82
Vüsal Əliyev
dövr ərzində bu abidədə arxeoloji tədqiqat işləri aparılmamışdır. 2013-cü
ildə isə Nərgiztəpə yenidən diqqəti cəlb etmiş, AMEA Arxeologiya və Et-
noqrafiya İnstitutu Xocavənd rayonunun cəbhə xətti boyunca olan ərazi-
lərində ilkin kəşfiyyat-axtarış işləri aparmaq məqsədilə Nərgiztəpə arxeoloji
dəstəsini təşkil etmiş, 2014-2015-ci illərdə isə Azərbaycan Respublikası
Prezidentinin yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə bu abidədə inten-
siv tədqiqatlar aparılmışdır. Nərgiztəpənin ətrafında Tunc və Erkən Dəmir
dövrü, Antik dövr abidələri ilə yanaşı, orta əsrlərə aid yaşayış yerləri, tikili
qalıqları və qabiristanlıqlar da var. Abidənin cənub
ətəyindəki qəbirüstü daş-
lardan bəzilərinin üzərinə qazma üsulu ilə müxtəlif işarə və damğalar (ox,
kaman və s.), oyma naxışlar salınmışdır. Belə təsvirlər oğuz türklərinin adı
ilə bağlı olub Azərbaycanda erkən orta əsrlərdən yayılmağa başlamışdır
(16,
s. 68).
Rəvayətlərə görə, Kitabi-Dədə Qorqud dastanındakı əhvalatların
müəyyən hissəsi, əsasən də Qaraca Çobanla bağlı hadisələr məhz bu abidə
ətrafında baş vermişdir, buradakı iri həcmli daşlar isə Qaraca Çobanın sa-
pand daşları və ya daşa dönmüş qoyunlarıdır. Dastan qəhrəmanı Qazan xan
isə dastanda “Qaraçuğun qaplanı” adlandırılır. Təsadüfi deyildir ki, Nərgiz-
təpə yaxınlığında Qarabağ dağ silsiləsinə məxsus yüksəkliklərdən birinin
adı da məhz “Qaraçuğ”dur. Onun hündürlüyü 632 metrdir
(18, s. 70).
Nərgiztəpədə aparılan arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir
ki, abidənin üst təbəqəsi orta əsrlərə (IX-XIII əsrərə) aiddir. Bu təbəqədə
ocaq yerləri açılmış, şirli və şirsiz keramika nümunələrinə, daşdan əmək
alətlərinə rast gəlinmişdir.
Əmirəhməd təpəsi adlı orta əsr yaşayış yeri Mil düzündə - Ağcabədi
rayonunun Kəbirli kəndi ərazisində, Govurarxın sağ tərəfində, ondan 1,2 km
məsafədə diametri 130 m
, hündürlüyü isə 2,
5 m
olan təpənin üstündə yer-
ləşir. Abidənin mövcud olduğu sahədən və ətraflarından xeyli miqdarda şirli
və şirsiz saxsı qab qırıqları tapılmışdır. Həmin saxsı
nümunələri IX-XIII əsr-
lərə aiddir
(15, s. 52). XX əsrin ortalarınadək Kəbirli kəndinin əvvəlki qəbi-
ristanlığı Əmirəhmədtəpənin üzərində olmuşdur. Ənənəvi olaraq abidənin
ətrafı əkin yeri kimi istifadə edilir.
Qurdtəpə yaşayış yeri Ağcabədi rayonunun Aran kəndində, Gavurar-
xın sol sahilində yerləşən kənd tipli yaşayış məskənidir. Dəniz səviyyəsin-
dən təxminən 60 m yüksəklikdə olan bu abidə dairəvi şəkildədir, diametri
110 m, ətraf ərazidən hündürlüyü 1,7 m-dir. Təpənin şimal tərəfindən Govu-
rarx keçir, qalan üç tərəfdən isə abidə ev və həyətyanı sahələrlə əhatə olu-
nub. 1976-cı ildə Qurdtəpədən 120 m məsafədə yerləşən sahədən böyük tə-
sərrüfat küpü aşkar edilmişdir. Bu tapıntı yaşayış məskəninin keçmişdə daha
böyük ərazini əhatə etdiyini söyləməyə imkan verir. Yaşayış yerinin şimal-
qərb tərəfində 16 kv.m
sahədə arxeoloji qazıntı aparılmış, IX-XIII əsrlərə
Mil düzünün orta əsr abidələrinin arxeoloji
tədqiqinə dair
83
aid maddi mədəniyyət qalıqları, əsasən, şirsiz və şirli saxsı qab qırıqları ta-
pılmışdır
(15, s. 53). Abidənin yaxınlığında kanal tikintisi zamanı antik dövr
sütun altlıqlarına oxşar iki ədəd daş sütun altlığı aşkara çıxarılmışdır. Bu ta-
pıntılar, eyni zamanda orta əsr saxsı qabları ilə yanaşı, buradan e.ə. I minil-
liyin ikinci yarısına aid materiallara da təsadüf edilməsi bəhs etdiyimiz abi-
dənin çoxtəbəqəli olduğunu təsdiq edir. Arxeoloji materialların təhlili Qurd-
təpənin alt təbəqəsinin Qaratəpənin alt təbəqəsi ilə eynilik təşkil etdiyini
(e.ə. VII-VI əsrlərə aid olduğunu) göstərir
(12, s. 82-87).
Yuxarıda bəhs olunan hər iki yaşayış yeri (Əmirəhmədtəpə və Qurd-
təpə) vaxtilə Govurarxın yanı ilə uzanan karvan yolu üstündə yerləşmişdir
və onlar Mil düzündəki orta əsr şəhər məskənləri olan Qalatəpə ilə Örənqala
arasında əlaqə rolunu oynamışlar
(1, s. 103).
Mil düzünün orta əsr şəhərləri Araz və Kür çaylarından çəkilmiş su-
varma şəbəkəsi (kanalları) vasitəsi ilə təchiz olunurdu. Bu baxımdan başlan-
ğıcını Araz çayından götürən, ümumi uzunluğu 60 km olan Govurarx, Mil
düzünün, o cümlədən Beyləqan şəhərinin təsərrüfat həyatında mühüm əhə-
miyyətə malik idi
(10, s. 93). Ətraf ərazidə su mənbəyi olmadıqda və ya
kifayət etmədikdə suyun yer səthinə yaxın olan sahələrdə quyu və ovdanlar
qazmaqla yeraltı
sulardan istifadə edilirdi (1, s. 83).
Orta əsr memarlığı içərisində Arran məktəbinin xüsusi rolu var idi.
Memarlıq məktəbinin başlıca mərkəzləri Bərdə, Gəncə, Şəmkir, Beyləqan
və Dəbil şəhərləri olmuşdur. Tədqiqatçıların fikrincə, bu memarlıq məktə-
binin rüşeymləri ilkin olaraq IX əsrdə Bərdədə təşəkkül tapmış, X-XI əsr-
lərdə Gəncədə, Şəmkirdə, Dəbildə və Beyləqanda inkişaf etmiş, XII əsrdə
çiçəklənmə çağını yaşamış, monqol işğalından sonra öz əvvəlki əhəmiy-
yətini itirmişdir. Arran memarlıq məktəbinin öyrənilməsində onun nüma-
yəndələrinin ərazisində aparılan arxeoloji qazıntı işlərinin əhəmiyyəti olduq-
ca böyükdür
(9, s. 85).
Mil düzündə ilk monqol yürüşlərindən sonra demək olar ki, həyat sön-
müş, bir vaxtlar çiçəklənən şəhər və kəndlər xarabalığa çevrilmişdir. Yalnız
XIII əsrin ikinci yarısında – Azərbaycan ərazilərinin monqol Hülakülər döv-
lətinin tərkibinə qatılmasından, bu dövlətin əsas, mərkəzi bölgələrindən biri
olmasından sonra Mil düzündə nisbi sabitlik yaranmış, müəyyən canlanma
başlanmışdır. Mil düzünün bəzi abidələrində aparılan tədqiqatlar bunu təs-
diq edir. Məsələn, indiki Füzuli rayonu ərazisində 1273-1274-cü illərdə me-
mar Əli Məcidəddin tərəfindən Şeyx Babı Yaqubinin şərəfinə çox möhtə-
şəm bir türbə ucaldılmış, xanəgah tikilmişdir. Burada aparılan arxeoloji təd-
qiqatlar nəticəsində nüfuzlu və müqəddəs şəxslərin dəfn olunduğu yeraltı
məqbərələr açılmışdır
(6, s. 74-75).
Azərbaycan tarixinin tədqiqində Mil düzü abidələrinin, o cümlədən
şəhər və kənd tipli orta əsr yaşayış məskənlərinin öyrənilməsinin müstəsna