382 DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ
günü yaxınlaşdığı zaman gözlənilməz çətin ölümlər,
ondan sonra isə çoxlu zəlzələlər baş verəcək.”
1
Əmirəl-möminin Əli (ə) bu barədə belə bəyan edir:
“Qaimin (ə.c) zühurundan əvvəl iki ölüm növü çох
olacaq: Qırmızı ölüm və ağ ölüm. Ağ ölüm taun
adlanan хəstəliyin geniş yayılmasıdır.”
2
İmam Sadiq (ə) buyurur: “Qiyamət və qayıdış
gününün əlamətlərindən biri də iflic və qəfil gələn
digər ölümlərin çoxalmasıdır.”
3
İmam Kazım (ə) Peyğəmbərimizin (s) dilindən belə
nəql edərək buyurur: “Qəfil ölümlərin, cüzam,
babasıl və bu kimi xəstəliklərin çoxalması, qiyamət
və məhşər gününün nişanələrindəndir.”
4
“Bəyanul-Əimmə” kitabında deyilir: “Mehdinin (ə.c)
zühurunun yaxınlaşması əlamətlərindən biri də
1. “Əl-Mucəmul-Kəbir”, 7-ci cild, səh. 59.
2. Taun bəlkə də o dövrün ən əlacsız xəstəliyi olduğu üçün ona
ağ ölüm adı verilmişdir. Lakin indiki zamanda narkomaniya,
hipatit, spid və bu kimi xəstəliklərə bu adı vermək daha uyğun
olar. Mufid, “İrşad”, səh. 359; Numani, “Qeybət”, səh. 277; Tusi,
“Qeybət”, səh. 267; “Əlamul-Vəra”, səh. 427; “Xəraic”, 3-cü cild,
səh. 1152; “Siratul-Mustəqim”, səh. 249; “Biharul-Ənvar”, 52-ci
cild, səh. 211, “İlzamun-Nasib”, 2-ci cild, səh. 147.
3. “Biharul-Ənvar”, 52-ci cild, səh. 313; İbn Əsir, “Nəhayə”, 1-ci
cild, səh. 187.
4. “Biharul-Ənvar”, 52-ci cild, səh. 269; “Əl-İmamətu vət-
Təbsirə” kitabından, “İlzamun-Nasib”, 2-ci cild, səh. 125.
TIBB VƏ MÜALICƏ
383
xəstəliklərin yayılması, vəba, taun kimi xəstəliklərin
bütün dünyada artmasıdır. Xüsusilə, Bağdad və ətraf
şəhərlərdə kütləvi surətdə yayılması ilə insanları
həlakətə uğradacaq.”
1
2. Tibb və sanitariya
İmam Mehdinin (ə.c) hakimiyyəti dövründə tibb-
sanitariya sahəsi də olmaqla elmi inkişaf, cəmiyyətdə
bu kimi tərəqqilərdən istifadə, müharibə alovlarının
söndürülməsi, insanların etik islahı vasitəsi,
yaranmış psixoloji rahatlıq, fermer-kənd təsərrüfatı,
maldarlığın genişləndirilməsi və düzgün qidalanma
metodları ideal səviyyəyə çatacaq. Bu zaman
insanlar fiziki cəhətdən çox yaхşı səviyyədə olacaq,
bir insan minlərlə övlad, nəvə-nəticə və bu kimi
törəmələrini görə biləcək, uzunömürlü olacaq və
sonra da vəfat edəcək.
Rəsuli-Əkrəm (s) buyurur: “İsa (ə) asimandan yerə
nazil olub Dəccalı öldürəndə, günəş şərqdən deyil
qərbdən çıxdığı zaman 40 il rahat və asudə həyat
sürəcəksiniz. Bu müddət ərzində nə kimsə ölər və nə
də kimsə xəstələnər.”
2
Bəlkə də, Rəsuli-Əkrəmin (s) bu sözləri deməkdə
məqsədi zühurdan əvvəlki ölüm-itim və yayılmış
1. “Bəyanul-Əimmə”, 1-ci cild, səh. 102.
2. İbn Tavus, Mülahim, səh. 97.
384 DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ
xəstəliklərin İmam Mehdi (ə.c) dövründə çox az və
(bəlkə də) heç olmamasını çatdırmaqdır. Bəlkə də,
elə kəlamın zahiri mənası nəzərdə tutulur. Belə
olduğu zaman isə hədis aşağıdakı kimi
mənalandırılır: İmam Mehdinin (ə.c) zühuru
dövründə onun mübarək varlığına xatir heç kəs
üçün nə bir xəstəlik və və nə də ölüm olmayacaq.
Əmirəl-möminin Əli (ə) bu barədə belə buyurur:
“İmam Zamanın (ə.c) hakimiyyəti dövründə ...
insanların ömrü uzun olacaq.”
1
Müfəzzəl ibn Ömər deyir ki, İmam Sadiq (ə) belə
buyurub: “Bizim Qaimimiz (ə.c) qiyam etdiyi zaman
... оnun hakimiyyəti sayəsində insanların ömrü uzun
olacaq. Belə ki, hər bir insanın min övladı olacaq.”
2
İmam Səccad (ə) bu barədə buyurur: “Bizim
Qaimimiz (ə.c) qiyam etdiyi zaman Allah-taala
bütün xəstəlik və bəlaları şiələrimizin üzərindən
uzaqlaşdıracaq,
qəlblərini
dəmir
kimi
möhkəmlədəcək, onların hər birinə qırх kişinin güc
1. “Əqdud-Durər”, səh. 159; “Əl-Qəvlul-Muxtəsər”, səh. 20.
2. Mufid, “İrşad”, səh. 363; “Əl-Mustəcad”, səh. 509; “Biharul-
Ənvar”, 52-ci cild, səh. 337; “Vafi”, 2-ci cild, səh. 113.
TIBB VƏ MÜALICƏ
385
və qüdrətini verəcək, onlar Yer üzünün hakim və
rəhbərləri olacaqlar.”
1
İmam Baqir (ə) Sahibəz-Zamanın (ə.c) hakimiyyəti
dövründə ətraf mühitin sağlamlığı və səhiyyə
barəsində buyurur: “Bizim Qaimimiz (ə.c) qiyam
edəndə ... kanalzasiya quyularını, yоl üstündəki
navalçaları söküb aradan aparacaq.”
2
Səhiyyədəki və ətraf mühitin sağlamlığının
qorunması hakimiyyətin vəzifəsidir. Elə bu səbəbdən
də ekologiyanı təhlükəyə sala bilən hər hansı bir
amilin qarşısı alınmalıdır. Kanalizasiya və çirkab
suların küçələrə axıdılması, bəzi şəhərlərdə anti-
sanitariya tədbirlərinin ümumi surətdə həyata
keçirilməsi təbiidir və ekologiyanı təhlükəyə sala
bilər. Elə bu cəhətdən də İmam Mehdinin (ə.c)
hakimiyyəti zamanı bu və buna bənzər halların
qarşısı alınacaq.
1. Numani, “Qeybət”, səh. 317; Səduq, “Xisal”, səh. 541;
“Rəvzətul-Vaizin”, 2-ci cild, səh. 295; “Siratul-Mustəqim”, 2-ci
cild, səh. 261; “Biharul-Ənvar”, 52-ci cild, səh. 317.
2. “Mən La Yəhzuruhul-Fəqih”, 1-ci cild, səh. 234; Mufid,
“İrşad”, səh. 365; Tusi, “Qeybət”, səh. 283; “Rəvzətul-Vaizin”,
2-ci cild, səh. 264; “Əlamul-Vəra”, səh. 432; “Əl-Fusulul-
Muhimmə”, səh. 302; “İsbatul-Hudat”, 3-cü cild, səh. 452;
“Biharul-Ənvar”, 52-ci cild, səh. 333.
Dostları ilə paylaş: |