Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə5/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   2   3   4   5   6   7   8   9   ...   51

Devid fincanı dodaqlarına yaxınlaşdıran qıza sarı əyilib, yanaqlarına toxunur. - - Çox qəşəngsiz - deyir. - 
Sizi ehtiyatsız bir addım atmağa dəvət etmək istəyirəm. – yenə əlini qıza toxundurur. - Burda qalın, 
gecəni mənimlə keçirin.  
Melani fincanın üstündən sərt nəzərlərlə ona baxır.  
 - Niyə?  
 - Çünki qalmalısınız.  
- Niyə qalmalıyam?  
- Niyə? Çünki qadının gözəlliyi təkcə özünə məxsus ola bilməz. Gözəlliyini bölüşmək onun vəzifəsidir.  
Devidin əli hələ də qızın yanağındadır. Melani onun əlini geri itələməsə də, qarşılıq da vermir.  
Bəs artıq bölüşürəmsə necə? - Qızın səsində təngnəfəslik hiss olunur.  
Pərəstiş edilmək həmişə həyəcan oyadır, həmişə xoşdur.  
Deməli, daha çox bölüşməlisiniz.  
Sığallı sözlər yoldan çıxarmanın özü qədər qədimdir. Lakin o an Devid öz dediklərinə inanırdı. Melani 
yalnız özünə məxsus ola bilməz. Gözəllik öz- özünün sahibi deyil.   
Gözəl məxluqlar artmalıdır – O deyir- Gözəlliyinin çiçəyi heç vaxt solmamalıdır.  
 Melaninin təbəssümündəki dəcəllik, işvə qəfildən yoxa çıxır. Bir vaxtlar nitqinə cila çəkən misralar indi 
onu qadınların gözündən salır.    
O, Melani üçün yenə də müəllimə, kitab adama, mədəni irsin keşikçisinə çevrilir.  
Melani fincanı yerə qoyur. - Getməliyəm, məni gözləyirlər.  
Buludlar çəkilib, səmada ulduzlar parlayır. 
Gözəl gecədir, - Devid həyətin darvazasını aça-aça deyir. Melani gözlərini qaldırıb onun üzünə baxmır.  
Sizi evə qədər ötürüm?  
Yox. 
Yaxşı. Gecəniz xeyrə qalsın. – Devid qollarını açıb Melanini qucaqlayır, bir anlıq onun xırda döşlərini 
sinəsində hiss edir. Qız onun qollarından sıyrılıb çıxır.  
 
 


III. 
 
 
Bununla da, bu əhvalata son qoymaq lazım idi. Amma yox. Bazar günü səhər – səhər o, maşınını boş 
universitet şəhərciyinə sürüb, fakültənin dəftərxanasına daxil olur. Sənədlərin saxlandığı şkafdan Melani 
İsaaksın qeydiyyat kağızını çıxarıb şəxsi məlumatları köçürür: ev ünvanı, Keyptaundakı ünvanı, telefon 
nömrəsi.  
Nömrəni yığır. Qadın səsi cavab verir.    
Melani?  
İndi çağırıram. Danışan kimdir?  
Deyin ki, Devid Luridir.  
Melanie- melody - çeynənmiş qafiyə. Yox, bu ad ona yaraşmır. Vurğunun yerini dəyişdirmək lazımdır. 
Melani – qaranlıq.  
 - Alo? 
Qız bircə sözlə bütün tərəddüdünü büruzə verir. Hələ çox cavandır. Devid onunla necə rəftar etməli 
olduğunu bilmir. Melanidən birdəfəlik əl çəkmək lazımdı. Amma özünü cilovlaya bilmir. Gözəlliyin çiçəyi: 
şerlər həmişə hədəfi ox kimi dəqiq vurur. Melani özünün sahibi deyil. Bəlkə də heç o özü də özünün 
deyil.   
Fikirləşdim ki, bəlkə mənimlə qəlyanaltı etmək istəyərsiniz? Deyək ki, saat 12- də sizi aparmağa gəlimmi?  
Melani yalan danışa, nəsə uydurub yaxasını qurtara bilərdi. Amma çaşıb qalıb, fürsəti fövtə verir.   
Devid Melaninin yaşadığı məhəlləyə yaxınlaşır, qız səkidə dayanıb onu gözləyir. Əynində qara corab və 
qara sviter var. Ombaları on iki yaşlı yeniyetməninki qədər zərifdir. 
Hat beyə gedirlər. Devid yol boyu qızı sakitləşdirməyə çalışır, başqa hansı mühazirələrə qulaq asdığını 
soruşur. Melani tamaşada oynadığını deyir. Diplom işinin tələblərindən biridir. Məşqlər çox vaxtını alır. 
Qız restoranda, demək olar, heç nə yemir, qaşqabağını sallayıb, gözlərini dənizə zilləyib.  
Nəsə olub? Mənə danışmaq istəmirsiniz?  
Melani başını silkələyir.  
İkimizə görə narahatsınız?  
Ola bilər 


Əbəs yerə narahat olmayın. Münasibətlərimizin əndazəni aşmasına yol vermərəm.  
Əndazəni aşmaq. Bu cür məsələdə əndazəni aşmaq nə deməkdi? Onunla Melaninin əndazə barədə 
təsəvvürləri üst-üstə düşürmü?  
Yağış yağır: Boş körfəz yağış damcıları ilə ləpələnməyə başlayır.  
Gedək? – Devid soruşur.  
Qızı evinə aparır. Qonaq otağında pəncərəyə çırpılan yağışın sədaları altında sevişirlər. Melaninin bədəni 
səliqəli, sadə, demək olar mükəmməldir. O, passiv qalsa da, Devid bu yaxınlıqdan böyük həzz alır. 
Orqazm anında isə özünü tamamilə unudur.  
Devid özünə gələndə yağış artıq dayanmışdı. Qız altında uzanıb, gözlərini yumub, əllərini boynundan 
sallayıb, qaşları azca çatılıb. Onun öz əlləri isə Melanin kobud toxunmuş sviterinin altında, döşlərinin 
üstündədir. Qızın bir – birinə dolanmış corabları və alt paltarları ətrafa səpələnib. O  şalvarını dizinəcən 
endirib. “Tufandan sonra” o düşünür. Xalis Jorj Qros .  
Melani üzünü çevirib qurtarır, əşyalarını, paltarlarını toplayıb, otaqdan çıxır və bir neçə dəqiqədən sonra 
geyinmiş halda geri qayıdır.  
- Getməliyəm, – Melani pıçıltı ilə deyir. O, qızı saxlamağa çalışmır.   
Səhər  bütün gününə sirayət edən məmnunluq hissi ilə oyanır. Melani dərsdə iştirak eləmir. İş otağından 
gül mağazasına zəng edir. Qızıl gül? Yox gül yox. Qərənfil sifariş verir.  
Qırmızı, yoxsa ağ? – qadın soruşur. 
 On iki qırmızı qərənfil göndərin - o deyir. 
 O qədər çəhrayı qərənfil yoxdur. Bəlkə qarışıq göndərim.  
Qarışıq göndərin.     
Bütün gün Qərbdən gəlib şəhərin üstünü almış qara buludlardan yağış tökülür. Günün sonunda o, 
kommunikasiya fakültəsinin yerləşdiyi binanın vestibülünü ötür, Melanini axtarıb, binanın girişində 
toplanıb yağışın səngiməyini gözləyən tələbələrin arasında tapır. Devid arxadan ona yaxınlaşıb, əlini 
çiyninə qoyur.  
O: - Məni burda gözlə. Səni maşınla evə apararam – deyib gedir və əlində çətirlə geri qayıdır. Maşına 
çatmaq üçün meydanı keçərkən, Devid Melanini yağışdan qoruya bilmək üçün  özünə sıxır. Qəfil əsən 
gücü külək çətiri yuxarı qatlayır, birlikdə maşına tərəf qaçırlar.  
Melani parlaq sarı rəngli plaş geyinib; Maşında əyləşdikdən sonra başlığını aşağı endirir, üzü allanıb. 
Devid onun sinəsinin enib-qalxdığını hiss edir. Melani üst dodağındakı yağış damcısını yalayır. Uşaqdır! - 
Devid düşünür. Əsl uşaq! Mən neynirəm? – Devidin ürəyi ehtirasın təsiri ilə zərblə döyünür.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə