Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 9 Məftillə tikmə əməliyyatları və maşınları



Yüklə 0,72 Mb.
səhifə22/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   18   19   20   21   22   23   24   25   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 9

Məftillə tikmə əməliyyatları və maşınları

Blokların bərkidilmə üsullarından biri də məftillə tikmədir. Bu əməliyyat müasir dövrdə müəyyən nəşrlərin tikilməsində istifadə edilir. Bu üsulla bərkitmədən əsasən kiçik həcmli jurnalların, broşürlərin və digər bu tip nəşrlərin bərkidilməsi üçün istifadə edilir.

Bloklar məftildən hazırlanmış bəndlə bərkidilir. Əsasən üst-üstə və iç-icə yıgılmış bloklar müxtəlif formalarda bərkidilir. Üst-üstə yıgılmış blokları bərkitmək üçün məftildən hazırlanmış bənd müəyyən qüvvə ilə təsirindən blokun üst tərəfindən bəndi daxil etməklə və əks tərəfdən bəndin ayaq hissələrini qarşı-qarşiya qatlamaqla bərkidilir. İç-içə yıgılmış dəftərlər cildlə birlikdə qatlama yerindən bəndi daxil etməklə bərkidilir. (şəkil 28,a). Bu zaman məftil qarmaqlar blokun 1 cildinin 2 kötükdə qatlanma yerindən keçir və nəşrin daxilində əyilirlər. Qarmaqların sayı (bir-üç) məhsulun formatından asılıdır. Bu üsul nisbətən sadədir və etibarlı bərkitməni təmin edir, broşürlər və kiçik tirajlı jurnallar üçün istifadə olunur. Adətən belə tikmə bila­vasitə rulonlu çap maşınlarında tətbiq edilir. Üst-üstə yığmaqla komplektləşdirilmiş bloklar kənarından calanmaqla tikilir (şəkil 28,b). Blok 1 kötüyün kiçik məsafədə (4-5 mm) məftil qarmaqla 2 bütün dəftərlərində deşik açmaqla üstdən tikilir. Bu halda məftil bəndin cıxıntıları olan ayaq hissələri blokun iç tərəfində qarşı qarşıya qatlanır.

Belə bərkitmə yüksək məhsuldarlıqlı, sadə və kifayət qədər eti­bar­lıdır. Lakin belə tikmədə nəşrin kötük sahəsinin ölçüsü azalır və dəftərin açılması çətinləşir. Bu tikmə üsulu cildlə bura­xı­lan kiçik həcmli nəşrlər üçün nəzərdə tutulmuşdur.



Şəkil 28. Nəşrlərin və blokların məftillə tikilmə üsulları


Kiçik həcmli nəşrlərin məftillə tikilməsi üçün konstruksi­ya­sı­na görə sadə olan məftillə tikmə maşınları tətbiq olunur. Bu ma­şınların iş prinsipi aşağıdakı kimidir. Qalınlığı 0,4-0,8 mm olan məftil sarğıdan tikmə aparatına daxil olur. Burada məftil la­zım olan uzunluqda kəsilərək hissələrə ayrılır və onlardan bənd formalaşır. Düzbucaq altında ayaqları əyilmiş bənd ti­ki­lən blokun bütün qalınlığından və ya nəşrin kötüyündən keçir və xüsusi qurğu vasitəsi ilə əks tərəfdə qatlanır. Blokların və nəşr­lərin maşına verilməsi, açılması və tikilmiş məhsulun kə­nar­laşdırılması adətən əl ilə yerinə yetirilir. Bu tip məftillə tik­mə aparatları ilə həmçinin rulonlu kitab-jurnal çap maşınları təc­hiz olunur.

Bəzi nəşrlər məsələn vərəqləri qoparılan təqvimlər qarşı qarşıya daxil edilmiş və çıxıntıları qatlanmayan bəndlərlə bərkidilir. Bu halda birləşmənin mökkəmliyi sürtünmə qüvvəsi hesabına təmin olunur. Bu tip birləşmələrin möhkəmliyi digər növ birləşmələrlə müqayisədə az olur. Ümumiyyətlə məftil bəndlə birləşmə üsulundan az istifadə müddətli nəşrlərin hazırlanmasında istifadə olunur. Buna səbəb istifadə olunmuş metal məftilin rütubət təsirindən korroziyaya ugraması və həmçinin nəşrin vərəqlərinin birləşmə yerində tez xarab olmasıdır. Nisbətən uzun müddətli istifadə üçün üzərinə sink cəkilmiş məftildən istifadə edilir. Bəzi hallarda az karbonlu polad məftillər də tətbiq edilir.

Son dövrlərdə broşür tipli nəşrlərin məftillə bərkidilməsi üçün əməliyyat avadanligi ilə bərabər avtomatik axın xəttindən də istifadə edilir. Bu xətlər məftillə tikmə maşınının yigma komplektləşdirmə və həmçinin 3 tərəfli kəsmə maşınları ilə aqreqatlaşdırılmasında alınır.

Məftillə tikmə əməliyyatını yerinə yetirmək üçün xüsusi maşinlardan istifadə edilir. Bu maşınların əsas hissəsi tikmə aqreqatı hesab edilir. Tikmə aqreqatinda məftildən tələb olunan ölçüdə bənd hazırlanır və bu bənd tikmə zonasına verilmiş blokların bərkidilməsi üçün istifadə olunur.

Ümumiyyətlə tikmə aqreqatları konstruktiv quruluşuna görə horizontal və vertikal olur. Hər 2 quruluşlu aqreqatın iş prinsipi eynidir. Məftil sancagın hazırlanması üçün barabana sarılmış məftil məftil tutucu vasitəsilə tələb olunan uzunluqda bənd hazırlama zonasına verilir. Bunun üçün barabandan açılan məftil tutularaq oymagın içərisinə ötürülür. Oymaqdan çıxan hissə tələb olunan uzunluqda diskvari kəsici alətlə kəsilir. Ayaq hissələrinin əyilməməsi üçün onlar bənd hazırlayıcının pazlarına daxil edilir. Bəndin bel hissələri dayaqla sıxılır və kənarda qalan ayaq hissələri xüsusi itələyicilərlə qatlanaraq əyilir. Bənd kiril əlifbasının П (P) hərfi şəklində olur. Horizontal quruluşlu tikmə aparatlarında məftil zonaya horizontal vəziyyətdə verilir.

Vertikal quruluşda isə məftil bənd hazırlayıcıya vertikal istiqamətdə daxil olur və tələb olunan uzunluqda kəsildıkdən sonra 900 döndərilir. Növbəti əməliyyatlar horizontal quruluşlu aparatda yerinə yetirilir. Bu aparatın horizontal quruluşunun əsas üstünlüyü tikmə zonasında bir neçə aparatın eyni zamanda yerləşməsinin mümkünlüyüdür. Belə yerləşmə prosesin məhsuldarlıgı bir neçə dəfə aparılır. Məftillə tikmə əməliyyatları bir sıra üstünlüklərə malikdir:

- nəşrin həcmindən asılı olmayaraq prosesin məhsuldarlıgı dəyişmir

- istənilən növ nəşrləri məftillə tikmək mümkündür

- bu prosesin əmək tutumu və material sərfi azdır.

Nəşrin növündən və istifadə olunan kagızdan asılı olaraq müxtəlif en kəsiyinə malik məftildən istifadə edilir. Prosesin üstünlükləri ilə bərabər onun mənfi cəhətləri də mövcuddur.

Məftillə tikilmiş üst-üstə yıgılmış dəftərlər istifadə zamanı yaxşı açılmır.

Bu əməliyyat əsasən iç-içə yigilmiş dəftərlərdən hazırlanmış bloklar üçündür.İstifadə olunan məftilin iqlim şəraitindən asılı olaraq korroziyaya ugraması nəşrin kiçik zaman müddətində xarab olmasına səbəb olur.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə