ƏLİMƏRDAN
BƏY TOPÇUBAŞOV
57
Ə.M.Topçubaşov 1896-cı ildə Bakıya köçdü və fəaliyyətini burada davam et-
dirdi, Şəhər Dairə Məhkəməsinin vəkillərindən oldu.
Ə.M.Topçubaşov 1897-ci ilin oktyabr ayının 14-də şəhər Dumasına keçirilən
seçkilərdə uğur qazandı, Həbib bəy Mahmudbəyov və Fərrux bəy Vəzirovla bir-
gə Şəhər Dumasında ilk müsəlman ziyalılar oldular.
1898-ci ildə Ə.M.Topçubaşov H.Z.Tağıyevin satın aldığı “Kaspi” qəzetində baş
redaktorluq etdi. Qeyd edək ki, “Kaspi”nin geniş oxucu auditoriyasının marağına
çevrilməsində və Ümumrusiya qəzeti səviyyəsinə yüksəlməsində Ə.M.Topçu-
başovun böyük rolu oldu. Ə.M.Topçubaşov 1898-ci ilin iyunun 24-dən 1907-ci
ilin oktyabr ayının 20-nə qədər “Kaspi” qəzetinin baş redaktorluğunu etdi.
Ə.M.Topçubaşova qədər isə“Kaspi” qəzetinə aşağıdakı şəxslər redaktorluq et-
mişdi: V.Kuzmin, G.Startsev, V.Liçkus-Xomutov, R.T.Qordiyevski, N.Sokolinski
2
.
Ə.M.Topçubaşov ilk azərbaycanlı
Ə.M.Topçubaşovun redaktorluğu ilə
nəşr edilən “Kaspi” qəzeti.
idi ki, bu qəzetə redaktorluq edirdi.
Onun redaktoru olduğu “Kaspi”də
H.Zərdabi, M.Şahtaxtlı, Ə.Ağayev,
F.Köçərli, H.Vəzirov və digər tanınmış
ziyalılar yazılarla çıxış edirdi.
Ə.M.Topçubaşov qəzetə redaktorluq
etsə də, onun maraqlı yazıları da çap olun-
muşdur: 1) “Müsəlmanlar azadlıq hərəkatında” (“Kaspi”, 1905, №216); 2)“Müsəl-
manların dirçəliş dövrü” (“Kaspi”, 1905, №222); 3) “Milli qırğına nə vaxt son qoyu-
lacaq?” (“Kaspi”, 1905, №225). Onun bu və digər yazılarında yaşadığı dövrün ciddi
problemlərinə toxunulurdu
3
. Ümumilikdə Ə.M.Topçubaşovun “Kaspi”də 1905-ci
ilə qədər 25 məqaləsi işıq üzü görmüşdür.
Ə.M.Topçubaşov Azərbaycan mətbuatının inkişafı məsələləri ilə yanaşı,
ümumilikdə nəşr və kitab çapı problemlərinə də diqqət yetirmiş, milli inkişafa
öz töhfəsini vermişdir. “Kaspi” qəzetindəki yazılarında o, milli mətbuatın yaradıl-
ması vacibliyini, Azərbaycan mətbuatının və onun tanınmış xadimlərinin ağır
şəraitini xüsusi qeyd etmişdir.
Bəs Ə.M.Topçubaşovun redaktorluğu dövründə “Kaspi” qəzeti hansı is-
tiqamətlərə üstünlük ve rirdi? Təbii ki, qəzet öz proqramına və istiqamətinə uy-
ğun olaraq maarifçilik problemlərini daha çox işıqlandırırdı. Eyni zamanda qəzet-
2
С. Мовлаева. Пропаганда русской и азербайджанской культуры на страницах газеты
“Каспий” (1881-1917 г.). Б., 1983, с. 30.
3
N. Yaqublu. “Kaspi” qəzetinin yaranması və fəaliyyəti. B., 2011, s.55.
CÜMHURİYYƏT QURUCULARI
58
də məzmununa görə müxtəlif mövzulu yazılar çap edilirdi. Bunun nəticəsi idi ki,
qəzetin artıq yüzlərcə abunəçisi vardı.
Ə.M.Topçubaşovun “Kaspi”də nəşr edilən “Müsəlmanlar azadlıq hərəkatında”
yazısı öz aktuallığı ilə seçilirdi
4
. Məqalə 1905-ci ilin 17 oktyabrında çarın qəbul etdi-
yi məşhur manifestə (söz, mətbuat azadlığına icazə verilməsi) həsr edilmişdi.
“Kaspi”nin redaktorluğunu edən Ə.M.Topçubaşov qəzetdə çox kəskin və
problem xarakterli yazılarla çıxış edirdi.
Bu baxımdan onun “Azadlıq və Qafqaz xalqları” məqaləsi xüsusi diqqət
cəlb edir
5
. Ə.M.Topçubaşov bu məqalədə təəssüfl ə bir məqamı açıqlayırdı: “Biz
hələ ki, həyatın çətin sualları ilə üz-üzə dayanmışıq, bu sualların
içində isə bizi
ən çox kədərləndirən erməni və tatar (azərbaycanlı – red.) milli hesablaşmasıdır.
Bu, hal-hazırda bizim üçün dözülməz bir vəziyyət yaradan, erməni və tatarların
həyat maraqlarına zərərli təsir göstərən sanki bir Axilles dabanıdır.
Əfsuslar olsun ki, biz hələ birgə fəaliyyətə istiqamətlənməmiş, ümumi düş-
mənlərimizi görə bilmirik. Hər bir xalq ayrı-ayrılıqda hərəkət edərək, şəxsi ic-
timai-siyasi platformalarını tərtib edir, sanki həmrəy fəaliyyətin qeyri-mümkün
olduğu artıq həll edilib. Bu arada onun tək həlli ilə bağlı deyil, hətta qarşılıqlı fikir
mübadiləsi haqqında müzakirələr belə getməyib”
6
.
Ə.M.Topçubaşov mətbuatın əsas vəzifəsini xalqın ehtiyacını əks etdir-
mək və həqiqətə xidmətdə görürdü. Odur ki, Ə.M.Topçubaşovun “Kaspi”yə
gəlişi ilə qəzet daha çox ictimai maraq kəsb etməyə başladı. Bu faktı sübut
edən qəzetin həmin dövrdəki tirajı idi. “Qafqaz təqvimi”ndə verilən məluma-
ta görə, 1899-cu ildə “Kaspi” qəzeti 2500 tirajla, 1900-1902-ci illərdə 3500 ti-
rajla, 1904-cü ildə 5100 tirajla, 1906-cı ildə isə 10 000 tirajla nəşr edilirdi
7
. Bu,
Ə.M.Topçubaşovun yüksək redaktorluq bacarığının göstəricisi idi.
1900-cü illərdə Ə.M.Topçubaşovun mətbuatdakı fəaliyyəti ilə yanaşı, icti-
mai-siyasi sahələrdəki çalışmaları da üstünlük təşkil edirdi. 1901-ci ilin oktyabr
ayının 29-u və noyabr ayının 18-də yeni qaydalar əsasında dörd il müddətinə
Bakı Şəhər Dumasına keçirilən seçkilərdə Əlimərdan bəy böyük üstünlüklə
qələbə qazanmış, bu nəticə 1902-ci ilin fevralın 25-də Tifl isdə Qafqazın Mül-
ki hissəsinin baş rəisi tərəfindən təsdiqləndikdən sonra o, Şəhər Özünüidarə
Orqanının sədri kimi fəaliyyətə başlamışdır
8
.
4
“Kaspi” qəzeti, 1905-ci il, №216.
5
Yenə orada, 1905-ci il, №217.
6
Yenə orada.
7
N. Yaqublu. “Kaspi” qəzetinin yaranması və fəaliyyəti. B., 2011, s. 52-53.
8
C.Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 83.