www.vivo-book.com
717
– Hansısa bir fahiĢə səni burda ovlayıbmı?
– Bir dəfə, amma o sayılmır.
– Niyə sayılmır?
– Çünki onu artıq tanıyırdım.
– Xəstəliyə yoluxmaqdan heç qorxmursan?
– Əlbəttə, qorxuram. Elə buna görə də, kiĢilərin çoxu
ancaq onların ağzına verirlər.
– Sənin çaldırmaqdan xoĢun gəlir?
– Hə, əlbəttə.
– Biz nə vaxt pul qoyasıyıq?
– Elə indicə.
Tanya mənimlə birlikdə totalizatorun pəncərələrinə
qədər gəldi. Mən 5 dollarlıq pəncərəyə yaxınlaĢdım. O isə
mənim yanımda dayanmıĢdı.
– Hansı ata pul qoyacağını hardan bilirsən?
– Bunu heç kim bilmir. Amma sistem özü-özlüyündə
çox sadədir.
– Necə yəni?
– Hmm, ümumiyyətlə, ən yaxĢı atlara verilən uduĢlar
aĢağı olur. Amma atların keyfiyyəti pisləĢdikcə, onlara
www.vivo-book.com
718
verilən uduĢların da məbləği artır. Yadda saxlamaq lazımdır
ki, ən yaxĢı adlandırılan atlar birə nisbətindən də aĢağı
Ģansla cəmisi üç yarıĢdan birini qazanırlar.
– YarıĢdakı bütün atlara birdən pul qoymaq olarmı?
– Hə, əgər çox tez dilənçi vəziyyətinə düĢmək
istiyirsənsə.
– Çoxmu adam udur?
– Mən deyərdim ki, təxminən hər 20-25 nəfərdən birisi.
– Bəs onlar bura niyə gəlirlər?
– Mən psixoloq deyiləm. Amma burdayam və məncə,
tamaĢaçıların arasında, istəsən, bir neçə psixoloq da tapmaq
olar.
Mən 6 nömrəli atın qələbəsinə 5 dollar pul qoydum və
yarıĢlara baxmaq üçün oradan bayıra çıxdıq. Mən hər zaman
startda önə çıxan atları çox xoĢlamıĢam, xüsusilə də, əgər
onlar sonuncu yarıĢda yarıĢı tərk etmiĢlərsə. Oyunçular belə
atları “tənbəllər” adlandırırdılar. Amma sən eyni qabiliyyətə
görə yarıĢın sonunda sürətlə qaçaraq finiĢə öndə çatan atlar
üçün aldığın məbləğdən daha çox pul alırsan. Mən öz
“tənbəlim” üçün birə dörd nisbətində uduĢ qazandım; o
www.vivo-book.com
719
özünün ən yaxın rəqibini iki korpus yarım arxada qoymuĢdu
və ona qoyduğum hər 2 dollar üçün 10.20 dollar
qazanmıĢdım. Cəmi uduĢum 25.50 dollar idi.
– Gəl özümüz üçün içməyə nəsə alaq, – mən Tanyaya
dedim. Bütün Cənubi Kaliforniyada ən yaxĢı “Qanlı Meri”
kokteylini buranın barmeni düzəldir.
Biz bara getdik. Barda Tanyadan Ģəxsiyyət vəsiqəsini
tələb etdilər. Ġçkilərimizi aldıq.
– Növbəti yarıĢda qaçan atlardan hansı xoĢuna gəlir?
– Zaq-Ziq.
– Səncə, o qalib gələcək?
– Sənin iki məmən var?
– Sən görmüsən?
– Hə.
– Qadınlar tualeti hansı tərəfdədi?
– Belə get, iki dəfə sağa dönərsən.
Tanya gedən kimi mən bir qədəh də QM sifariĢ etdim.
Qara dərili bir kiĢi mənə yaxınlaĢdı, onun təxminən 50 yaĢı
olardı.
– Henk, dostum, iĢlərin necə gedir?
www.vivo-book.com
720
– Birtəhər dayanıram.
– Dostum, biz poçt idarəsində sənin üçün, həqiqətən,
çox darıxırıq. Sən bizim idarəmizdəki ən məzəli adamlardan
biri idin. Demək istiyirəm ki, sənin yerin, doğrudan da
görsənir.
– UĢaqlara məndən salam deyərsən.
– Bəs indi hansı iĢlə məĢğulsan, Henk?
– Oh, yazı makinasının düymələrini Ģaqqıldadıram.
– Necə yəni?
– Yazı makinasının düymələrini Ģaqqıldadıram...
Mən hər iki əlimi də irəli uzadıb havada çap elədim.
– Demək istəyirsən ki, kargüzar-makinaçı iĢləyirsən?
– Yox, mən yazıram.
– Nə yazırsan?
– ġeirlər, qısa hekayələr, romanlar. Buna görə mənə pul
ödəyirlər.
O bir müddət dinməzcə mənə baxdı, sonra isə dönərək
çıxıb getdi.
Tanya qayıdıb gəldi.
– Qancıq balası, məni aparmaq istəyirdi!
www.vivo-book.com
721
– Hə? Məni bağıĢla. Gərək səninlə bilikdə mən də
gedəydim.
– Sən bir buna bax, qaba köpək oğlu! Belə zibillərdən
zəhləm gedir! Qır-saqqızdılar elə bil!
– Onların davranıĢlarında bir azca orijinallıq olsaydı,
bəlkə də iĢə yarayardı. Bu zibillərin qətiyyən təxəyyülləri
yoxdur. Bəlkə də buna görə yanlarında heç kimləri yoxdur.
– Mən Zaq-Ziqa pul qoymaq istəyirəm.
– Gedim sənə bilet alım...
Zaq-Ziq, sadəcə, lazım qədər qızıĢa bilmədi. Start
qapısına sürünə-sürünə gəldi, jokey öz qamçısı ilə ağ dirəyi
vurdu. Zaq-Ziq startda ümidverici heç nə göstərmədi və
sonra isə atıla-atıla qaçmağa baĢladı. Yalnız bir atı
qabaqlaya bilmiĢdi. Biz yenə bara getdik. Özümüz üçün
yenə iki qədəh “Meri” sifariĢ etdik.
– Ağıza verməkdən xoĢun gəlir? – Tanya məndən
soruĢdu.
– Baxır adamına. Bəziləri bunu peĢəkarcasına edirlər,
əksəriyyət isə elə belə.
– Sən burada öz dostlarınla görüĢürsənmi?
www.vivo-book.com
722
– Elə indicə, yarıĢ öncəsi bir dostumla görüĢdüm.
– Qadınla?
– Yox bir oğlanla, poçt idarəsində iĢləyir. Əslində,
mənim, demək olar ki, dostum yoxdur.
– Yox var, mən varam.
– Doxsan funtluq nərildəyən seks.
– Məndə görə bildiyin elə budur?
– Əlbəttə yox. Sənin çox gözəl iri, çox iri gözlərin var.
– Sən elə də lütfkar deyilsən.
– Gəl gedək, yoxsa növbəti yarıĢa çatmarıq.
Növbəti yarıĢa lap vaxtında çatdıq. O öz atına, mən isə
öz atıma pul qoymuĢduq. Hər ikimiz də uduzduq.
– Gəl burdan gedək, – mən dedim.
– YaxĢı, – Tanya razılaĢdı.
Evə qayıdandan sonra, biz divanda oturub içməyə
baĢladıq. Əslində, Tanya heç də pis qız deyildi. Onun
üzündə nəsə qəribə bir qəmgin ifadə vardı. Donlar və
dikdaban ayaqqabılar geyinir, topuqları da qəĢəngdir.
Məndən nə gözlədiyi haqqında dəqiq bir fikrim yox idi.
Onun qəlbini qırmağı heç istəmirdim. Onu öpdüm. Tanyanın
Dostları ilə paylaş: |