Cəlil Cavanşir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix26.08.2018
ölçüsü2,09 Mb.
#64290
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

132 
 
 
Bax  belə  gərgin  günlərin  birində  patronum  Hikmət 
mənə evlilik təkilf etdi. 
Orxan  çəngəllə  qarşısındakı  balıq  tikəsini  qurdalaya-qur-
dalaya sual verdi: 
– Dərhal qəbul etdin? 
– Əvvəl tərəddüd edirdim. Sonra ailəmdən xilas olmağın ye-
ganə  yolu  kimi  onun  təklifinə  “hə”  dedim.  Evimizdə  ye-
diyim hər tikə çörək baş qaxıncı idi. Üstəlik qardaşım özünə 
ev alıb şəhərə köçmüşdü və demək olar ki, hər addımımı iz-
ləyirdi. Bezmişdim. Qaçmalı, xilas olmalı idim. 
...Toyumuz  çox  dəbdəbəli  oldu.  Hikmət  hamıya  ya-
lan  danışmışdı.  İndi  də  onun  bu  fədakarlığını  xatırlayanda 
utanıram.  Bəlkədə  adi  şeydir  və  onun  üçün  fərqi  yoxdur. 
Mənim əvvəlki evliliyimi gizlətmiş, el adəti ilə elçilik, toy et-
mişdi. Toydan sonra Hikmətin evinə köçdük. İlk günlər hər 
şey  qaydasında  gedirdi.  Birlikdə  evdən  çıxır,  birlikdə  qa-
yıdırdıq.  Özümü  çox  xoşbəxt  hiss  edirdim.  Onu  sevməsəm 
də, birtəhər alışmağa çalışır, yaşadıqlarımı unudurdum. Am-
ma Hikmət  Tərlandan da beşbetər imiş. Getdikcə əsl siması 
üzə  çıxırdı.  Başa  düşürdüm  ki,  keçmişimlə  barışa  bilmir. 
Yerli-yersiz məni təhqir edir, aşağılayırdı.  
...Toyumuzdan bir il keçəndən sonra başa düşdük ki, 
övladımız  olmayacaq.  Əvvəl  Hikmət  bunun  da  günahını 
mən-də görür, haqsız yerə məni incidir, təhqir edirdi. Bilən-
də ki, problem ondadır və heç zaman uşağı olmayacaq, daha 
da dəyişdi.  
Orxan söhbətin bu yerində növbəti siqaretini yandır-
dı və Şahinin Könüllə bağlı dediklərini xatırladı. Artıq əmin 
idi ki, Könül yalan danışır. Tərslikdən o bu yalanlara səbirlə 
qulaq asmağa məhkum idi. 
 


133 
 
Könül isə öz işində idi. Baxışlarını naməlum bir nöq-
təyə zilləyib söhbətinə davam edirdi... 
... Məni tez-tez döyür, evdən qovurdu. Özü də etiraz-
çı  gənclərə  qoşulmuşdu.  Bütün  günü  onlarla  görüşüb  içir, 
evə gecənin  yarısı qayıdırdı. Hamının yanında mənim hicab 
bağlamağıma lağ edir, məni aşağılayırdı. Və günlərin bir gü-
nü  tələb  etdi  ki,  hicabı  açım.  Beləliklə  həyatımda  daha  bir 
dönüş nöqtəsi yarandı. Onsuz da namaz qılmırdım. Hikmə-
tin təklifi də ürəyimdən olduğu üçün çox müqavimət göstər-
mədim. Bir gün ayıldım ki, artıq evimizdə içki məclisləri qu-
rulur.  
İçki ilə ilk tanışlığım da Hikmətin sayəsində oldu. İs-
rarla  məni  içirdir  və  mənim  sərxoş  olmağımla  fəxr  edirdi. 
Mənim içməyim, xüsusilə onun “seksual inqilab” carçısı olan 
dostları ilə badə toqquşdurmağım onun qürur yeri idi. Sanki 
hamıya  necə  modern  və  açıqfikirli  olduğunu  car  çəkirdi. 
Onun  dostlarına,  yaxınlarına  alışmışdım.  Hikmət  işdən  çı-
xana qədər səbrim çatmırdı. Onların yığışdığı ucuz barlarda, 
kafelərdə özümü daha xoşbəxt hiss edirdim. 
– Və bu ərəfədə Nicatla tanış oldun... 
– Hə... Bu barədə danışmışam sənə. Yəqin özü də deyib. Bizə 
tez-tez  gəlirdi.  Ərim  onun  söhbətlərini  dinləməkdən  zövq 
alırdı.  Belə  görüşlərimizin  birində    yaxşıca  içdik.  Ərim  tez 
sərxoş oldu və yatağına güclə apardıq. Mən isə ustalıqla sər-
xoş rolunu oynayırdım. O isə dayanmadan içir və siqaret sü-
mürürdü.  Rəfiqəmə  Tərlandan  danışıb  ağlayır,  əslində  isə 
Nicatın  diqqətini  çəkməyə  çalışırdım.  Yavaş-yavaş  istəyimə 
çatırdım.  Nicat  gözünü  məndən  çəkmirdi.  Hiss  edirdim  ki, 
sıxılır. Narahatlığı aydın hiss olunurdu. Sağollaşıb masadan 
qalxdı. Onu yola salanda özümdən asılı olmayaraq boynuna 
sarılıb  ağladım.  Hikməti  sevmədiyimi,  başqa  birinə  aşiq  ol-


134 
 
duğumu dedim. Hiss edirdim ki, onu yoldan çıxarmaq o qə-
dər də çətin olmayacaq. 
– Nicata qədər Hikmətə xəyanət etmişdin? 
–  Yalnız  düşüncələrimdə.  Psixoloqlara  görə,  evli  cütlüklər 
arabir başqaları haqqında fantaziya qura bilərlər. Hər halda 
beyində xəyanət yataqda xəyanətdən daha yaxşıdır. Həm də 
güclü fantaziya sönmüş hisslərimi oyadırdı.  
– Bilirsən, seksual fantaziyalar real xəyanətə yol açır... 
– Nicat mənim fantaziyalarımdakı kişi deyildi. İlk günlər Ni-
catla dost olmaq, ona sadəcə yaxın olmaq istəyirdim. 
– Qadınlar elə düşünürlər ki, kişilər dostluğu sevgiyə çevir-
mək  istəyir.  Amma  məncə,  məhz  qadınlar  dost  müna-
sibətlərini fərqli tərəfə çəkirlər, sənin kimi.  Axı qadınlar da-
ha  emosionaldırlar  və  potensial  sevgilini  dostlarının  arasın-
dan axtarırlar. Bu, qadın üçün daha təhlükəsiz variantdır.  
– Bəlkə də haqlısan. Amma razılaş ki, Nicat ideal kişi deyildi. 
– Deməli Nicat da, Hikmət də ideal deyildi. Belə çıxır ki, sən 
Nicatı da sevmirdin... 
– Nicatı sevirdim. Əslində Hikmətə də biganə deyildim. Am-
ma nədənsə, mənə elə gəlirdi ki, Hikmət məndən soyuyub. 
–  Hmmm...  Qadınlar  düşünür  ki,  əri  ondan  bezib,  yorulub 
və  yeniliklər  axtarışındadır.  Sən  də  Hikmətin  bezdiyini  dü-
şünürdün  və  ondan  soyuyurdun.  Əslində  isə  o  sənin  xi-
laskarın və qəhrəmanın sayılmalıdır.  Hikmət də kənarda nə 
axtardığını, onu nəyin cəlb etdiyini anlamırdı məncə. Məncə 
o  yaşaya  bilmədiyi  uşaqlığının,  gəncliyinin,  sən  isə  yaşaya 
bilmədiyin qadınlıq hisslərinin axtarışında olmusan. Bilirsən, 
xəyanət  edən  tərəf  bu  haqda  heç  düşünmür  də.  Bəzi  kişilər 
uşaqlıqda,  bəziləri  gənclikdə  məhrum  olduğunu  axtarır. 
Hikmətin soyuqluğunun səbəbi sən yox, yaşaya bilmədikləri 
idi... 


135 
 
–  Nicatla  rastlaşdığımız  gündən  onu  özümə  aşiq  etməyə 
çalışırdım. Demək olar ki, ona hər gün ya zəng edirdim,  ya 
da feysbukda nə isə yazırdım. Onun davranışından mənə bi-
ganə olmadığını anlayırdım. 
– Sən onu qucaqlayanda necə davrandı?  
– Mənə toxtaq səslə təsəlli verib, yerimə uzanmağıma kömək 
etdi.  Rəfiqəm  onu  yola  salanda  titrək  səsini  eşitdim  –  “Kö-
nüldən muğayat ol, sakitləşdir və danışmağa imkan vermə.” 
Sonra  getdi.  Səhər  ona  zəng  elədim.  Görüşdük.  Ona  bütün 
həyatımı ən xırda detallarına qədər danışdım. Sakitcə siqaret 
tüstülədir  və  hərdən  sözümü  yarıda  kəsib,  məsləhətlər 
verirdi.  
–  Bu  barədə  danışmışdı  mənə.  Sonra  bir  yazı  da  yazmışdı. 
Oxumamısan? 
– Yox. Nadir hallarda onun yazdıqlarını oxuyurdum. 
– Çox təsirli yazıdır – Orxan salfetlə əlini silib, əlini çantasına 
uzatdı – gözlə, oxuyum. 
– Ver, evdə özüm oxuyaram.  
–  Yox,  qoy    oxuyum.  Bəlkə  bir  iradın  oldu.  Bəlkə  nəyi  isə 
səhv yazıb? 
–  Sən  oxu,  mən  qabağımdakı  tikəni  yeyim.  Acından  başım 
ağrıyır.  
Orxan  çantasını  eşələyə-eşələyə  deyinirdi.  Könül  isə 
öz işində idi. İştahla qarşısındakı balığı mədəsinə ötürürdü.  
Orxan vərəqləri çantasından çıxarıb, masanın boş his-
səsinə  qoydu.  Ofisiantı  çağırıb  şərab  sifariş  verdi.  Yenidən 
Könülü süzüb, başını buladı və oxumağa başladı: 
 
“...Bu əsl sevgi idi. Bəli, illərlə axtardığım və tapa bil-
mədiyim qadını tapmışdım. Amma eyni anda dünya başıma 
uçmuşdu. 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə