Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə44/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

məktub və yadigar əşyalarla dolu, bacısının və ya qardaşının nəvələrinin onun ölümündən sonra tapıb 
içindəkiləri ehtiramla bir - bir gözdən keçirəcəkləri sandıqdır.  
Neçə vaxtdır axtardığı qadın qəhrəmanı, nəhayət tapıbmı? Tereza öz qocalmış halı ilə onun ürəyini fəth 
edə biləcəkmi?  
Zaman Terezaya mərhəmətli davranmayıb. Ağırlaşmış büst, iri gövdə, gödərək ayaqlar onu zadəgandan 
çox kəndliyə oxşadır. Bir vaxtlar Bayronu valeh edən çöhrə təravətini itirib, xəstə çalar qazanıb O, yayda 
tez-tez astma tutmalarından əziyyət çəkir. 
Bayron məktublarında onu Dostum, Məhəbbətim, Əbədi məhəbbətim adlandırır. Lakin Terezanın 
yandırmağa ürək eləmədiyi “rəqib” məktublar da var.      
İngilis dostlarına ünvanladığı bu məktublarda Bayron saymazyana bir üslubla Terezanı İtaliyada qazandığı 
qələbələrin siyahısına daxil edir, ərini ələ salır, yatdığı tanış qadınların adlarını çəkir. Bayronun 
ölümündən sonra keçən illər ərzində dostları bu məktublar əsasında xeyli memuar yazıblar. Bayron 
Terezanı ərinin əlindən alandan sonra – onlar yazırdılar – tezliklə ondan təngə gəldi. Terezanın 
axmaqlıqlarına tez-tez şahid olan şair onu yalnız özünü borclu hesab elədiyi üçün tərk eləmirdi. Onun 
ölüm təhlükəsinə baxmayaraq, Yunanıstana üzməsinin səbəbi də bu idi: Terezadan yaxa qurtarmaq.  
Bu həcvlər Terezanı dərindən yaralayırdı. O, Bayronla keçirdiyi illəri həyatının zirvə nöqtəsi sayırdı. Onu 
başqalarından fərqləndirən yalnız Bayronun məhəbbəti idi. Bu sevgisiz o heç kimdir. Ömrünün ən yaxşı 
çağlarını geridə qoymuş, günləri darıxdırıcı əyalət şəhərində, rəfiqələrinə baş çəkmək, onları qonaq qəbul 
etməklə, atasının ağrıyan ayaqlarını ovxalamaqla, tənha yataqda keçən bir qadın.       
Devidin qəlbində bu bəsit, sadə qadına qarşı məhəbbət tapılacaqmı? O, bu qadını musiqi həsr eləyəcək 
qədər çox sevə biləcəkmi? Bəs sevə bilməsə necə?  
O yenidən operanın ilk səhnəsi haqqında düşünməyə başlayır. Daha bir bürkülü gün sona çatmaqdadır. 
Tereza ata evinin üçüncü mərtəbəsindəki pəncərənin qarşısında dayanıb bataqlıqların, qurumuş şam 
ağaclarının üstündən şüaları Adriatik dənizin sularında bərq vuran günəşə baxır. Prelüdiyanın sonu, 
səssizlik, Tereza ah çəkir “Mio Bayron” o oxuyur, səsi kədərdən titrəyir. Tənha klarnetin səsi ona cavab 
verir və yavaş – yavaş zəifləyib susur. “Mio Bayron” – Tereza bu dəfə daha ucadan oxuyur.   
Haradadır, onun Bayronu? Bayron ölüb, cavab budur. Bayron kölgələr arasında dolanır. Onun sevdiyi 
Tereza, sevinc içində hökmlü ingilis kişiyə təslim olan, böyük ehtiras tutmasından sonra ağır-ağır nəfəs 
ala-ala, çılpaq döşlərinin üstündə uzanıb mürgüləyən sevgilisinin alnını sığallayan o on doqquz yaşlı 
hörüklü, sarışın qız da ölüb.   
“Mio Bayron” – o üçüncü dəfə oxuyur. Haradansa yeraltı mağaralardan titrək, qeyri-cismani bir səs cavab 
verir. Bayronun səsidir: “Hardasan?”- o oxuyur. Ardınca isə Terezanın eşitmək istəmədiyi sözlər: secca, 
quru. “Quruyub, bütün bulaqlar”   
Bayronun səsi o qədər zəif, o qədər qətiyyətsizdir ki, Tereza onun sözlərini təkrarlamalı, hər nəfəsdə 
körpəsinə, oğluna həyata qayıtmağa kömək etməli olur. “Burdayam,” – Tereza Bayronu saxlamağa, 


uçuruma yuvarlanmaqdan qorumağa çalışaraq oxuyur. – Sənin bulağın mənəm. Birlikdə Arkui bulağına 
getdiyimiz yadındadırmı? Birlikdə, sən və mən. Mən sənin Lauran idim. Yadındadır?”       
Deməli bundan sonra belə olmalıdır: Tereza öz səsini məşuquna, talan edilmiş evində oturan Devidsə öz 
səsini Terezaya verəcək. Axsağa kömək eləyən topal.  
Mümkün qədər cəld işləməyə Tereza qeyb olmamış librettonun ilk səhifələrini qaralamağa çalışır. 
“Sözləri kağıza köçür”– Devid öz-özünə deyir – “Sonrası asan olacaq. Sonra isə ustalardan, məsələn 
Qlyukdan dinləyicini ruhlandıran melodiyaları, kim bilir bəlkə həm də fikirləri borc almağın vaxtı 
çatacaq”. 
Tereza və ölü Bayronla daha çox vaxt keçirdikcə o, borc götürüləcək melodiyaların heç nəyə 
yaramayacağını, bu cütlüyün özünəməxsus musiqiyə ehtiyacı olduğunu başa düşür. Təəccüblü olsa da, 
not-not musiqini eşitməyə başlayır. Frazanın konturları bəzən o, sözlərin nə olacağını qət etməmişdən 
əvvəl peyda olurdu. Bəzən sözlər kadensiyanı əmələ gətirir; bəzənsə neçə vaxtdır tam eşidə bilmədiyi 
melodiya nəhayət ortaya çıxırdı. Hadisələr artdıqca opera xüsusi modulyasiyalar, ifadə etməyə kifayət 
edən musiqi imkanları olmasa da, qanı ilə hiss elədiyi müəyyən keçidlər tələb edir.      
O, parçaları birləşdirmək, partituraya başlamaq  üçün pianonun arxasına keçir, lakin nəsə mane olur. 
Pianonun səsi həddən artıq maddi, həddən artıq zəngindir. O, çardaqdakı, Lüsinin oyuncaqları və köhnə 
kitablarla dolu zənbildən, Kuamaşu küçələrindən birində qızı üçün aldığı kiçik, qəribə, yeddi simli bir 
banjo tapır. Banjonun köməyi ilə o, Terezanın gah yas içində, gah qəzəblə ölü məşuquna ünvanlandığı 
melodiyaları, sönük səsli Bayronun ruhlar aləmindən verdiyi cavabları nota çevirir. Qəribədir ki, Devid 
qrafinyanın daxili aləminə nüfuz etdikcə, onun sözlərini deyib, musiqinin burnunun altında zümzümə 
etdikcə, oyuncaq banjonun səfeh danqıltısı qadın qəhrəmanın ayrılmaz bir hissəsinə çevrilir. Onun 
xəyalında canlandırdığı təntənəli ariyalar sakitcə geriyə çəkilir, indi qalır banjonu Terezanın əlinə vermək.   
İndi Tereza səhnədə təntənə ilə gəzmək əvəzinə oturub mandolina çala-çala bataqlıqların üstündən 
cəhənnəmin darvazalarına baxır, arxadan kiçik bir trio (violonçel, fleyta, faqot) fasilələri tamamlayır.   
Devid yazı stolunun arxasında əyləşib ot basmış bağçasına baxa-baxa kiçik banjonun ona öyrətdiklərinə 
təəccüb edir. Altı ay əvvəl düşündüyünün əksinə, onun səsinə erotika, yaxud elegiya yox, komediya 
cavab verir. O özünü Terezada,  Bayronda və ya hər ikisinin qarışığında yox,  musiqidə -  banjonun 
simlərinin yeknəsəq, metal danqıltısında, gülünc alətə qarşı müqavimət göstərə bilməyib tilovun 
ucundakı balıq kimi  itaətlə geri çəkilən səsdə tapırdı.  
“İncəsənət budur!” - o düşünür. “Necə də qəribə, valehedicidir!”  
O, tünd qəhvə və yarma ilə qidalanır, günlərini Bayron və Tereza ilə birlikdə keçirir. Soyuducu boşdur, 
yataq səliqəyə salınmayıb, pəncərənin sınıq şüşəsindən içəri dolan külək döşəmədəki yarpaqları sovurur. 
“Eybi yox,” – o düşünür, - qoy ölülər ölüləri basdırsınlar”.   
“Sevməyi şerlərdən öyrəndim,” – Bayron  doqquz hecalı misranı mi notunda çatlamış səslə oxuyur. Sonra 
sol notuna xromatik keçid: Həyatda belə deyilmiş. “Danq-dun-danq” – banjonun simləri şairin səsinə səs 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə