Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə30/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
96 
Vyetnamdakı  müharibəyə  qarĢı  çıxıĢ  edirdi.  “Bağın 
becərilməsi”  kodu  altında  əməliyyat  yetmiĢinci  illərin  birinci 
yarısında keçirilmiĢ bir seriya hərbi oyunlara- bütün BirləĢmiĢ 
ġtatlarda  “Ģuluqluqları”  yatırmaq  oyunlarına  çevrildi.  Bu 
oyunların gediĢində uydurulmuĢ “düĢmən” təĢkilatlarının adları 
da  gülünc  görünür:  ziyalıları  təmsil  edən  “Alimlərin 
demokratik  cəmiyyəti”,  fəhlələri  təmsil  edən  “Dərisi  ağ 
olmayan  xalqların  tərəqqisinin  beynəlxalq  qardaĢlığı”  və  s. 
təĢkilatlar.  
 1974-cü  ildə  senator  Ervin  özündən  çıxmıĢdı:  “Biz  heç  də 
aydınlaĢdıra  bilmədik  ki,  altımıĢıncı  illərin  axırlarında  mülki 
Ģəxslərin  arxasınca  cəsusluq  etməyi  orduya  kim  əmr 
vermiĢdir…” 
 1975-ci  il  8  dekabr  tarixli  direktivdə  deyilir:  “ġuluqluqların 
yatırılmasında  mülki  hakimiyyət  orqanlarına  kömək  etmək… 
vəzifəsindən  irəli  gələn  operativ  məqsədlər  üçün  informasiya 
toplanması  zəruridir”.  Sonralar  senatın  hüquq  məsələri 
komitəsi  bu  sənədi  belə  qiymətləndirdi:  “Bu  cür  dumanlı 
ifadələr  keçmiĢdə  xeyli  dərəcədə  sui-istifadələrə  səbəb 
olmuĢdur”.  
*** 
 Xüsusi  hazırlanmıĢ  fitnəkarlar  ona  görə  Ģuluqluqlar  təĢkil 
edirdilər  ki,  onların  iĢtirakçıları  həbs  edilsinlər.  Agentlər 
nümayiĢ  vaxtı  polisin  və  milli  qvardiyanın  iĢə  salınması  üçün 
avtomaĢınlara  od  vurur,  ĢüĢələri  vurub  sındırırdılar  və  s.  Ġrqi 
Ģuluqluqlar  vaxtı  gettolarda  azı  7402  “informasiya  toplama 
postu”,  baĢqa  sözlə  desək,  polisin  informator  və  provakator 
qrupu fəaliyyət göstərirdi. Narazı nümayiĢçiləri adətən cinayət 
etməyə və ya qayda-qanunu pozmağa təhrik edirdilər.  


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
97 
 Yadfikirli  hər  hansı  bir  az-çox  görkəmli  Ģəxs  gizli  polisin 
böhtan  və  təzyiq  obyektinə  çevrilirdi.  Çirkin  böhtanın  güclü 
təzyiqi  altında  ad-san  məhv  olur  və  hətta  ailələr  dağılırdı. 
MəĢhur  kino 
aktrisası  Ceyn  Fondanın  1970-ci  ildə 
Vyetnamdakı  müharibəyə  qarĢı  etirazlarda  iĢtirak  etməsi 
kifayət  idi  ki,  Hollivud  qəzetlərinə  quraĢdırılmıĢ  imzasız 
məktub gəlsin,- guya ki, Fonda “qara panterlərin” yığıncağında 
xora-  guya  “Biz  Riçard  Niksonu  və  yolumuz  üzərində  duran 
hər  bir  adamı  məhv  edəcəyik…  sonra  söyüĢ  gəlir”  mahnısı 
oxumuĢ  xora  dirijorluq  etmiĢdir.  Aydındır  ki,  qətiyyən  buna 
bənzər heç nə olmamıĢdı.  
 ġahmat üzrə dünya çempionu Bobbi FiĢer antisemit bəyənatlar 
ilə  çıxıĢ  edirdi.  ABġ  Dövlət  Departamenti  və  vergi  idarələri 
ona  Yuqoslaviyaya  tətbiq  edilən  boykotu  pozmaq  və 
vergilərdən  yayınmaq  ittihamı  irəli  sürdülər.  10  il  həbs 
cəzasına məruz qalacağı gözlənilən Ģahmatçı ABġ-ı tərk edərək 
əvvəlcə  Macarıstana,  sonra  isə  Yuqoslaviyaya  getdi.  2003-cü 
ilin dekabrında ABġ Dövlət Departamenti rəsmi Ģəkildə FiĢeri 
vətəndaĢlıqdan  məhrum  etdi.  Yarım  il  sonra  Yaponiyada  həbs 
olundu.  8  ay  həbsxanada  yatandan  sonra  ona  vətəndaĢlıq 
verməyə razı olan Ġslandiyaya deportasiya edildi və ömrünü bu 
ölkədə baĢa vurdu.    
 Aydın  olmuĢdur  ki,  yazıçı  Ernest  Heminquey  ta  vəfat  etdiyi 
günə  kimi  FTB-nin  “qalpağı”  altında  olmuĢdur.  Yazıçının 
bioqrafı  C.  Meyrs  yazırdı:  “Heminquey  FTB-in  xoĢuna 
gəlmirdi…  Heminquey  FTB-nin  üzərinə  hücum  edə  biləcək 
çox  görkəmli  xadim  idi.  Buna  görə  idarə  ondan  çəkinirdi  və 
xəlvəti  hərəkət  edirdi”.  Aydın  olmuĢdur-  1972-ci  ildə  estrada 
müğənnisi Con Lennon (1980-cı ildə öldürülmüĢdür) gizli polis 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
98 
fitnələrinin  az  qala  qurbanı  olmuĢdu.  Onun  fəaliyyətindən  və 
sülhün  xeyrinə  mülahizələrindən  ehtiyat  edərək  əməliyyat 
hazırlayırdılar-  müğənnini  narkotiklərə  aludə  olmaqda 
təqsirləndirib  həbsə  almaq  və  ABġ-dan  rüsvaycasına  sürgün 
etmək istəyirdiər. Lakin Lennon provokasiyaya qapılmadı. 
 Beləliklə, ABġ-da ən yüksək vəzifəli Ģəxslər, ən görkəmli alim 
və  yazıçılar  da  daxil  olmaqla  heç  kəs  siyasi  cinayət  axtarıĢı 
idarəsinin özbaĢınalığından mühafizə edilmir. 
***      
 Sent-Luisdə  1970-ci  ildə  ağ  dərili  bir  qadın  ağlarla  qaralar 
arasında  ayrı-seçkiliyin  ləğv  edilməsi  uğrunda  fəal  çıxıĢ  edən 
“EkĢi”  qrupunda  fəal  surətdə  iĢləmiĢdi.  Sekret-servis  iĢçiləri 
onun  ərinə  dərhal  guya  zənci  qadınlar  tərəfindən  yazılmıĢ 
imzasız  məktub  göndərdilər:  “Əziz  (ad  buraxılmıĢdır)!  EĢit 
oğlan,  yəqin  ki,  sənin  arvadın  evdə  az  təmin  edilir,  yoxsa  o 
bizim  qara  dərili  ərlərimizlə  oturub-durmazdı,  baĢa  düĢdün? 
Sənin  arvadın  ancaq  yorğan-döĢəkdə  inteqrasiya  tərəfdarıdır, 
biz  qara  dərili  bacılar  isə  ərlərimizdən  artıq  qalanla 
kifayətlənmək  istəmirik.  Beləliklə,  ya  onu  özünə  tabe  etdir  və 
kiĢi  ol,  ya  da  (ad  buraxılmıĢdır)  cəzasını  ver”.  Bundan  sonra 
boĢanma baĢ verdi.  
 “Sizə-  Kent  ədalətinin  son  ümidinə2.  Bu  məktubu  Kentdə, 
Oqayo  Ģtatında,  universitetin  yanında  1970-ci  il  mayın  4-də 
milli  qvardiyaçılar  tərəfindən  öldürülmüĢ  tələbə  qız  Allison 
Krauzenin anası 1977-ci ildə yazmıĢdır. Amerika qoĢunlarının 
Kambocaya  soxulması  haqqında  Niksonun  nitqindən  sonra 
universitetin  tələbələri  protest  nümayiĢi  düzəltmiĢdilər. 
Hökumət  orqanları  milli  qvardiyanı  çağırmıĢdılar,  o  da 
nümayiĢçilərə atəĢ açmıĢdı.  


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə