- Bəs razılaşmamışdan əvvəl, bəyanatı oxumaq daha ağıllı hərəkət olmazdımı?
- Yox, həyatda ağıldan daha vacib dəyərlər var.
Farodia Rasul arxaya söykənir: - Don Kixot sayağı sözlərdi, Professor Luri? Doğrudanmı, bunu özünüzə
rəva biləcək vəziyyətdəsiniz? Sizi özünüzdən müdafiə etmək lazım gələcək- deyib soyuq təbəssümlə
Hakimə baxır.
- Hüquqi məsləhət almaq istəmədiyinizi dediz. Bəs başqa kiminləsə, məsələn, ruhani ilə və ya psixoloqla
məsləhətləşmisinizmi? Psixoloji kömək almağa hazırsınızmı? – bu sualı Biznes Məktəbindən
gələn gənc
qadın verir.
Devid tüklərinin biz – biz dayandığını hiss edir.
- Yox, nə keçmişdə, nə də indi psixoloji kömək almaq fikrim olmayıb. Mən çoxdan həddi-buluğa
çatmışam, psixoloji terapiyaya qarşı həssaslığımı da çoxdan itirmişəm. Psixoterapiya mənə kömək edə
bilməz. – Matabaneyə tərəf dönür – Günahımı etiraf elədim. Müzakirənin davamı üçün heç bir səbəb
görmürəm.
Matabane və Hakim öz aralarında pıçıltı ilə danışırlar.
- Təklif olunur ki, - Matabane deyir. – Professor Lurinin dediklərinin müzakirəsi üçün iclasa bir qədər
fasilə verilsin.
Hamı başı ilə razılığını bildirir.
- Professor Luri, sizdən və xanım Vendən bir qədər bayırda gözləməyi xahiş edirik.
O, müşahidəçi tələbə ilə birlikdə Hakimin otağında gedir. Bir-birləri ilə danışmırlar. Qızın özünü narahat
hiss elədiyi aydın görünür. “Axırın çatıb, Kazanova”. Görəsən, qız indi Kazanova ilə üz-üzə gəldiyi bu
dəqiqədə nə düşünür?
İclas otağına qayıdırlar, içəridəki ab-hava gərgindir. Devidə elə gəlir ki, komissiyanın üzvləri üzlərini
turşudublar.
- Belə, - Matabane deyir- Professor, deməli, sizə qarşı qaldırılan ittihamın doğruluğunu təsdiq edirsiniz?
Xanım İsaaksın bütün ittihamlarını qəbul edirəm.
Doktor Rasul, sözünüz var?
Bəli.
Professor Lurinin mahiyyət etibarilə, mənə qeyri-səmimi təsir bağışlayan davranışına qarşı etirazımın
protokola daxil edilməsini xahiş edirəm. Professor Luri ittihamları qəbul etdiyini desə də, məhz hansı
günahını etiraf etdiyini soruşanda, istehzadan başqa cavab ala bilmirik. Bu isə o deməkdi ki, o ittihamları
yalnız sözdə qəbul edir. İctimaiyyətin hüququ var ki, bu cür nüansları olan...