Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   26   27   28   29   30   31   32   33   ...   70

66 
 
İstedadlı topoqrafik-xəritəçi İbrahim ağa Vəkilovun bu xəritəsinin üzərində 
kiçik  əl  gəzdirməklə  yenidən  çap  olunması  vacibdir.  Mənə  belə  gəlir  ki,  İ. 
Vəkilovun  hələ  əlimizə  gəlib  çatmayan  çoxlu  əsərləri  müxtəlif  arxivlərdə  yatıb 
qalır, öz tədqiqatçısını gözləyir. 
Azərbaycan  Respublikasının  müstəqillik  yolunda  atdığı  addımlar  bizi 
unutdurulmuş  məşhurlarımızla  daha  yaxından  tanış  olmağa,  onların  əsərlərinin 
toplanıb çap olunmasına köməklik göstərəcəkdir. 
İbrahim  ağa  Vəkilovun  topoqrafiya  və        kartoqrafiya  sahəsində  apardığı 
işlər  onun həmvətənlərinə      layiqincə  çatdırılmalıdır. Bunun üçün gənclərə  Vətən 
təəssübkeşliyi, milli hiss, keçmişimizə qayğı kimi  keyfiyyətlər aşılanmalıdır. 
Təəssüf  ki,  belə  bir  görkəmli  alim-general  haqqında  Azərbaycan 
ensiklopediyasında bir sətir belə yoxdur. Bilikli sərkərdə İbrahim ağa Vəkilov buna 
layiq şəxsiyyət idi. 
 
Ailənin bəxt ulduzu 
Arxiv  sənədlərində  general  İbrahim  ağa  Vəkilovun  hərbi  topoqrafiya 
sahəsində qeyrət və vicdanla çalışmasına aid maraqlı sənədlər, rəylər vardır. 
Daha  bir  şəhadətnamə  diqqətimi  cəlb  edir.  O,  1928-ci  il  iyulun  30-da 
Azərbaycan  SSR  Xalq  İctimai  təminat  komissarı  Muxtar  Hacıyev  tərəfindən 
verilib: 
«Bununla  təsdiq  edirəm  ki,  hərbi  topoqraf  İbrahim  ağa  Vəkilov,  mən 
Azərbaycan  MİK-nin  sədri  olarkən,  bir  neçə  dəfə  müxtəlif  komissiyalara  üzv 
seçilib,  eləcə  də  Azərbaycanın  və  Ermənistan  respublikalarının  sərhəddi  təyin 
ediləndə  və  ümumiyyətlə,  Azərbaycan  MİK  yanında  müxtəlif  işlərdə  iştirak 
etmişdir.  Yoldaş  Vəkilov  ixtisasını  qəlbən  sevir,  üzərinə  düşən  vəzifəni  vicdanla, 
ləyaqətlə və səliqəli yerinə yetirirdi». 
1933-cü  il  noyabrın  29-da,  qocaman  generala  Azərbaycan  SSR  Xalq 
Komissarlığı fərdi pensiya kəsmişdir. 
Ömrünün  çoxunu  Tiflisdə  yaşayan  və  işləyən  İ.  Vəkilov  1884-cü  ildə  rus 
qızı Yelena Yefimovna Yermolayeva ilə ailə həyatı qurmuşdur. Bir-birini sevərək 
xoşbəxt ailə quran gənclərin qarşısında imperator III Aleksandrın ədalətsiz qanunu 
onları  çıxılmaz  vəziyyətdə  qoymuşdu.  Çarın  qanununda  deyilirdi  ki,  müsəlmanın 
rus qızına evlənməyi qəti qadağan olunur. Əks təqdirdə müsəlman oğlanı rus qızına 
evlənərsə,  o,  mütləq  öz  islam  dinindən  çıxıb,  xristianlığı  qəbul  etməlidir.  Əgər  o, 
xristianlığı  qəbul  etmirsə,  valideynlik  hüququndan  məhrum  olunur.  Vəziyyətdən 
çıxış  yolu  axtaran  İbrahim  ağa  Vəkilov  imperator  III  Aleksandrın  müqəddəs 
sinoduna, yəni ruhanilər məclisinin oberkuryerinə—məşhur Pobedonsevə müraciət 
etməli olur. O xahiş edir ki, xristian dinini qəbul etməyi ona məcbur etməsinlər və 
kəbinini qanuniləşdirsinlər.  Çarın  sadiq  nökəri Pobedonosev qəti etirazını bildirir, 
hətta  onun  üzərinə  hücum  edib  təqsirləndirərək  deyir  ki,  siz  rus  qızı  ilə  kəbin 


67 
 
kəsdirməyi heç xəyalınıza belə gətirməyin. Biz sizdən uşaqları belə alacağıq, sizin 
onlara atalıq etməyə hüququnuz yoxdur. 
Nəhayət,  1891-ci  ildə  bu  gənc  ailənin  bəxt  ulduzu  doğdu.  Tale  sanki  özü 
onların  xoşbəxtliyini  himayəyə  götürdü.  Həmin  il  kapitan  İbrahim  ağa  Vəkilov 
çarın  xüsusi  əmri  ilə  ən  yaxşı  topoqrafiya  mütəxəssisi  kimi  Türkiyəyə  ezam 
olundu. 
İki  il  sonra  1893-cü  ildə  İbrahim  ağa  ilə  Yelenaya  Bolqarıstanlı  keşiş 
Georgi  Misarov  qanuni  kəbin  kəsdi.  Bu  vaxt  ər  otuz  doqquz,  arvad  isə  otuz  iki 
yaşında idi. Artıq onun ailəsi də böyümüşdü: ailənin böyük oğlu Faris bəyin yeddi, 
kiçik oğlu Qalib bəyin isə altı yaşı vardı. 
General  İbrahim  ağa  Vəkilov  böyük  şairimiz  Səməd  Vurğunun  əmisi 
oğludur.  Şairin  qardaşı  Mehdixan  Vəkilov  «Mənim  qardaşım»  xatirə  povestində 
yazır: 
«Səməd  Vurğunun  general  İbrahim  ağa  ilə  axırıncı  söhbəti  (general  İ. 
Vəkilov 2 iyun 1934-cü ildə vəfat edib — Ş. N.) onun arvadı Yelena Yefimovanın 
L. N. Tolstoya öz oğlanlarının islam dinini qəbul etmələrinin mümkünlüyü barədə 
məsləhət  istəməsi  haqqında  göndərdiyi  məktub  və  aldığı  cavab  ətrafında 
olmuşdur». 
 
Lev Tolstoya məktub 
Aradan  altı  il  keçdi.  Ancaq  nə  İbrahim  ağanın  ata  ürəyi  sakit  olur,  nə  də 
Yelena  Yefimovanın  ana  qəlbi  narahat  döyüntüsünü  kəsirdi.  Onların  intizarının 
əsas  səbəbi  oğlanlarının  hansı  dinə  qulluq  etmələri  idi.  Tale  onlara  üçüncü  bir 
övlad da bəxş etmişdi. Rənanın artıq on üç yaşı vardı. Hara getməli, kimdən ağıllı 
bir  məsləhət  almalı?  Nə  rəsmi  dövlət  idarələri,  nə  də  din  xadimləri  çıxılmaz 
vəziyyətdə qalan ailəyə bu barədə kömək edə bilirdilər. 
Generalın Peterburq Texnologiya İnstitutunda təhsil alan böyük oğlu Borisi, 
Moskvadakı Alekseyev hərbi məktəbində oxuyan Qlebi də bir sual düşündürürdü: 
Mən  kiməm,  hansı  millətə  məxsusam?  Bu  izahedilməz  müdhiş  sual  qarşısında 
qalan hər iki qardaş tez-tez ana-ataya müraciət edirdilər. 
Faris Vəkilovun söhbətindən: 
-  Mənim  on  doqquz  yaşım  tamam  oldu.  Dərs  məşğələləri  ilə  bərabər 
Məhəmmədin  dininə  keçmək  fikri  də  məni  tərk  etmirdi.  1904—05-ci  illərdəki 
şərait  bu  niyyətimin  həyata  keçməsinə  kömək  etməli  idi.  Bəd  niyyətli  rus-yapon 
müharibəsi,  xalq  kütlələri  arasındakı  inqilabi  əhvali-ruhiyyə  çar  hökumətini  bəzi 
liberal qərarlar    verməyə məcbur etdi. 
1904-cü ildə «Din azadlığı haqqında manifest» nəşr olundu. Orada hər hansı 
bir  səbəbdən  ata-baba  dinindən  dönmüşlərə  yenidən  o  dinə  qayıtmalarına  icazə 
verilirdi.  Adama  elə  gəlirdi  ki,  müvafiq  ərizə  vermək  kifayətdir  ki,  bununla  da 
məsələ  həll  olunsun.  Təcrübəli  adamlar,  o  cümlədən  mənim  valideynlərim 
Peterburqa  gəlişimin  birinci  ilində  pravoslav  dininin  müdafiəçilərinin  bilavasitə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə