www.vivo-book.com
111
Di Di bizim üçün qırmızı Ģərab açdı. Mən keçib yemək
üçün ayrılmıĢ küncdə oturdum.
– Onun üçün darıxırsanmı?
– Ġlahi, hə. Az qalıram ağlayam. Mənim bütün içalatım
çeynənib. Bəlkə də bu vəziyyətdən salamat çıxmadım.
– Çıxarsan, çıxarsan. Biz sənə Lidiyanı unutmağa
kömək eləyərik. Biz səni bu vəziyyətdən dartıb çıxararıq.
– Onda belə çıxır ki, sən mənim nə hisslər keçirdiyimi
bilirsən?
– Bizim hamımızın baĢına belə Ģeylər gəlib, özü də bir
neçə dəfə.
– Ondan baĢlayaq ki, o qancıq məni heç vaxt vecinə
almayıb.
– Səhv edirsən, o səni vecinə alıb. Hətta indi də o səni
vecinə alır.
Mən belə qərara gəldim ki, Di Dinin Hollivud
Təpələrindəki böyük evində olmaq öz evimdə təkbaĢına kürt
toyuq kimi yumurtaların üstündə oturmaqdan yaxĢıdır.
– Belə çıxır ki, qadınlarla o qədər də yaxĢı davrana
bilmirəm, – mən dedim.
www.vivo-book.com
112
– Sənin qadınlarla rəftarında heç bir problem yoxdur, –
Di DĠ dedi. – Və sən son dərəcə də gözəl yazıçısan.
– Ondansa, qadınlarla yaxĢı ünsiyyət qura bilməyə
üstünlük verərdim.
Di Di bir siqaret yandırdı. O, siqareti çəkib bitirincəyə
qədər gözlədim, sonra masanın üstündən uzanıb onu öpdüm.
– Sən mənim ovqatımı düzəltdin. Lidiya isə daim mənə
hücumlar edirdi.
– Bu heç də sənin düĢündüyün mənaya gəlmir.
– Lakin o xoĢagəlməz də ola bilər.
– Əlbəttə xoĢagəlməz ola bilər.
– Özünə bir sevgili tapmısanmı?
– Hələ yox.
– Bura mənim xoĢuma gəlir. Bəs buranı belə tər-təmiz
saxlamağa necə müvəffəq olursan?
– Biz evimizdə qulluqçu saxlayırıq.
– Hə?
– O sənin xoĢuna gələcək. O iricüssəli bir zənci
qadındır və mən gedəndən sonra ev iĢlərini bacardığı qədər
tez bitirir. Sonra o, yatağa girir və peçenye yeyə-yeyə
www.vivo-book.com
113
televizora baxır. Hər gecə öz yatağımda peçenye qırıqları
tapıram. Sabah səhər iĢə gedəndə, ona deyəcəyəm ki, sənin
səhər yeməyini hazırlasın.
– DanıĢdıq.
– Yox, dayan. Sabah Ģənbə günüdür. ġənbə günləri
mən iĢləmirəm. Biz yeməyimizi restoranda yeyərik. YaxĢı
bir yer tanıyıram. Sənin xoĢuna gələcək.
– Oldu.
– Yəqin sən də bilirsən, mən həmiĢə səni sevmiĢəm.
– Nə?
– Uzun illərdir. Bilirsənmi, əvvəlcə, Berni, sonra isə
Cek ilə sənin evinə gələrdim, əslində, istədiyim adam elə
sən idin. Lakin sənin gözlərin israrla məni görmək istəmirdi.
Sən daim ya öz pivə bankanı əmirdin, ya da bütün fikrin-
zikrin baĢqa bir Ģeylə məĢğul olurdu.
– Axmaq olmuĢam, düĢünürəm ki, əbləh olmuĢam.
Poçt xidmətinin aĢıladığı axmaqlıq. Məni bağıĢla ki, səni
görməzlikdən gəlmiĢəm.
– Eybi yox, indi mənim də qadın olduğumu sezə
bilərsən.
www.vivo-book.com
114
Di Di bir qədəh də Ģərab süzdü. YaxĢı Ģərab idi. Mənim
çox xoĢuma gəlirdi. ĠĢlər pis olanda, gedəsi bir yerinin
olması çox gözəldir. ĠĢlər pis olanda gedəsi bir yerimin
olmadığı əvvəlki günlərimi xatırladım. Bəlkə də vəziyyətin
elə olması mənim xeyrimə olub. O vaxt demək istəyirəm.
Amma indi mənim üçün xeyirli olan Ģeyin marağında
deyildim. Ġndi maraqlandığım bir Ģey vardı, o da özümü
necə hiss etməyim və iĢlərim pis getməyə baĢlayanda,
ovqatımın təlx olmasının qarĢısını necə alacağım idi. Əhval-
ruhiyyəmi yenidən necə yüksəldəcəyim.
– Sənin beynini sikmək istəmirəm, Di Di, – mən
dedim. – Mən qadınlarla hər zaman yaxĢı davranmıram.
– Sənə dedim axı, səni sevirəm.
– Lazım deyil. Məni sevmə.
– YaxĢı, – o razılaĢdı, səni sevməyəcəyəm, sənə
sevməyə yaxın bir hiss bəsləyəcəyəm. Hə, belə desəm
yarıyar?
– Birincidənsə, ikinci daha yaxĢıdır.
– Biz Ģərablarımızı bitirdik və yatağa girdik...
www.vivo-book.com
115
18
Ertəsi gün Di Di səhər yeməyi üçün məni Sanset Strip
restoranına apardı. Onun Mersedesi qara rəngli idi və günün
Ģüaları altında par-par yanırdı. MaĢınımız reklam
lövhələrinin, gecə klublarının və dəbdəbəli restoranların
yanından keçirdi. Mən isə çəkdiyim siqaretin tüstüsündən
boğularaq öskürə-öskürə oturacaqda qısılıb oturmuĢdum.
Bundan da pis günlərimin olduğu haqqında düĢünürdüm.
Xəyalımda bir-iki səhnə canlandı. Bir dəfə Atalantada qıĢ
mövsümündə donurdum, pulsuz qalmıĢdım, yatmağa yerim
yox idi və içəri girib bir az qızınmaq ümidilə kilsənin
pillələri ilə onun qapısına yaxınlaĢmıĢdım. Amma kilsənin
qapısı bağlı idi. Bir baĢqa vaxt El Pasoda mən parkda
skamyada yatmıĢdım və səhər tezdən ayaqqabılarımın altına
öz dəyənəyi ilə vuran bir polis məni yuxudan oyatmıĢdı.
Mən hələ də Lidiya haqqında düĢünməkdən vaz keçə
bilmirdim. Bizim aramızdakı münasibətlərin yaxĢı tərəfi
mədəmin içində ora-bura gəzərək bütün içalatımı gəmirən
siçovula bənzəyirdi.
Dostları ilə paylaş: |