XXIII
Səhərdən keçir. O, Buldoq Ketini gəzintiyə çıxarıb. Qəribədir ki, Keti ondan geri qalmır. Ya o, əvvəlkindən
yavaş yeriməyə, ya da Keti daha cəld hərəkət eləməyə başlayıb. Buldoq əvvəlki kimi yenə də fısıldayıb,
tövşüsə də, nədənsə bu artıq onu qıcıqlandırmır.
Evə yaxınlaşanda o, Petrasın “mənim xalqımdandı” dediyi oğlanın üzünü evin arxa divarına çevirib
dayandığını görür. Əvvəl Devidə elə gəlir ki, oğlan işəyir, amma sonra başa düşür ki, o, vanna otağının
pəncərəsindən Lüsini güdür.
Keti mırıldamağa başlayıb, lakin oğlanın başı həddən artıq qarışıq olduğundan heç nəyə fikir vermir.
Nəhayət, çevriləndə isə, artıq ikisi də oğlanın üstünə atılmışdılar. Devid ovcunun içi ilə oğlanı şillələyir.
Donuz! – o, qışqırıb ikinci şilləni elə vurur ki, oğlan yerində silkələnir. – Murdar donuz!
Oğlan ağrıdan çox qorxudan qaçmağa çalışsa da, ayaqları dolaşdığından elə o dəqiqədə yerə sərilir. İt
dərhal Polluksun üstünə atılır, dişlərini oğlanın dirsəyinə keçirir, ön ayaqlarını torpağa dirəyib mırıldayır.
Oğlan ağrıdan qışqırıb Ketini əlindən qurtulmağa çalışır. İti yumruqlayır, lakin zərbələri kifayət qədər ağır
deyil. Keti onun yumruqlarına fikir vermir.
“Donuz!” sözü hələ də havadan asılı qalıb. Devid birinci dəfədir, belə hiddətlənir O, böyük
məmnuniyyətlə oğlanı layiq olduğu kötəyə qonaq eləyərdi. Ömür boyu işlətməkdən çəkindiyi sözlər indi
ona tamamilə ədalətli və düzgün görünürdü: “Dərsini ver. Yerini göstər”. Deməli, amansızlıq belə
olurmuş!
Devid Polluksa var gücü ilə elə təpik vurur ki, oğlan böyrü üstə iki qatlanır. Polluks! Ada bax! İt
yerini
dəyişib, pəncələrini oğlanın bədəninə söykəyib amansızca əlini gəmirir, köynəyini cırır. Oğlan nə qədər
itələməyə çalışsa da, it yerindən tərpənmir.
- Ay, ay, ay, ay, ay! – Polluks ağrı içində qışqırır. – Səni öldürəcəm!
Sonra Lüsi səhnəyə çıxır
Keti! – o qışqırır.
İt Lüsiyə çəpəki baxır, amma tabe olmur.
yanında yumaq kimi qıvrılıb. – Devid, belə yaşamaq olmaz. Hər şey düzəlmişdi, sən qayıdana qədər bura
sakit, dinc bir yer idi. Mənə dinclik lazımdı. Dinclik xatirinə hər şeyə, hər cür qurban verməyə hazıram.
Qurban verməyə hazır olduqlarından biri də mənəm?
Özün dedin, mən yox.
Yaxşı gedim, çamadanımı yığım.
Artıq bir neçə saat keçsə də, əli hələ də sızıldayır. Oğlanın hədələrini xatırlayanda həm qəzəbindən
boğulur, həm də utanır. Özünü qınayır. Heç kimə xüsusi ilə də oğlana heç bir dərs verə bilməyib. Özünü
Lüsidən bir az da uzaqlaşdırmaqdan başqa heç nəyə nail olmayıb. Onun qarşısında qəzəblənib özündən
çıxdı. Sözsüz ki, bu Lüsinin xoşuna gələ bilməzdi.
Üzr istəmək lazımdı. Amma üzr istəyə bilmir. Daha özünü idarə edə bilmir. Polluksun eybəcər, bulanıq
gözləri, həyasızlığı, bir də alaq otu kimi kökləri ilə Lüsiyə birləşməyi onu hövsələdən çıxarır.
Əgər Polluks yenə qızını incitsə, onu yenə vuracaq. Du musst dein Leben andern! – Öz həyatını
dəyişməlisən. Lüsi tufan qarşısında geri çəkilə bilər. O isə yox. Ləyaqətini itirmək bahasına yox.
Elə buna görə də Terezaya qulaq verməlidir. Tereza onu xilas edə biləcək axırıncı insandır. Tereza
ləyaqət anlayışından yüksəkdə dayanır. O, döşlərini açıb, günəşin altına tutur, gülüşmələrə məhəl
qoymadan xidmətçilərin yanında banjo çalır. Terezanın ölümsüz arzuları var. O bu arzularını vəsf edir. O
ölməyəcək.
Devid
klinikaya çatanda, Bev Şou artıq getməyə hazırlaşırdı. Çəkinə-çəkinə yad adamlar kimi
qucaqlaşırlar. Nə vaxtsa bir-birlərinin çılpaq bədənlərini qucaqlayıb uzandıqlarına inanmaq çətindir.
- Tez gedəcəksən, yoxsa bir az qalmaq fikrin var? – Bev soruşur?
- Nə qədər tələb olunarsa, o qədər da qalmaq üçün qayıtmışam. Amma Lüsinin evində yox. Onunla yaxşı
yola gedə bilmirik. Gərək şəhərdə bir otaq tutam.
- Təəssüf eləyirəm. Nə olub ki?
- Mənimlə Lüsi arasında? Ümid eləyirəm ki, heç nə. Yoluna qoyula bilməyəcək heç nə. Məsələ Lüsinin
ətrafındakı adamlardadır. Mən
də əlavə olunanda, sayımız həddən artıq çox olur. Çox kiçik bir yerdə
həddən çox insan. Bankanın içindəki hörümçəklər kimi.
O, cəhənnəmdən bir səhnə xatırlayır, nəhəng Stiks bataqlığında ruhlar göbələk kimi qaynayır. «Vedi
l'anime di color cui vinse l'ira». Qəzəbə təslim olmuş ruhlar bir-birləri ilə didişirlər. Günaha layiq cəza.
- Petrasın evinə köçən oğlanı deyirsən? Düzünü desəm, o mənim də xoşuma gəlmir. Amma nə qədər ki
Petras ordadır, Lüsiyə heç nə olmayacaq. Görünür, geri addım atıb, Lüsiyə öz qərarlarını qəbul etməyə
icazə verməyin vaxtı çatıb, Devid. Qadınlar hamıyla asa yola gedirlər. O isə hələ cavandır. Torpağa da
bizim hamımızdan yaxındır.