Cavablarimiz



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə2/105
tarix22.01.2022
ölçüsü1,66 Mb.
#83046
1   2   3   4   5   6   7   8   9   ...   105
vehabi suallarina cavablarimiz

 
ÖN SÖZ 
Allah-taala buyurmuşdur: 
“Həqiqətən  Allah  bütün  pislikləri  siz  əhli-beytdən  uzaq 
etmək, sizi pak qərar vermək istəyir.”
1
 
Allahın Rəsulu (s) buyurur: 
“Ey insanlar, mən sizin üçün iki 
qiymətli  əmanət  qoyuram:  Allahın  kitabı  və  Əhli-beytim 
(ailəm). Bu iki şeydən tutun ki, heç vaxt azmayasınız. Lətif 
və xəbərdar Allah mənə xəbər verərək əhd etdi ki, bu iki 
şey kövsərdə mənə çatanadək bir-birindən ayrılmaz.”
2
 
Həzrət  (s)  başqa  bir  hədisdə  belə  buyurur: 
“Mənim  Əhli-
beytim  Nuhun  gəmisi  kimidir,  ona  sığınan  qurtular,  ona 
arxa çevirən həlak olar.”
3
 
Bizim  şiələr  Həcc  səfərində  olarkən  sünni  qardaşların  bə’zi 
əməlləri  onlarda  sual  doğurur.  Onlar  sünnə  əhli  ilə  şiələr 
arasındakı  əqidə  və  əməl  fərqlərinin  kökünü  bilmək  üçün 
möhtərəm ruhanilərə suallar verirlər.  
2003-ci ildə fərdi ümrə mövsümü Mədinədə olarkən Ayətullah-
üzma Fazil Lənkəraninin hey’ətində şər’i suallara cavab vermək 
üçün  tapşırıq  aldım.  Bir  qrup  ruhani  diqqəti  cəlb  edən  ixtilaflı 
məsələləri 
araşdırıb,  onları  qısa  izahlarla  zəvvarlara 
çatdırmağımı  istədilər.  Mən  bu  kitabla  həmin  istəyi  imkan 
qədərində yerinə yetirdim.  
Xatırladım  ki,  bu  kitab  Mədinədə  olarkən  yazılmış  və  sünni 
mənbələrdən  “Səhihe-Buxari”,  “Səhihe-Müslim  kitablarından, 
“Məscidün-nəbi”  kitabxanasından  və  İbn  Bazın  yazılarından 
 
1
 Əhzab surəsi, ayə 33. 
2
 “Came əhadisuş-şiə”, ayətullah-üzma Birucerdi, c.1, müqəddimə, 1-ci çap, s. 
32 
3
 Həmin mənbə, c. 1, s. 28 


 
 

istifadə  edilmişdir.  Əvvəlki  iki  kitabı  sünnilər,  sonuncunu  isə 
vəhhabilər mö’təbər hesab edirlər.  
On  il  olar  ki,  Ayətullah  İştiharidi  adı  çəkilən  hey’ətlə  Həccə 
gəlir  və  ətrafdakılar  onun  əxlaq  və  elmindən  faydalanırlar.  Bu 
kitabın  bir  nüsxəsini  ona  təqdim  etdim.  Kitabı  oxuyub,  bə’zi 
qeydlərini  bildirdi.  Onun  qeydləri  kitabın  sonunda  olduğu  kimi 
dərc 
edilib. 
Kitabda 
Ayətullah 
Qulamriza 
Sələvatinin 
məsləhətləri də imkan daxilində nəzərə alınıb.  
Hər iki alimə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edir, 
onlara  Allahdan  uzun  və  bərəkətli  ömür,  daha  artıq  yardım 
arzulayıram.  

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə