün hansı 
təam daha yeydirsə, ondan sizin üçün bir yeyəcək gətirsin. Çox 
ehtiyatlı olsun və sizin barənizdə heç kəsə bir xəbər bildirməsin» 
(6, s. 293).
Mövlanə  «Qurani-Kərim»  və  Məhəmməd  peyğəmbər  haq-
qında  hekayətlərin  gözəl  bilicisi  olub.  Quranın  ayələrini  alle-
qorik şərh edərək bir sıra ayələrin məzmununa bir növ aydınlıq 
gətirib. Cəlaləddin Rumi peyğəmbərlər haqqında qələmə aldığı 
hekayətlərdə Allah və həqiqətin axtarılmasına xidmət edib.
«Bir çobanın Haqq Təalaya münacatı və Musa əleyhissəlamın 
bunu eşidib əsəbləşməsi» fəslində oxuyuruq:


63
Folklor, Mifologiya, Etnoqrafiya
Musa peyğəmbər gördü, bir çobanı səhrada,
Ardıcıl zikr eyləyir – Ey Allahım çat dada!
Sən hardasan mən gəlim, Sənin nökərin olum!
Çarığı tikim mən, başına daraq vurum!
Ey Allahım, ey Xudam, olsun qurbanın canım!
Övladlar qurban sənə, ey fədan xanımanım!  (2, s. 121)
«Məsnəvi»dən götürülən bu rəvayətin qısa məzmunu belədir:
Musa əleyhissəlam yolda bir çobanla rastlaşır. Çoban deyir-
miş: «Ey Allah! Sən hardasan? Sənin qulun, qurbanın olum mən! 
Gəl,  sənin  çarığını  tikim,  saçlarını  darayım.  Bütün  gecələrim 
sənin yolunda fəda olsun, hər xatırladığımda «Hey! Hey!» deyə 
fəryad etdiyim uca Rəbbim!» 
Musa həzrətləri ona müraciətlə soruşur: «Sən kimlə belə da-
nışırsan? Bu sözləri kimə deyirsən?»
Çoban – «Bizləri yaradana, bu yerlə-göyü xəlq edənə» ca-
vabını verincə Musa həzrətləri dilə gəlib: «Ehey! Özünə gəl!» - 
dedi. Sən ağlını itirdin? Bu nə boş sayıqlamadır, bu nə küfrdür?! 
Əgər bu sözləri söyləmədən dura bilmirsənsə, barı onda ağzına 
əski-üskü tıxa. Bəyəm o Günəşin bunlara ehtiyacı var? Bu sözlərə 
ara verməsən, göndəriləcək atəş bütün xalqı yaxıb yandırar.
Çoban dedi: «Ey Musa! Sən dilə gətirdiyin bu sözlərlə hesab 
elə ki, mənim ağzımı tikib yamadın. Peşmanlıqdan məni pərişan 
bir hala gətirdin, dərsimi verdin». Sonra o əyin-başını cırdı, ya-
nıqlı bir ah çəkib kimsəsiz çöllərə üz tutdu.
Bu vaxt Musa həzrətlərinə belə bir vəhy gəldi: «Sən qulu-
muzu bizdən ayırdın. Görəsən, sən qullarımı mənə yaxınlaşdır-
maq,  yoxsa  məndən  ayırmaq  üçün  çalışırsan?  Sən  gəl,  gücün 
yetdikcə ayrılıq yolundan uzaq dur. Mən öz qullarıma: «İbadət 
edin!» əmrini verərkən hər hansı qazanc və ya fayda əldə etməyi 
güdmədim. Allah hər kəsin dilini anlayar. Ey Musa! Bilənlərin 


64
DƏDƏ QORQUD ARAŞDIRMALARI
adları başqadır, ruhu, könlü yanıq aşiqlərinki də bir başqadır.
Musa həzrətləri uca Haqqdan bu tənbehi eşitdikcə çöllərə üz 
tutdu,  çobanın  ardınca  düşdü.  Musa  çobanı  tapıb  dedi:  «Allah 
tərəfindən bir bəndəlik haqqı verildi: öz bildiyin kimi ibadətinə 
icazə verildi».
Çoban dedi: «Ey Musa! Mən o öncəki vəcd halımdan artıq 
çıxmışam və indi bütün içim könlümün qanına bulanıb. Mənim 
indiki  halım  adi  sözlərə  sığmaz  və  bu  söylədiklərim  isə  içində 
olduğum  halı-haləti  tam  açıqlamağa  yetməz. Aynada  bir  naxış, 
bir şəkil görürsənsə, o gördüyün sənin əksindir və səthindəki na-
xış aynanın özünə xas deyildir. Bəyəm neyçalanın neyə üflədiyi 
nəfəsin yaratdığı səs cansız neyə aiddir ki? O səsin qaynağı – neyi 
üfləyən neyçidir.» (3, s. 51) 
Cəlaləddin Rumi Allah və peyğəmbərlər haqqında belə de-
mişdir:  «Allah  peyğəmbərləri  öz  ehtiyacı  olduğundan  deyil, 
lütfündən, kərəmindən, böyüklüyündən göndərmişdir ki, avam xal-
qa doğru yol göstərib, qurtuluşu xəbər versinlər. Peyğəmbərlərin 
ruhları Allahdan başqa dosta tapınmaz. Öyüdlərinə xalqın inanıb-
inanmamasının peyğəmbərlər üçün bir fərqi yoxdur, çünki onlar 
sadəcə Haqqdan xəbər gətirməklə kifayətlənərlər». (3, s. 52) 
«Hər şeyi tərk et, elə gəl bizə…» – Hər kim fəqirlik dünyasına 
girmək istəyirsə, əvvəla dünyanın dörddə birini tərk etsin, hər kim 
fəqirliyin sirrini anlamaq və orada gəzmək istəyirsə, dünyanın ya-
rısını tərk etsin, hər kim Məhəmmədə yaraşan fəqirliyi istəyirsə, 
bütün  dünyanı  tərk  edib,  buraxsın.  Hər  kim  Məhəmmədin  ka-
millik dərəcəsinə yetişmək istəsə, dünya və axirəti tərk etsin ki, 
nəticədə Allaha yüksələ bilsin və xalis bir qul kimi uca Allah üçün 
Allahdan başqa şeyləri tərk etsin. Məhz o vaxt dünya, axirət və 
onların içində nə varsa, hamısı belə pak bir qula fəda olur.
Əgər  əbədiyyət  istəyirsənsə,  dünyanı;  liqa  (Allahı  görmək) 
istəyirsənsə, axirəti burax.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə