www.vivo-book.com
59
Səhnə arxasında, mənim səhnəyə çıxmağımdan bir az
öncə, Pit su qrafinini vodka və portağal Ģirəsi ilə doldurdu.
– Qiraət gecəsinə qoca bir qadın rəhbərlik edir. Əgər
qiraətdən öncə sənin içdiyindən xəbəri olsaydı, altını
batırardı. O pis qarı deyil, amma hələ də poeziyanın qürub
və göydə süzən göyərçinlər haqqında olduğunu düĢünür.
Mən səhnəyə çıxdım və oxumağa baĢladım. Mənim
naxıĢım hələ də iĢləyirdi. Onların da baĢqa dinləyicilərdən
fərqi yox idi: yaxĢı Ģeirlər eĢidəndə nə edəcəklərini
bilmədikləri kimi, baĢqa Ģeirlərə qulaq asanda da lazım
olmayan yerlərdə gülürdülər. Mən qiraətə davam edir və
qrafindən özümə içki süzürdüm.
– O içdiyin nədir elə?
– Bu, – mən cavab verdim, – həyat gücü ilə
qarıĢdırılmıĢ portağal suyudur.
– Sizin rəfiqəniz varmı?
– Mən bakirəm.
– Siz nə üçün yazar olmaq istədiniz?
– Növbəti suala keçin lütfən.
www.vivo-book.com
60
Mən bir az da oxudum. Mən buraya Kapitan
SərxoĢqafa ilə gəldiyim və “Həftənin Oyunu”na baxdığım
haqqında onlara danıĢdım. Bir də onlara dedim ki, ovqatım
xoĢ olanda, mən bir boĢqab yeməyin hamısını yeyib dərhal
onu yuyuram. Onlara bir neçə Ģeir də oxudum. Qrafinin dibi
quruyana qədər Ģeirlər oxudum. Sonra bədii qiraət
axĢamının baĢa çatdığını elan etdim. Dinləyicilərə bir neçə
avtoqraf verəndən sonra Piterin evində düzənlənmiĢ
qonaqlığa getdik...
Mən öz hindu rəqsimi, göbək rəqsimi və Utanmasan-
Oynamağa-Nə-Var-Ki rəqsini ifa etdim. Rəqs edə-edə içmək
çox çətindir. Və içərkən də rəqs etmək çətindir. Piter nə
etdiyini çox gözəl bilirdi. Rəqs edənləri içki içənlərdən
ayırmaq üçün o, divan və stulları xüsusi formada düzmüĢdü.
Bir baĢqasını narahat etmədən hər kəs öz iĢi ilə məĢğul ola
bilərdi.
Pit mənə yaxınlaĢdı və otaqdakı bütün qadınlara göz
gəzdirdikdən sonra dedi:
– Onlardan hansını istəyirsən?
– Yəni bu belə asandır?
www.vivo-book.com
61
– Bu, sadəcə, cənublu qonaqpərvərliyidir.
Qadınlardan birini gözaltı eləmiĢdim. Digərlərindən
daha yaĢlı və diĢləri önə çıxan birisini. Amma onun diĢləri
elə qəĢəng önə çıxırdı ki, elə bil o dodaqlar ehtirasla açılmıĢ
bir gül idi. Mən öz ağzımın o ağıza qovuĢmasını istəyirdim.
Onun əynində çox qısa bir ətək vardı və kolqotkaları gözəl
qıçlarının formasını büruzə verirdi. Qadın gülüb danıĢdıqca
bu qıçlar gah çarpazlaĢır, gah da yan-yana gəlirdi. Arada bir
qısa ətəyini nə qədər aĢağı dartsa da, paltar heç cür aĢağı
çəkilmək istəmirdi. Mən onun yanında oturdum.
– Mən, – deyərək sözə baĢladım...
– Sizin kim olduğunuzu mən bilirəm. Sizin bədii qiraət
gecənizdə var idim.
– Sağ olun. Mən sizin amınızı yemək istərdim. Mən bu
iĢdə bir xeyli təcrübəliyəm. Sizi dəliyə döndərə bilərəm.
– Allen Ginzberq haqqında nə düĢünürsünüz?
– Bura baxın, məni yolumdan çaĢdırmağa çalıĢmayın.
Mən sizin ağzınızı, qıçlarınızı və sağrılarınızı istəyirəm.
– YaxĢı, – deyə qadın cavab verdi.
www.vivo-book.com
62
– Onda görüĢənədək. Mən aĢağı mərtəbədəki yataq
otağında olacam.
Mən yerimdən qalxıb ondan uzaqlaĢdım və bir qədəh
də içki içdim. Boyu ən azı 1,95 metr olan bir cavan oğlan
mənə yaxınlaĢdı
– Bura bax, Çinaski, mən sənin xarabalıqda yaĢadığın,
bütün norkotik alverçilərini, sutenyorları, fahiĢələri,
uybalaları, qumarbazları, küçə döyüĢçülərini və əyyaĢları
tanıdığın haqqında söylənən boĢ sözlərə inanmıram.
– Qismən də olsa, söylənilənlər doğrudur.
– BoĢ sözdür, – o dedi və məndən uzaqlaĢdı. Ədəbi
tənqidçi.
Sonra gözünə sağanaqsız eynək taxmıĢ təxminən 19
yaĢında bir sarıĢın qız üzündə xoĢ təbəssümlə mənə
yaxınlaĢdı. Onun üzündən təbəssüm heç əskilmirdi.
– Mən səni qayırmaq istiyirəm, – qız dedi. – Məni
sizdə cəlb edən Ģey üzünüzdür.
– Mənim üzümə nə olub ki?
– O çox vüqarlıdır. Mən onu öz amımla məhv eləmək
istiyirəm.
www.vivo-book.com
63
– Birdən hər Ģey sənin dediyinin əksinə olsa?
– Sizin yerinizdə olsaydım, bu qədər əmin olmazdım.
– Sən haqlısan. Amları məhv eləmək mümkün deyil.
Mən yenə divandakı yerimə döndüm və əyninə qısa
ətək geyinmiĢ Lillianın qıçları və gül ləçəyinə bənzər nəmli
dodaqları ilə oynamağa baĢladım.
Qonaqlıq baĢa çatdı və mən Lillia ilə birlikdə aĢağı
mərtəbəyə endim. Biz əynimizi soyunduq və yastıqlara
dirsəklənmiĢ bir vəziyyətdə oturub vodka və vodka kokteyli
içməyə baĢladıq. Otaqda radio vardı və o oxuyurdu. Lilli
mənə öz hekayəsini danıĢdı, danıĢdı ki, əri kolleci bitirə
bilsin deyə uzun illər iĢləmək məcburiyyətində olmuĢ, əri isə
professor vəzifəsi alan kimi onu boĢamıĢdır.
– Çox pis edib, – mən dedim.
– Siz evli olubsunuzmu?
– Bəli.
– Bəs, nə baĢ verdi?
– BoĢanma haqqında Ģəhadətnamədə yazıldığına görə,
“mental qəddarlıq”
– Bu dorudurmu? – o soruĢdu.
Dostları ilə paylaş: |