Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə31/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
99 
 “1970-ci  il  mayın  4-də  qızım  Allisonun  və  üç  nəfər  baĢqa 
tələbənin  Kentdə  universitetin  yanında  tüfəng  atəĢi  ilə 
öldürüldüyü  vaxtdan  bəri  yeddi  uzun  və  əzablı  il  keçmiĢdir. 
Daha  13  adam  yaralanmıĢdır,  onlardan  biri  bütün  ömrü  boyu 
əlil  qalmıĢdır.  Bu  gün,  1977-ci  ildə,  öldürülənlərin  və 
yaralananların  ailələri  hələ  də  onun  uğrunda  mübarizə  edirlər 
ki,  ədalət  zəfər  çalsın  və  «nizamsız  atəĢ»  üçün  Ģtatın  general-
adyutantı,  qubernator  Rodson  və  əsgərlərin  məsuliyyəti 
müəyyən edilsin.  «Nizamsız atəĢ» mənim sözlərim deyil, mən 
daha  qüvvətli  ifadələr  iĢlədərdim,  bunlar  general-adyutant 
Silvestr  Korsonun  sözləridir,  o,  böyük  jüri  qarĢısında  16  dəfə 
təkrar  etmiĢdir  ki,  əsgərlər  camaata  əsassız  olaraq  atəĢ 
açmıĢlar”. 
 BirləĢmiĢ  ġtatlarda  həmiĢəki  kimi,  bu  barədə  təhqiqatlar 
aparıldı. Skrentonun xüsusi komissiyası nümayiĢçilərin sayının 
2  min  nəfər  olduğunu  müəyyənləĢdirdi,  amma  belə  hesab 
etmədi  ki,  nümayiĢ  xüsusi  olaraq  təĢkil  edilmiĢdir,  yaxud 
əsgərlərə qarĢı odlu silah iĢlədilmiĢdir. Lakin rəsmi təhqiqatlar 
sübut  etdi  ki,  nümayiĢçilər  əsgərlərə  ağac  budaqları,  taxta 
parçaları  və  daĢ  atmıĢlar,  bunlar  hərəsi  üç  kiloqramadək 
ağırlığında  340  ədəd  olmuĢdur.  Qatillər  Ģəhadət  verdilər  ki, 
onlar guya özlərini müdafiə etmiĢlər… 
 Bu  qətliam  güclü  protest  dalğasına  səbəb  oldu-  400-dən  çox 
tələbə  Ģəhərciyində  tətillər  keçirildi,  tələbələri  pərən-pərən 
salmaq  üçün  yenidən  milli  qvardiya  çağırıldı,  Yel 
universitetində  hətta nizami qoĢunlar iĢə salınmağa hazırlandı. 
Həmin  günlərdə  hökumət  orqanları  zor  iĢlətməklə,  baĢlıcası 
isə,  Kentdəki  qətli  ədalətlə  təhqiq  etmək  barədə  vədlər  verə-
verə protest dalğasını yatırmağa müvafiq oldular. 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
100 
 
 
Amerikansayağı demokratiya 
 
XVI yazı: Bombalar qayırmaqla məşğul olmursunuzsa, bu 
sizinçün təhlükə yaratmaz 
 
“Bizim  xadimlərimiz  ya  tabe  olmalıdırlar,  ya  da  rədd 
olmalıdırlar” 
 
 1974-cü  il  22  dekabr  tarixli  “Nyu-York  tayms”  qəzeti 
BirləĢmiĢ 
ġtatlarda  geniĢ  yayılmıĢ  siyasi  xəfiyyədən 
hiddətləndiyini  bildirdi.  Qəzet  yazırdı  ki,  əllinci  illərdə 
baĢlayaraq  güc  təĢkilatları  çoxlu  sayda  qanunsuz  əməliyyatlar 
aparmıĢlar  ki,  bunlara  “mənzillərə  soxulmaq,  telefon 
danıĢıqlarına xəlvəti qulaq asmaq, məktubları açıb oxumaq da 
daxil idi”. Məxfi bölmə Amerikanın 10 min vətəndaĢı haqqında 
dosye  (material)  tərtib  etmiĢdi,  bunları  arasında  azı  bir 
konqresmen-  Vyetnamdakı  müharibənin  əleyhinə  olduğunu 
bildirən konqresmen var idi. 
 Lakin  qəzet  geniĢ  təpkilərlə  üzləĢdi.  Amerika  qəzetləri 
“dissidentlik” edən “Nyu-York tayms”a  qarĢı  yekdilliklə  çıxıĢ 
etdilər. 
Onlardan 
biri- 
Amerikanın  əziz  tutyalarının 
müdafiəsinə  fədakarcasına  qalxan  “Birmingem  nyus”  qəzeti 
görün  yazır:  “Müstəsna  hüquqlara  bu  cür  qəsd  edilməsi 
bəzilərinin  hesab  etdiyi  kimi  o  qədər  də  dəhĢətli  deyildir.  Bu 
cür  qəsbetmə  qanunsuz  və  təəssüfə  layiq  bir  haldır,  lakin 
bombalar  qayırmaqla  məĢğul  olmayan  vətəndaĢ  üçün  böyük 
təhlükə yaratmır. Daha bir misal- fərz edək ki, bir Ģəhərin polisi 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
101 
səhvən  baĢqa  bir  Ģəhərin  küçələrində  keĢik  çəkməyə  baĢlayır. 
Təqsiri  olmayan  üçün  bunun  nə  fərqi  vardır?”  Qəribə 
yanaĢmadır, deyilmi? 
 “Nə  olsun  ki,-  deyə  “Arqus-Lider”  qəzeti  də  hiddətlənirdi,- 
anbarda  alt  paltarı  vardır  və  onu  hamının  gözü  qabağında 
yumaq  olmaz.  Belə  hərəkət  etmək  ABġ-dakı  kəĢfiyyat 
sisteminin  səmərəliliyini  məhv  etmək  deməkdir”.  Qəzet  israr 
edirdi ki, bu məsələnin təhqiq edilməsinin qarĢısı alınmalıdır. 
 Hələ  1952-ci  ildə  siyasi  idarə  Amerika  vətəndaĢlarının  və 
təĢkilatlarının  SSRĠ  və  digər  sosialist  ölkələri  ilə  bütün 
yazıĢmasını  nəzarət  altına  almıĢdı.  Bu  əməliyyatdan  poçt  və 
ədliyyə nazirliyinin xəbəri yox idi, prezidentlərdən isə ehtimal 
ki,  ancaq  L.Conson  bu  sirdən  agah  edilmiĢdi.  1962-ci  ilin 
xidməti  sənədində  bir  məsələ  də  nəzərdə  tutulurdu:  bu  sirrin 
açılacağı  təqdirdə  nə  etməli?  Sənəddə  tövsiyə  edilirdi  ki, 
əvvəlcə “məktublara münasibətdə qanunsuz olaraq özbaĢınalıq 
etməkdə təqsirləndirilə biləcək qapazaltı bir adam tapmalı…” 
 L.Consonun  vaxtında  xüsusi  Ģöbələr  əmr  aldılar  ki,  əcnəbi 
dövlətlərin  “bizim  daxili  çətinliklərimizdən”  necə  “istifadə 
etdiklərini”  aydınlaĢdırmaqdan  ötrü  baĢlanğıc  üçün  “radikal 
tələbələrə 
və 
Amerika 
zəncilərindən 
olan 
keçmiĢ 
vətənpərvərlərə”  göz  qoysunlar.  Ġnformasiya  mümkün  olan 
bütün yollarla toplanırdı: güdmək, telefon danıĢıqlarına xəlvəti 
qulaq  asmaq,  xüsusi  evlərə  və  “dissidentlərə”  aid  edilmiĢ 
təĢkilatların binalarına gizlincə soxulmaq...   
 Artıq  1975-ci  ildə  mahal  federal  hakimi  qərara  alır:  qoy  FTB 
Sosialist  Fəhlə  Partiyasının  qarĢıdakı  qurultayından  öz 
informatorlarını  götürsün.  FTB  bu  qərardan  Ali  Məhkəməyə 
Ģikayət verdi- əgər qərar yerinə yetirilsə, o zaman partiyanın bir 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə