Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə160/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   156   157   158   159   160   161   162   163   ...   166

CÜMHURİYYƏT QURUCULARI

472


kar olacaq, hürriyyətimizi, milli vəhdət və istiqlalımızı canımızı verərək müdafiə 

edəcəyik”

2

.

Nəzərdə tutulmuşdu  ki, abidənin açılış mərasimi 1920-ci ilin sentyabrın 15-



də olsun. Təəssüfl ər ki, bu  baş tutmadı. 1920-ci ilin  aprelində Azərbaycan işğal 

edildi.


Azərbaycanı işğal edən bolşeviklər ermənilərin ciddi fəallığı ilə Azərbaycan 

xalqından qisas alaraq 1920-ci ilin sentyabrında Bakını azad edənlərə yox, Bakıda 

31 Mart soyqırımını törədənlərə abidə qoydular – onları burada dəfn etdilər.

Baş arxitektor Z. Əhmədbəyovu isə bolşevik müstəntiqləri istintaqa cəlb et-

dilər, sorğu-suala tutdular, incitdilər. Sonda bu əziyyətlərə dözə bilməyən Z.Əh-

mədbəyov özünü asıb intihar etdi

3

.

2



 N. Yaqublu. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı, 2013, s. 120.

3

 А.М.Топчибаши и М.Э.Расулзаде. Переписка, 1923-1926. Москва, 2012, с. 332.




ƏLAVƏLƏR

473


ƏLAVƏLƏR

1918- Cİ İLİN 28 MAYINDA QƏBUL EDİLƏN 

İSTİQLAL BƏYANNAMƏSİ

1. 


Bu gündən etibarən

 

Azərbaycan xalqı hakimiyyət 



haqqına malik olduğu kimi, Cə-

nub-Şərqi Zaqafqaziyanı əha 

tə 

edən Azərbaycan da tam hü-



quqlu müstəqil bir dövlətdir. 

2. Müstəqil 

Azərbaycan 

döv 


lə 

tinin idarə forması Xalq 

Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cüm-

huriyyəti bütün millətlərlə, xü-

susilə qonşu olduğu millətlər və 

dövlətlərlə mehriban münasi-

bətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cüm-

huriyyəti milliyyətindən, məz-

həbindən, sinfindən, silkindən 

və cinsindən asılı olmayaraq

öz sərhədləri daxilində yaşayan 

bü tün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5.  Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün mil-

lətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6.  Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycan idarəsinin başında 

xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti 

hökumət durur. 



CÜMHURİYYƏT QURUCULARI

474


AZƏRBAYCAN CÜMHURİYYƏTİ 

DÖVRÜNDƏ QƏBUL EDİLƏN MÜHÜM 

Q Ə R A R L A R:

1.  Dövlət bayrağı haqqında (ilk qərar).

 

1918-ci il 21 iyun. Azərbaycan bayrağını qırmızı ma-



terialdan üstündə ağ aypara və qırmızı fonda ağ 

səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi 

qəbul etmək.

Dövlət bayrağı ilə bağlı ikinci qərar. 1918-ci 

il 9 noyabr. Azərbaycanın milli bayrağını mavi, qırmı-

zı və yaşıl rəngli ağ aypara və səkkiz guşəli ulduzun 

təsviri olan bayraq kimi qəbul etmək.

2.  Dövlət dili haqqında. 1918-ci il 27 iyun. 

 

Türk dilini dövlət dili kimi qəbul etmək.



3. Dövlət gerbi. Dövlət gerbi haqqında ilk dəfə 1919-cu ilin martın 23-də 

müsabiqə elan edilmişdi. 1920-ci il yanvarın 30-da Azərbaycan Cümhuriyyəti-

nin Nazirlər Şurası Dövlət bayrağı istisna olmaqla, digər rəmzlərin layihələrinin 

hazırlanması haqqında yenidən qərar qəbul etdi. Dövlət gerbinin layihəsi də 

sifariş verildi. Layihələr Xalq Maarif Nazirliyinə təqdim olunmalı, Milli İstiqlalın 

ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 1920-ci ilin 27 apre-

lindən – Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra müsabiqənin 

keçirilməsi mümkün olmadı və sovet Azərbaycanı öz gerbini qəbul etdi.




ƏLAVƏLƏR

475


DÖVLƏT GERBİMİZ HAQQINDA 

ÜMUMİ MƏLUMAT

Qeyd edək ki, “gerb” polyak sözüdür, “irs” kimi

 

təqdim olunur. Gerb, irs – sahibin, xalqın yaşadığı ərazi-



nin, torpağının, millətin adətinin, dilinin yığcam şəkildə 

təcəssümüdür. Gerblər müxtəlif qruplara bölünür: döv-

lət gerbi, torpaq gerbi, quberniya gerbi, nəsil gerbləri 

və s.


Dövlət gerbimizin təsviri belədir: çevrə formasın-

da olan qalxanın üzərində dairəvi göy, qırmızı və yaşıl 

rəngin fonunda səkkiz guşəli ulduz verilmişdir. Ulduz təsvirinin mərkəzində isə 

Odlar Yurdunun simvolu olan od atəşi öz əksini tapmışdır. Xarici işğalçılara qarşı 

Azərbaycan xalqının qəhrəmanlıq simvolu kimi verilən çevrə formalı qalxan aşa-

ğıdan sünbül və dəfnə ağacı budaqları ilə əhatə olunaraq bir-birinə lent vasitəsi 

ilə bağlanmışdır.

4. Azərbaycanın himni. Azərbaycanın dövlət himninin sözləri Əhməd Ca-

vadın, musiqisi Üzeyir Hacıbəylinindir.

MİLLİ MARŞ

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan verməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə minbir məhəbbət,

Sinəmdə tutmuş məkan!



CÜMHURİYYƏT QURUCULARI

476


Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən!

Azərbaycan! Azərbaycan!

Azərbaycan! Azərbaycan!

Sözləri: Əhməd Cavadın,

Musiqisi: Üzeyir Hacıbəylinindir

DÖVLƏT RƏMZLƏRİNİN BƏRPASI

1.  Bayraq. 1988-ci ildə Azadlıq hərəkatı başladıqda Üçrəngli bayraq yeni-

dən xalqımızın başı üzərində dalğalandı. 1990-cı ilin noyabrın 29-da “Azər-

baycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fər-

man verildi və 1991-ci ilin fevralın 5-də qanunvericilik orqanı tərəfindən 

təsdiqləndi. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə 

hazırlandı. Dövlət bayrağı haqqında məsələ Azərbaycan Respublikası Konstitu-

siyasında təsdiq edildi. Konstitusiyanın 23-cü maddəsinin 2-ci bəndində göstə-

rilir: “Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan 

ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qır-

mızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli 

ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”.

2.  Gerb.  Azərbaycan Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsi 

rəssam R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. 1993-cü ilin 19 yanvar 

tarixli Konstitusiya qanunu ilə Dövlət gerbimizin rəngli və ağ-qara təsviri, fevra-

lın 23-də isə Əsasnaməsi təsdiq edildi.

3.  Himn.  Müəllifl əri Ü.Hacıbəyli və Əhməd Cavad olan Dövlət Himnimiz 

Azərbaycan Milli  Məclisinin 1992-ci il 27 may tarixli qərarı ilə qəbul edi-

lib. 1993-cü ilin mayın 2-də Dövlət Himni haqqında Əsasnamə təsdiq olunub. 

Himnimiz bəstəkar A.Əzimov tərəfindən böyük xor və orkestr üçün oranjeman 

edilmişdir.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə