Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə8/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

Tələblərinlə tez-tez yatırsan? Amanda ilə yatmısan?  
O cavab vermir. Amanda Melaninin tələbə yoldaşı, arıq sarışın bir qızdır. O, Devidi maraqlandırmır.  
- Niyə boşanmısan?  
- İki dəfə boşanmışam. İki dəfə evlənmişəm, iki dəfə boşanmışam.  
- Birinci arvadın necə oldu?  
- Uzun əhvalatdır. Başqa vaxt danışaram.  
- Şəkilləri var? 
- Qadın şəkillərindən ibarət kolleksiyam yoxdur.  
- Mən kolleksiyaya daxil deyiləm?  
- Əlbəttə, yox.  
Melani ayağa qalxıb, heç nədən utanmadan otaqda tək imiş kimi paltarlarını yerdən toplayır. Devid 
geyinmək və soyunmaq barədə daha ehtiyatlı davranan qadınlara vərdiş edib. Lakin onun vərdiş etdiyi 
qadınların heç biri Melani qədər cavan və gözəl əndamlı olmayıb.  
Həmin gün Devidin iş otağının qapısı döyülür. Əvvəllər heç vaxt görmədiyi cavan bir oğlan içəri girir, təklif 
gözləmədən əyləşib otağı gözdən keçirir, kitab rəflərinə baxıb razılıqla başını tərpədir. Oğlan ucaboylu və 
güclüdür. Keçi saqqalı və qulağında sırğaları var. Əyninə qara, dəri gödəkcə, qara dəri şalvar geyinib. 
Görkəmcə, tələbələrin əksəriyyətindən qoca görünür. Görkəmcə, bəlaya oxşayır.  
- Deməli professor sizsiniz! – o deyir. – Professor Devid. - Melani mənə sizin haqqınızda danışıb.  
- Doğrudan? Nə deyib?  
- Deyib ki, onunla yatmısınız.  
Araya uzunmüddətli səssizlik çökür. Hə, - Devid düşünür. – öz qazdığım quyuya düşmüşəm. Niyə 
əvvəldən başa düşməmişəm? Belə qızları elə-belə ona-buna paylamırlar.  
Siz kimsiz? – o soruşur.  
Qonaq sualı qulaqardına vurub sözünə davam edir. – Özünüzü ağıllı hesab edirsiniz? “Qadın ovçusu”. 
Görək arvadınız əməllərinizdən xəbər tutandan sonra da özünüzü ağıllı hesab edəcəksinizmi.  
Kifayətdir! Nə istəyirsiniz?  
Kifayətdir yoxsa yox, özüm bilərəm. – Cavan oğlan tələsə-tələsə təhdid edici tərzdə danışmağa başlayır. - 
Asanlıqla insanların həyatına daxil olub istədiyiniz vaxt çıxıb gedə bilməzsiniz. – Oğlanın gözlərində 


qığılcım parlayır. O, stola doğru əyilib əllərini sağa-sola yelləyir. Stolun üstündəki kağızlar uçuşmağa 
başlayır.  
Devid ayağa qalxır.  
- Daha bəsdir. Gedə bilərsiniz. 
- Gedə bilərsiniz- oğlan onu yamsılaya-yamsılaya təkrar edir. – Yaxşı – deyib ayağa qalxır, tələsmədən 
qapıya tərəf gedir. - Xudahafiz, professor. Bir azca gözləyin görün, başınıza nə gətirirəm.- deyir və çıxıb 
gedir.          
- Başkəsən quldur, – Devid düşünür. - Melani muzdlu qatilə ilişib. İndi mən də ona ilişmişəm!- Qarnı 
burulmağa başlayır.  
Gecədən keçənə qədər gözləsə də, Melani gəlmir. Əvəzində küçədə saxladığı maşını eybəcər hala salınır. 
Təkərlər deşilib, qapı qıfıllarına yapışqan doldurulub, maşının şüşələrinə qəzet çəkilib, boyası cızılıb. 
Qıfıllar dəyişdirilməlidir. Xərci altı yüz randa çatır.  
Kimdənsə şübhələnirsiniz? – çilingər soruşur.  
Yox – o qəti şəkildə cavab verir.  
 
Bu qəfil hücumdan sonra Melani onunla məsafə saxlayır. Devid təəccüblənmir. O utanıbsa, deməli 
Melani də utanıb. Lakin bir bazar ertəsi Melani dərsə gəlir. Qara geyimli oğlan əlləri cibində vecsiz əda ilə 
qarşısındakı stola əyilərək qızın yanında əyləşib.  
Adətən tələblər öz aralarında astadan söhbət edirlər. Bu günsə sinifdə sükut hökm sürür. Devid hamının 
mətləbdən xəbərdar olduğunu güman etməsə də, tələbələrin onun çağırılmamış qonaqla necə rəftar 
edəcəyini gözlədiklərini başa düşür. 
Doğrudan da,  nə edəcək? Sözsüz ki, maşının başına gətirilənlər azdır. Görünür onu hələ çox sürprizlər 
gözləyir. Nə edə bilər? Dişini dişinə sıxıb, əməlinə görə cavab verəcək.  
O: - Bayronla davam edirik – deyib əlindəki kağızlara nəzər salır. - Keçən həftə öyrəndik ki, qalmaqallar və 
pis ad-san Bayronun yalnız həyatına yox, həm də şerlərin oxucular tərəfindən necə qəbul olunduğuna 
təsir edib. Bayron bir insan kimi öz poetik qəhrəmanları Harold, Menfred, hətta Don Juanla müqayisə 
oluna bilər.  
Biabırçılıq. Heyf ki, məhz bu mövzuda danışmaq lazım gələcək, improvizə etməyə isə gücü yoxdur.     
Devid gözünün ucu ilə Melaniyə baxır. Adətən o, ciddi-cəhdlə dəftərinə nəsə qeyd edirdi. Bu gün isə 
arıqlamış və üzgün görkəmi ilə kitabların üzərinə əyilib oturub. O, qəlbinin qeyri-ixtiyari qıza sarı can 
atdığını hiss edir. “Bir vaxtlar sinəmə sıxdığım yazıq qızcığaz” – o düşünür.  


O, keçən dərs tələbələrə “Lara”nı oxumağı tapşırıb. Qeydləri də “Lara” ilə bağlıdır. Bu barədə danışmaq 
qaçılmazdır. Şeri ucadan oxuyur: 
Özgədir bu dünyada  
Nəfəs alanlar içində  
Özgə dünyadan qovulmuş  
Öz əliylə yaratdığı 
Təhlükələrdən sovuşmuş  
Günahkar ruh qara kabus  
- Bu sətirləri necə izah etmək olar? “özgə dünyadan qovulan” kimdir? Niyə özünü özgə adlandırır? Hansı 
dünyadan gəlib?    
Devid tələblərin savadsızlığına təəccüblənməyi çoxdan tərgidib. Ona görə də tələbələrin mələklər ya da 
Bayronun onlar haqqında haradan oxuduğu barədə məlumatlı olacağını gözləmir. Əgər bəxti gətirərsə, 
bir neçə laqeyd fərziyyə eşidib onları lazımi səmtə yönəldə biləcəyinə ümid edir. Lakin o bu gün qatı 
səssizliklə, tələbələr arasındakı özgənin səbəb olduğu sarsılmaz sükutla üzləşir. Danışmayacaqlar, bu 
özgə adam aralarında olduqca, mühakimə edilmək, ələ salınmaq qorxusundan müəllimlərinin oyununa 
qoşulmayacaqlar.     
- Lüsifer – o deyir. – Cənnətdən atılmış Mələkdir. Mələklərin necə yaşadığı haqqında çox az məlumatımız 
var, lakin çox güman ki, oksigenə ehtiyacları yoxdur... Lüsifer- qara mələk öz evində nəfəs almağa ehtiyac 
duymur və qəfildən bu qəribə “nəfəs alan dünya” ya atılır. “Dünyasından qovulmuş” özü öz yolunu 
seçən, təhlükəli ömür sürən, hətta özü üçün təhlükələr yaradan bir məxluqdur.   
Oğlan hələ bir dəfə də mətnə nəzər salmayıb, əvəzində dodağında təəccüb qarışıq xəfif bir təbəssümlə 
Devidin sözlərinə qulaq asır. 
Keçər o öz xeyrindən 
İnsanların xatirinə 
Amma ki nə mərhəmət 
Nə də vicdan naminə 
Səbəb naqis düşüncə: 
Bacarmaq başqa heç kim 
Gizli təkəbbür ilə 
Düşünər öz içində 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə