14
Şamil
Nəcəfov
sesi də intensivləşdi [7, s. 35].
Daha geniş otlaqları mənimsəmək istəyi tayfalararası münaqişələrin
başlıca səbəbinə çevrilmişdir. Bu toqquşmalara qarətçi mahiyyət vermişdir
[8, s. 61].
Bu münaqişələr zamanı həm də mal-qaranın ələ keçirilməsi yolu ilə
var-dövlətin artırılması qədim heyvandarların əsas məqsədlərindən idi. Yay-
laqlarda, o cümlədən Kiçik Qafqaz regionunda müvəqqəti yaşayış tikililəri-
nin, yurd yerlərinin meydana çıxması da məhz bu səbəblərdən irəli gəlmiş-
dir. Bu tikililərdə qədim maldarlar özlərini və heyvanlarını tayfalararası toq-
quşmalar zamanı müdafiə edirdilər. Bu tikililər həm də heyvanların təbii fə-
lakətlərdən və yırtıcı heyvanlardan qorunmasına xidmət etmişdir [9, c. 90-
93].
Kiçik Qafqazın başqa hissələrində bu tip tikililərə rast gəlinir.
Göründüyü kimi, Azərbaycan ərazisində yüksək dağlıq ərazilərdə qədim
heyvandarlara məxsus tikililər ilk tunc dövründən başlayaraq inşa edilmiş,
son tunc-ilk dəmir dövründə isə bu proses daha da genişlənmişdir. Qazın-
tılar zamanı əldə edilən orta əsrlərə aid saxsı qab qalıqları bu yurd yerlərin-
dən son dövrlərə qədər istifadə edildiyini göstərir. Hətta bəzi belə mövsümi
yurd yerlərinin yaxınlığından orta əsrlərə aid müsəlman qəbirləri də aşkar
edilmişdir. Heç bir epitafiyası olmayan qəbirlərin yeri yalnız qəbirüstü kiçik
həcmli baş daşları vasitəsilə bilinir.
Böyük və Kiçik Qafqaz arasındakı vadidə Gəncə-Qazax düzənliyində
aparılmış arxeoloji tədqiqatlar, yaşayış yerlərini və qəbir abidələrinin tədqiqi
və müqayisəli təhlili bu abidələrin Kiçik Qafqazın tunc dövrü maldar tay-
falarına məxsus olmasını bir daha sübut etməklə yanaşı, bu bölgənin qədim
əhalisinin heyvandarlıq təsərrüfatı, maddi mədəniyyəti barədə müəyyən mə-
lumatlar əldə etməyə imkan verir.
Fikrimizcə orta Kür hövzəsinin yüksək dağlıq ərazilərində yaşayış
yerlərinin meydana çıxmasının yeganə səbəbi yaylaq maldarlığı olmuşdur.
Bunu ilk növbədə həmin yerlərdən tapılan arxeoloji materialların eyniliyi
təsdiq edir.
Tunc dövrünə aid yaşayış məskənlərində aparılan arxeoloji qazıntılar
nəticəsində məlum olmuşdur ki, ilk tunc dövrünün orta mərhələsində xırda-
buynuzlu heyvanlar iribuynuzlu heyvanlara nisbətən say etibarilə üstünlük
təşkil etmişdir. Bu fərq sonrakı mərhələdə özünü daha kəskin şəkildə büruzə
verir. Məhz xırdabuynuzlu heyvanların sürətli artımı yaylaq maldarlığının
meydana çıxmasına səbəb olmuşdur. Çünki, xırdabuynuzlu heyvanları otar-
maq üçün yeni örüş yerləri tələb olunurdu. O.Həbibullayev I Kültəpə çoxtə-
bəqəli qədim yaşayış yerinin qazıntılarının nəticələrinə əsaslanaraq yazır:
“ilk tunc dövrünün orta mərhələsində xırdabuynuzlu heyvanların daha in-