Co navarro



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix15.10.2018
ölçüsü1,21 Mb.
#74376
1   2   3   4   5   6   7   8   9   10

Bədən diliniz 

28 


 

sını düzgün müəyyən etmək üçün çox vacib və əhəmiyyətli 

bacarıqdır. 

Problem  ondadır  ki,  insan  bütün  həyatı  boyu  baxsa  da 

hələ də tam olaraq görmür. Ya da tükü tükdən seçən məşhur 

ingilis  detektivi  Şerlok  Holmsun  ortağı  Dr.  Uatson  demiş-

kən, “Görürsən, amma müşahidə etmirsən”.  

Təəssüf ki, insanların çoxu ətrafına minimum səviyyədə 

maraq  göstərir.  Onlar  öz  dünyalarındakı  kiçik dəyişiklikləri 

hiss  etmirlər  də.  Qarşıdakı  insanın  düşüncə  və  niyyətlərini 

açıqlayacaq  əl,  yaxud  qol  hərəkəti  kimi  ətraflarını  bürümüş 

zəngin detalların fərqində deyillər. 

Əslinə  baxsaq,  aparılan  tədqiqatlar  insanların  yaşadıq-

ları dünyanı müşahidə məsələsində çox zəif olduqlarını gös-

tərir.  Məsələn,  həyata  keçirilən  sınaqların  birində  qorilla 

kostyumu  geyinmiş  bir  adam  tələbələrin  önündən  keçmiş, 

lakin  gənclərin  az  qala  yarısı  onu  fərq  etməmişlər.  (Simons 

və Çabris, 1999, 1059-1074) 

Müşahidə  istedadı  olmayan  insanlar,  təyyarə  pilotları-

nın “vəziyyəti hiss etmə” adlandırdığı (yəni insanın olduğu 

yerə  dair hissiyyatını  ifadə edən)  xüsusiyyətə  sahib  deyillər 

və  ətraflarında,  hətta  önlərində  baş  verən  hadisələrin  tam  

təsvirini  verə  bilməzlər.  Bu  cür  adama  səs-küylü    bir  otağa 

girməsini  söyləyin  və  ətraflarına  baxmaları  üçün  bir  şans 

verin.  Sonra  gözlərini  yumdurub  nə  gördüklərini  soruşun.  

Otaq içərisində ən çox gözəçarpan şeyləri belə xatırlaya bil-

məmələri ilə sizi təəccübləndirəcəklər. 

Ətrafda baş verənlərə kor kimi yanaşan bu qədər çox in-

sanla  qarşılaşmağımız  və  ya  onlarla  bağlı  bu  qədər  xəbər 

oxumağımız  cansıxıcıdır.  Öz  dünyalarını  müşahidə  edə  bil-

məyən insanların şikayəti demək olar ki, hər zaman eynidir: 



Bədən diliniz 

 

29 



 

 

 



 

“Arvadım məndən boşanır. Halbuki evliliyimizin onu bədbəxt 

etdiyinə dair tək bir işarə belə görməmişdim”. 

 

“Məsləhətçi psixoloq oğlumun üç ildir kokain istifadə etdiyini 

söylədi. Onun narkotika problemi olduğunu bilmirdim”. 

  

“Müdirimin  işimdən  razı  olduğunu  düşünürdüm.  İşdən  qo-

vulacağım ağlıma belə gəlməzdi”. 

 

Bunlar  ətrafdakı  dünyanı  tam  mənası  ilə  müşahidə  et-



məyi bacarmayan insanların sözləridir.  Ancaq onların  baca-

rıqsızlığı əslində, heç də təəccüblü deyil.  

Bu hələ məsələnin bir tərəfidir. Amma nəzərə almaq la-

zımdır  ki,  uşaqlıqdan  yeniyetməliyə  keçdiyimiz zaman  belə 

ətrafdakı  insanların  hərəkətlərini  necə müşahidə edə  biləcə-

yimiz bizə heç öyrədilmir də. İbtidai, lisey, yaxud universitet 

təhsilində  də  insanlara  bunu  öyrədən  dərslər  yoxdur.  Əgər 

şanslısınızsa, özünüz müşahidə bacarığınızı inkişaf etdirə bi-

lərsiniz. Əks halda insanlarla münasibətdə,  işdə və ailənizdə 

problemləri aradan qaldırmaq üçün sizə yardımçı ola biləcək 

və  həyatınızı  zənginləşdirəcək   nə  qədər  yararlı biliyi  əldən 

çıxarmış olacaqsınız. 

Ancaq müşahidə bacarığı öyrənilməsi mümkün olan bir 

bacarıqdır. Həyatı kor kimi yaşamaq lazım deyil. Daha doğ-

rusu, müşahidə bir bacarıq olduğundan, onu düzgün təhsillə  

və  çalışmaqla  inkişaf  etdirmək  mümkündür.  Müşahidə  mə-

sələsində çətinlik çəkirsinizsə, ümidsizliyə qapılmayın. Ətra-

fınızı  daha  şüurlu  halda  müşahidə  etməyə  zaman  ayırın. 




Bədən diliniz 

30 


 

Cəhd  göstərdiyiniz  təqdirdə  bu  işin    öhdəsindən  gələcəksi-

niz. 

Etməli  olduğunuz  yeganə  iş  müşahidəni  (keyfiyyətli 



müşahidəni)  öz  həyat  tərzinizə  çevirməkdir.  Ətrafınızdakı 

dünyanın fərqində olmaq passiv davranış deyil. Bu, əziyyət, 

enerji  və  diqqət  cəmlənməsi  tələb  edən,  daimiliyin  olması 

üçün fasiləsiz işləməyinizi lüzumlu edən şüurlu, planlı dav-

ranışdır.  Müşahidə  bacarığını  bir  əzələ  kimi  təsəvvür  edə  

bilərsiniz.  Əzələ  işləndiyi  zaman  güclənir,  işlənmədiyi  təq-

dirdə isə zəifləyir. Müşahidə əzələnizi işlətdiyiniz müddətdə 

ətrafınızdakı  dünyanı  daha  fərqli  şəkildə  anladığınızı  görə-

cəksiniz. 

Əgər  biz  keyfiyyətli  müşahidədən  bəhs  ediriksə,  yalnız 

görmə bacarığını  deyil, bütün duyğularınızı çalışdırmağınız 

lazımdır.  

Mən nə zaman evimə girsəm, dərindən nəfəs alıram və 

əgər hava  “normal”  deyilsə,  deməli,  narahat  olmağım  üçün 

səbəb  var.  Bir  dəfə  səyahətdən  dönəndə  evdə  xəfif  siqaret 

qoxusu  hiss  etdim.  Hələ  ətrafımı  diqqətlə  nəzərdən  keçir-

məmiş  burnum  məni  təhlükədən  xəbərdar  etdi.  Sonra  mə-

lum  oldu  ki,  sən  demə,  binanın  təmir  işlərinə  nəzarət  edən 

işçi evə girib. Onun bədəninə, paltarına hopmuş  siqaret qo-

xusu içərinin havasını dəyişmişdi. Təbii ki, bu halda təmir iş-

çisi həyatımız üçün heç bir təhlükə yaratmır. Amma nəzərə 

alsaq ki, bu, yan otaqda gizlənən oğru da ola bilərdi, vəziy-

yət dəyişir. Burada əhəmiyyət daşıyan məsələ bütün duyğu-

larınızı istifadə edərək ətrafı daha diqqətli şəkildə dəyərlən-

dirmək və şəxsi təhlükəsizliyinizi təmin etməkdir. 

 



Bədən diliniz 

 

31 



 

 

 



Təlimat 2: Vəziyyət daxilində müşahidə bədən dilini 

anlamağın açarıdır.  

 

  



Əsl həyatda insan davranışlarını müşahidə edərkən on-

ların içində olduqları vəziyyəti nə qədər çox anlasanız, hərə-

kətlərinin mənasını da bir o qədər tez aydınlaşdıra biləcəksi-

niz.  Məsələn,  bir  yol qəzasından  sonra  insanların  şok  keçir-

miş və çaşqın halda ətrafa dağılması gözlənilir. Əllərinin tit-

rəməsi,  düz  yolun  ortasına  yüyürmək  kimi  yanlış  qərarlar 

verməsi  də  təxmin  ediləcək  hərəkətlərin  sırasındadır  (hər 

hansı bir qəza baş verdikdən sonra məmurların sizə “maşını-

nızın içində gözləyin” deməsi buna görədir). Qəzadan sonra 

insanlarda bir müddət beynin “limbik sistem”  adlanan his-

səsinin, yəni “düşünən” beynin qısaqapanması baş verir. Bu-

nun  nəticələri  arasında  titrəmə,  diqqət  toplaya  bilməmək, 

əsəbilik və narahatçılıq ola bilər. Buna vəziyyət daxilində ba-

xılarsa,  sadalanan  davranışlar  gözləniləndir  və  qəzanın  ya-

ratdığı gərginliyi əks etdirir. Və ya iş müsahibəsinin başlan-

ğıcında namizədin gərgin olmasını  təbii hesab edirəm. Hər 

halda, bir müddət sonra bu gərginlik yox olacaq. Ancaq mü-

əyyən  suallar  verdikdən  sonra  eyni  gərginliyin  yenidən  ya-

randığını  fərq  etsəm,  artıq  səbəbləri  haqqında  düşünməyə 

başlayacağam. 

 

 

 



 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə